Məsləhətlərə əməl etsəniz, təyyarə, avtobus və ya öz şəxsi avtomobilinizlə edəcəyiniz səfər sanıldığı qədər çətin deyildir.
Uşaq sahibi olan ailələr üçün səyahət etmək problemdir. Tətilə gedib istirahət etmək, bütün ilin yorğunluğunu atmaq bir kənara, uşağın səfər boyu narahat olmasının qarşısını almaq ayrı bir məharətdir. Səyahətdən əvvəl diqqət etməli olduğunuz qayda çemodanınıza qoyacaqlarınızdır. Qızdırmasalıcı, ağrıkəsici sirop, bişməcə, günəş yanığı və böcək dişləməsinə qarşı kremlər, uyğun faktorlu (32 faktora qədər) günəş qoruyucu krem və losyonlar, ilk yardım çantası bunların arasında ən əhəmiyyətli olanlarıdır. Tətil boyu uşağı günəşdən qorumaq, hər hansı bir sağlamlıq problemiylə qarşı-qarşıya qalanda nə edəcəyinizi bilmək də sizə fayda verər.
Körpələrlə asan səyahət və tətil üçün məsləhətlər
Təyyarədəki təzyiq rahatsız edə bilər
Körpəylə səyahət bütün ana-ataları narahat edir. Körpələr üçün təyyarə səfərinin təhlükəli olduğunu düşünərkən daha böyük uşaqların necə vaxt keçirəcəkləri həmişə narahatlıq əmələ gətirir. İki həftəlikdən etibarən təyyarə ilə səfər uşaqlar üçün təhlükəli deyil. Altı təmiz və qarnı tox körpə səfər boyunca yatacaqdır. Daha böyüklər üçün uzun səfər darıxdırıcı olduğundan bir müddət sonra yerində oturmaq istəməyəcək, ətrafı qarışdıracaq və gəzmək istəyəcəkdir. Təyyarədəki təzyiq dəyişikliyi böyüklərdən çox körpələrə təsi edir. Təzyiq körpənin rahatsızlığına və ağlamasına gətirib çıxarır. Burun təmizlənərək tıxanma aradan qaldırılır, qulaq pərdəsində olan təzyiqi azaltmaq üçün eniş anında əmzik verilməli, uşaqlara saqqız çeynədilməlidir. Darıxmağının qarşısını almaq üçün sevdiyi oyuncaqları yanında saxlamalı, böyük uşaqların kitab, boyama kitabı və ya pazlları yanında saxlanılmalıdır. Kiçik uşaqların rahatsızlığını aradan qaldırmaq üçün həkimin tövsiyə edəcəyi sakitləşdirici və ağrı kəsici verilə bilər.
Pəncərə qarşısında oturdun
Avtobusla səfər körpənin hərəkətini uzun müdət əngəlləyəcəyi üçün digər nəqliyyat vasitələrindən daha çətindir. Uşaq üçün yer almağınızda fayda var. Pəncərə qarşısında oturdulanda çölü seyr edərək vaxtını keçirməsini təmin etmiş olarsınız. Uşağı avtobusda tək saxlamayın. Adamların çox olduğu yerdə səfər etmək körpələr və uşaqlar üçün infeksiya riski daşıyır. Həm də siqaret tüstüsü uşağı narahat edə bilər, belə yerlərdə xəstəlik tutma riski çox yüksəkdir. Fasilələrdə təmiz hava alması, gəzməsi və qaçması təmin edilməlidir. Ürəyi bulanarsa, həkimin məsləhəti ilə ürək bulanmanı aradan qaldıran dərman verilə bilər. Uşağın qusmasına qarşı yüngül qidalar verilməlidir. Rahat hərəkət etməsini təmin edəcək və tərlətməyəcək paltarlar geyindirilməlidir.
Ən yaxşısı avtomobildir
Öz avtomobilinizlə səfər etmək ən yaxşı nəqliyyat seçimidir. Şəxsi avtomobiliniz uşağın alışdığı və daha rahat hərəkət edə biləcəyi bir mühitdir. Bunun sayəsində infeksiya riski aradan qalxar və başqalarını narahat etməzsiniz. Körpənizi rahatca arxaya yerləşdirin və təhlükəsizlik kəmərini taxın. Qapı və təhlükəsizlik kilidini bağlı saxlayın. Kondisionerin birbaşa uşağın üzərinə vurmasının qarşısını alın, pəncərələrdən külək gəlməyəcək və uşağın qolu ilə başını çölə çıxara bilməyəcəyi qədər açıq olmalıdır. Tez-tez verilən fasilələr uşağın darıxmasını önləyər. Öz avtomobilinizdə uşağı əyləndirmək daha asandır. Oyuncaqlarının yanında mahnı oxumaq, hekayə danışmaq və oyunlar oynamaq uşağın rahat səfər etməsini təmin edər. İsti havalarda edilən səfərlərdə uşağın kifayət qədər maye qəbul etməsi təmin edilməlidir.
Əyləncəli bir tətil üçün
Uşaqların yay tətili müddətində sümük inkişafı üçün günəşdən kifayət qədər faydalanması təmin edilməlidir. Ancaq günəşin ulturabənövşəyi şüalarının çoxunun zərərli olduğu diqqətdən qaçmamalıdır. Günəş vurması, yanıqlar və dəri xərçənginə yol aça bilər. UV şüaları yay aylarında xüsusilə gün ortasında ən güclü səviyyəyə çatar. Buna görə də saat 10 ilə 16 arasında uşaqların gün altında qalmasının qarşısı alınmalı, bağlı məkanlar və kölgə yerlər seçilməlidir. Günəşə çıxmazdan əvvəl uyğun bir günəşdən qorunma məhsulundan istifadə edin. Günəş yanığından ilk yardım kimi uşağınıza soyuq su ilə duş aldırın, yanıq bölgələrinin üzərinə kompres qoyun. Yanıq yerlərinin üzərinə ağrıkəsici məlhəm vurun. 3 yaşından böyük uşaqlara üzməyi öyrədin. Uşağı suda ikən əsla tək buraxmayın. Hovuzda oynamaq uşaqların xoşuna gəlir, ancaq təmiz olmama ehtimalı üzündən dənizdə üzməsi məsləhətdir. 6 aydan kiçik uşaqların peyvəndi tam olmadığı üçün dənizə salmayın. Yayda bağırsaq infeksiyaları və qida zəhərlənmələri də uşaq üçün təhlükəlidir. Uşaqların çirkli əllərlə qidalanmalarının, yuyulmamış qidalar qəbul etməsinin qarşısını alın.
Bənzər xəbərlər...

XƏBƏR LENTİ
Məhkəmə məşhur aktyorlarla bağlı QƏRAR VERDİ
Evlənənlərin də sayı artdı, boşananların da
Bakıdan İrandakı azərbaycanlılara dəstək
“Qanlı Yanvar”ın övladları
Kişilər də nə vaxtsa qadınlar qədər yaşayacaqlarmı?
Yuxular və yuxuyozmalar (10)
Prezident İlham Əliyevdən 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik paylaşımı (FOTO)
Dünyanın sonudur - yeni tarix açıqlandı
Oskar mükafatları sahiblərini tapdı
Füzulidə son vəziyyət
Fərqli gəlinlik modelləri
Reanimasiyada olan xəstələrin sayı açıqlandı
Bədənizdə kimin ruhu yaşayır?
Tanıdığımız badımcanın tanımadığımız tərəfləri
72. BAFTA Mükafatları: Qırmızı Xalça
HAVA necə olacaq?-28 İyul
Badımcan pizzası (foto resept)
Xoşbəxtlik hissi yaradan qidalar
Hava haqqında - 25.02.2014
Kişiləri Yatmaq Şəkilindən Tanıyın
Keçmişin gözəllik standardları
Dəhşətli xəstəliyə tutula bilərsiniz
Azərbaycanda amnistiya aktının icrasına başlanılır
Tərəvəzli taco (foto resept)
DİN-dən Yeni ilə görə vətəndaşlara XƏBƏRDARLIQ
Şəkər xəstələrinə müjdə - YENİ DƏRMAN KƏŞF EDİLDİ
Leyla Əliyeva atasının oxuduğu institutda
Bəzi tarixi yerlərə səyahət
"Lirikada fizika və dünyəvilik" (1)
Xəbərdarlıq: Nə içirsiniz?
Neft yenidən ucuzlaşdı
Çil-çıraqlar-2
Doğum gününə görə xarekter (mart)
Belə ömrü kişilər yaşayır...
İdeal bədənə sahib olmağın 6 qaydası
BMT-nin Baş katibi ilin sonuna qədər qlobal atəşkəs çağırışı edib
Lady Qaqa
7 yaşlı azərbaycanlı "Brüs Li" - Bacarığı ilə görənləri heyrətləndirir
Dövlət başçısı üç ay vaxt verdi
Gün ərzində qaşlarınızı çatsanız...
HAVA necə olacaq?-24 İyul
Təyyarədə rastlaşa biləcəyiniz qəribə hallar
Ceyms Bondun yeni filmi sonuncu ola bilər
Subay pilotlara iş olmayacaq
Dünyada maraqlı və gülməli boşanma hadisələri
Günün qoroskopu: əlverişli zamandır
İlham Əliyev: “Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi”
Millimiz dünya çempionatından 2 medalla qayıdır
Pendir və göyərti ilə toyuq ətli kotlet (foto resept)
Çolpalı-şorbalı xəngəl (foto resept)

- ŞƏRHLƏR