
Uşağınız artıq körpəlik dövründən çıxdı, böyüdüyünü və müstəqil hərəkət edə bildiyini görürsünüz, artıq sizə uyğun olma və sözünüzü dinləməyin zamanı gəldiyini düşünürsünüz bəlkə, amma hələ buna hazır deyil çünki 2 YAŞINDADIR!!

Bir çox ana bu dövrdə doğru davranışı göstərmək üçün XEYR sözünü tez-tez işlədir. Bu tip əngəlləyici davranışlar uşağın inkişafına mənfi təsir etməkdədir. Dünyanı, ətrafındakı əşyaları, adamları tanımağa və kəşf etməyə yarayacaq bütün bacarıqlara sahib (gəzir, qavrayır, sadə hadisələr arasında əlaqə qura bilir, qaça bilir, yemək yeyə bilir, hətta suallar verə bilir) olan uşağınız bu enerjiyə sahibdir. Nə qədər çox obyektə toxunsa, nə qədər çox sual verərsə, inkişafı bir o qədər sağlam olacaq. Sual verməsi əngəllənən bir uşağın gələcəkdə özünə inamsız, içinə qapalı şəxsiyyət xüsusiyyətlərini göstərməsi gözlənilə bilər. Əsəbləşməsinə maneə törədilən uşaq isə bu duyğunu zamanla özünə qarşı yönəldərək dişləmə və s. kimi davranışlar göstərə bilər. Uşağınızın azad ola biləcəyi sahələr yaratmalı və özünü, duyğularını tamamilə ortaya qoymasına icazə verməlisiniz. Onunla inadlaşmayın, çünki bu inadlaşma və hirslənmə hələ onun idarə edə biləcəyi bir səviyyədə deyil.

Özündə olan enerjisini boşalda bilməsi üçün gün ərzində tez-tez havaya çıxarın, qaçsın, atılıb, düşsün, təhlükəsizliyini təhdid etmədiyi müddətcə istədiyi hər şeyə toxunsun, bu onun xoşbəxt olmasına və gün içində sizə daha uyğun davranmasına səbəb olacaq. Əgər etməsini istəmədiyiniz bir davranış varsa, o zaman hirslənmə, qadağa, cəzalandırma kimi davranışlar göstərməyin. Edəcəyiniz uzun davamlı şərhlər də bu yaş dövrü üçün çox işə yaramayacaq. Etməniz lazım olan şey onun marağını dağıtmaq olsun. Diqqətini başqa istiqamətə çevirsəniz, işiniz daha da asanlaşacaq. Bunu təmin etmək üçün onun gözüylə dünyaya baxa bilər və oyunlardan istifadə edə bilərsiniz (Məsələn: yeməyini yeməmək üçün sizə müqavimət göstərirsə, bir portağalı, ya da almanı gülməli bir kukla halına gətirin. Sevimli bir ad qoyun. Bu kuklaya yemək yedirin). Yenə müqavimət göstərsə, ikinci oyunu tapın, maraq sahələrini kəşf edin əgər şəkilçəkməkdən xoşlanan uşağınız varsa, bir qab, bir uşaq, bir sevdiyi yeməyi birlikdə çəkin və sonrasında bir hekayə yaradaraq müsbət davranışları təbliğ edin.

Bu, onun əylənməsini təmin edərək diqqətini çəkəcək və sizə olan uyğunlaşmasını artıracaq. Bu tip fəaliyyətləri onunla kecirəcək kifayət qədər zamanınızın və səbrinizin də olması lazımdır. Uşaqları ilə yaxşı ünsiyyət qura bilməyən, özünə vaxt ayırmayan, çalışan analarımızla (atalarımızla) uşaqları arasında bu dövrdə daha çox qarşıdurmalarla qarşılaşa bilirik. Bu səbəblə valideynlərin əvvəlcə özlərinə gün içində zaman ayırmalarını (çay fasiləsi, gediş, sohbət və qəzet-jurnal zamanları) istəyirik.
Uşağınızı bu dövrdə uyğunlaşmamış, yaxşı yetişdirilməmiş və ya pis uşaq kimi əsla tanıtmayın. 3 yaşdan sonra sizə və qoymuş olduğunuz qaydalara uyğunlaşma təmin edə biləcək inkişaf səviyyəsinə sahib olacaq. Uşağınız böyüyərkən onun inkişaf dövrünü çox yaxşı tanımalısınız, çünki bəzən normal olan davranışlar valideynlər tərəfindən problem kimi dəyərləndirilir.
XƏBƏR LENTİ
Baş nazir: "Türkiyə milli tankın seriyalı istehsalına başlayacaq"
Bergüzar Korel 8 aylıq hamilə olsa da ....-FOTO
Prezident İlham Əliyev yenidən jurnalistlərin dostu seçildi
Ötən tədris ilində universitetlərdən nə qədər adam xaric olunub?
Şəhidlərin medalları övladlarına verildi
Günün ulduz falı
Dünyanın ən qədim çarpayısı tapılıb
Məşhur aktyor "Barselona"nı ələ saldı
Bir banka Bal...
Arıqladan yay meyvələri
"iPhone 7" belə olacaq?
2011-ci ildə ölən qadın dünən basdırıldı - FOTO
Qiymət artımı açıqlaması
Noutbuklar liderliyi itirir
Zəncəfil çayının hazırlanması və faydaları
Güləşçilərin reytinqi açıqlandı
Saç rənginə görə makiyaj
Üzdəki tükləri aradan qaldıran maska
Azərbaycan elmində yenilik: virtual laboratoriya yaradılır
Türkan Şoray Kadir İnanır haqqında İLK DƏFƏ
Südlü biskivit (foto resept)
Fərqində olmadan sizi stress edən 11 vərdiş (1)
Uşağın yuxusunu qoruyun
Moskvadan İrəvanı hiddətləndirəcək addım
Azərbaycanda "Formula 1" 2015-ci ilin payızında keçiriləcək. (ƏLAVƏ OLUNUB).
HAVA necə olacaq?-1 Sentyabr
Bütün dünyanı metro birləşdirəcək?
Ancelina Coli hakimə qarşı vəsatət qaldırıb
"Çukur" serialının əyləncəli görüntüləri - VİDEO
Hava necə olacaq?
Salma Hayek İlk dəfə Etiraf etdi-FOTO
Uşaqlarınıza kitab oxuyun
Bazarda böyük bahalaşma
2080-ci ilə qədər 20 dövlətdə…-Ailm rəyi-FOTO
Belə ömrü kişilər yaşayır...
Rus tankları Bakıya girdi
37 yaşlı tələbə öz-özünə isinən gödəkçə hazırladı - FOTO
HAVA necə olacaq?
Şeyma Subaşı paylaşdığı FOTO ilə diqqət çəkdi
Boyunda duz yığıldığını göstərən əlamətlər
Əlağa Şıxlinskinin 150 illik yubileyi keçiriləcək
Dik dur, əyilmə!
Bürclərin asılılıqları
Diş həssaslığının qarşısını almaq üçün tövsiyələr
Fərqli dizaynda tortlar
Dima Bilan əməliyyat olundu-SƏBƏB
Uşaqların dəb dünyası
Cəbrayılın işğaldan azad olunan kəndlərinin görüntüləri - VİDEO
Günün qoroskopu: Diqqətli davranın!
Simsiz qulaqlıqlar təhlükəlidirmi?















- ŞƏRHLƏR