Qadin.NET / 2 yaş sindromu - davranış və məsləhətlər

2 yaş sindromu - davranış və məsləhətlər



Uşağınız artıq körpəlik dövründən çıxdı, böyüdüyünü və müstəqil hərəkət edə bildiyini görürsünüz, artıq sizə uyğun olma və sözünüzü dinləməyin zamanı gəldiyini düşünürsünüz bəlkə, amma hələ buna hazır deyil çünki 2 YAŞINDADIR!!

Bu yaş dövrü ana-ataların uşaq inkişafında ən çox çətinlik çəkdikləri və yorulduqları dövrdür. Yemək yeməyə müqavimət göstərmə,  yatmaq istəməmə, söz dinləməmə, ana-ata-yoldaşa vurma - nə deyilirsə, tam tərsini etmə, özünü yerlərə fırlatma, başını vurma. Körpəlik dövrü sonrasında sizə uyğunlaşmasını gözləyərkən bu inadlaşmalar, ya da hirs haradan çıxdı deməyin. Çünki uşağınız muxtariyyət dövründədir (12-36 aylar). Bu dövr uşağınızın özünü ortaya qoyduğu, hər şeyin özünün olmasını istədiyi, xoşuna gələn paltarı geymək istədiyi dövrdür. Bu israrlı səyləri sizi nə qədər yorsa və əsəbləşdirsədə də, bütün bunları bir keçid dövrü kimi qəbul etmək və bu dövrə hər şəkildə hazırlıqlı olmaq məcburiyyətindəsiniz. Əgər bu dövrdəki şişirdilmiş reaksiyalarının yaşının bir xüsusiyyəti olduğunu və nələr edilməsi lazım olduğunu bilsəniz, bu dövrü daha rahat bir şəkildə keçirə bilərsiniz. 



Bir çox ana bu dövrdə doğru davranışı göstərmək üçün XEYR sözünü tez-tez işlədir. Bu tip əngəlləyici davranışlar uşağın inkişafına mənfi təsir etməkdədir. Dünyanı, ətrafındakı əşyaları, adamları tanımağa və kəşf etməyə yarayacaq bütün bacarıqlara sahib (gəzir, qavrayır, sadə hadisələr arasında əlaqə qura bilir, 
qaça bilir, yemək yeyə bilir, hətta suallar verə bilir) olan uşağınız bu enerjiyə sahibdir. Nə qədər çox obyektə toxunsa, nə qədər çox sual verərsə, inkişafı bir o qədər sağlam olacaq. Sual verməsi əngəllənən bir uşağın gələcəkdə özünə inamsız, içinə qapalı şəxsiyyət xüsusiyyətlərini göstərməsi gözlənilə bilər. Əsəbləşməsinə maneə törədilən uşaq isə bu duyğunu zamanla özünə qarşı yönəldərək dişləmə və s. kimi davranışlar göstərə bilər. Uşağınızın azad ola biləcəyi sahələr yaratmalı və özünü, duyğularını tamamilə ortaya qoymasına icazə verməlisiniz. Onunla inadlaşmayın, çünki bu inadlaşma və hirslənmə hələ onun idarə edə biləcəyi bir səviyyədə deyil.



Özündə olan enerjisini boşalda bilməsi üçün gün ərzində tez-tez havaya çıxarın, qaçsın, atılıb, düşsün, təhlükəsizliyini təhdid etmədiyi müddətcə istədiyi hər şeyə toxunsun, bu onun xoşbəxt olmasına və gün içində sizə daha uyğun davranmasına səbəb olacaq. Əgər etməsini istəmədiyiniz bir davranış varsa, o zaman hirslənmə, qadağa, cəzalandırma kimi davranışlar göstərməyin. Edəcəyiniz uzun davamlı şərhlər də bu yaş dövrü üçün çox işə yaramayacaq. Etməniz lazım olan şey onun marağını dağıtmaq olsun. Diqqətini başqa istiqamətə çevirsəniz, işiniz daha da asanlaşacaq. Bunu təmin etmək üçün onun gözüylə dünyaya baxa bilər və oyunlardan istifadə edə bilərsiniz (Məsələn: yeməyini yeməmək üçün sizə müqavimət göstərirsə, bir portağalı, ya da almanı gülməli bir kukla halına gətirin. Sevimli bir ad qoyun. Bu kuklaya yemək yedirin). Yenə müqavimət göstərsə, ikinci oyunu tapın, maraq sahələrini kəşf edin əgər şəkilçəkməkdən xoşlanan uşağınız varsa, bir qab, bir uşaq, bir sevdiyi yeməyi birlikdə çəkin və sonrasında bir hekayə yaradaraq müsbət davranışları təbliğ edin.



Bu, onun əylənməsini təmin edərək diqqətini çəkəcək və sizə olan uyğunlaşmasını artıracaq. Bu tip fəaliyyətləri onunla kecirəcək kifayət qədər zamanınızın və səbrinizin də olması lazımdır. Uşaqları ilə yaxşı ünsiyyət qura bilməyən, özünə vaxt ayırmayan, çalışan analarımızla (atalarımızla) uşaqları arasında bu dövrdə daha çox qarşıdurmalarla qarşılaşa bilirik. Bu səbəblə valideynlərin əvvəlcə özlərinə gün içində zaman ayırmalarını (çay fasiləsi, gediş, sohbət və qəzet-jurnal zamanları) istəyirik.

Uşağınızı bu dövrdə uyğunlaşmamış, yaxşı yetişdirilməmiş və ya pis uşaq kimi əsla tanıtmayın. 3 yaşdan sonra sizə və qoymuş olduğunuz qaydalara uyğunlaşma təmin edə biləcək inkişaf səviyyəsinə sahib olacaq. Uşağınız böyüyərkən onun inkişaf dövrünü çox yaxşı tanımalısınız, çünki bəzən normal olan davranışlar valideynlər tərəfindən problem kimi dəyərləndirilir.

 
15 dekabr 2011
GO BACK