Çimmək dərini tərdən və tozdan təmizləyir, insanın bütün bədənini gümrahlaşdırır. Buna görə də körpəni bacardıqca hər gün və eyni vaxtlarda çimdirmək lazımdır. Uşağı çimdirmək üçün müəyyən saatlar ayırmalı və buna heç olmazsa, bir neçə ay əməl edilməlidir.
Rejimə öyrəşən uşaq daha sakit olur. Uşağı çimdirməyə başlamamışdan əvvəl bütün şeyləri hazırlamalı, ananın fikri yalnız uşaqda olmalıdır. Uşağı bir saniyə belə vannada tək qoymaq olmaz, məsələn, isti su və ya dəsmal gətirmək üçün onu qoyub getmək olmaz.
Uşağın çimdirilmə qaydası onun yaşından asılıdır. Nə qədər ki, uşaq hələ özü oturmur və ayağa durmur, onun üzünü və gözlərini çimənə qədər bələmə stolunun üstündə yumaq olar. Bu vaxt onu bir əllə altdan tutmaq, o biri əl ilə isə üzünü su ilə yumaq lazımdır. Yumağa əvvəlcə gözlərindən başlamaq lazımdır. Uşağın üzünü yuduqda başqa iş görmək, onu tək qoymaq olmaz, çünki uşaq stoldan yıxıla bilər.
Uşağın gözlərinə qulluq
Əgər uşağın gözündə irin və ya çirk varsa, bu zaman ana çobanyastığı dəmləməsinə pambığı batırıb yavaş-yavaş göz qapaqlarının kənarını silməlidir.
Pambığı çobanyastığı dəmləməsinə batırıb xarici burun dəliklərini silmək lazımdır. Burunda hətta qaysaq olduqda belə uşağın burnuna pambığı salıb eşmək olmaz, bunlar uşaq asqırdıqda çıxacaqdır.
Uşağın qulaqlarına qulluq
Uşağın qulağını pambığı çobanyastığı dəmləməsinə və ya yağa batırıb silirlər. Qulağın bütün büküşlərini yaxşı silmək lazımdır. Qulağın büküşlərində həmişə çirk yığılır, xüsusən də tez-tez qusan uşaqlarda. Burun yollarını və qulağın içini eşib təmizləmək olmaz.
Uşağın baş dərisinə qulluq
Uşağı çimdirməmişdən qabaq başının dərisinə baxmaq lazımdır. Çox vaxt uşağın başı qabıq verir: bəzən tək-tək yerlərdə sarı qaysaq olur. Uşağı çimdirməzdən 1-2 saat əvvəl başına yağ çəkmək va ya vazelin sürtülmüş parça qoyub yaylıqla bağlamaq olar. Uşağı çimdirməmişdən qabaq parçanı götürüb başını arxadan tutub saçını sıx daraqla darayırlar. Çimdirəndə uşağın başını yaxşı sabunlayırlar, onda daraqla təmizlənməyən qaysağın bir hissəsi təmizlənir. Bu da kömək etməzsə, həkimə müraciət etmək lazımdır.
Uşağın dırnaqlarına qulluq
Uşağın dırnaqlarını onu çimdirməmişdən qabaq tutmaq olar. Südəmər uşağın dırnaqlarını hər 2-3 gündən bir tutmaq lazımdır. Dırnaqları tutub qurtardıqdan sonra hamarlığını barmağın ucu ilə yoxlamaq lazımdır, yoxsa uşaq üzünü cıra bilər. Əllərin dırnaqlarını qövs şəklində ayaq dırnaqlarını isə düz tutmaq lazımdır ki, onların küncləri çıxsın. Belə etdikdə dırnaq “ətə girməz”. Uşaq özünü rahat aparmadıqda onu əvvəlcə çimdirmək və yedirtmək, sonra dırnağını tutmaq lazımdır. Çünki uşaqlar çimdikdən və yedikdən sonra dırnağını tutmağaşərait yaradırlar.
XƏBƏR LENTİ
Qarabağ Regional Ədliyyə İdarəsinə daxil olan ərazilərimiz açıqlandı - RƏSMİ
Hamiləlik və doğuş
İnsanları ölümdən o qurtaracaq?
Yol polisi Hillari Klintonu cərimələdi
İran məscidlərdə Məhərrəmlik mərasimlərini qadağan etdi
Azərbaycanda ana ölümü: 9 həkim işdən qovuldu
Kalori yandırmaq üçün 10 günlük vərdiş
Səhərlər şişən gözlər üçün təbii həll
Karbondan Bugatti velosipedi
6 min illik Məzardan Çıxanlar hər kəsi Heyrətləndirdi- FOTO/VİDEO
Duz lampası nədir, faydaları nələrdir?
"Onlar Azərbaycan xalqından üzr istəməlidir"
Təhlükəli virus yayılır
Makiyaj çantanızda nələr var?
Ən qlamur nənə-FOTO
Pendirli kek (foto-resept)
Çəhrayı rəngi beynimiz uydurur?
Xərçəng xəstəliyindən necə qorunmaq olar?
Azərbaycan həkimlərinə şad xəbər - Maaşlar artır
"Saçlarını yol, gətir..."
Məşhur cütlük cərimə edildi-SƏBƏB
Atamın həsrəti...
Bir il sonra dünya ilə toqquşacaq
Şahzadənin yeni fotoları
Bakıda Avropa Oyunları ilə bağlı tanınmış rəssamların şousu
Saçlarınızı dəsmalla qurulamayın
Qış aylarında immuniteti necə gücləndirməli?
Feyxoa cemi və ya mürəbbəsi
Corablar qanda şəkəri ölçəcək
Sağlam olmağın alternativ yolları
Olga Nasakovadan möhtəşəm tortlar
"Halloween" mövzulu tortlar
Ətrafındakı gözəlliyi görə bilirsənmi?
Hadisənin son FOTOsu narazılıq yaratdı
Rus dili - Гг
Bakıda qeyri-adi evlənmə təklifi gerçəkləşdi
Ölməyən eşq hekayəsi
Bakıya gələn nəhəng ördək cırıldı
Santa Klaus peçenyesi (foto resept)
Turizm və növləri
Bitkilərə qulluq
Ərdoğan İbrahim Tatlısəsə "yox" dedi
Təhsil müəssisələri ənənəvi qaydada tədrisə qayıdır? - AÇIQLAMA
Bəy gəlin evinə ağzında əmzik, iməkləyərək getdi
Üzən şəhər və ya Qiyamət gəmisi hazırlandı
Nadir canlıların evi olan Sokotra adası
İndi hamı bu şəhərə axışır
Uşaq sağlamlığı üçün tövsiyələr
Qızıl qolbaqlar
Azərbaycan dili - I dərs
- ŞƏRHLƏR