Qadin.NET / Çimdirməzdən əvvəl körpəyə qulluq

Çimdirməzdən əvvəl körpəyə qulluq

Çimmək dərini tərdən və tozdan təmizləyir, insanın bütün bədənini gümrahlaşdırır. Buna görə də körpəni bacardıqca hər gün və eyni vaxtlarda çimdirmək lazımdır. Uşağı çimdirmək üçün müəyyən saatlar ayırmalı və buna heç olmazsa, bir neçə ay əməl edilməlidir.

Rejimə öyrəşən uşaq daha sakit olur. Uşağı çimdirməyə başlamamışdan əvvəl bütün şeyləri hazırlamalı, ananın fikri yalnız uşaqda olmalıdır. Uşağı bir saniyə belə vannada tək qoymaq olmaz, məsələn, isti su və ya dəsmal gətirmək üçün onu qoyub getmək olmaz.

Çimdirməzdən əvvəl körpəyə qulluq

Uşağın çimdirilmə qaydası onun yaşından asılıdır. Nə qədər ki, uşaq hələ özü oturmur və ayağa durmur, onun üzünü və gözlərini çimənə qədər bələmə stolunun üstündə yumaq olar. Bu vaxt onu bir əllə altdan tutmaq, o biri əl ilə isə üzünü su ilə yumaq lazımdır. Yumağa əvvəlcə gözlərindən başlamaq lazımdır. Uşağın üzünü yuduqda başqa iş görmək, onu tək qoymaq olmaz, çünki uşaq stoldan yıxıla bilər.

 

Çimdirməzdən əvvəl körpəyə qulluq

 

Uşağın gözlərinə qulluq

Əgər uşağın gözündə irin və ya çirk varsa, bu zaman ana çobanyastığı dəmləməsinə pambığı batırıb yavaş-yavaş göz qapaqlarının kənarını silməlidir.

Uşağın burnuna qulluq

Pambığı çobanyastığı dəmləməsinə batırıb xarici burun dəliklərini silmək lazımdır. Burunda hətta qaysaq olduqda belə uşağın burnuna pambığı salıb eşmək olmaz, bunlar uşaq asqırdıqda çıxacaqdır.

Çimdirməzdən əvvəl körpəyə qulluq

Uşağın qulaqlarına qulluq

Uşağın qulağını pambığı çobanyastığı dəmləməsinə və ya yağa batırıb silirlər. Qulağın bütün büküşlərini yaxşı silmək lazımdır. Qulağın büküşlərində həmişə çirk yığılır, xüsusən də tez-tez qusan uşaqlarda. Burun yollarını və qulağın içini eşib təmizləmək olmaz.

Çimdirməzdən əvvəl körpəyə qulluq

Uşağın baş dərisinə qulluq

Uşağı çimdirməmişdən qabaq başının dərisinə baxmaq lazımdır. Çox vaxt uşağın başı qabıq verir: bəzən tək-tək yerlərdə sarı qaysaq olur. Uşağı çimdirməzdən 1-2 saat əvvəl başına yağ çəkmək va ya vazelin sürtülmüş parça qoyub yaylıqla bağlamaq olar. Uşağı çimdirməmişdən qabaq parçanı götürüb başını arxadan tutub saçını sıx daraqla darayırlar. Çimdirəndə uşağın başını yaxşı sabunlayırlar, onda daraqla təmizlənməyən qaysağın bir hissəsi təmizlənir. Bu da kömək etməzsə, həkimə müraciət etmək lazımdır.

Çimdirməzdən əvvəl körpəyə qulluq

Uşağın dırnaqlarına qulluq

Uşağın dırnaqlarını onu çimdirməmişdən qabaq tutmaq olar. Südəmər uşağın dırnaqlarını hər 2-3 gündən bir tutmaq lazımdır. Dırnaqları tutub qurtardıqdan sonra hamarlığını barmağın ucu ilə yoxlamaq lazımdır, yoxsa uşaq üzünü cıra bilər. Əllərin dırnaqlarını qövs şəklində ayaq dırnaqlarını isə düz tutmaq lazımdır ki, onların küncləri çıxsın. Belə etdikdə dırnaq “ətə girməz”. Uşaq özünü rahat aparmadıqda onu əvvəlcə çimdirmək və yedirtmək, sonra dırnağını tutmaq lazımdır. Çünki uşaqlar çimdikdən və yedikdən sonra dırnağını tutmağaşərait yaradırlar.

8 noyabr 2014
GO BACK