Bahar Bayramı
Azərbaycanlılar lap qədimlərdən yazın - novruzun (yeni ilin) gəlişini, təsərrüfat, əkin-biçin işlərinin başlanmasını böyük şənliklə qarşılayır, bayram edirlər. Dədə Qorquddan Füzuliyə, Vidadiyə, Sabirə, Səməd Vurğuna qədər bütün ozan və şairlərimiz, bütün xalqımız baharı fərəh və sevinclə qarşılamış və qarşılayırlar:
Gəl, gəl a yaz günləri!
İlin əziz günləri!
Baharın gəlişi əkinçilik işlərinin başlanması deməkdir. Sanki yaşıllığı tələsdirmək arzusu ilə boşqablarda, məcmiyələrdə səməni göyərdirlər. Səməni yazın gəlməsinin, təbiətin canlanmasının əkinçiliyin rəmzidir.
Səməni, ay səməni,
İldə göyərdərəm səni!
Bununla elə bil növbəti təsərrüfat ilinə bərəkət, bollluq arzulanır. Qonum-qonşular bir-birlərinə yaz payı - səməni göndərmişlər. Bayram günlərində tonqallar qalamaqla, onun üzərindən tullanmaqla, mahnı qoşmaqla oda, atəşə olan etiqadı ifadə etmişlər.
Baharı ləyaqətlə qarşılamaq üçün küçələrdə, həyətlərdə abadlıq işləri aparılır, yollar təmizlənir. Qapı-pəncərələri rəngləyir, evləri ağardır, uçuq-söküyü təmir edir, səliqəyə salırlar. Oğlan və qızlar təp-təzə paltar geyinib bəzənirlər. Bu əziz gündə yaxınlar bir-birinə qonaq gedir, küsülülər barışır.
Bahar bayramında qoğal, fəsəli, şəkərbura, şəkərçörəyi, paxlava bişirilir, plov asılır, rəngbərəng yumurta boyanır, xonça bəzənir.
Dünya xalqlarının bir çoxu ta qədimdən baharın gəlişini təsərrüfat işlərinin başlanması ilə bağlayıb el mərasimi şəklində, öz milli adət və ənənəsinə uyğun olaraq ümumxalq bayramı kimi qeyd edir. Qədim slabyanlarda martın əvvəlində yaz-çöl işlərinin başlanması ilə əlaqədar "maslenitsa" keçirilirdi. Çexlər indi də martın ilk gününü "letnitsa" adlandırırlar ki, bu da təzə gün mənasındadır. Moldavanlarda martın on günü bahar bayramı (mertsişor) kimi qeyd olunur. Ən qədim zamanlardaa İranda, Əfqanıstanda, Pakistanda, özbəklər, taciklər, türkmənlər arasında baharın gəlişini təzə gün (novruz) kimi bayram edirlər. Təzə ilin ilk günündə gecə ilə gündüz taraz olur ki, bu da mart ayının 21-də (bəzən 20 və 22-nə düşür) baş verir.
Beyin
Siz ətrafa baxıb, əşyaları və insanları görürsünüz. Siz oxuyur və yazırsınız. Rəfdən asanlıqla kitab götürürsünüz və ya topu elə atırsınız ki, o düz hədəfə dəysin. Bütün bunları fikirləşdiyiniz kimi edirsiniz. Dünən harada olduğunuzu heç bir çətinlik çəkmədən yada sala bilirsiniz. Bütün bunlar sizin üçün adi və asan işlərdir.
Bəs, fikirləşirsinizmi ki, ətrafdakıları necə qavrayırıq? Biz necə yada salırıq,düşünürük? Biz öz hərəkələrimizi necə idarə edirik? Bu işləri bədənimizin hansı orqanı yerinə yetirir? Bütün bunları bizim mühüm orqanımız olan beyin idarə edir.
heyvanların beyni kiçikdir. Balıqlarda beyin bəzən xırda dəndən böyük olmur. Bunlarla müqayisədə pişiklərin, itlərin və meymunların beyni xeyli böyükdür. İnsanda beyin böyük və mürəkkəb "aparat" dır. Beyin işə qarışmasa sən nə hərəkət edə bilərsən, nə danışa bilərsən, nə də fikirləşə bilərsən. Beyin elədiklərimizi və gördüklərimizi yadda saxlayır. Beyin orqanizmin bütün həyatın, sənin bütün hərəkətlərini, nitqini, yaddaşını və duyğularını idarə edir.
İnsan beyni çox miqdarda sinir hüceyrələrindən təşkil olunmuşdur. Təkcə beyni örtən boz maddə qatında hüceyrələrin sayı 14 milyarddır.
Hər bir sinir hüceyrəsi siqnallar qəbul edir, hər hüceyrə qrupunun öz vəzifəsi var. Bəzi hüceyrələr görmə siqnalını, bəziləri səsləri qəbul edir, bir qismi rəngləri seçməyə qadirdir. Xüsusi hüceyrələr də vardır ki, onlar əl və ayaqların hərəkətinə "komanda" verir.
İnsanın beyni iki böyük hissəyə - sağ və sol yarımkürələrə bölünür. Görünüşünə görə onlar eyni olsa da, müxtəlif iş görürlər. Əgər beynin sol yarımkürəsinin fəaliyyəti pozulmuşsa, insan nə danışa bilir, nə də başqasını başa düşür.
İnsan beyni dünyadakı "aparat" ların ən mürəkkəbi və ən kamilidir. Bir çox alimlər beynin sirri ilə maraqlanmışlar. Lakin insan beyninin quruluşu və onun işi hələ tam öyrənilməmişdir. Bunlar öz tədqiqatçılarını gözləyir.
Beyləqan
Mil düzündəki Kəbirli kəndi yaxınlığındakı üzüm bağları və pambıq tarlaları arasında 6-9 metr hündürlüyündə böyük təpələr var. Bu,qədim bir şəhərin xarabalarıdır. Yerli əhali hazırda buranı Örənqala adlandırır. Bəs nə üçün şəhər yeri belə adlanır? Ona görə ki, şəhər viran qalmışdır. Gəlin,tarixə nəzər salaq.Azərbaycana gəlmiş orta əsr səyyahlarının əsərlərində bu ərazilərdə iki şəhər adı göstərilir: Beyləqan və Yunan. Bunlardan hansı Örənqaladır? 1955-ci ildə alimlərimiz Örənqaladan saxsı qab qırıntıları tapdılar. Onun üzərində Beyləqanda hazırlandığı yazılmışdır. Bu da, onu göstərir ki, Örənqala Beyləqan şəhərinin xarabalarıdır və bu şəhərin 1500 il bundan əvvəl salındığını söyləmək olar.
12-ci əsrdə və 13-cü əsrin əvvəllərində Beyləqan Yaxın Şərqin məşhur sənətkarlıq,ticarət və mədəniyyət mərkəzinə çevrilmişdi. Şəhər İran, Çin, Hindistan, Bizans, Gürcüstan və b. ölkələrlə ticarət edirdi. Varlıların evləri, ictimai binalar şirli kaşılarla (adətən, divarların xarici səthinə bəzək üçün vurulan üzü naxışlı çini) bəzədilirdi. Saxsı borularla çəkilmiş su şəbəkəsi, bişmiş kərpiclə hörülmüş kanalzasiya xətləri var idi. Şəhərdə bir neçə hamam, aptek, camaşırxana, karvansara, mehmanxana da tikilmişdi. Beyləqan şair Mücirəddin Beyləqani, Şəhabəddin Beyləqani və başqalarının vətənidir. Arxeoloqların tapdıqları saxsı qablar üzərində onları hazırlayan ustaların adları, şeir parçaları yazılmışdır. 1221-ci ilin payızında monqol ordusu Beyləqanı mühasirəyə alaraq, təslim olmaq üçün elçi göndərdi. Şəhər əhalisi, sənətkarlar düşmənə təslim olmaqdan boyun qaçırdılar. Qızğın döyüşlərdən sonra qala divarlarını dağıdan monqollar şəhəri yandırdılar. Kişi və qadınları, qoca və uşaqları qılıncdan keçirdilər. Arazdan gələn arxı, su şəbəkəsini dağıtdılar. Beyləqan yerlə yeksan olundu. Lakin Mil düzündə həyat sönmədi, yeni həyat quran adamlar Beyləqanın mübarizə və qəhrəmanlıq şöhrətini əziz tuturlar. Hazırda bu abidə dövlət tərəfindən qorunur.
Beynəlxalq Qadınlar Günü
Təqvimin səhifələrində əlamətdar günlər, tarixi bayramlar çoxdur. Lakin həmin günlər, bayramlar içərisində eləsi də var ki, həmin gün üçün siz nənə və analarınız,əzizləriniz,bacı və rəfiqələriniz üçün ən gözəl hədiyyə hazırlayırsınız. Həmin əlamətdar gün 8 Mart - dünya qadınlarının bayramı günüdür.
Gəlin bu bayramın tarixinə bir nəzər salaq. 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərinə bir çox ölkənin qadın nümayəndələri toplaşaraq, ümumi qüvvə ilə öz hüquqları uğrunda necə mübarizə aparacaqları haqqında danışmışlar. Axı kişilərlə eyni zəhmət çəkən qadınlar çox az əmək haqqı alırdılar. Onların həkim, hüquqşünas, mühəndis olmağa ixtiyarları yox idi. İnqilaba qədər Azərbaycanda da qadınların vəziyyəti belə idi.
Qadınların Kopenhagen konfransında alman inqilabçısı Klara Setkinin təklifi ilə Beynəlxalq Qadınlar Gününü - bütün dünya qadınlarını zülmə, burjua hakimiyyətinə, bərabərsizliyə qarşı, öz hüquqları uğrunda həmrəylik gününü müəyyənləşdirmək qərara alındı.
Həmin gün 8 mart oldu. Bu təsadüfi dyildi, çünki 1908-ci ilin mart səhəri Nyu-Yorkda qadınlar öz işlərini atıb nümayişə çıxmışdılar. Məhz həmin gün xatirə olaraq 8 Mart Beynəlxalq Qadınlar Günü elan edildi. 8 Mart günü ilk dəfə 1911-ci ildə Almaniyada, Amerikada, İsveçrə və Danimarkada, 1913-cü ildə Rusiyada, Azərbaycanda isə 1917-ci ildə qeyd edildi.
Begemot
Qədim romalılar Afrikada Nil çayının mənbəyində yorğun, ağır tərpənən begemotları görərkən, onları hippopotam, yəni "çayda at" adlandırmışdılar. Əslində begemotlar heç ata oxşamır, təkcə at kimi fınxırırlar.
Begemotun parlaq dərisi tamam tüksüzdür. Gözləri və burun pərələri qurbağa və timsahda olduğu kimi qabarıqdır. İsti günlərdə begemotlar sudan çıxmır. Begemot sürüləri və ya kiçik begemot ailələri suyu şappıldadır, fınxırır, fısıldayırlar. Onlara yaxınlaşmaq təhlkəlidir. Begemotlar təkcə adamlara deyil, qayıqlara da hücum edir; onların möhkəm çənələri qayığı fındıq qabığı kimi sındıra bilir. Begemotun ağzı böyükdür, lap çamadan kimi, köpək dişlərinin uzunluğu isə 70 santimetrə çatır. Yaşlı begemotun çəkisi 3 tondan çox olub, bədəninin uzunluğu 4-5 metrə çatır. Təzə doğulmuş begemot balaları 35-40 kiloqram olur.
İnsanlar begemotları çoxlu ətinə, qalın dərisinə, qiymətli köpək dişlərinə görə ovlamışlar. Şimali və Cənubi Afrikada begemotları, demək olar ki, tamamilə qırmışlar. İndi onlara yalnız Mərkəzi və Şərqi Afrikada rast gəlmək olur, özü də əsasən xüsusi qoruqlarda.
XƏBƏR LENTİ
Düzgün qidalanma haqqında 8 qayda
Xudaya yar olan şəhidimiz - VİDEO
Səudiyyə Ərəbistanında anasına əl qaldıran oğlun dişini çıxardacaqlar
Məşhur şəhərə Putinin adı veriləcək?
İmtahanla bağlı yenilik
Hamiləlik etirafı
Nazirlikdən "Son zəng" açıqlaması
Baş qəhrəmanlarından biri haqqında məyusedici QƏRAR
Beren Saatın arıqlığı hər kəsi heyrətləndirir-FOTO
Göldə əjdaha iddiası: "Boz rəngdə idi, suyun üzünə çıxdı..."
Bunlar qadın sağlamlığını korlayır!
Azərbaycanın şimalı şaxtalı iflic vəziyyətində
Pijama modelləri
Saçlarınıza zərər verməyin
Qeyri-adi vərdiş-Solaxaylıq
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma
Sərnişinin görünüşü hər kəsi güldürdü - FOTO
Cüneyt Arkın məşhur serialda
Azərbaycanda əhalinin sayı 1 milyon 916 min 500 nəfər artıb
Gülməli heyvanlar (son)
Bu da kəndlərimizin yeni adları
Bu ilin dəbi: Şortikli kostyumlar
Bakı Metropoliteni yeni iş rejiminə keçəcək
Çinli turistləri sirkdən qovub birbaşa karantinə göndərdilər
Günün ulduz falı
Çaylı keks
Azərbaycan etiraz məktubu göndərdi
Rusiya cəbhədə baş verənlərə münasibət bildirdi
Cəbhədə atışma oldu
Qadın.Netlə birlikdə hamiləlik (28-ci həftə)
Deputat: "İdmançılarımızda dopinq aşkarlanması təzyiq vasitəsi ola bilər"
HAVA necə olacaq?
Əhvalı yaxşılaşdıran idmanlar
Ronaldonun sevgilisi DİQQƏT ÇƏKDİ-FOTO
Reanimasiyada olan xəstələrin sayı azaldı
"Qalatasaray" öz meydanında coşdu, Droqba sıradan çıxdı
Düşündürücü sözlər
Günün qoroskopu: intriqaya aldanmayın
Dəbli görünmək üçün 5 tövsiyə
Culiya Roberts kimi yaşlanmağa qalib gəlin
Bakıda 53 min avroluq yarış, giriş pulsuzdur
Yaralı barmağa "dolama"
Sevgilisi olmayanlara şad xəbər-"Facebook"dan möhtəşəm Yenilik!
Məşhur aktyorların arasını vurdular-SƏBƏB
Milli komandamızın baş məşqçisi əcnəbi oldu
Arif Quliyev orduya yazıldı
Sağ qalmaq üçün bunları etmək şərtdir
Körpələr musiqini necə anlayır?
Xaş-xaşlı tort (foto resept)
Xoşladığımız yeməklər və xasiyyətimiz
- ŞƏRHLƏR