Parlaq saçlara sahib olmanız üçün sizlərlə 10 praktik üsulu paylaşmaq istəyirəm. Bu üsullar sayəsində parlayan saçlara sahib ola bilərsiniz.
1. Təbii olun
Plastik fırçanızı atıb, yerinə təbii tüklərdən hazırlanmış fırça alın. Bunlar saçlarınızı fırçaladığınız zaman yağları bərabər paylayar və parlaqlıq qazandırar.
2. Spirtli məhsullara diqqət
Spirt, havanın çirkliliyi və rütubət saçların təbii parlaqlığını itirər. Saç köpüklərinin çoxunun tərkibində spirt var. Buna görə də saçlarınız qurudursa, köpük əvəzinə kremdən istifadə edin.
3. Doğru qaydada yuyun
Saçları həftədə bir neçə dəfə yumaq kafidir. Amma saçlarınızı hər gün yuyursunuzsa, əvvəl kremdən istifadə edin, sonra saçları durulamadan yalnız saç diblərini şampunlayın və durulayın.
4. Soyuq su
Saçları soyuq suyla yuduğunuz zaman üst dəri bağlanar və yumşaq, parlaq bir səth əldə edərsiniz. Saçlarınızı qurutduqdan sonra soyuq hava verməniz də buna bənzər təsir göstərər.
5. Burulmasını önləyin
Saçlar məsaməlidir və məsamələr havadakı nəmi əmər. Bu da nəmli havalarda saçların istənməyən şəkildə burulmasına səbəb olar. Bunun qarşısını almaq istəyirsinizsə, evdən saçlarınızı tamamilə qurutmadan çıxmayın.
6. Silikondan istifadə edin
Silikonlu məhsullar saç dərisinin dibində qalar və dərini xarici faktorlara və şəkil verən alətlərə qarşı qoruyar; sürtünməni və istidən zərər görmə ehtimalını azaldar. Lakin bunlardan çox istifadə etsəniz, saçınız yağlanmış kimi görünər.
7. İstilik müalicəsi
Qadınların əksəriyyəti istinin saçları qurutduğunu düşünər. Lakin istilikdən doğru şəkildə istifadə edildiyi zaman saça parlaqlıq verər. Salona gedə bilmirsinizsə, ayda bir dəfə saçınıza maska, ya da isti yağ baxımı tətbiq edin. Məhsulu saçınıza sürtdükdən sonra, saçınızı isti bir dəsmalla örtün.
8. İonlu alətlər
Saçquruducular və maşalar yalnız saçların qabarmasını və elektriklənməyi önləmək üçün deyil. Onlar saçların sağlam olmalarını təmin etdikləri üçün də istifadə olunmağa dəyər məhsullardur. İonlu seramik alətlər saçlara qırıqları önləyən mənfi ionlar üfürərək saçların güclənməsini və parlaqlıq qazanmasını təmin edər.
9. Buruq saçların baxımı
Əgər saçlarınızın təbii forması dalğalıdırsa, hər altı və ya səkkiz həftədə bir dəfə uclarından bir az kəsin. Ayrıca, tərkibində nəmləndirici olan şampun və kremdən istifadə edin.
10. Dalğalarınız işıldasın
Buruq saçlar eyni yöndə olduqları zaman daha parlaq dayanar. Buna görə böyük, yumşaq və düz dalğalar işığı kiçik buruqlardan daha çox əks etdirər. Saçlarınızı qurutduqdan sonra maşaya dolayıb bir neçə saniyə gözləsəniz, saçlarınız qalıcı bir şəkildə dalğalı dayanacaq və daha parlaq görünəcək.
XƏBƏR LENTİ
“Çölçü” filmi yenidən mükafata layiq görülüb.
NASA kosmosda “robot otel” qurur
Bakını toz bürüyəcək
Ayaqqabınızın ömrünü uzadın
O bir ilə 620 milyon qazandı
Məşhur aşbaz Sıla haqqında
Övladlarımıza rəhbər olaq, yoxsa dost?
Fahriyə Buraka qadağa qoydu
İnsan bədəni qüsursuzdur
Yeni serial başlayır-"Kızım"-VİDEO
Kəsmikli, peçenyeli piroq (foto resept)
Evli cütlüklərin eyni iş yerində işləməsi düzgündür?
Təmizlik xəstəliyi
Qozun faydaları
Dəbli şalvar modelləri
Cinsi həyatınızın qayğısına qalın
Bananlı keks (foto-resept)
Nazirlik bahalığı "ucuzlaşdırmağa" çalışır
İranda QİÇS-ə yoluxma halları artıb
İtaliya nəşri Füzulidən reprotaj hazırladı - VİDEO
Ziynet Salı ərə gedir-FOTO
Bakıda dünya çempionatı olacaq
Yeni toy "adətləri"
Bacılar da bir-birini qısqanır...
Bakı Metropoliteni yeni iş rejiminə keçəcək
Amerikalılar Milli Şirniyyatlarımızı yeyəndə...
Yaponiya pilotsuz poçt maşınının sınağına başlayıb
MakSim ərə gedir-FOTO
21 Fevral-Ana dili günüdür!
Qızının ev tapşırığı atanın həyatını xilas etdi - FOTO
Hicablı makiyaj ustası
"Erkenci Kuş" un məşhur cütlüyü evlənir-FOTO
Hindistanda koronavirusa qarşı üç peyvənd sınaqdan keçirilir
Bakı ABŞ, Rusiya, Fransya səsləndi
Möcüzə enerji-2
Planşetə çevrilə bilən xrombuk
Vətən Müharibəsində kəşfiyyatçı meşədə övladını itirib: “Oğlum gözümün qabağında vuruldu” - VİDEO
Əliyev, Putin və Sarkisyan sambo yarışında
Çində matəm elan edildi
Bu gün milli mətbuatın 143-cü ildönümüdür
Həccin vaxtı açıqlandı
Azərbaycan atletlərindən möhtəşəm qələbə!
Tramp: “Seçki günündən sonra daxil olan bülletenlər sayılmayacaq”
Təmizlik zamanı edilən səhvlər
Allahşükür Paşazadə 40-cı anım günündə Tovuz şəhidlərinin məzarlarını ziyarət edib
Maşınlar (Pazl)
Murat Yıldırım çəkiliş vaxtı zədələndi
Ayaqqabı modelləri
Dəniz Çakır bir çox saytların bloklanmasını tələb edib
WhatsApp-da daha bir yenilik
- ŞƏRHLƏR