Sağlam bir dəri üçün fırça və süngərinizi təmiz saxlayın.
Sağlam və gözəl bir dəriyə sahib olmaq üçün makiyajımızı hər gün təmizləyirik. Lakin düşünməliyik ki, hər dəfə makiyaj edərkən istifadə etdiyimiz makiyaj əşyalarını da təmiz saxlamalıyıq. Bunun üçün ən az həftədə bir dəfə makiyaj edərkən istifadə etdiyiniz əşyaları da təmizləməyiniz vacibdir. Xüsusilə də makiyaj fırçanızı və süngərinizi təmiz saxlamalısınız. Bu xəbərimdə sizin üçün makiyaj əşyalarınızı təmizləməyin ən asan yolunu təqdim edirəm. Ümid edirəm faydalanacaqsınız.
İlıq su hazırlayın
Əllərinizi içərisində rahat hərəkət etdirə biləcəyiniz qaba ilıq su tökün. Sonra həmin suya bir neçə damcı şampun əlavə edin. Fırçalarınızdan və süngərinizdən makiyaj qalıqlarını təmizləyin. Sonra suyun içinə qoyub, tamamilə rəngləri çıxanadək asta hərəkətlə sıxın.
Yaxalayın
Əşyalarınızı qabın içindən çıxarıb ilıq suda yaxşıca yaxalayın. Belə etməsəniz, fırçalarınız və süngəriniz şampunun qalıqları ilə quruyar və bu da dərinizə zərər verə bilər.
Qurulayın
Quru bir dəsmal ilə asta hərəkətlərlə fırça və süngərinizin nəmini alın. Daha sonra əşyalarınızı qurumağa qoyun. Növbəti dəfə istifadə edərkən yaxşı nəticə almaq istəyirsinizsə, əşyalarınızın tamamilə yaxşı quruyub-qurumadığını yoxlayın.
Asmağa çalışın
Fırçalarınızı imkan olarsa, aşağıya doğru asın. Beləliklə, fırçanız olduğu kimi qalar və daha tez quruyar.
Süngərin təmizliyi
Əgər istəsəniz, makiyaj süngərinizi hər istifadədən sonra yuya bilərsiniz. Ancaq növbəti istifadəyə qədər quruyub-qurumayacağını yoxlayın. Hər istifadədən sonra yumağa qərarlısınızsa, o zaman ehtiyat süngərinizin olmasında fayda var.
Tələsərkən
Yumaq qədər yaxşı nəticə verməsə də tələsərkən ən tez təmizlik üsulu nəm salfetlərdən yararlanmaqdır.
XƏBƏR LENTİ
Ermənistan müharibə, yoxsa sülh seçimini edəcək?
"Dönərsən deyə" Nagehan Karaman
Gəlin saç modelləri
Karantin qaydalarını pozub yas mərasimi keçirdilər, cərimələndilər - FOTO
Metropoliten rəisi sərt tənqid edildi
Tarixdə bu gün
Biorevitalizasiya
Qaxda daha bir "möcüzə"
Dondurulmuş balıq alanlar - ehtiyatlı olun
Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib
Mars və Yer bu həftə maksimum yaxınlaşacaq - Təhlükə, yoxsa...
Neslihandan gözlənilməz AÇIQLAMA
"Milan" baş məşqçsini qovdu
Şəhid Çingiz Qurbanovun nəşi geri qaytarılıb
"Londonlaşırıq": 200-ü də gəlir
Türkiyənin satirik jurnalı bağlandı - Peyğəmbəri təhqir etdiyinə görə
Azərbaycanda amnistiya aktının icrasına başlanılır
Bir ayda 12 nəfəri gün vurdu
Hamiləlik dövründə badam yeməyin faydası
Saç soyuqdəyməsi necə müalicə edilir?
“Ermənistanın hava məkanına nəzarət edirik”
"Sevən ürəklər" peçenyesi (foto resept)
Evdə oturmaqdan sıxılan uşaqlarla necə vaxt keçirməli?
Avtomobillərə həsr olunan dodaq boyaları (FOTO)
Növbəti sınaq imtahanının keçiriləcəyi TARİX AÇIQLANDI
2019-da qarşılaşacağınız trendlər
İnsanın bütün həyatını çəkə biləcək mini-kamera yaradılıb
Daha bir rayona qar yağdı
Okeanda 2 nəhəng burulğan tapıldı
Qızının ev tapşırığı atanın həyatını xilas etdi - FOTO
Rəngli şüşələr
Bank islahatı bizə nə vəd edir?
İdmançımız erməni rəqibini əzdi
Hava haqqında - 19.01.2014
İspaniyada neft emalı zavoduna ildırım düşdü - VİDEO
Döyüşçümüz 20-ci dəfə dünya çempionu oldu
Bakıda ət kəsimi yerləri ləğv edilir
Məşhurların kolleksiyaları -SİYAHI
İranın Məşhəd şəhəri
Göydələndə qaçış yarışı keçirildi
Əsil epilyasiya prosesi və hazırlanması
Baş ağrısı ilə həkimə gedən kişi aldığı cavaba heyrət etdi
Türkiyə KİV: Şuşaya yerləşdirilən PKK-lı terrorçulara Azərbaycanın hərbi forması geyindirilir - VİDEO
Gözəl sinə üçün yoqa (Fotolarla)
1 günə 20 min qazandı-FOTO/VİDEO
Gecikən pullar qaytarıldı
Eşq menyusu
Tibbi maskalar koronavirusdan qorumur?
Yaşıl çay necə içilməlidir?
IX və XI sinif şagirdləri buraxılış imtahanı verirlər
- ŞƏRHLƏR