Gözəllik ondur doqquzu dondur deyib atalar. İndi bunu atalarmı deyib, analarmı deyib dəqiq bilmirəm. Əsas odur ki, el arasında bu deyim var. Həm də çox geniş yayılmış bir deyimdir. Bu deyimi hərfi mənada başa düşən xanımlarımızın sayı həddindən artıq çoxdur. Gözəllik və cazibədarlığı sırf geyim ilə əlaqələndirən xanımlarımız çoxdur. Amma bilmək lazımdır ki, o doqquz donun verdiyi gözəlliyi üzə çıxara bilmək üçün yerdə qalan birə baxmaq lazımdır. Ən əsası 9 don deyil, yerdə qalan birdir. Bu gün mən məhz elə o bir haqqında danışmaq istəyirəm. Çirkin qadın yoxdur, baxımsız qadın var. Bu elə sırf On olan gözəlliyin yerdə qalan birinə aiddir. Unutmayın ki, özünə baxmayan xanım bir dəqiqənin içində hansısa dəbli və qiymətli bir libasla gözəlliyə sahib ola bilməz. Gözəllik daxildən gəlməlidir. Ən birincisi insanın xasiyyətindən asılıdır bu. İnsanın xasiyəti əslində onun üzündə yazılıdır. Sözüm bunda deyil. Bu yazımda mən məhz xanımlarımızın, daha doğrusu tənbəllik edərək zamanın yoxluğunu bəhanə edən xanımlarımızın baxımları barədə danışacağam. Lap dəqiq desəm, onlara baxımlı olmağın yollarını göstərəcəyəm.
Səhər tezdən duran hər bir kəs təbiidir ki, ilk olaraq əl-üzünü yuyur. Özünə baxıma elə buradan başlaya bilərsiniz. Üzünüzü üz üçün olan təravətləndirici, qidalandırıcı bir şampunla yuyun. Elə çanağın yanında, əlinizin altında dursun o şampun. Sadəcə olaraq tək lazım olan üz dərinizə uyğun bir şampun almaqdır. Bunda çətinlik çəkənlər isə sadəcə olaraq uşaqlar üçün olan şampunlardan istifadə edə bilər. Buna elə də çox vaxt lazım olmur, elə deyilmi? Sadəcə bir neçə saniyənizi alacaq bu prosedur. Sonra mətbəxə keçib çayı hazırlayarkən üzünüzə bir balaca kub şəklində olan buz sürtün. Buzu da əvvəlcədən soyuducunun buzxanasında saxlayın. Ən çox bir dəqiqə vaxtınızı aparacaq bu prosedur. Əlavə iş görə-görə də bir əlinizlə onu üzünüzə çəkə bilərsiniz. Beləcə həm yuxudan tam ayılmış olacaqsınız, həm də üzünüzdəki hüceyrələr canlanacaq və üzünüzdəki qan dövranı yaxşılaşmağa və sürətlənməyə başlayacaq. Çox demirəm, bircə həftə bunu edin. Ətrafınızdakılar belə üzünüzün şəffaflaşdığını hiss edəcəkdir. Mən bunların hamısını şəxsi təcrübəmdən deyirəm.
Uşaqlı analar da qəti əziyyət çəkməsinlər. Lap tutalım ki, süd verən anadırsa, uşağına süd verməzdən əvvəl həftərə 2-3 dəfə üzünə adi maska çəkə bilər. Süd vermə proseduru müddətində o maska üzdə qalacaq və beləcə əlavə vaxt da itirməmiş olacaqsınız.
Başınızı yuyacaqsınız? Çox gözəl. Başınızı yumazdan əvvəl üzünüzə skrab hazırlayın çəkin. Eyni miqdarda soda, unu qarışdırın sonra isə qatı məhlul alınana qədər qatıq əlavə edin üzərinə və üzünüzə çəkin. Başınızı şampunlayıb yuyanda üzünüzü də yuyun. Vəssalam. Digər bir skrab resepti verim. Sodanı üz şampununuzlar qatı məhlul halına gələnə qədər qarışdırıb üzünüzə çəkə bilərsiniz. Bundan əlavə pilinq də tətbiq edə bilərsiniz skrab əvəzinə. Misal üçün, duz, şəkər tozu və zeytun yağınız qarışdırıb üzünüzə çəkə və başınızı isladıb şampunlaya, şampunu yuyanda isə üzünüzü də yuya bilərsiniz.
Görürsünüzmü, əslində burada çətin heç bir şey yoxdur. Sadəcə olaraq eyni anda iki işi görməyə alışmaq lazımdır. Onu da qeyd edim ki, özünüzə üz baxımı və ya hər hansısa bir kosmetoloji baxım edərkən əhvalınız istər-istəməz yaxşılaşacaq. İnanmırsınızsa, bunu yoxlaya bilərsiniz.
Ayağınızda çatlar varsa, tənbəllik etməyin, qliserin, vazelin və zeytun yağını qarışdırıb yatağınızın yanında saxlayın və yatarkən ondan bir miqdar ayağınıza çəkib corab geyin və yatın. Əlinizdə qalan miqdarı elə əlinizin üstünə də çəkib yata bilərsiniz və ya əlinizə aid başqa hər hansısa xüsusi hazırlanmış və ya alınmış kremdən çəkib yatra bilərsiniz.
İndi isə sırf Qadın.Netin istifadəçi və vaxt tapmayan xanımlarına müraciət edirəm. Siz elə bizim saytımızda gəzə-gəzə də üzünüzdə maska saxlaya bilərsiniz və ya hər hansısa bir xəbəri hazırlayarkən əvvəlcə bir neçə saniyənizi özünüzə sərf edin və üzünüzə maska çəkin. Sonra isə başlayın işinizlə məşğul olmağa.
Siz kompyuterlə məşğul olarkən onsuz da sifətiniz boş-bekar durub ona diqqət yetirəcəyiniz anı gözləyir. Ona görə də tənbəllik etməyin və sadəcə bunu etməyi istəyin. Onda görəcəksiniz ki, zaman sadəcə bəhanədir. Dünyanın hər tərəfində hər kəsin hər gün sadəcə 24 saatı olur. Amma bəziləri çox gözəl tədqiqatlar aparır, bəziləri elmi nailiyyətlər əldə edir, bəziləri kəşflər edir, bəziləri isə vaxt azlığından şikayət edir. O zaman bu bəzilərinə aid olan qrupların hər birini qarşılaşdırmaq lazımdır ki, bir alim necə olur ki, 24 saatın içinə hər şeyi sığdıra bilir, amma adi bir evdar qadın sadəcə ev işlərini sığdırır və hələ vaxtının çatmadığına da eyham vurur. Əslində ən çox zaman elə evdar xanımlardadır. Ev işləri ilə məşğulkən özünüzə də rahatlıqla qulluq edə bilərsiniz.
Ümid edirəm ki, yazdığım bu məqalə az-çox heç olmasa bir-iki xanımın karına gələcəkdir.
XƏBƏR LENTİ
Düzgün qidalanma haqqında 8 qayda
Xudaya yar olan şəhidimiz - VİDEO
Səudiyyə Ərəbistanında anasına əl qaldıran oğlun dişini çıxardacaqlar
Məşhur şəhərə Putinin adı veriləcək?
İmtahanla bağlı yenilik
Hamiləlik etirafı
Nazirlikdən "Son zəng" açıqlaması
Baş qəhrəmanlarından biri haqqında məyusedici QƏRAR
Beren Saatın arıqlığı hər kəsi heyrətləndirir-FOTO
Göldə əjdaha iddiası: "Boz rəngdə idi, suyun üzünə çıxdı..."
Bunlar qadın sağlamlığını korlayır!
Azərbaycanın şimalı şaxtalı iflic vəziyyətində
Pijama modelləri
Saçlarınıza zərər verməyin
Qeyri-adi vərdiş-Solaxaylıq
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma
Sərnişinin görünüşü hər kəsi güldürdü - FOTO
Cüneyt Arkın məşhur serialda
Azərbaycanda əhalinin sayı 1 milyon 916 min 500 nəfər artıb
Gülməli heyvanlar (son)
Bu da kəndlərimizin yeni adları
Bu ilin dəbi: Şortikli kostyumlar
Bakı Metropoliteni yeni iş rejiminə keçəcək
Çinli turistləri sirkdən qovub birbaşa karantinə göndərdilər
Günün ulduz falı
Çaylı keks
Azərbaycan etiraz məktubu göndərdi
Rusiya cəbhədə baş verənlərə münasibət bildirdi
Cəbhədə atışma oldu
Qadın.Netlə birlikdə hamiləlik (28-ci həftə)
Deputat: "İdmançılarımızda dopinq aşkarlanması təzyiq vasitəsi ola bilər"
HAVA necə olacaq?
Əhvalı yaxşılaşdıran idmanlar
Ronaldonun sevgilisi DİQQƏT ÇƏKDİ-FOTO
Reanimasiyada olan xəstələrin sayı azaldı
"Qalatasaray" öz meydanında coşdu, Droqba sıradan çıxdı
Düşündürücü sözlər
Günün qoroskopu: intriqaya aldanmayın
Dəbli görünmək üçün 5 tövsiyə
Culiya Roberts kimi yaşlanmağa qalib gəlin
Bakıda 53 min avroluq yarış, giriş pulsuzdur
Yaralı barmağa "dolama"
Sevgilisi olmayanlara şad xəbər-"Facebook"dan möhtəşəm Yenilik!
Məşhur aktyorların arasını vurdular-SƏBƏB
Milli komandamızın baş məşqçisi əcnəbi oldu
Arif Quliyev orduya yazıldı
Sağ qalmaq üçün bunları etmək şərtdir
Körpələr musiqini necə anlayır?
Xaş-xaşlı tort (foto resept)
Xoşladığımız yeməklər və xasiyyətimiz
- ŞƏRHLƏR