Gözəl olmaq hər bir xanımın arzusudur. Bu işə əmək və zaman lazımdır. Özünüzə baxımı bir günə necə əldə edə bilərsiniz? Bunu öyrənmək üçün sizlərlə bu yazını paylaşmaq istərdim.
Ev işləri, iş həyatı və uşaqlar həm fiziki, həm də ruhən yorulmamıza səbəb olur. Xüsusilə də dərimiz bundan daha çox yorulur. Çoxumuz üçün gündəlik baxım çox zəhmətlidir. Üstəlik, bunun üçün zamanımız da yoxdur. Halbuki, müəyyən bir nizam içində edilən baxım bizi bir tərəfdən gözəlləşdirərkən digər tərəfdən də özümüzü daha yaxşı hiss etməmizi təmin edər. Özünüzə bir proqram yaratmaq üçün təkliflərimizə nəzər salın.
Saat 07:00: 10: dəqiqəlik yüngül məşq ilə günə gümrah başlayın.
Yatarkən qollarınızı və qıçlarınızı yaxşıca gərib əzələlərinizi işlətməyə başlayın. Ardından hərəkətli musiqi ilə durduğunuz yerdə qaçın. Sinə və qollarınızı işlətmək üçün əlinizə iki ağırlıq alın. Sinə xəttinə qaldırıb 20 dəfə qollarınızı açıb bağlayın.
Saat 07:30: Baxımlı saçlar üçün beş dəqiqə yetər.
Duş qəbul edərkən saç tipinizə uyğun kremdən istifadə edin. Saç kremləri həm baxımı təmin edər, həm də saçlarınızın daha yaxşı şəkil almasına kömək edir. Xüsusilə incə telli saçlar üçün təqdim edilən həcm verən kremlər, səhərlər saçlarınızı daha rahat və asan şəklə salmanıza kömək edir.
Saat 07:45: Dəri maskaları sürətli köməkçilərinizdir
Səhər qalxdığınızda dərinizin cansız göründüyünü hiss edə bilərsiniz. Bunun üçün sürətli üz maskalarından faydalana bilərsiniz. Bu məhsullar ümumiyyətlə, sürətlə və praktik tətbiq şəkillərinə malikdir. Dəri tipinə uyğun məhsullar seçə biləcəyiniz kimi canlandırıcı üz maskalarından da istifadə edə bilərsiniz.

Saat 20:00: Buxar ilə dərin təmizlik
Gərgin bir günün ardından dərinizi istirahət etdirməyin ən yaxşı yolu buxar vannasıdır. Buxar dərinizi dərindən təmizləyər və məsamələrin açılıb gecə baxımının daha səmərəli olmasını təmin edər. Buxar vannası üçün isti su dolu bir kasaya bir ovuc gül yarpağı və beş damla gül yağı tökün. Başınızı bir dəsmal ilə örtüb iki dəqiqə gözləyin. Ardından gecə kreminizi sürtün.
Saat 20:15: Qaşlarınızı yatmadan əvvəl alın
Əslində qaşlarınızı almaq üçün ən uyğun zaman günorta saat 12.00-dir. Çünki qaş almaq əməliyyatı ən az bu saatda incidir. Amma siz yenə də axşam saatını seçin. Beləcə, dəriniz gecə boyunca istirahət edər və şişkinlik çəkilər. Qaşlarınızı alarkən bir əlinizlə göz hissəsini gərməyi unutmayın. Bu vaxt əməliyyatdan sonra soyuducunda saxladığınız göz kremini tətbiq etmək sizi rahatlaşdıracaq.

Saat 20:30: Qırışlara müdaxilə zamanı
Aparılan araşdırmalar dərinin ən çox saat 20.00-dan sonra nəmə ehtiyac duyduğunu ortaya çıxarır. Buna görə də bu saatda üzünüzə, boynunuza və dekolte bölgənizə qırışların qarşısını alan kreminizi bolluca sürtüb 15 dəqiqə saxlayın. Bundan başqa gözlərinə də rahatlaşdırıcı bir maska ​​tətbiq edə bilərsiniz.
Saat 21:00: Sürətli bir qulluq ayaqlarınızı rahatlaşdırar
Xüsusilə qış aylarında həftədə ən az bir dəfə ayaqlarınıza qulluq proqramına laqeyd yanaşmayın. Bağlı ayaqqabının gətirib çıxardığı sərtlikdən və həssaslaşmış bölgələrə bu şəkildə müdaxilə edə bilərsiniz. Ayaqlarınızı 5 dəqiqə ilıq sabunlu suda saxlayın. Ardından topuq daşı ilə sərtlikdən təmizləyin. Dırnaq diblərinizdə olan dəriləri geriyə doğru itələyin. Ayaqlarınızı dəsmal ilə quruladıqdan sonra kremləyin. Yatarkən corab geymənizin də faydası var.

Saat 21:30: Gözəllik yuxusu üçün özünüzü masaj edin
Stressli bir gün keçirmisinzə və boyun ağrılarıdan əziyyət çəkirsinizsə, özünüzü yaxşı bir masaj etməlisiniz. Bunun üçün boyun və çiyinlərinizə bir neçə damla lavanda yağı damcıladıb masaj edin. Bundan başqa masaj alətləri də özünüzü masaj etmənizi asanlaşdırar. Masajın ardından 15 dəqiqə vannada olun. Suyun çox isti olmamasına diqqət yetirin. 37 dərəcə ən uyğun temperaturdur. Beləcə bədəniniz boşalar və yatmadan əvvəl rahatlamış olarsınız. Vannanız yoxdursa kədərlənməyin. İlıq bir duş da eyni rahatlaşdırıcı təsiri göstərir.

Bu vaxt yatmadan əvvəl bir stəkan ilıq süd içmək də daha rahat yatmanızı təmin edər. Bundan başqa yuxu problemi olanlar razyana çayını da təcrübədən keçirə bilər. Razyana çayı tərkibi ilə bədəni boşaldıb daha yaxşı yatmanıza kömək edir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Güllü-naxışlı geyim və aksessuarlar
Keyt Middlton kraliçanı əvəz edəcək
İt sevgisi xərçəngi sağaldır
Azad edilmiş ərazilərimizdə dislokasiya olan bölmələrin təminatı yaxşılaşdırılır - VİDEO
HAVA necə olacaq?-5 dekabr
Qəhvə haqqında hər şey
Qəribə vanna otaqları
Anemiyaya müsbət təsir edən qidalar
"Avtoş"lara bəd xəbər
Məşhur müğənni üçüncü dəfə ana oldu
"Qara dəniz fırtınası" əsdi, "Rubin" sevindi
Laçınlı şəhidimiz qəhrəmanlığı ilə dastan yazdı
Özü hərəkət edən kresloları sınanacaq-VİDEO
Bakının bu ərazilərində işıq olmayacaq
İşçini nə qədər sınamaq olar?
Mənzil arzusunda olanların dərdinə məlhəm
Feliks Mendelson
Körpələr üçün isti jaketlər
Karamelli keks (foto resept)
Gənclər üçün dəbli geyimlər
Evlilikdəki problemi necə həll etməli?
Tağlar kəndində aşkarlanan erməni sığınacağı - VİDEO
MN: Azərbaycan ordusu Xocavənd və Laçını atəşə tutmur
Günün qoroskopu - 03.11.2013
Qadın olduğuna inanırsınızmı?
Mütləq izlənməli 7 İtaliyan filmi
İlham Əliyev Filippin prezidentini təbrik edib
“Eurovision 2019”da şounu Azərbaycan bağlayacaq
Ermənistan ABŞ və Avropanı Qarabağla təhdid edir
Bu şəxslər COVİD-19 peyvəndi vurdurmamalıdır, əks halda... - MÜTƏXƏSSİS DANIŞIR
Ərdoğanın Kobi Brayantla bağlı paylaşımı
Dərmanlara görə 50 minlik cərimə
FHN Suqovuşan su anbarını mühafizəyə götürüb
Düşüncə dərsi (6)
Bakıda güclü isti olacaq
ÜST koronavirusun ağır formasının müalicəsi üçün effektiv preparatın adını açıqladı
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
Cennifer Lopez bu dəfə nişanlısını sevindirdi-FOTO
Facebook Stories'də Yenilik!
Səhər yeyəndə arıqlamağa kömək edən 4 ərzaq
Yeni nazirliklər yaradılır
Bakı Bulvarında yenilik
Korona daha 4 orqanı məhv edir
Putin: “Rusiya Qarabağla bağlı bütün fəaliyyətlərində Minsk qrupunun prinsiplərinə əməl edib”
Meqan Markl ana olacaq!
Günün qoroskopu: köhnə borclardan birini qaytaracaqlar
"Quş qripi" qayıdır
Böyük əvf olacaq?
İş axtaranların nəzərinə: Bukingem sarayında aşpaz vakansiyası var
Hava haqqında















- ŞƏRHLƏR