Aspirin həbi demək olar ki, hər birimizin evində var. Bu dərman bizi xəstəlikdən, soyuqdəymədən qoruyur. Həmçinin ağır günlərdə köməyimizə çatır. Son günlərdə ev şəraitində dəriyə qulluq etmək üçün yeni bir vasitə kəşf edilimişdir. Bu, aspirin maskadır ki, bunu hazırlamaq üçün xüsusi qabiliyyət tələb olunmur və heç bir zəhmət tələb etmir.
Aspirin maskasının faydaları
Bildiyimiz kimi, aspirinin tərkibinə asetilsalisil turşusu daxildir, bu kosmetikada təmizləyici, həm də yağlılığı, məsamələri kiçildən bir vasitə kimi istifadə edilir. Həm də xarici hissələrə tətbiq edildikdə dərinin sağalmasına kömək edir. Salisil turşusu dəridə soyuqdəymə əlamətlərinin yaranmasına mane olur, sakitləşdirici təsiri ilə qızartı və şişkinliyi aradan qaldırır. Məhz buna görə də sızanaqlı dəri üçün aspirinli maska effektli təsir göstərir. Çünki bu, dərinin əsas qatına infeksiyanın yayılmasının qarşısını alır, irinli sızanaqların yaranmasını məhdudlaşdırır. Bu xüsusiyyətlərinə görə, aspirin maskası dəri qatını dərindən təmizləyir, saçın uzanması problemini həll edir. Dərinin daxilinə nüfuz etməsi hesabına, dərini dərindən soyur və dəridəki ölü hüceyrələri dəridən uzaqlaşdırır, beləliklə tüklərin uzanmasına şərait yaradır, bu bölgədə qırmızı şiş, soyuqdəyməni kənarlaşdırır.
Bunlardan başqa, aspirin maskası özünəməxsus xüsusiyyəti ilə dərini nəmləndirir, buna görə də dəri sağlam və elastik olur. Aspirinin tərkibindəki asetilsalisil turşusu kosmetikada təmizləyici, həm də yağlılığı, məsamələri kiçildən bir vasitə kimi istifadə edilir.
Aspirin ev şəraitində üz üçün hazırlanan maskanın əsas ərkib hissəsidir. Aspirin maskasını xüsusilə yağlı dərisi və dəridə qara nöqtələri olan insanlar skrab kimi də istifadə edə bilər. İndi isə gəlin evdə aspirindən üz üçün maska hazırlanmasının qaydasını öyrənək və bunun faydalarından yararlanmağa çalışaq.
Aspirin maskasının tərkibi
3-4 ədəd aspirin
Su (yağlı dəri üçün yarım çay qaşığı)
Jojoba yağı (quru dəri üçün yarım çay qaşığı) (olsa da olar, olmasa da)
Bal (bir xörək qaşığı)
Hazırlanması:
1. Ilk əvvəl bal və jojoba yağı və ya suyu götürüb su buxarında olmaqla qarışdırın.
2. Aspirin toz halında olduqda onu kiçik süzgəcdən keçirin və onu su vannasında hazırlanan balın içinə əlavə edin.
3. Bunu yaxşı qarışdırıb, qatılığına baxın. Bu qatışıq nə çox duru, nə də ki qatı olmalıdır, çünki dərinizə sürtdükdə çətinlik çəkə bilərsiniz.
4. Üzünüzü və boynunuzu yuyun və əgər mümkündürsə, su vannası qəbul edin ki, dərinizdəki məsamələr daha da genişlənsin.
5. Ehtiyatla maskanı barmaqlarınızın pəncəsi və ya kiçik fırça ilə üzünüzə sürtün. Dərinizdə olan sızanaq və başqa soyuqdəymə əlaməti olan hissələrə daha qalın tətbiq edin.
6. Hazırlanmış maskanı təxminən 15-20 dəqiqə üzünüzdə saxlayın.
7. Bundan sonra üzünüzü ilıq su ilə yuyun və təmiz dəsmalla qurulayın.
8. Ev şəraitində belə terapiyadan həftədə 1 dəfə istifadə olunmalıdır.
9. Bal və jojoba yağı ilə yanaşı, xama və aloye vera da istifadə etmək olar. Bu iki element dəriyə qulluqda çox effektlidir, həm də aspirinlə yaxşı uyğunlaşır.
10. Maskanın tərkibindəki aspirini əsas komponent kimi istifadə edə bilərsiniz. Bu zaman ancaq aspirin tozunu və suyu birlikdə qarışdırmaq lazımdır.
Qeyd: Bu maskadan istifadə etdikdən sonra dərinizdəki qızartıların və qıcıqlanmanın azaldığını hiss edəcəksiniz. Ancaq maska dərinin qabığını çıxardığına görə yaxşı olardı ki, ancaq sızanaq olan hissələrə sürtəsiniz. Sızanaqlara qarşı təsirli vasitədir.
Aspirin maskanın əks təsirləri
Aspirinli maska nə qədər dərinizə xeyirli olsa da bunun da bəzi əks təsirləri ola bilər. Buyurun bunlardan bəziləri ilə tanış olun:
• Aspirinə qarşı allergiyası olan insanlar bu maskadan istifadə etməsin, əks halda ağır allergiya kimi reaksiya verə bilər.
• Ağır xəstəliyi olan insanlar, həmçinin hamilə olanlar və süd verən analara bu maskanı istifadə etmək olmaz. Bu, orqanizmdə əlavə reaksiya yaradar.
• Dərinizdə təzə kəsik və ya açıq yara varsa, bu maskanı tətbiq etmək olmaz. Həmçinin bu maskanı gündə yanmış dəriyə və epilyasiyadan yenicə rəngi ağarmış dəriyə vurmayın.
• Ən yaxşı variant isə bu maskanı tətbiq etməzdən əvvəl həkiminizlə əsas xəstəliyiniz barədə məsləhətləşməkdir.
İndi artıq siz bu möcüzəvi aspirin maskasının sirlərini bilirsniz. Buyurun aspirin maskası videolarını izləyin.
İngiliscə
Türkcə
Rusca
XƏBƏR LENTİ
O qədər dar geyindi ki, ürəyi getdi - FOTO
HAVA necə olacaq?-23 Avqust
Valideynlərə müjdə!
Aslı Enverlə Murad Boz ayrılıb
"Həyat" adlı oyun
Məşhur cütlükdən etiraf
Bu günün hava proqnozu
BÜRCLƏR bizə nə vəd edir?- 2 fevral
"ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirəcək"
İsmayıllıda şəhid Xəyyam Daşdəmirov torpağa tapşırıldı - VİDEO
Son dəbə uyğun eynəklər
Nazirlik pensiyaların veriləcəyi tarixi açıqladı
Beren Saatın bu addımı təəccübləndirdi-FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Brend çanta modelləri
Ev dekorasiyasında aksesuar seçimi
Şirələr və kompotlar
Hülya Avşar AÇIQLAMA verdi
11 iyun Ramazan ayının 5-ci günüdür
Caponata (foto resept)
Dünyanın ən zənginləri 127,4 mlrd. dollar itirdi
Ramin Bayramlıdan karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA
Bakıda möhtəşəm Zəfər paradı başladı - CANLI YAYIM
Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsini nəzərdə tutan layihəyə rəy verilib
Məşhurlar və anaları
Uhan xəstəxanalarında koronaviruslu şəxs qalmadı
İçimizi yeyən səhər yeməyi
Fikrət Qoca infarkt keçirdi
Qadına uşaqlıq köçürüldü
Corc Sorosdan böhran xəbərdarlığı
256 yaşlı kişi ölməzdən əvvəl sirri açıqladı
Şəhid əsgərimiz təltif edildi
Murad Boz TOYUNDAN DANIŞDI
Günün ulduz falı
Çuğundurun faydaları
Düzgün duruş üçün nə etməliyik?
Ancelina Coli ərə gedir
50 Cent 21 otaqlı mənzilini ucuz satdı
Uşaqlar üçün saç modelləri
Güləşçimiz beynəlxalq turnirin çempionu olub
HAVA necə olacaq?-26 İyul
Azərbaycan alimləri zəfəranın süni yolla çoxaldılmasının yeni metodunu əldə ediblər
"Ali məktəb məzunlarının 42 faizi iş tapa bilir"
Bilmədiyiniz maraqlı faktlar
Azərbaycanda 40-dan çox orta təhsil müəssisəsi ləğv olundu - SİYAHI
Onun bir xəyalı cahana dəyər
Bədənə qulluq və vannalar
Benzin ucuzlaşa bilər
Pakistan mediası Xocalı faciəsindən yazdı
Meteohəssas insanlara XƏBƏRDARLIQ
- ŞƏRHLƏR