Qadin.NET / Aspirin maskasıyla gözəlləşək

Aspirin maskasıyla gözəlləşək

Aspirin həbi demək olar ki, hər birimizin evində var. Bu dərman bizi xəstəlikdən, soyuqdəymədən qoruyur. Həmçinin ağır günlərdə köməyimizə çatır.  Son günlərdə ev şəraitində dəriyə qulluq etmək üçün yeni bir vasitə kəşf edilimişdir. Bu, aspirin maskadır ki, bunu hazırlamaq üçün xüsusi qabiliyyət tələb olunmur və heç bir zəhmət tələb etmir.  

 

Aspirin maskasının faydaları

Bildiyimiz kimi, aspirinin tərkibinə asetilsalisil turşusu daxildir, bu kosmetikada təmizləyici, həm də yağlılığı, məsamələri kiçildən bir vasitə kimi istifadə edilir.  Həm də xarici hissələrə tətbiq edildikdə dərinin sağalmasına kömək edir.  Salisil turşusu dəridə soyuqdəymə əlamətlərinin yaranmasına mane olur,  sakitləşdirici təsiri ilə qızartı və şişkinliyi aradan qaldırır. Məhz buna görə də sızanaqlı dəri üçün aspirinli maska effektli təsir göstərir. Çünki bu, dərinin əsas qatına infeksiyanın yayılmasının qarşısını alır, irinli sızanaqların yaranmasını məhdudlaşdırır. Bu xüsusiyyətlərinə görə, aspirin maskası dəri qatını dərindən təmizləyir, saçın uzanması problemini həll edir.  Dərinin daxilinə nüfuz etməsi hesabına,  dərini dərindən soyur və dəridəki ölü hüceyrələri dəridən uzaqlaşdırır, beləliklə tüklərin uzanmasına şərait yaradır, bu bölgədə qırmızı şiş, soyuqdəyməni kənarlaşdırır.

Bunlardan başqa, aspirin maskası özünəməxsus xüsusiyyəti ilə dərini nəmləndirir, buna görə də dəri sağlam və elastik  olur.  Aspirinin tərkibindəki asetilsalisil turşusu kosmetikada təmizləyici, həm də yağlılığı, məsamələri kiçildən bir vasitə kimi istifadə edilir.

Aspirin ev şəraitində üz üçün hazırlanan maskanın əsas ərkib hissəsidir. Aspirin maskasını xüsusilə yağlı dərisi və dəridə qara nöqtələri olan insanlar skrab kimi də istifadə edə bilər.  İndi isə gəlin evdə aspirindən üz üçün maska hazırlanmasının qaydasını öyrənək və bunun faydalarından yararlanmağa çalışaq.

Aspirin maskasıyla gözəlləşək

Aspirin maskasının tərkibi

3-4 ədəd aspirin

Su (yağlı dəri üçün yarım çay qaşığı)

Jojoba yağı (quru dəri üçün yarım çay qaşığı) (olsa da olar, olmasa da)

Bal (bir xörək qaşığı)

 

Hazırlanması:

1. Ilk əvvəl bal və jojoba yağı və ya suyu götürüb su buxarında olmaqla qarışdırın.

2. Aspirin toz halında olduqda onu kiçik süzgəcdən keçirin və onu su vannasında hazırlanan balın içinə əlavə edin.

3. Bunu yaxşı qarışdırıb, qatılığına baxın. Bu qatışıq nə çox duru, nə də ki qatı olmalıdır, çünki dərinizə sürtdükdə çətinlik çəkə bilərsiniz.

4.  Üzünüzü və boynunuzu yuyun və əgər mümkündürsə, su vannası qəbul edin ki, dərinizdəki məsamələr daha da genişlənsin.

5. Ehtiyatla maskanı barmaqlarınızın pəncəsi və ya kiçik fırça  ilə üzünüzə sürtün.  Dərinizdə olan sızanaq və başqa soyuqdəymə əlaməti olan hissələrə daha qalın tətbiq edin.

6. Hazırlanmış maskanı təxminən 15-20 dəqiqə üzünüzdə saxlayın.

7. Bundan sonra üzünüzü ilıq su ilə yuyun və təmiz dəsmalla qurulayın.

8. Ev şəraitində belə terapiyadan həftədə 1 dəfə istifadə olunmalıdır.

9.    Bal və jojoba yağı ilə yanaşı, xama və aloye vera da istifadə etmək olar.  Bu iki element dəriyə qulluqda çox effektlidir, həm də aspirinlə yaxşı uyğunlaşır.

10.    Maskanın tərkibindəki aspirini əsas komponent kimi istifadə edə bilərsiniz. Bu zaman ancaq aspirin tozunu və suyu birlikdə qarışdırmaq lazımdır.

Qeyd: Bu maskadan istifadə etdikdən sonra dərinizdəki qızartıların və qıcıqlanmanın azaldığını hiss edəcəksiniz. Ancaq maska dərinin qabığını çıxardığına görə yaxşı olardı ki, ancaq  sızanaq olan hissələrə sürtəsiniz. Sızanaqlara qarşı təsirli vasitədir.

Aspirin maskasıyla gözəlləşək

Aspirin maskanın əks təsirləri

Aspirinli maska nə qədər dərinizə xeyirli olsa da bunun da bəzi əks təsirləri ola bilər. Buyurun bunlardan bəziləri ilə tanış olun:

Aspirinə qarşı allergiyası olan insanlar bu maskadan istifadə etməsin, əks halda ağır allergiya kimi reaksiya verə bilər.

•    Ağır xəstəliyi olan insanlar, həmçinin hamilə olanlar və süd verən analara bu maskanı istifadə etmək olmaz. Bu, orqanizmdə əlavə reaksiya yaradar.

•    Dərinizdə təzə kəsik və ya açıq yara varsa, bu maskanı tətbiq etmək olmaz.  Həmçinin  bu maskanı gündə yanmış dəriyə və  epilyasiyadan yenicə rəngi ağarmış dəriyə vurmayın.

•    Ən yaxşı variant isə bu maskanı tətbiq etməzdən əvvəl həkiminizlə əsas xəstəliyiniz barədə məsləhətləşməkdir.  

İndi artıq siz bu möcüzəvi aspirin maskasının sirlərini bilirsniz.  Buyurun aspirin maskası videolarını izləyin.

İngiliscə

 

Türkcə

 

Rusca

9 noyabr 2012
GO BACK