Sofiya Jermen - fransız riyaziyyatçısı, filosof və mexanikidir. Onun diferensial həndəsə, say nəzəriyyəsi və mexanikaya töhvələri olmuşdur.
Zəngin ipək tacirinin qızı olan Mari Sofiya Jermen ailəsinin üç qız uşağından ikincisi idi. O, 1 aprel 1776-ci ildə Parisdə anadan olub. 1789-cu il iyulunda Bastiliya hadisələri zamanı Paris küçələrində başına bir iş gəlməsin deyə Sofiyanın evdən çıxması qadağan edilmişdi. Evdə sıxıldığı münasibətlərdən qaçan Sofiya çarəni atasının zəngin kitabxanasına sığınmaqda görür. Riyaziyyata olan həvəsi qədim yunan riyaziyyatçısı Arximedin Sirakuzanın romalılar tərəfindən istilası zamanı həndəsə məsələsini həll etməyə çalışdığı anda öldürülməsi hekayəsini oxuduğu zaman yaranmışdı. Bu tarixi hadisədən o qədər mütəəssir olur ki, riyaziyyat araşdırmaları ilə məşğul olmağa qərar verir.
Sofiya riyaziyyat çalışmaları ilə yanaşı, maraqlandığı sahələr üzrə mətnləri oxuya bilmək üçün latın və yunan dillərini də öyrənməyi düşünürdü. Ancaq atası bu istəyinə etiraz edir. Bu səbəbdən Sofiya gecələr çalışmağa başlayır. Bunu öyrənən anası və atası ağıllarına gələ biləcək hər şeyi edirlər ki, Sofiyaya mane olsunlar. Gecələr işığı əngəlləmək üçün şamı əlindən alır, hətta yataqdan qalxmaması üçün gecə geyimlərini belə otaqdan götürürlər. Amma heç bir əngəl gənc riyaziyyatçının həvəsinə qarşı çıxa bilmir. Sofiya gecə çalışmalarına davam etməyin başqa yollarını tapır. Gizlicə şam əldə edir və yataq geyimlərinə bürünərək araşdırmalara davam edir. Nəticədə valideynləri Sofiyanın böyük əzm və qərarlığı qarşısında ona qadağa qoymaqdan vaz keçirlər.
Sofiya ailə qurmur və ata-anası ilə birgə yaşayır. Atası çalışmaları boyunca maddi cəhətdən qızına dəstək olur.
Sofiya atasının kitabxanasında tapdığı kitablardan riyaziyyat biliklərini alaraq təhsilini davam etdirməyə can atır. Ancaq 18-ci əsr Fransasında qadınlar universitetə qəbul edilmirdi. Bu qadağanı aşmaq üçün Sofiya Parisi tərk edərək Politexnik məktəbinə daxil olur. "Müsyö le Blank" adı altında böyük riyaziyyatçı Jozef Lui Laqranjın dərslərini qeyd edir və professora bu qeydlər haqqında olan şərhlərini göndərməyə başlayır. Bunlara bəzi riyaziyyat məsələləri haqqında özünün orijinal həllərini və qeydlərini də əlavə edir. Laqranj "Müsyö le Blank"ın bu əhəmiyyətli açıqlamalarından o qədər təəccüblənir ki, ondan görüşmə tələb edir. Sofiya bu vəziyyətdə həqiqi kimliyini açıqlamaq məcburiyyətində qalır. Həm təəccüb, həm də heyranlığa qapılan Laqranj daha sonralar Sofiyanın həm məsləhətçisi, həm də dostu olur.
Saylar nəzəriyyəsinin sehrinə düşən Sofiya o dövrün ən böyük riyaziyyatçısı Karl Fridrix Qaus ilə məktublaşmağa başlayır. O, Qausa Böyük Ferma teoremi üçün isbat yolu olan yeni yaxınlaşma da tövsiyyə edir. Sofiyanın tövsiyyəsi bir əsrdən artıq riyaziyyatçıları məşğul edən bu problemi həll etməsə də, 1960-cı illərə qədər problemlə bağlı atılmış ən böyük addım olur.
Napoleonun orduları 1806-cı ildə Prussiyanı işğal etdikdə Sofiya Qausun da sonunun Arximedinki kimi olacağından qorxur. Bu səbəbdən ailə dostları olan General Jozef Mari Pernetiyə məktub yazaraq ondan Qausun təhlükəsizliyini təmin etməsini xahiş edir. General isə Qausun təhlükəsizliyinin təmin edilməsində Madmuazel Jermenə borclu olduğunu açıqladıqda o, bu adı eşitmədiyi üçün təəccüblənir. Lakin Sofiya Jermen son məktubunda istəmədən kimliyini Qausa da açıqlayır. Qaus da bundan təsirlənərək Sofiya haqqında "Qadın olmağın çətinliklərini aşacaq böyüklükdə cəsarətə, çox yüksək zəka və qabiliyyətə sahibdir" deyə açıqlama verir.
Qaus və Sofiya Jermen arasındakı məktublaşma 1808-ci ildə Qausun astronomiya professoru olub saylar nəzəriyyəsi ilə marağını birdən-birə kəsməsindən dolayı sona çatır. Bundan sonra Sofiya da araşdırma sahəsini dəyişdirərək fizikaya yönəlir və xüsusilə Hladni tədqiqatları adlandırılan elastik səthlərin vibrasiyalarının yaratdığı modellər mövzusundakı araşdırmalara başlayır.
1811-ci ilə Fransa Elmlər Akademiyası elastik səthlərin vibrasiyası üzrə Hladni tədqiqatlarının altında yatan riyazi qanunlar haqqında müsabiqə keçirir. Müsabiqəyə son müraciət tarixinə - 1813-cü ilə qədər akademiyaya təqdim olunan tək məqalə Sofiya Jermenə məxsus olur. Müsabiqə jürisi Jermenin məqaləsində bəzi xətaların olduğunu və məqalə müəllifinin elmi təhsilində əksiklərin olmasını əsas göstərərək onların aradan qaldırılması məqsədilə müsabiqənin bitmə müddətini uzadır. Laqranjın köməyi ilə Jermen tezis üzərində yenidən işləyir və nəhayət, 8 yanvar 1816-cı ildə Elmlər Akademiyasının mükafatını qazanmağı bacarır. Bu mükafat Sofiya Jermeni məşhur riyaziyyatçılar arasına gətirir. Elmlər Akademiyası məclislərdə iştirak haqqı olmayan qadın üzvünü qəbul etməli olur. Bundan başqa, Fransa İnstitutu tərəfindən Sofiyanın çalışmaları tərifə layiq görülür.
Sofiya Jermen ən çox saylar nəzəriyyəsinə verdiyi töhfələri və xüsusilə də Fermanın son teoremini isbat etmə cəhdləri ilə xatırlanır. Hladni sayları üzərinə olan çalışmaları onu yüksək bina inşaatlarında günümüzdə də istifadə edilən tətbiqi riyaziyyatın təməllərinin atılmasına gətirir. Bu çalışma riyazi fizikanın yeni sahəsində, xüsusilə də akustika və elastiklik araşdırmalarında həmin dövr üçün çox əhəmiyyətli inkişaf anlayışına gəlirdi. Həqiqi kimliyini açıqladıqda Sofiya Jermen elmi cəmiyyət tərəfindən qəbul edilir və daha əvvəl heç bir fransız qadınının çatmadığı Akademiya dünyasına girişi təmin edilir.
Sofiya Jermen 1831-ci ildə 55 yaşında ağciyər xərçəngindən vəfat edir. Ölümündən çox qısa müddət əvvəl Qaus Qettinqen Universiteti tərəfindən Jermenə fəxri fərman verilməsinə nail olur. Ancaq əfsuslar olsun ki, Sofiya bu fəxri fərmanın universitet tərəfindən qəbul edildiyini görmədən dünyasını dəyişir.
XƏBƏR LENTİ
Google Chrome-da səslə axtarmaq mümkün olacaq
"İstanbullu gəlin"ə yeni aktrisa daxil oldu - FOTO
Necati Şaşmaz oğlu ilə şəkil paylaşdı
Məşhur model şahzadə Harridən ayrılmasının səbəbini açıqladı - FOTO
Azərbaycanda çoxuşaqlı ailələrin sayı kəskin azalır
Bu şəlalədən tez qaçmaq gərəkdir
Qadınların seçimi: kosmetika, yoxsa kitab?
Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 101 yeni yoluxma faktı - RƏSMİ
Ahıllar pulsuz tibbi müayinədən keçirildi
Qaynar Volkswagen göstərildi
Bu da 64 bitlik Android
Fevral ayının qalibləri!
Güclü atışma: Düşmən itki verdi
Bu gün keçirilən imtahanın nəticələri nə vaxt açıqlanacaq?
Amoled-ə 5 milyard dollar yatırılır
Türk zabitlər Azərbaycana gəliblər
İtalyanların sürprizi
"X factor" teleşousunun məşhur iştirakçısına ömürlük həbs cəzası verdildi
Bakıda yarış keçiriləcək
Avropada sonuncu o idi
Dəbdən düşməyən geyimlər
“Taxtların Oyunları”nın “Dağ”ı dünya rekordunu qırdı - VİDEO
Başqalarının paltarlarını geyinmək zərərlidirmi?
Kişilər üçün ayaqqabı
İlham Əliyev xalqa müraciət edir - CANLI YAYIM
Qaziantep paxlavası (foto-resept)
Əl işlərim
Azərbaycanlı alimdən evdə koronavirus müayinələrinin ölümcül nəticələri ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycanda bu xəstəliyin daha çox yayıldığı rayonlar
Təmizlənmək üçün ən mükəmməl yay pəhrizi
"Ünvanlı sosial yardım alan ailələrin sayı artacaq"
Bədəndəki xalları götürmək olarmı?
Günün qorodskopu:Əhvalınızı yüksək tutun!
Prezident Bakıda yeni ASAN xidmət açdı
Vitaminli xörəklər - 5
Dünyada ilk dəfə: 6 yaşlı oğlan qız oldu
Valideynlər diqqətli olun!
Azərbaycanda koronavirusa yoluxanların sayı 1000-i keçdi
Mübariz İbrahimovun döyüşərək şəhid olduğu post hərbçilərimiz tərəfindən ziyarət edildi - VİDEO
Bakıdan Türkiyə şəhərlərinə yeni avtobus marşrutları açılıb
“Şaurma” (foto-resept)
3 - 6 aylıq körpələrlə oyun variantları
Hava haqqında
Dubayda taksilər sürücüsüz olacaq
Dünya ustadları Şəkidə
Ukraynanın daha bir regionu Rusiyaya keçir
Evdəki tozdan yaranan allergiya və müalicəsi
Sinir hüceyrələri
Ayrılığın yaratdığı fiziki ağrılar
Dünyanın ən çox gözlənilən karnavalı ləğv edildi
- ŞƏRHLƏR