3. Əmək müqaviləsi: Bəzi çoxbilmiş işəgötürənlər əmək müqaviləsi bağlasa da, həmkarlar ittifaqı olsa da, işçiləri üçün heç bir sosial güzəşt, maddi və qeyri-maddi motivasiya tədbirləri görmür, qeyri-qanuni yollarla işdən çıxarılan və çıxarılma ehtimalı olan işçilərin hüquqları qorunmur. Qanuna görə işdən çıxarılan şəxslə əmək müqaviləsi bitdiyi zaman uzadılmamasına dair öncədən məlumat verilməlidir. Ya da işdən çıxarılması üçün əsas varsa, ona bir ay öncədən xəbərdarlıq edilməlidir. İşdən ixtisara düşdüyü üçün işdən çıxarılan zaman işçiyə sosial müavinət, ödənişin edilməsi nəzərdə tutulduğuna görə işəgötürən bu 3 aylıq ödənişi etməmək üçün işdən çıxartmaq istədiyi işçini gözüm çıxdıya salır, şərləyir, təzyiqlər göstərir, işləmək üçün uyğun olmayan vəziyyətə gətirib çıxardır ki, həmin işçi özü ərizə yazsın. Bu zaman işçi müvafiq icra orqanlarına müraciət edərsə, kompensasiya tələb edərsə, məhkəməyə verərsə, o zaman onun adı “demaqoq və ya işverən” qoyulur. Halbuki, əsl işverən işəgötürən və onunla bu məkrli işdə əlbir olan onun sadiq komandası olur. Əmək müqaviləsində iş vaxtından əlavə rəhbərliyin yazılı göstərişi ilə işə çağrılan, istirahət, matəm və ya bayram günlərində işə çağrılan və işlə yüklənən işçilərin hüquqlarını qoruyacaq maddə qeyd edilməlidir, çox zaman bu bənd qeyd edilsə də, boş yerlər kimi saxlanılır, işçiyə boş maddələr şəklində imzalatdırılır və sonra doldurulur. Bir çox yerlərdə, işçilərə sosial kart verilmir (əgər ilk iş yeridirsə), öz hesabına məzuniyyət, hissə-hissə məzuniyyət, uşağa qulluq üçün məzuniyyət, təhsil məzuniyyəti, xəstəlik kağızına əsasən ödənişlərlə bağlı hüquqları qanunla nəzərdə tutulsa da, işçiyə verilmir, əmək müqaviləsində öz əksini tapsa da, hüquqi olaraq nəzərə alınsa da, təcrübədə işləmir. Müqavilə üzrə şərtlərin, tələblərin yerinə yetirilməsini tələb edən şəxslərə isə yenə də “demaqoq və ya işverən” kimi yanaşılır. Əmək müqaviləsi sırf vergi və sosial ödənişlərin (pensiyanın hesablanması) üçün keçərli olur. O da ki, çox zaman vergidən yayınmaq üçün faktiki əmək haqqı ilə müqavilədə göstərilən əmək haqqı arasında kəskin fərq olur. Bu da işçinin sosial hüquqlarının pozulması və vergidən yayınmaq maddəsi üzrə maliyyə cinayəti faktıdır. Əmək müqaviləsi olmasa da, ən azı xidmət müqaviləsi bağlanmalı və sadələşdirilmiş vergi üzrə vergi və sosial ödənişlərin vaxtında ödənilməsi tələb edilməlidir.
4. İşəgötürən: İşəgötürən ən böyük dərddir. Çünki şirkət ona məxsus olur və o, idarəedicidir. Əslində işəgötürən lider olmalıdır, müdir yox. Əslində, işəgötürən insan olmalı və işçilərini tanımalı və işçiləri ilə maraqlanmalıdır. İşəgötürən işçilərinin qədrini bilməli və dəyərli işçilərin işdən getməsinin qarşısını almalıdır. Çünki ən böyük sərmayə işçiyə qoyulan sərmayə, ən bpyük risk isə kadr axını və kadr çatışmazlığı riskidir. Əksər risklərin insan amilindən yarandığını, digər risk amillərində belə insan amilinin dolayı təsirinin olduğunu nəzərə alsaq, menecmetin düzgün seçilməsi və insani, idarəedicilik keyfiyyətlərinin olması önəmli məsələ olmalıdır. Bizdə bu amil nəzərə alınmır. Ona görə də işdə işçilərin işə marağı, sevgisi, stimulu yoxdur, işi yola verir və əlavə iş axtarırlar, tez-tez iş yerlərini dəyişirlər. İşçinin yerinə özünü qoymağı və işçisi dinləməyi bacarmayan işəgötürən unutmasın ki, sabah o bu vəzifədən gedə bilər və sıravi işçi və ya işsiz ola bilər.
5. İşçi: Müəyyən səbəblərə görə işdə hər bir çətinliyə, stressə dözən işçi işini itirməmək üçün iş verməməyə çalışacaq. Çünki ola bilsin ki, həmin işçi ailənin yeganə gəlir mənbəyi ola bilər. Ailənin krediti, borcu ola, aliment ödəyə bilər. İşçi işəgötürəndən müəyyən səbəblərə görə asılı olarsa, bu bir çox problemlərin yaranmasına və həll edilməməsinə səbəb olacaqdır. Əslində, orta və yüksək menecment özü də bir işçidir, sadəcə bu amili unudurlar. Gec-tez işçi yeni iş axtarışına başlayacaqdır. Daha yaxşı iş şəraiti, daha yaxşı maaş, daha dəyərli işçi kollektivi və dəyər bilən işəgötürən axtarışında olacaqdır. Səhv edərək axtarışlarında illər ərzində bir neçə iş yeri dəyişəcək və həm çoxtərəfli bilik və bacarıq, təcrübə qazanacaqdır. Belə işçilər özləri çox zaman əksər çətinlikləri gördükləri üçün, işə sıfırdan başladıqları üçün çox yaxşı işəgötürən ola bilirlər.
6. İşdənçıxarılma: Ən böyük qanunpozuntularından biri və həmkarlar ittifaqının de-yuri mövcud olmasını əsasən bu zaman anlamaq olar. İşçi işdən çıxarılarkən ona işdən çıxarılma səbəbi deyilmir. De-fakto isə işçi hr menecer tərəfindən çağrılır, işdən çıxarılma barədə könüllü istək ərizəsini yazması tələb və ya tövsiyyə olunur. Etiraz edənlər barədə hesabat və məlumat rəhbərliyə çatdırılır və həmin işçinin torbasının tikilməsi prosesi, şərlənməsi kampaniyasına start verilir. Əlavə xərc və nüfuzun aşağı salınmasından qorxmayan işəgötürənlər iş məhkəməyə və ya digər qurumlara, mediaya çatdığı halda, onları susdurmağa çalışır. Bu isə korrupsiya faktıdır və birbaşa maliyyə cinayətidir. İşdən çıxarılacaq şəxsə bu barədə bir ay öncədən xəbərdarlıq edilməlidir və ərizə yazılandan bir ay sonra işdən çıxarılmalıdır ki, işin təhvil-təslimi, yeni işçinin cəlb edilməsi, öyrədilməsi, işçinin yeni iş axtarışı üçün vaxt olsun. Bizdə bu amillər nəzərə alınmır. Bu isə qeyri-peşəkarlıqdan və özbaşınalıqdan irəli gəlir. İşdən çıxmaq istəməyən şəxsi süni, qanunazidd yollarla məcburi qaydada öz hesabına məzuniyyətə, uzaq yerə birdəfəlik ezamiyyətə, təyinata yollanması, maddələrlə və töhmətlə işdən çıxarılması faktları ilə üz-üzə qoyurlar.
7. İş axtarma prosesi: İş axtarmaq prosesi uzun sürən və əsəb, vaxt aparan işdir. Çox zaman nəticəsiz qalır. Göndərilən cv-lər ümumi bazaya atılır və onlara baxılmır. Müsahibəyə çağrılacağın halda, işaxtarana boş ümidlər verilir, bu gün sabah variantları tətbiq edilir. Sonra kimsə işə götürülür və elan bağlanır. Min yerə cv yollayan işaxtaran cəmi 10 iş yeri üzrə ilkin mərhələyə çağrıla bilər və bu o demək deyil ki, onu işə götürürlər.
8. İş: Təhsilinə, mövcud bilik, bacarıq və iş təcrübənə əsasən iş tapmaq və o işdə uzun müddət işləmək və gördüyün işi sevmək çətin məsələdir və vicdan məsələsidir. Həm işəgötürənin, həm də istənilən işçinin vicdan məsələsidir. Çox zaman iş nəzərdə tutulduğundan artıq olur, əmək haqqı isə buna müqabil olmur, qanuni əmək hüquqları pozulur. Bu zaman isə işə maraq və işdən bir müsbət nəticə gözləmək, şirkətin inkişafını, gəlir gətirməsini gözləmək qeyri-mümkündür və absurddur. Hər kəs uyğun yerdə və vəzifədə işləməli və psixoloji amillər nəzərə alınmalıdır.
Məncə, əsl işverən bir çox hallarda işəgötürəndir, işçilərinin qədrini bilməyən və qeyri-peşəkar idarəedicidir. Çünki işçinin şikayəti çox zaman əsaslı olur və idarəedicinin özbaşınalığı və vəzifəsindən sui istifadə etməsi halları ilə birbaşa və ya dolayısı əlaqəli olur.
P.S. İşəgötürənlərdən xahiş edirəm, gedin öncə hansı ixtisas üzrə mütəxəssis nə etməlidir, yerli və beynəlxalq tələbləri oxuyun, sonra işçi axtarın... Bir də ki, savadlı hr meneceri işə götürün ki, sizin bisavad olmağınızın üstünü ört-basdır edə bilsin... Elanlara baxanda, həm gülür, həm də ağlayıram.
Günel Fərhadqızı
XƏBƏR LENTİ
Uber maşın yerinə velotaksi göndərəcək-FOTO
Güllərin özəlliyi
Qadınların sevimli payız aksesuarları
Palazzo şalvar modelləri
Bu da “Facebook”un “bomba”sı-Video
Tarkanın xanımı kameraları görüb həyəcanlandı-FOTO
Koronovirus belə başlayır: Günlər üzrə orqanizmdə baş verənlər
Hamiləlikdə cinsi istəksizliyin 10 səbəbi
Fobiya növləri
Hamilələr üçün ziyafət geyimləri
Madonnanın ayağı zədələndi
Körpü canlı yayım zamanı dağılmağa başladı - VİDEO
Ferat Üngürü azad etdilər
Zəngin ölkələr kütləvi şəkildə COVID-19 əleyhinə peyvənd almağa başlayıb
Sabahdan 5 günlük TƏTİL BAŞLAYIR
Yol polisi kimləri cərimələyə bilməz?
İşdən qovuldu, lotereyada 3,3 milyon dollar uddu
Meditasiya edən pişik-video
Niderland "Eurovison-2020" üçün narahatdır-SƏBƏB
Dünyanın ən yaşlı adamı pasportunu təqdim etdi - FOTO
Məşhur aktrisa qəzəbləndi-SƏBƏB
“WhatsApp”da yeni layihə
Rus təyyarəsi UNO ilə TOQQUŞDU - ŞOK VİDEO
Xanımına qeyri-adi Sevgililər günü hədiyyəsi etdi-FOTO
Dil təmizliyi üçün təbii üsullar
Evlilikdəki problemi necə həll etməli?
Qiyməli plov (foto resept)
Macarons (Fransa mətbəxindən) (foto resept)
Yeni cərimələr təsdiq olundu - Xəbəriniz olsun!
Günün qoroskopu: insanlarla rahat dil tapacaqsınız
Ordumuza səyyar hamamla xidmət edənlər: “Yaşımız çox olduğu üçün döyüşməyə qoymadılar, biz də...”
Bu kənddə hər şey donub
Hələlik sadə əməliyyatlardır
1 milyon adama pis xəbər
Kommunal xərclərlə bağlı yenilik – Adambaşına düşən limit artırılır
Cütlüyün təyyarə sərgüzəştləri təəccübləndirir-FOTO
İsrail koronavirus peyvəndi hazırlayır
Bülənt Ərsoydan Azərbaycanla bağlı paylaşım
Tatlısəs əmlakını 15 milyon dollara satışa çıxardı
Ulduz Falı
Bu gün Polad Bülbüloğlunun yubiley konserti olacaq
Ən kök adam 250 kq arıqladı - FOTO
Fransız dili-Dərs 7
Elman Rüstəmovdan gözlənilən ipoteka açıqlaması
ÜST rəsmisi: “Vəziyyət son dərəcə kritikdir”
Məryəm “Muhteşem yüzyıl”dan bu səbəbdən ayrılıb
Bu adam benzin içərək yaşayır
Bakı yol polisindən yeni dərs ili xəbərdarlığı
Yol Polisi sürücülərə və avtomobil sahiblərinə müraciət etdi
Kişilərin xəyanət etməsinin səbəbləri
- ŞƏRHLƏR