Lap qədim dövrlərdə Kifl adında bir adam vardı. Kifl əxlaqi və insani dəyərlərə əhəmiyyət verməyən, pul qazanmaq üçün hər yolu halal hesab edən çox zəngin bir adam idi. Zənginliyini də sələmçilikdən, faizdən əldə etmişdi. Dara düşən, ehtiyacı olan bir kimsə onun yanına gəlirdisə, o da yüksək bir faizlə geri ödənməsi şərtiylə onlara pul verirdi. Vədəsi gəldiyi zaman adam pulunu ödəyə bilməzsə, faiz miqdarını daha da artırırdı. Əgər yenə ödəyə bilməzsə, adamları vasitəsiylə o kimsənin bütün varını əlindən alırdı.
Bir gün Kiflin qapısına borc üçün bir qadın gəlir. Bu qadın bir müddət öncə ərini itirmiş, namuslu, özünü uşaqlarına həsr etmiş bir ana idi. Bir müddət ərindən qalan şeylərlə evini idarə etməyə çalışmışdı. Ancaq artıq evdə pul qalmamışdı. Ailəsinin tələbatlarını qarşılamaq üçün bir yerdə işləmək istəsə də, bayır işi təklif olunduğundan razılaşmamışdı. Sonra ağlına evdə toxuma işləri edib, onları yaxın bir yoldaşı vasitəsiylə satmağa qərar verdi. Bunun üçün bir toxuma dəzgahına ehtiyacı vardı. Dəzgahı ala bilmək üçün də borc pul dalınca yaxın dost və qohumlarına üz tutsa da, bir kimsədən pul tapa bilmədi. Çarəsiz halda evinə doğru gedərkən yolda istəmədən iki adam arasında keçən bir söhbətinə şahid oldu. Şəhərdə Kifl adında bir adamın insanlara borc pul verdiyini eşitdi. Dərhal onun yanına getməyə qərar verdi.
Kifl qapıda qadını görüncə çox bəyəndi və onu əldə etmək istədi. Qadın Kifldən qarşılığını ödəmək şərtiylə borc pul istədi. Kifl qadının dul olduğunu da anlayınca ona əxlaqsız bir təklif etdi. Özüylə birlikdə olması şərtiylə verəcəyi pulu istəməyəcəyini söylədi. Bu təklifi qadın nifrətlə rədd etdi. Çox kədərlənmişdi. Daha çox özünə belə təkliflərin gəlməsindən qorxurdu. "Allahım, mənə kömək et" - deyə dua etdi.
Aradan bir neçə gün daha keçmişdi. Evdə heç bir şey qalmamışdı. Uşaqlar aclıqdan ağlayırdı. Onların ağlamasına özü də qatılırdı. Özünü Kiflə təslim etməyə məcbur hiss edirdi. Eyni zamanda "Allahım! Nə olar məni bağışla. Bir daha belə bir günah işləməyəcəyəm" - deyə dua edirdi.
Qadın Kiflin yanına getdi. Kiflin üzü gülürdü. Ancaq qadın bir tərəfdən ağlayır, bir tərəfdən də titrəyirdi. Kifl qadına bu halının səbəbini soruşanda qadın cavab verdi:
- Bura öz istəyimlə gəlməmişəm və əvvəllər heç belə bir günah işləməmişəm. Onun üçün Allahdan çox utanıram və qorxuram. Məni bu günaha sürüyən kasıblığımdı.
Kifl eşitdiklərinə çox çaşmışdı. O sərt ürəyi bir anda yumşaldı. İçini peşmanlıq duyğuları onu öz qucağına almışdı. Həmin anda ağzından bu ifadələr töküldü:
- Sən kasıblığın səbəbiylə məcbur qaldığın bir günah işləyir və bundan ötəri ağlayırsan. Halbuki Allah mənə bu qədər sərvət vermişkən, mən günah işləməkdən çəkinmirəm. Mən, Allahdan utanmağa və qorxmağa səndən daha layiqəm.
Kifl peşmanlıq hissləri içində edəcəyi pis əməldən imtina etdi. Ürəyinə tamam ayrı bir dinclik və xoşbəxtlik gəldi. Qadına bir miqdar pul verib onu göndərdi. Zavallı qadın sevinc və özünü harama girməkdən qoruyan Rəbbinə şükr içində evinə döndü.
Kifl artıq köhnə Kifl deyildi. O günə qədər etmiş olduğu bütün günahlar üçün tövbə edirdi. O gün səhərə qədər Rəbbinə dua dua yalvardı və əhvini dilədi. O gecə Kiflin əcəl vaxtı idi. O hal üzrə ruhunu Rəhmana təslim etdi.
Səhər açıldığında Kiflin evindən çıxmadığını görən yaxınları Kifli otağında ölü olaraq tapdılar və otağının qapısında hər kəsin oxuya biləcəyi şəkildə belə bir yazı vardı: "Allah Kiflin günahlarını bağışladı."
Xalq bu vəziyyətə çaşıb qaldı. Allah, Kiflin bağışlanılmasına səbəb olan bu hadisəni, o dövrün peyğəmbərinə vəhy yoluyla bildirdi. Beləcə hər kəsin içindəki o tərəddüd getdi və insanlar bundan böyük bir dərs aldılar.
Hekayə bizə nə izah edir?
Tövbə qapısı hər vaxt və hər adam üçün açıqdır. Bir kimsə nə qədər günahkar bir qul olursa olsun, böyük bir peşmanlıq və səmimiyyətlə tövbə etsə, Allah onun tövbəsini qəbul edər və onu bağışlayar.
Allah, öz razılığı istiqamətində bir həyat yaşamağa cəhd göstərən qullarını sevər. Rəhmətinin gərəyi olaraq bəzən qulları günaha girəcəyi an onları müxtəlif səbəblərlə qoruyar. Ona görə qula düşən Rəbbiylə arasındakı bağı davamlı surətdə güclü tutmasıdır.
XƏBƏR LENTİ
40 metro stansiyası bağlandı, avtobus səfərləri təxirə salındı
Məşhur aktyor evləndi-FOTO
Türkiyədə söz cinayəti
Çanta modelləri
Şeyma Subaşı izləyiciləri tərəfindən tənqid olundu-FOTO
Qarabağı necə alaq?
Çəntinliklərin öhdəsindən necə gəlməli?
Toyuq ətli və köklü plov
Türkiyə qırıcı təyyarə istehsal edəcək
1 əsrdən çox yaşı olan iki lüləkli samovar
Dişlərin çürüməsini dayandıran təbii yollar
Moskvada Azərbaycan rejissorunun filmi göstəriləcək
Türkiyənin başıbəlalı parkı bağlandı
Ermənilərə sillə kimi sözlər
"Azərbaycan Ordusu bir saata mövqelərimizi tutdu"
Elektron cihazların uşaq psixologiyası üzərindəki təsirləri
Cazibədar xanımların seçimi
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 93 yeni yoluxma - FOTO
"Çocuklar duymasın" serialı final etdi
Smartfonun batareyası çox qızırsa, nələrə fikir vermək lazımdır?
Müəllimlərə veriləcək testlər
Rusiyada fenomenə çevirilən türk aktyor
Xərçəngdən qoruyan qidalar
Gülməli heyvanlar (2)
11 yaşlı soydaşımız Azərbaycanı Finlandiyada uğurla təmsil edir
Sağlam saçlar üçün ən yaxşı 5 qida
Sırğalar
Koronavirusa görə “onlayn evlilik dövrü” başlayıb - FOTO/VİDEO
15 yaşlı qız eşqi üçün üzünü dəyişdi
Ən qorxulu, sarsaq selfi çəkildi
Unikal mirvarilər
Bakı Avtovağzalında qiymətlər aşağı salındı
Duzu koronavirusa dərmandır deyib, gölü bu hala saldılar - VİDEO
150 illik tarixi bulaq bir gecədə oğurlandı - VİDEO
"AzərLayt" bir qədər ucuzlaşdı
Bakıda hava şəraiti kəskin dəyişəcək
Uşaq ensiklopediyası(2)
"Qanlı Yanvar" Türkiyə mətbuatında
2018-ci ildə dəbə istiqamət vermiş 12 məşhur
Təhsil Nazirliyindən “Bayraq yürüşü”
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən valideynlərə MÜRACİƏT
Günün qoroskopu: Pozitiv olun!
"Dərs vaxtı"nın 18 sentyabr cədvəli açıqlandı
Boşanma səbəbi məlum oldu-FOTO
Braziliya çempionatı qəbul etməyə hazır deyil
Ərdoğan TARİX VERDİ: koronavirus Ramazan bayramında...
Eşşəkarıları şoku: 42 ölü, 1689 yaralı
Xalq şairi: "Ağrılardan qurtulmaq istəyirəm..."
Azərbaycanlı zəvvarlar hacı olublar
- ŞƏRHLƏR