Demək olar ki, hər mədəniyyət və din yeraltı dünya, yaxud Cəhənnəmin mövcudluğunu özünəməxsus şəkildə təsvir edir. Bu təsvirlərin ən maraqlı cəhəti günahkarlar və onların günahlarına görə alacaqları cəzalarla bağlıdır. Hər bir təsvir öz unikallığı ilə seçilsə də, bütün mədəniyyət və dinlər üçün ümumi elementlər də mövcuddur.
Niflheym - Alman-skandinav mifologiyasında Cəhənnəm təsviridir. Bura atəş, od-alov məskəni deyil. Helin idarə etdiyi bu yer buzlar və dumandan təşkil olunmuşdur. "Cəsədlər Sahili"nin yaxınlığında yerləşən Niflheymdə ölülərlə qidalanan Nidhoqq adlı nəhəng ilan yaşayır. Alman-skandinav mifologiyasına görə, doqquz dünyadan biri olan Niflheym dünyaların ən qaranlığı və dərinidir. Mifologiyada deyilir ki, Yer kürəsi buzlar ölkəsi Niflheymin və odlar ölkəsi Muspelheymin birləşməsi nəticəsində meydana gəlib. Bura günahkarların səltənətidir. Həmçinin, kainatı üzərində saxlayan Dünya ağacı - "İqqdrazil"in lövbəri rolunu oynayır. Niflheymə düşən ruhlar Helin carçısı Hermodr sayəsində daim ağrı hiss edir.
Tuonela - fin xalqı Xristianlığa qədər hesab edirdi ki, ölənlərin ruhları Tuoni çayının sahilinə yetişir və oradan da əcəlin xidmətçisi Tutti vasitəsiylə Tuonelaya aparılırdı. Digər yeraltı dünyalardan fərqli olaraq, Tuonela Yerdəki həyatın olduqca zülmətli davamı idi. Bu dünyaya yola düşənlər orada yaşaya bilmək üçün özü ilə nəsə aparmalı idi. Hətta ölmüş qohum-tanışına baş çəkmək istəyən ziyarətçiləri qəbul etməyə icazə verilirdi. Ancaq belə səyahət təhlükəli və çox vaxt ölümcül sayılırdı. Səfər zamanı çoxlu zəhərli ilanla dolu olan Tuoni çayı xüsusilə təhlükəli idi. Tuonellada heç bir real cəza tətbiq olunmurdu. Sadəcə fani həyat əbədi həyatla əvəzlənirdi.
Yalanlar evi - Zərdüştlük dininə görə, ölümdən sonra ruhu ilk qarşılayan şey Çinvad adlı körpü olur. Tükdən nazik, ülgücdən iti olan bu körpü dirilərlə ölülər dünyasını bir-birindən ayırır. Körpünü dördgözlü iki it qoruyur. Ruhlar burada həyatdakı əməllərinə görə qiymətləndirilir. Əgər pis əməllər yaxşı əməllərdən daha çoxdursa, Vizareş adlı şeytan pis ruhu Zərdüşlükdə "Yalanlar evi" adlanan Cəhənnəmə aparır. "Yalanlar evi" iyrənc xarabalıq kimi təsvir edilir. Burada insanlara korlanmış qidalara və əməllərinə görə işgəncələr verirlər. "Yalan evi"ndə çoxlu şeytanlar mövcuddur. Onların hərəsinin öz vəzifəsi var. Məsələn: Apaoşa susuzluq və quraqlıq şeytanıdır, Zairika adlı şeytan isə zəhər hazırlayır.
XƏBƏR LENTİ
Namus haqqında deyilənlər
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
İstidən qovrulduq
Arıqlamağa kömək edən limon və istiot
Gül avatarları
3 boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı
Firuşkamızın əl işləri
Səhər oyanan kimi 4 stəkan su içsəniz..
Bananlı desert (foto-resept)
Jennifer Aniston və Reese Witherspoonun gözəllik sirləri
Bakıda sürücülər ən çox hansı yollardan istifadə edirlər?
Ebru Polatdan GÖZLƏNİLMƏZ PAYLAŞIM
Nazirlik yaşı 65-i keçən 3200 müəllimlə yenidən müqavilə bağlayıb
"Traktorsazi"nin yeni baş məşqçisi var
Sıla yox, Ahmet şiddətə məruz qalıbmış
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
HAVA necə olacaq?- 30 APREL
Zövqlü üzük modelləri
​Azərbaycan neftinin qiyməti 50 dollara çatdı
Məşhurların əvəzedilməz estetik əməliyyatları
Zabit Səmədov Azərbaycan vətəndaşı oldu
Dost dedikdə - 3 (son)
Luici Bokkerini
Uzun illərdən sonra Şuşada ilk dəfə Azərbaycan radiosu səsləndi - VİDEO
Ağ Ev iPhone və iPad-in köhnə modellərini dəstəklədi
Ermənistanın Rusiya ilə yeganə yolu bağlanıb
Dünya mətbəxi - Fransa
Göbələkli tərəvəz yeməyi (foto-resept)
Ermənilərin cəbhədə təxribatı davam edir
Uydurulmuş personajlar - uşaqların tərbiyəsi
Barış Mançonun atası vəfat etdi
Azərbaycan üçün qorxulu proqnoz
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Banan mürəbbəsi (foto resept)
İnanılmaz xoşbəxtsiniz? Bəlkə, içiniz qanayır?
Azərbaycanda zəlzələ olub
Böyürtkənli-qaymaqlı tart (foto resept)
SAG 2019: Qırmızı xalça
Məşhur aktyor gizli evləndi
Qızardılmış toyuq ciyəri (foto-resept)
Ən yeni dəniz canlıları
Gözünüzün kökü saralmasın
Satışda keyfiyyətsiz şprislər var? - Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB
Marsda "top" tapıldı
Günün ulduz falı
Ömür yolu
Sarkisyan bağırdı: "O olacaq ki, azərbaycanlılar Qarabağı alacaqlar"
Kişilər bu qadınlardan qaçır...
Çobanyastığı çayının faydaları
BAŞ-saytını Azərbaycan idarə edəcək
- ŞƏRHLƏR