Sevimli Qadin.Netlilər! Gəlin sizlərlə birlikdə bir xoşbəxtlik səfərinə çıxaq.
Bu göylərə bir baxın! Mavi səma, ağ buludlar… Bir sakitlik, dinclik vermirmi içinizə?… Bilirsinizmi, bu hər vaxt mümkündür. Bütün şərtlər altında mümkündür. Bir insan daimi zikrə çatdıqdan sonra hər vaxt, hər şərt altında xoşbəxtdir. Həyatının hər saniyəsində o, Allahla bütünləşmişdir. Problemlər onun üçün problem deyil. Həyatını Allah yolunda yaşamağa qərarlıdır. "Ya rəbbim! Bu can bu bədəndə qaldıqca mən Səninəm! Məni necə istəsən elə idarə et" deyir.
Xoşbəxtliyin arxasında bu var! Əgər biz insanlar öz ağlımızın göstərdiyi standartlar içində xoşbəxt olacağımızı düşünürüksə, bu böyük bir səhvdir. Çünki öz ağlımız dediyimiz şeyin arxasında gizli bir məxluq var: İblis. Həmişə öz ağıımız zənn etdirərək müxtəlif hiylələrlə, fırıldaqlarla hiss etdirmədən bizə öz fikirlərini qəbul etdirir. Bir gün onu daha yaxından tanıyacaqsınız, o zaman əlinizlə tutduğunuz bir şeytan görəcəksınız. Hər vaxt sizinlə hər qarşılaşmasından məğlub çıxmağa məcburdur, çarəsi yoxdur, əli məhkumdur.
O günləri yaşamaq istəməzsinizmi? Bu hər kəsin qorxduğu, titrədiyi iblis, ovsunlayanın sahibi, insanlara hər cür pislik etməyə hazır məxluq. Bilirsinizmi? İblisi ən çox hirsləndirən şey məğlub olmaqdır. O zaman sizə heç bir şey edə bilməyəcək. O qalib olmayacaq, siz qalib olacaqsınız. Çünki Allah sizinlə birlikdə olacaq. Allahın sizə verdiyi səlahiyyətlərlə o sizi deyil, hər vaxt siz onu yerə vuracaqsınız. Görəcəksiniz ki, həyatınız boyunca "Görəsən ən kiçik bir nöqtədə aldada bilərəmmi?" deyə sizi doğru yoldan çıxarmaq cəhdlərindən imtina etməyəcək. Həyatınız boyunca hər səfərində məğlub olmanın rahatlığını yaşayacaq və bu zaman Allaha çox həmd edəcəksiniz, çox şükr edəcəksiniz.
Nə demək istəyirəm? Bu anda iç dünyanızda döyüş var. Nəfsinizlə ruhunuz arasında. Ruhunuz Allahın bütün əmrlərini yerinə yetirmək istəyir. Nəfsiniz də əsla yerinə yetirmək istəmir. Ruhunuzun xüsusiyyətləriylə nəfsinizin xüsusiyyətləri arasında Allahın əmrləri istiqamətində döyüş var. Elə isə sülh yox, sükunət də yox. Döyüşün, xaosun olduğu hər sahədə bədbəxtlik vardır, narahatlıq vardır, amma sülh və sakitlik yoxdur.
Bu qarşıdurmaya görə iç dünyanızda xoşbəxt deyilsiniz, narahatsınız. Bir uyğunlaşma halı, bir razılaşma, sülh və sakitlik mövcud deyil. Daxili dünyanızdakı döyüş üzündən çox narahatsınız. Bunlara son qoyub rahat ola bilməzsinizmi? Olarsınız, sevimli insanlar! Onun sirrini izah etməyə çalışırıq... İzah etdiyimiz şey sizləri, hamınızı o sonsuz xoşbəxtliyə mütləq çatdıracaq olan Allahın möhtəşəm dizaynıdır.
Allahın sevgi ilə yaratdığı insanlar! Həyat siz istəsəniz də, istəməsəniz də hər gün sizi bir-bir tərk edəcək. Allah nə qədər ömür vermişsə, onu yaşamaq məcburiyyətindəsiniz. Bu həyat iki cür yaşanır.
• Ya xoşbəxtsiniz.
• Ya bədbəxt.
Elə isə sizə bir sual: "Niyə bədbəxt?" Xoşbəxt olmaq varkən, Allahla birlikdə olmaq varkən, Onun dostu olmaq varkən, sevgilisi olmaq varkən niyə bədbəxtlik? Allahu Təala hamımızı həm dünyada həm axirətdə xoşbəxt olaq deyə yaratmışsa, bütün şərtləri qabağımıza yığmışsa…
Necə ONA heyran olmazsınız ki? Bir gün görəcəksiniz ki, əvvəl Ondan xoşunuz gəlib, sonra sevmisiniz, sonra aşiq olmusunuz, amma ən sonda heyran olmusunuz. O Rəbbimiz, Rəbbiniz Allahdır. Sizin də Rəbbiniz, bizim də Rəbbimiz, kainatın da Rəbbi.
Hz.Yunus: "Hara baxsam Onu görərəm." deyir. Həqiqətən hara baxsanız, hər yeri elmiylə əhatə etmişdir. Həmişə Onu görərsiniz. Amma Şəxsiylə deyil, elmiylə və rəhmətiylə Odur. Bu Allahın Şəxsi deyil. Əsla, böyük bir səhv etməyin. Bu, Allahın elmi və rəhmətiylə hər şeyi örtməsidir. Allah ərşə çıxmışdır, oradadır. Yaratdığı hər şeydən xəbərdardır və zamandan əvvəl də vardı, zaman boyunca da var olacaq, zamandan sonra da yenə var olmağa davam edəcək.
İç dünyanızda madam ki bir döyüş var, bir xaos, bir qarışıqlıq, bir bitməyən döyüş… Nə vaxt ondan özünüzü qurtaracaqsınız? Nəfsinizdəki fəlakətləri yox etdiyiniz zaman. Çarəsi? Çarəsi var, təlaşlanmayın! Çarəsi hazırdır: Zikr! Allahu Təalanın adını təkrar etdiyiniz müddətcə "Allah, Allah, Allah, Allah, Allah…" deyə istəsəniz içinizdən, istəsəniz dilinizi də tərpətməyin, ürəyinizi dinləyin, nəbzlərinizdən dinləyə bilərsiniz.
13/RA'D-28 : Onlar, möminlərdir və ürəkləri, Allahı zikr etməklə mutmain (rahatlıq tapmışdır) olmuşdur. Ürəklər ancaq Allahı zikr etməklə mutmain (rahatlıq tapar) olar, elə deyilmi?
Amma Rəbbimizin zikrinin nəfsimizin təmizlənməyinə faydası olması üçün önəmli bir şərt var: Allaha qəlbən yaxın olmağı, Ona dost olmağı, Onun rizasını qazanmağı, həyatımızı iblisin deyil, Onun qanunları çərçivəsində yaşamağı qəbul etməyimizdir! Əks təqdirdə, yəni məqsəd dünya həyatımızı yaxşılaşdırmaq olarsa, Allahın zikriylə qəlblər daha da qaralacaq. Allahın Quranda buyurduğu kimi: 39/ZUMƏR-22 : "Allah kimin sinəsini İslam üçün (Allaha təslim üçün) yarmışsa artıq o, Rəbbindən bir nur üzrə olar, deyilmi? Allahın zikrindən qəlbləri qasiyət (qəlbləri qaralmış, daşlaşmış) bağlayanların vay halına! Onlar, açıq-aşkar dəlalət içindədirlər.
Xoşbəxt olmaq üçün ilk addımda bu qəlbi dilək yetərlidir. Nəfsiniz baş qaldıranda Allahı xatırlayın, zikr etməyə başlayın və görəcəksiniz ki, bir neçə saniyə sonra əsəbiniz, sıxıntınız keçdi. Ehtiyac varsa tək qalın, oturun qibləyə tərəf və gözlərinizi yumaraq Allahla danışın, ürəyinizi boşaldın Ona, qoy gözlərinizdən axan yaşlar səmimi hisslərinizi desin, o yaşlar sıxıntınızı, dərdlərinizi yusun, O,sizi anlayacaq, O sizin Yaradanınızdır, O, sizi ən gözəl tanıyandır, O, sizin üçün ən xeyirlisini biləndir...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Reytinq açıqlandı: "Qarabağ" yaxşıdır, yoxsa "Neftçi"?
Şahzadə Harrinin sevgilisi 4 il əvvəl - FOTO
Kann Film Festivalı - Top 10 geyim (I hissə)
Xəstəliyə qarşı mürəbbələr (2)
Havanın istiləşməsi koronavirusa necə təsir edəcək? - PROQNOZ
Ən uzaq kosmik cism tədqiq ediləcək
"Kurtlar Vadisi" ekranlara qayıdır
Azərbaycanda tutulan nəhəng balıq Türkiyədə satışa çıxarıldı
Saç tökülməsinin qarşısını almaq üçün 3 üsul
Yohansonunun 50 minlik robotu hazırlandı-FOTO
Nəqliyyatçıların maaşı artıb
Hava haqqında - 20.09.2013
Südlü sousda toyuq (foto resept)
Toyuqlu sezar salatı (foto-resept)
Krım Ukraynadan ayrılır
Miray Daner eşq iddialarına açıqlama verdi
"Ah Karabağ"mahnısının müəllifi Başkal Azərbaycana gəlir
Doğru büsthalter seçimi
Azərbaycanın tanınmış yazıçısı vəfat edib
Ən ekzotik sualtı aləmlər
Qarakənd faciəsindən 24 il ötdü
Bu gün Səfər ayının sonuncu günüdür
Sadə kələm salatı (foto resept)
Türkiyədə qədim yeraltı şəhər tapıldı
Bakıya yenə yağış yağacaq
Yerin yaxınlığından asteroid keçdi
10 milyona çatırıq: Oğlanlar çoxalır, qızlar azalır...
Təhsil nazirindən yeni əmr
Ən sevdiyim paltarlar və ya paltar növləri
Pendirli pide poğaça (video-resept)
Canlı soxulcanlar uddu–Xərçəng xəstəsindən ŞOK addım
Üz şəklinizə görə ləl-cəvahirat seçimi!
Ramazan ayının 30-cu gününün duası
Azərbaycanda sərin hava nə vaxta kimi davam edəcək?
Bakıda daha bir tunel sürücülərin istifadəsinə verilir
Qadın və beyin
Maaş kartları ilə gediş haqqını ödəmək olacaq
Bred Pitt yeni sevgilisi ilə tətilə çıxdı
Jennifer Lopezdən qeyd etməli olduğunuz aforizmlər
Dünya okeanının temperaturu rekord həddə çatdı
"Yazıq" portret
Conni Deppin yeni sevgilisi odur-FOTO
Arıqlamağa kömək edəcək 13 məhsul
DİN-dən Yeni ilə görə vətəndaşlara XƏBƏRDARLIQ
Min cavan dəyən ən dəbli yaşlı qadın.
Kiyev milisi odlu silaha əl atacaq
Azərbaycanda narkoman qadınların sayı ildən-ilə artır
İnternet xidməti ilə bağlı yeni qaydalar hazırlanır
Bu gün imtahandır
Limonlu yay tortu (video-resept)
- ŞƏRHLƏR