Rəbbim...o qədər günahkaram ki, hansı günahıma görə əfv diləyim bilmirəm. Bilirəm ki, Sənə layiq bəndə olmağa heç cəhd etmədim, amma Sən məni rızana layiq görmək üçün çox çalxaladın... Bilirəm ki, məni sevdiyin qədərin az bir hissəsi qədər mən Səni sevsəydim indi çox xoşbəxt idim. Hər qapını mənim üçün açdın, hər xeyrə zorla yönləndirdin, yenə anlamadım... Yenə bilmədim qul vəzifəmi. Heç çalışmadığım halda nemət endirdin üzərimə. Yenə çaşdım yolumdan, yenə şükr etməyi unutdum. Günahımdan çox mərhəmətin var. Bəlkə də rəhminə çox arxayın oldum. Qurtararsan cəhənnəmdən – deyə düşündüm. Nə qədər rəhimlə davrandın, nə qədər çəkindirdin cəhənnəm yolundan... Amma seçdiyim yol cəhənnəmdir sanki. Rəbbim, Sənsiz zülm edirəm özümə. Qəribədir ki, çox zaman fərqindəyəm günahlarımın, amma çəkinməyə çalışmıram. Bilirəm ki, Sən də istəmirsən bu xətalarda azıb qalam, istərsən ki, cənnət əhlindən olum mən də. Bəzən günahlarımı etiraf etməklə vicdanımı rahatladıram sanki. Günahlarımdan Sənə bir kərə qəlbən sığınsam məni əfv edəcəyin dəqiqdir. Ah Rəbbim... Necə azdım, necə zülm edər oldum özümə. Sənsiz cənnət də cəhənnəmdir onsuz da! Sənsiz dünyanın nəyi gözəl ola bilər ki?! Nə istədin ki bizdən? Sadəcə öz xeyrimiz üçün namaz qılıb, oruc tutmağı ki sabah bizə şəfaətçi olsun. Sən buyurduğun haramlardan çəkinmədim... həkim qadağan etdiyi hər qidaya etiraz etdim. Nə yazıq etdim özümə, nə yazıq . . .
Sadəcə Mənə təslim ol, xoşbəxt edim səni-dedin. Mən neynədim? "Yox, özüm xoşbəxtliyi qazanacam" dedim. Qazana bilməyəndə isə "xoşbəxtlik yoxdur" dedim. Bəzən naşükürlük etdim, başıma gələnləri dəvət kimi anlamağa elmim çatmadı. Cahilliyimdən dolayı Allah sevdiyi qullara bəla verər deyə düşündüm. Halbuki Sən bəla vermədin, oyanım deyə, Sənin yoluna dönüm ki, səadəti tapım deyə çalxalayırdın həyatımı. Ya Rəbbim, nə Sənin mənim yalvarışlarıma ehtiyacın var, nə mənim Sənin mərhəmətinə şübhəm, amma əlimi açıram, Sənə uzadıram Allahım! Yalvarıram, nəfsimi arındır, ruhumu təslim al. Sağ ikən, dünya həyatını yaşayarkən Sənə təslim olub huşu sahibi olmağı nəsib elə. Sənin ki sərvətin sonsuz, ədalətin qədər mərhəmətin var. Sən ki bağışlamağı sevən, sahib çıxansan. Sən də məni bağışlamasan kimdən mədət gözləyim? Peşmanam. Sənə layiq olmayan etdiyim hər əməldən peşmanam. Yanır içim ey Rəbbim! Ey Kərim! Ey Rahim! Ey Rahman! Ey Ğafur!
Amandır, Allahım qoyma Sənsiz qalım! Qoyma dünya həyatında cəhənnəmi dadım! Qoyma axirətdə Sənsiz yanım!
Sən ki məni anamdan, atamdan çox sevib, çox qoruyursan! Sən ki məni ən yaxşılara layiq bilirsən! Sən ki tək sevgilisən ki məndən qarşılıq gözləmədən sevirsən məni! Sən də buraxsan əlimi hardan tutunum?! Kimə sığınım?! Bilirsən ki cahiləm, bilirsən ki naşükürəm! Sənsən Rəbbim! Sən öyrət gerçəkləri, Sən aç Sənə gələn bütün qapılarımı! Qorxudan axıtdığım hər göz yaşım bir gün Sənin eşqindən sel olub axsın! Anladım ki, Sənsiz səadət yoxdur! Ey bəşəriyyətin, yerin göyün sahibi, Sənə layiqli şükr edəcək qədər, həmd edəcək qədər kamil deyiləm, qafil dualardan başqa bir şey gəlmir əlimdən. Bəzən sənə şərik qoşdum, bəzən qüdrətinə şübhə etdim, bəzən Muheymin olduğunu unutdum! Məni görmürsənmiş kimi davrandım. Səndən başqa kimsə bu qədər xətanı əfv etməz. Bağışlanma ünvanına düz gəlmişəm bilirəm. Geri çevirməyəcəyinə əminəm. Bilirəm ki, rəhmətinlə Özün izin vermisən peşman olub tövbə diləməmə. Bilirəm ki, Özün gətirmisən qapına ki əfv diləyim. Bilirəm ki hələ də sevirsən. Bilirəm ki azacıq çabamla döndürəcəksən. Allahım, qafil ibadətlərimdən, saxta dualarımdan, tuta bilmədiyim vədlərimdən, yalançı tövbələrimdən Sənə, Sənin rəhminə sığınıram! Sən məni atarsan mən yanaram. Həsrətindən çürüyüb məhv olaram. Əbədiyyən xoşbəxtliyin nə olduğunu unudaram. Götür qəlbimi, Sənin olan qəlbimi, mənə verdiyin, əmanət etdiyin qəlbimi. İstədiyin yönə çevir onu, öz nuruna tərəf yönəlt, çıxar içindəki əkinnəti, zülməti, nurunu doldur yerinə ya Rəbbim! Sən ki "ol!" deyərsən o olar. Sən ki hər şeyə qadirsən. Yolunda gözümü, dilimi, əlimi haramdan çəkindirməyi belə bacarmadım. Haqq buyurduqlarını unutdum, əmrlərinə tərs getdim, məni bağışla Rəbbim, bağışla!!!Bu dünyadaykən, sağ ikən ruhunu Sənə təslim edənlərdən eylə!
26/Şüəra-83: Rabbi həb li hukmən və elhiqni bis-salihin.
Rəbbim mənə hikmət bağışla və məni salehlərin arasına daxil et.
4/Nisə-28: Yuridullahu ən yuxaffifə ankum, ve xuliqal insənu daifə.
Allah sizdən (tövbələrinizi qəbul edərək yükünüzü) xəfiflətməyi (yüngüllətməyi) dilər. Və insan zəif yaradıldı.
5/Maidə-74: Ə fə lə yətubune iləllahi və yəstəğfirunəh vallahu ğafurun rahim.
Hələ, Allah'a tövbə edib, O'ndan məğfirət (bağışlanma,günahlarının savaba çevrilməsini) diləmirlərmi? Və Allah Ğafur'dur, Rahîm'dir.
42/Şura-25: Və huvalləzi yəqbəlut- təvbətə ən ibədihi və ya’fu anis- seyyiəti və ya’ləmu mə təf’alun.
Və O, qullarının tövbələrini qəbul edən və səyyiələrini (günahlarını) əfv edəndir. Və etdiyiniz şeyləri bilər.
Müəllif: D.Q.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məşhur cütlük ayrı-ayrı tətilə çıxdı-FOTO
İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri
Məşhur aktrisanın barmaqları sındı
Xəstəlik aktyoru tanınmaz hala saldı
Yas və toyla bağlı müraciət
Koronavirusdan ölüm riskini 40 faiz artıran SƏBƏB
Novruz çərşənbələrinin günü açıqlandı
Manikur
İlham Əliyev və Dmitri Medvedev arasında məhdud tərkibdə görüşü olub
Ağalarov nikah evi açdı - FOTO
Kerem Bürsin saç əkdirib
Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - TƏFƏRRÜAT
Azərbaycanda gec evlənən kamil olur?
Əhalinin gəlirləri artıb
Zeytun Bağları - Fayda və dad qovuşanda!
Hansı bürcün qadınısınız?
Avropanın ən təcrübəli futbolçuları
Sellülit və çatlardan qurtulmağın yolu
Solğun dəri üçün təbii həll yolları
Hər bir işdə bir xeyir varmış
İctimai yerlərdə “Wi-Fi” şəbəkəsindən istifadə ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycanın dünya şöhrətli sənətkarı Müslüm Maqomayevin xatirəsi yad olunub
400-dən çox piyada məsuliyyətə cəlb edilib
"Facebook"da Dövlət İmtahan Mərkəzi adı altında SAXTAKARLIQ
İşsiz qalmamaq üçün CV-yə bunları mütləq əlavə etməlisiniz
Bir dua,bir sevgi
ABŞ çoxdan gözlənilən qətnaməni qəbul etdi
Bakıya uçan təyyarə taksilərinin qiyməti açıqlandı
Okean dırnaq dəbi
Müharibə və qadın..
Daxili Qoşunların hərbi qulluqçuları təcili Bərdəyə ezam olundu - RƏSMİ
Koronavirus allergiyası olan uşaqlara necə təsir edir?
Cemli rulet (foto resept)
Doğuş üçün ideal yaş neçədir?
Azərbaycan telekanallarında əcnəbi serialların yayımı bərpa olundu
Ən əlverişli və əlverişsiz avtomobillər seçildi
Toy dəvətnamələri
Un zəhərlənməsi nədir?
Təbiət aptekindən bəzi həblər
"Gül çələngi" piroqu (foto resept)
Keçmiş ərinə mesaj yazan ərəb qadına həbs cəzası verildi
Aclıq hissini yox edin
Viktoriya Bekhemin QANINDAN krem hazırlandı -Qiyməti 1500 dollar
Baş Nazirdən təhsillə bağlı mühüm QƏRAR
Bakıda metro fəaliyyətini bərpa edir? - RƏSMİ
Bakıda Azərbaycan-Bavariya biznes forumu keçirilib
Sentyabr ayının qalibləri!
Bu il Yevlax rayonundan ali məktəblərə 312 nəfər qəbul olub
Çində Azərbaycanın ilk Şərab Evi açıldı – FOTO
"Qızıl top"un sahibi bəlli oldu
- ŞƏRHLƏR