Gözəl söz Allaha çağırmaq deməkdir. Allah yoluna, Cənnət yoluna dəvət deməkdir. Hər kəs bu çağırışa, bu dəvətə cavab verməlidir.
“Danışın ki, tanınasınız, çünki insan öz dilinin altında gizlənmişdir.” (Hz. Əli) Həqiqətən də danışmaq, insanları tanımaqda çox böyük rol oynayır. Bir insanın qəlbində hiss etdikləri, zehnində gizlətdiyi düşüncələri, arzuları, xəyalları, inancları, qorxuları – bunların hamısı insanın danışığı ilə üzə çıxır. Belə ki, insanların ruhi vəziyyətinin necə olduğu, necə ağıla və vicdana sahib olduğu sərf etdiyi sözlərlə anlaşılır. Bir insanın səmimi, yoxsa saxtakar, etibarlı və ya pis niyyətli, doğru sözlü və ya yalançı olduğu danışıq üslubu ilə dərhal bilinir. Bir sözlə, danışıq insanın ağlının, mənəviyyatının, şəxsiyyətinin ölçüsünü ifadə edir. Səmimi insanlar hər zaman gözəl, hikmətli, doğru danışır və buna görə də ruhən rahat olurlar. Qeyri səmimi, saxta insanlar isə ürəklərində gizlətdikləri xəbis niyyətlərin üzə çıxmasından narahat olurlar.
Lakin bunu da ifadə etmək istərdim ki, gözəl danışaraq, gözəl sözlər istifadə edərək insan hər zaman xeyir qazana bilər. Gözəl sözlü olmaq həm də Allahın bəyənəcəyi bir xüsusiyyətdir. Bir quran ayəsində Allah gözəl sözü gözəl ağaca bənzədir. Necə gözəl ağac kökü möhkəm, budaqları göydə, hündür, yamyaşıl, barlı-bəhrəli olur, gözəl söz də hər zaman insana xeyir-bərəkət gətirir. Əksinə pis sözlər, pis danışıq isə nə insanın özünə, nə də başqalarına fayda vermir. Allah pis sözü kökü yerdə sabit durmayan, qoparılıb qurumuş ağaca bənzədir.
"Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz kökü yerdə möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O ağac Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə düşünüb ibrət alsınlar. Pis söz isə yerdən qoparılmış və artıq kökü üstə dura bilməyən pis bir ağaca bənzəyir". (İbrahim surəsi, 24-26)
Belə ki, insan özü ilə bərabər danışığını da, sözlərini də tərbiyələndirməlidir və hər zaman kimliyindən asılı olmayaraq hər kəsə gözəl sözlər söyləməli, gözəl üslubla danışmalıdır. Düzdür ki, insan bəzən əsəbiləşir, haqsızlığa məruz qalır. İnsan çalışmalıdır ki, belə vəziyyətlərdə də gözəl üslubla danışsın, qarşı tərəfə ən gözəl cavabı versin. Əlbəttə ki, bu, hər kəsə asan gəlməyə bilər. Belə bir məsəl var ki, “Yaxşılığa yaxşılıq hər kişinin işidir. Yamanlığa yaxşılıq ər kişinin işidir.” Bu məsəl həqiqətən də doğrudur. Çünki yaxşılıq görən insan yaxşılıqla cavab verə bilir asanlıqla. Amma pisliyə məruz qalanda bu rəftarı dəyişir. Məsələn, vicdanları onlara səhv edən birinə qarşı bağışlayıcı olmağı, pis söz söyləyənə gözəl söz söyləməyi bildirsə də, onlar nəfslərinə uyub bağışlamamağa və ya pis sözə daha pisi ilə qarşılıq verməyə üstünlük verirlər. Onlar tərs danışmaqla, lağlağı etməklə, qarşı tərəfi təhqir etməklə onu “susduraraq” üstün gəldiklərini düşünürlər. Bu insanlar elə zənn edirlər ki, etdikləri doğrudur. Onlara etdiyin yanlışdır deyildikdə isə aldığın cavab bunlar olacaq. “Biri məni təhqir edirsə niyə susmalıyam? Mən axmağam? Cavab verməsəm elə biləcək haqlıdır, sözüm yoxdur deməyə” və s. Amma onlar gözəl sözün nə qədər xeyirli olduğunu dərk etsələr, bunu seçərlər. Quranda Allah buyurur ki, pisliyə yaxşılıqla cavab verin. Onda görərsiz ki, sizinlə aranızda düşmənçilik olan şəxs yaxın dostunuz olmuşdur.
Bəzi insanlar isə danışığında çox qüsurlar buraxırlar. Hətta dostları, yaxınları ilə ünsiyyətdə xoşa gəlməz üslubdan istifadə edirlər. Məsələn, öz rəfiqələrinə və ya dostlarına müraciət edərkən “az”, “ağəz”, “dəli”, “yetim”, “avara”, “ifritə”, “əclaf” kimi bayağı sözlərdən istifadə edir və elə bilirlər ki, bu qarşı tərəfə xoş təsir edir, münasibəti daha da səmimiləşdirir. Amma keyfiyyətli insan öz nəcib ruhuna bu tərz üslubu qətiyyən yaraşdırmaz.

Danışa bilməyimiz Allahın biz insanlara olan ən böyük lütflərindən biridir. O nitqimizi bağlasa, səsimizi batırsa bir cümlə belə qura bilmərik. Ona görə də bizə verilən bu gözəl neməti ən gözəl şəkildə, Allah istədiyi kimi istifadə etməliyik. Gözəl sözlü olmalıyıq. Çünki gözəl söz pisliyə yaxşılıqla cavab verərək, özünün nə qədər böyük şəxsiyyətə sahib olduğunu, mənəviyyatı dərin insan olduğunu sübut etmək deməkdir. Gözəl söz ünsiyyət qurduğun insanların üstün, gözəl xüsusiyyətlərini vurğulamaqla onları şərəfləndirməyin, könüllərini xoş etməyin deməkdir. Gözəl söz insanlara yanlış etdikləri hərəkətləri, səhv düşündüyü mövzuları ən incə, onların qəlbini qırmayacaq şəkildə söyləyərək onları pis əməllərdən çəkindirmək deməkdir. Yaxşılığa dəvət etmək deməkdir. Ən əsası, gözəl söz Allaha çağırmaq deməkdir. Allah yoluna, Cənnət yoluna dəvət deməkdir. Bu dəvət 70-80 illik ömrə deyil, sonsuz həyata təsir edəcək çox əhəmiyyətli qərarın dönüş nöqtəsidir.
Bəlkə də bu mövzu üzərində indiyə qədər heç vaxt düşünməmisiniz. İndi bu məqaləni oxuduğunuz an keçmişdə buraxdığınz səhvlərə görə ümidsiz olmayın, qərarsız olmayın. Əsas keçmiş deyil, bu gündür və sabahdır. İndi gözəl söz söyləmək dəvətini qəbul etmək vaxtıdır. Hər kəs bu dəvəti qəbul etməlidir!
XƏBƏR LENTİ
Paytaxtda unikal işıqforlar quraşdırılacaq
Günün ulduz falı - 11.02.2014
Şəffaf eynək dəbi
Göz ətrafına krem çəkərkən nəyə diqqət etməliyik?
Naxçıvana uçuşların sayı artırılır? - RƏSMİ AÇIQLAMA
Memarlığın mükəmməliyi
Hər qadına lazım olan 15 məsləhət
Azərbaycanın cənub rayonlarında təbii qazın verilişində fasilələr olacaq
"Facebook"dan qəribə funksiya
Son dəqiqə: Fatih Terimlə bağlı məlumat yayıldı
Xınalıq qara bürünüb
Dünyanı bürüyən nəhəng şəbəkə
Rusiya Ermənistandakı bazasını dəyişir
Bakı məktəblərində çalışan müəllimlər nə qədər maaş alır? - RƏSMİ
Yaşıl noxudlu toyuq filesi (foto resept)
Putin Türkiyəyə qarşı sanksiyaları LƏДћV ETDİ
Qadınların münasibətlərdə yaşadığı problemlər
36 yaşını Maldivdə qeyd etdi-FOTO
Kağız halva-10
"Ufak Tefek Cinayetler" serialının rejisoru Bakıya gəlir-FOTO
Türkiyədə ölüm hökmü bərpa olunacaqmı?
Ayrılığa alışmadım
Burun formanız xarekterinizi göstərir
Venesuela prezidenti Obamadan xahiş etdi
"Eurovison-2016"nın daha bir gözəli
Əmizdirmə haqqında ən çox verilən suallar
Müğənni Məhəbbət Kazımov dünyasını dəyişdi
Saç necə yuyulmalıdır?
Saçları gücləndirən və qoruyan maska
Günün ulduz falı
Saçlarını kəsdirmə səbəbini AÇIQLADI -FOTO
Kişi klimaksı nədir?
Qadin.Netlilərlə səyahət (1-ci hissə)
Çağatay mükafat aldı-FOTO
Azərbaycanda tariflər ucuzlaşdı
Sevdiyinizin narsist olduğunu göstərən xüsusiyyətlər
Uşaqlar üçün "mədəni" Yeni il: haraya getməli?
Hava haqqında
Qəribə və nadir heyvanlar
Gəncədə keçiriləcək II Beynəlxalq Şərab Festivalına hazırlıqlar yekunlaşmaq üzrədir
HAVA necə olacaq? 14-yanvar
Biri-birindən gözəl ayaqqabılar
Demi Rouz bu dəfə də sevənlərini təəccübləndirdi-FOTO
Qafqaz qorxunc virusun təhlükəsi altında
Mehmet Ali Erbilən xəbər var
Soyuq da gözəllik yaradır
Sumqayıtda sosial evlər tikilir - VİDEO
Yemək, idman və yuxu üçün ən uyğun zaman
Sabah bu ərazilərdə qaz olmayacaq
Üz quruluşuna görə psixoloji test - Fizioqnostika















- ŞƏRHLƏR