Yeni il ərəfəsində həftəsonu istirahətini dəyərləndirmək üçün kinoteatrları seçmək istəyənlərə həftənin yeni filmlərini təqdim edirik.
Bu həftə yeni il ərəfəsi olduğu üçün, yeni filmlərdə də yeni il ab-havası üstünlük təşkil edir. Xüsusi ilə xanımlarımız balaca tamaşaçıları animasiya filmləri ilə sevindirə bilərlər. Bundan başqa romantika, komediya janrlarında da yeni filmlər bu həftə vizyona daxil olur.
Həftənin ən çox maraqla gözlənilən filmi Türkiyə kinomatoqrafçılarının çəkdiyi “Evim Sensin” filmidir. Baş rollarında Özcan Deniz və Fahriye Evcenin çəkildiyi romantik film cümə günündən etibarən kinoteatrda öz yerini alacaq.
Filmin qəhrəmanlarından Leyla yaşadığı bir ayrılıq sonrası atası evinə qayıdır. Digər qəhrəmanımız İskəndər isə kiçik yaşlardan bəri şanssız bir həyat yaşayıb. Yetimxanada böyümüş və həyatı boyunca heç evim deyə biləcəyi bir yerə sahib olmamış bir adamdır. Film haqqında daha ətraflı məlumatlı olmaq, videoları və rəsimlərinə baxmaq üçün filmin səhifəsinə baxa bilərsiniz.
Növbəti yeni film isə digər bir maraql ekranı əsəri - “Möcüzəli Sirk Dünyası”dır. Əfsanəvi Ceyms Kemeron və rejissor Endryü Adamson sizi və sizin ailənizi misli-bərabəri olmayan bir 3D nümayişə - sehrli sirk dünyasına tamaşa etməyə dəvət edirlər. Ceyson Berrent , Erika Linz və başqalarının oynadığı filmin seansları ilə tanış olmaq üçün buraya klik edə bilərsiniz.
Rusiya kinomatoqrafçılarının çəkdiyi “Uğurlar, Centlmenlər!” filmi isə, növbəti yeni filmdir.
Sergey Bezrukov, Anton Boqdanov və Marina Petrenkonun baş rollarını paylaşdığı filmin maraqlı sujet xətti var. Uşaq mərkəzinin gənc animatoru Lyoşa Treşkin – infantil və həyatsevər “hipster” – təhlükəli oğru və qatil Smaylikin (öldürməzdən əvvəl gülümsəmək adətinə görə onu belə adlandırmışdılar) oxşarı olur. Smaylik Sankt-Peterburqdakı muzeydən Qazaxıstanın milli rəmzi olan – Qızıl Döyüşçünün Geyimini oğurlayır. Gənc və gözəl polis leytenantı İrina Slavina Treşkini tutur və “müasir” polis metodları ilə onu istintaqa kömək etməyə vadar edir. Seçim yoxdur, əks təqdirdə Treşkin əsl cani kimi həbs olunacaqdır. Film haqqında ətraflı olaraq, filmin səhifəsindən məlumat ala bilərsiniz, seanslarla tanış olmaq üçün ilə buraya klikləyə bilərsiniz.
Yeni il istirahətini gülüş ilə keçirmək istəyənlər isə, "Planet Parni iz Baku - Eurogülüşion" adlı solo konsertinin kinoteatrda nümayişinə baxa bilərlər. Bəhram Bağırzadə, Cabir İnamov və Tahir İmanovun səhnə aldığı konsertdə isə sujet xətti dəyişilməzdir - gülüş. Solo konsertin kinoteatrlardakı seansları ilə tanış olmaq üçün buraya klik edə bilərsiniz.
Qeyd etdiyimiz kimi, bu həftə balaca tamaşaçıları sevindirəcək daha çox animasiya filmi var. 3 animasiya filmi kinoteatrlarda yerlərini alır. Əziz xanımlar əgər uşaqlarınızı yeni ildə mükafatlandırmaq istəsəniz animasiya filmi seçimləriniz aşağıdakılardır;
“Üç pəhləvan uzaq sahillərdə”, “Marko Makako” və “Qar kraliçası” animasiya filmləri.
“Üç pəhləvan uzaq sahillərdə” animasiya filmində hamının çox sevdiyi qəhrəmanlar İlya Muromets, Alyoşa Popoviç və Dobrınya Nikitiçin, habelə Knyaz Kiyevskinin, Küpəgirən Qarının və başqalarının yeni macəralarından bəhs edir. Filmin seansları ilə buradan tanış ola bilərsiniz.
Marko Makako isə tropik adada plyaj keşikçisi işləyir. Və arzu edir ki — ciddi bir cinayəti açsın. Birdən hadisələr gözlənilməz yöndə dəyişir. O özünü macəranın ortasında tapır. Filmin seans cədvəli ilə buradan tanış ola bilərsiniz.
“Qar kraliçası” filmində isə köhnə nağılı balaca tamaşaçılara yeni formada izləmək şansı verə bilərsiniz. Balaca, qoçaq Qerda, qardaşı Kayı xilas etmək üçün, Qar Kraliçasının soyuq dünyası ilə üz-üzə gəlir. Öz məqsədinə nail olmaq üçün, Qerda bütün çətinliklərdən, maneələrdən keçərək, həm ailə qazanır, həm özünə inanır, həm də yeni dostların dəstəyini tapır. Filmin seansları ilə buradan tanış ola bilərsiniz.
Kinoteatrlarda göstərilən bütün filmlərin seansları ilə isə, buraya klik edərək tanış ola bilərsiniz.
XƏBƏR LENTİ
Sabahın HAVAsı
Bir qadının manifesti
Defne Samyeli çimərlik şəkli ilə gündəmdədir
Kabak salatı(foto resept)
İstənilən vaxt düşmənin başını əzməyə hazırıq - Vaqif Dərgahlı
Nüsret Kann film festivalında-FOTO
Bunları kim tapar?
Möhtəşəm ziyafət don modelləri
Uşaqlar doğum evində səhv düşüb- 4 il sonra
Maksim Allaya xəyanət edir?
Dəbli aksesuarlar
Dünyanın ən bahalı otelləri bu şəhərlərdədir
Məşhur model gəlinlik geyindi-FOTO
Filippində "Yer gözəli" müsabiqəsi start verdi-FOTO
Enrike əkizlərinin mühafizəsi üçün 600 min dollar xərcləyib - FOTO
Rianna ərəb milyarderlə nişanlandı - FOTO
7 əsr sonra kral ailəsində ilk - əkiz şahzadə doğulacaq
Şeymanın makiyajsız FOTOsu bəyənildi
İlk mavi gözlülər harda yaşayıb?
2019 payız dəbi
Hərbi çağırış yaşı artırılır
Məktəblər nə vaxt açıla bilər? - RƏSMİ AÇIQLAMA
Yol Polisi qəfil reyd keçirdi
Alişandan Buse Varola bahalı hədiyyə-FOTO
"Azərbaycanda yas mərasimlərində stolun üstündə bəzən bircə spirtli içki çatışmır"
Sərdar Ortaç qız atası olmağa qərar verib
Kələm salatı (foto-resept)
22 yaşlı tələbə evdə sınaq keçirmək istədi, şok nəticə
Qadının sirrini "Minni Maus"-açdı-FOTO
Bakıda mindən çox bina söküləcək
Divar dekorasiyası
Çex kəndində ev - FOTO
Qıvırcıq saçları düzləşdirmək üçün maska
Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi başlayır
Pensiya və maaş qalxacaq
Yuxular və yuxuyozmalar (4)
Uşaqların yataq otaqlarının hekayələri
Acundan Şeymaya daha bir TƏLƏB
"Real Madrid" ilə "Atletiko" növbəti mərhələdə
Bu ölkə də Aİ-ni tərk edir?
Fincandakı çay və qəhvə ləkələrini necə təmizləməli?
ÇAY İÇMƏYİN QADAĞALARI
8 may - Şuşanın işğal günüdür!
Əsəb və stress həyatımıza necə təsir edir?
Yalançılar haqqında doğrular
Rəngli qış
Nanə ilə gözəlləşin
Boru kəməri çəkilişi zamanı yerin altından qədim əşyalar çıxdı
Ayına görə körpə baxımı
Manikürün vacib nöqtələri
- ŞƏRHLƏR