Hörmətli istifadəçilərimiz və saytımızın daimi ziyarətçiləri!
Bu gün, Qadin.Net saytı yeni bir layihəyə imza atır.
Artıq saytda uzun müddət fəaliyyət göstərən istifadəçilərimiz,həm də bu fəaliyyətlərinin içərisində özlərini kəşf edəcəklər.
Nəyə qadir olduqlarını,bu günə qədər onlarda hansı qabiliyyətlərin gizli qaldığıni,hansı bacarıq və istedadlarının üzə çıxması istəklərinin olduğunu kəşf edəcəklər.
Fikrimcə,bu Qadin.Net saytının istifadəçilərinə təqdim etdiyi ən gözəl töhfələrdən biridir.
Çünki,həyatdır,bəzən istəsən də belə,hər şey sənin planladığın şəkildə qurulmaya bilir.Bu baxımdan bir çox istifadəçilrəmiz var ki,müxtəlif səbəblərdən onların yaradıcılıq,bacarıq və qabiliyyətləri daxillərində qalıb,geniş kütləyə təqdim olunmayıb.
Qadin.Net saytı belə bir şans yaradır ki,bu cür istifadəçilərimizi virtual da olsa yaxından tanınsın,onların fərqli qabiliyyətlərinə,zəhmətlərinə birlikdə qiymət verilsin və bəyənilən bacarıqlı istifadəçilərimiz daha da populyarlaşsın.
Qadin.Net-lə birlikdə“Özünü kəşf et!” layihəsi(1)-in ilk iştirakçısı,çoxumuzun sevimlisinə çevrilmiş,artıq iki ilə yaxındır saytda fəaliyyət göstərən Pervane xanımdır.
Qadin.Net rəhbərliyi Pərvane xanımın fəaliyyətini əsas götürərək,onun mətbəx sahəsindəki bacarığını,saytda yayınladığı reseptləri bir kitab halına gətirdi.Və bu kitabı Pərvane xanıma böyük sevinclə hədiyyə edir!
Kitabın içində həm də Pərvane xanımın ürək sözləri də yer alıb ki,indi sizlərə də təqdim olunur…
Əziz xanımlar, bilirəm ki,hamınıza maraqlı olacaq,mən bu saytı necə tapmışam?Neçə müddətdir ki, bu saytda qeydiyyatdayam,necə oldu ki, resept göndərməyi düşündüm.Necə oldu ki,mən fəaliyyətimə davam etməkdə daha da həvəsləndim,reseptlərimin sayı artdı. Bu suallara cavab tapmaq istəyirsinizsə, mən danışım, siz dinləyin...
Bir gün internetdə peçenye resepti axtarışına çıxmışdım.Googlede “peçenye” yazdıqda Qadın. Net saytında “Serpatin” peçeniyesi ilə qarşılaşdım.Fotoreseptli təqdimat görəndə çox xoşuma gədi,çünki başqa saytlarda burda olduğu kimi aydın izahat verilmirdi.Əvvəllər qonaq kimi gəlirdim.Hətta düzünü desəm ,qeydiyyatdan necə keçmək lazım olduğunu da bilmirdim.Hər dəfə baxırdım ki, başqalarının avatarında istifadəçi yazılıb, məndə isə qonaq yazılıb.Bir gün qeydiyyat sözünə kilk etdim və qeydiyyata düşdüm.O,andan sonra hər on dəqiqədən bir sayta baxrdım.Şərhlərdə verilən suallara Selcan xanım cavab yazanda xoşuma gəlirdi. Hər gün sayta verilən reseptlərə baxırdım.
Bir gün qərara gəldim ki, mən də ən sevimli salatım olan “Nar” salatını sayta təqdim edim.Sadəcə resept şəklində yazıb yolladım,birdə gördüm mesaj gəlib ki, “Bizim xanımlar fotosuz reseptlər istəmirlər.Mümkünsə, reseptinizi fotolu göndərin.”O,vaxtlar məndə də şəkil olmadığından salat reseptim arxıvdə qalmışdı.
O,gündən sonra çox həvəsləndim daha çox axtarışlara başladım,evdə hazırladığım hər bir yeməyi burda xanımlarla paylaşmaqdan məmnun oldum.Bunların hamısı Qadın.Net sayəsində baş tutdu.
Bu saytı tapdıqdan sonra demək olar ki, həyat tərzim dəyişdi.Əvvəllər heç özümə inamım yox idi ki, mən nələrisə edə bilərəm. Bu günə qədər Qadın.Net mənə çox şey verdi,ən əsası özümə inamım artdı,bilmədiklərimi öytrətdi,öyrətməyə də davam edəcək inşallah.Nə qədər ki,Qadın.Net var,mən də burda olacam.
Bir ara fiirləşdim ki,elektron kitab hazırlasam görəsən necə qarşılanar xanımlar tərəfindən.Sonra bu fikrimin üstündə çox durmadım,dedim qalsın sonraya.
Amma bir gün saytın Baş redaktoru Selcan_Xatun elektron kitab hazırlamağı mənə təklif edincə sevə-sevə qəbul etdim.Mənə verdiyi tapşırıqları yerinə yetirib kitab üçün lazım olan materialları ona göndərdim. Selcan xanıma dərin təşəkkürümü bildirirəm.Bu qədər çox işinin arasında mənə vaxt ayırıb yaxından köməklik etdiyi üçün.Hələ bu kiçik bir başlanğıcdı mənim üçün.Gələcəkdə bu kitabın çap versiyasını da istəyirəm. Niyə gələcəkdə dedim,çünki hələ üzərimdə çox çalışmalıyam,hələ öyrənməli olası çox şeyler var.
Sonda:
Nə yaxşı ki, bu sayt var. Özümü burda çox rahat hiss edirəm və başqa AZnet saytlarına girməyə vaxt qalmır. Bura mənim bir ailəm kimidir.Vətəndən uzaq olsam da bu sayt vasitəsilə özümü Vətəndə hiss edirəm. Arzum budur ki, Qadın.Net saytı uzun ömürlü olsun, gələcəkdə bizim körpə balalarımz da bu saytdan bizim kimi faydalana bilsinlər.Biz xanımları düşünürək bu cür yüksək səviyyəli saytı təqdim etdikləri üçün Ramil bəyə, Ceylan xanıma, Ənvər bəyə sonsuz təşəkkürümü bildirirəm. İstifadəçiləri də çox sevirem. Gəlin həmişə mehriban olaq, can deyib can eşidək...
Pərvanə
Bax belə...
Birinci iştirakçımız və onun elektron kitabı ixtiyarınızdadır.Qeyd edim ki,bu sadəcə kitabın təqdimatı idi.Gələcək günlərdə kitabın özü də ixtiyarınıza veriləcək...
Növbəti iştirakçımızı gözləyin...
XƏBƏR LENTİ
O qədər dar geyindi ki, ürəyi getdi - FOTO
HAVA necə olacaq?-23 Avqust
Valideynlərə müjdə!
Aslı Enverlə Murad Boz ayrılıb
"Həyat" adlı oyun
Məşhur cütlükdən etiraf
Bu günün hava proqnozu
BÜRCLƏR bizə nə vəd edir?- 2 fevral
"ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirəcək"
İsmayıllıda şəhid Xəyyam Daşdəmirov torpağa tapşırıldı - VİDEO
Son dəbə uyğun eynəklər
Nazirlik pensiyaların veriləcəyi tarixi açıqladı
Beren Saatın bu addımı təəccübləndirdi-FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Brend çanta modelləri
Ev dekorasiyasında aksesuar seçimi
Şirələr və kompotlar
Hülya Avşar AÇIQLAMA verdi
11 iyun Ramazan ayının 5-ci günüdür
Caponata (foto resept)
Dünyanın ən zənginləri 127,4 mlrd. dollar itirdi
Ramin Bayramlıdan karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA
Bakıda möhtəşəm Zəfər paradı başladı - CANLI YAYIM
Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsini nəzərdə tutan layihəyə rəy verilib
Məşhurlar və anaları
Uhan xəstəxanalarında koronaviruslu şəxs qalmadı
İçimizi yeyən səhər yeməyi
Fikrət Qoca infarkt keçirdi
Qadına uşaqlıq köçürüldü
Corc Sorosdan böhran xəbərdarlığı
256 yaşlı kişi ölməzdən əvvəl sirri açıqladı
Şəhid əsgərimiz təltif edildi
Murad Boz TOYUNDAN DANIŞDI
Günün ulduz falı
Çuğundurun faydaları
Düzgün duruş üçün nə etməliyik?
Ancelina Coli ərə gedir
50 Cent 21 otaqlı mənzilini ucuz satdı
Uşaqlar üçün saç modelləri
Güləşçimiz beynəlxalq turnirin çempionu olub
HAVA necə olacaq?-26 İyul
Azərbaycan alimləri zəfəranın süni yolla çoxaldılmasının yeni metodunu əldə ediblər
"Ali məktəb məzunlarının 42 faizi iş tapa bilir"
Bilmədiyiniz maraqlı faktlar
Azərbaycanda 40-dan çox orta təhsil müəssisəsi ləğv olundu - SİYAHI
Onun bir xəyalı cahana dəyər
Bədənə qulluq və vannalar
Benzin ucuzlaşa bilər
Pakistan mediası Xocalı faciəsindən yazdı
Meteohəssas insanlara XƏBƏRDARLIQ
- ŞƏRHLƏR