SR
Əvvəlcə sənə mənə də xəbərində yer verdiyin üçün təşəkür edirəm. Həyatın ən gözəl yanlarından biri də tək olmamağını hiss etməkdir. Bəzən ətrafında elə bir insan olur ki, gözləmədiyin münasibət görürsən, amma bəzən də çox təəssüf ki, dost bildiyin insanları çətin zamanında nə arxanda, nə də yanında görürsən... Bəzilərnin dostu sevdiyi, bəzilərinin dostu anası, bəzilərininki sinif yoldaşı və daha kimlər kimlər olur.
Önəmlisi onun kim olduğu, hansı nəsildən, necə geyinməsindən, kimin övladı olmasından asılı deyil, önəmlisi onun sənə nə qədər yaxın olması, əzabına nə qədər yanması, sevindiyində səndən də çox sevinən, sən uğur qazandın, o isə uğursuzluğa düçar oldu deyə ağız büzməyən birisi olmalıdır və sən də ona qarşı müsbət olmaqla qarşılıq verməlisən. Həyatda dost seçərkən seçimini düzgün etməlisən. Dost dediyin dar günündə səni qoyub qaçmamalıdır, dar günündə sənə dayaq olmalıdır. Mənim realdakı dostlarım əvvəl Allahım, sonra anam və nişanlımdır. Virtual dostlarımsa çoxdur, ən əsas dostlarım Elik və Humaydır.
MIF
Salam, əvvəlcə mənə də bu xəbərdə yer verdiyiniz üçün təşəkkür edirəm. Dostluq əlbəttə ki, gözəl hissdir. İnstitutda oxuyanda iki qizla dostluq edirdim. İndi ikisi də evlidir. Onsuz da ailəmdə maddi vəziyyət yaxşı deyildi. Bir tərəfdən də atamı işdən çıxartdılar. Qızlara bəzi vaxtlarda dərslərə gələ bilməyəcəyimi dedim. Çünki yol pulu lazım idi. İki marşrutla gedib gəlirdim. O ərəfələrdə qızlar həm evə gedəndə mənim yerimə yol pulumu ödəyirdilər, həm də yeməkxanada hesabı özləri verirdilər. Sağ olsunlar məni tək, köməksiz qoymadılar. İndi ikisi də ailəlidir və çox xoşbəxtdirlər. İnşəallah bir ömür boyu da elə olar. Tələbə olarkən nə qədər incimək, narazılıqlar olurdu olsun, yenə də barışırdıq. Hal-hazırda ikisi ilə də gec-gec də olsa, əlaqələrimiz var. İmkan olanda görüşürük. Şükür, indi hər şey qaydasındadır. Özüm işləyirəm. İş yerimdə də güvənəcəyim dostlarım var. Bilirəm ki, hansına müraciət etsəm, öz köməklərini əsirgəməzlər. Mən də eləcə. Hər kəsə dostluqda ədalətli, mərhəmətli və vəfalı olmağı arzulayıram. Birinə yardım etməkdən, dərdini dinləməkdən, sevincini bölüşməkdən gözəl nə ola bilər ki?
takataku
Mənə görə əsl dost dürüst olmalıdır, pisimi də, yaxşımı da üzümə deməlidir. Şükürlər olsun Allaha insanları tez tanıdığım üçün özümə yaxşı dostlar seçmişəm. Dostların dar gündə tanındığını deyirlər, zənnimcə, onlar insanın xoş anlarında da tanınar.
Davetsiz Misafir
Mən dost nədir, bilmirdim. Asini tapandan sonra indi bilirəm, canım, nə yaxşı ki, varsan. Çətin günümdə mənimləsən. Dost deyib realda aldanmışam. İndi demək olar ki, çətin günlər yaşayıram, amma Asim mənimlədi.
Xəyalə Murad
Hər yaş dövrünün özünəməxsus dostu olur. Uşaqlıqda heç nəyə baxmayaraq (xasiyyət uyğunluğu, sirr saxlamaq bacarığı və s.) dost olmaq mümkündür. Amma yaş artdıqca dostlar da seçilir. Onlar da sınanır və sınanmalıdırlar da. Hər insanın düşüncəsində dost anlayışı müxtəlifdir. Mənim üçün dostların ünsiyyət məkanına və dostluq etdiyimiz tarixə əsasən növü var. “Əsl dost onlardan ən yaxını, ən sadiqi, ən güvəniləni olmalıdır.” deyəcəksiniz. Amma mən onlardan ən yaxınını seçməli olsam, yalnız özümü qeyd edərəm. Virtual dostluğu real dostluqdan seçmirəm. Əgər üsniyyət qururamsa, o da dostlar “siyahısındadır” deməkdir. Yuxarıda da qeyd etdiyim kimi dostlarımı tanışlıq tarixinə və ünsiyyət məkanına görə qeyd edirəm. Uşaqlıq illərinin dostluğu, gənclik illərinin dostu, iş məkanından olan dostlar, virtual dünyadan olan dostlar və mənim özüm. Mənim özüm-variantını məhz əsl dostumun kimliyini bilmək istəyəcəyiniz üçün qeyd edirəm. Hər biri ilə ünsiyyət qurmaq, dostluq etmək mənim üçün gözəldir. Birini digərindən ayırmıram, üstün olanını seçmirəm.
♥♥♥GÖZƏLİM GÖZLƏRİN GÖZƏLDİ
Salam, mən bu barədə çox şey yaza bilərəm. Mənim ən yaxın dostum Sürəyyadır. Biz onunla çox mehribanıq. Bəzən küsüb zarafat edirik. Amma küsəndən sonra bir-birimizin qədrini bilirik. 5-ci sinifdən dostuq və dostluğumuz hələ də davam edir. İnanıram ki, davam edəcək, Allah qoysa. Mən ona, həqiqətən, dəyər verirəm.
Atam həmişə deyir:"Bu dövrdə dost yoxdur. Dost sənin yalnız cibindir." Amma atamın fikri ilə də razıyam. Çünki bu dövrdə öz canından belə keçməyə hazır olan dost çox çətin tapılar. Bəzi dost dediyimiz insanlar bizə arxandan böyük zərbə vurur. Bu zərbəni isə vaxt keçdikcə belə unutmaq olmur... Allahdan arzu edirəm ki, heç bir dost yaxın dostundan zərbə almasın Amin!!!
Hacət-i Vuslat
"Dost dedikdə..." - bu mövzuyla bağlı düşüncələr bir çox başqa mövzularda olduğu kimi, zaman keçdikcə dəyişir. Gənclik illərində sözümü bölüşə biləcəyim sirdaşım, mənim sözümü təsdiq edən, mənimlə deyib-gülən rəfiqəm idi dostum. Yaş ötdükcə "Dostum ailəmdir" fikrinə gəldim. Sonra anladım ki, yox, insana əsl dost anadır. İndi öyrəndim ki, mükəmməl, səhvsiz, qarşılıqsız, sonsuz səbir və bağışlama gücü olan yeganə dost Allahdır.
AYSUN MEMMEDOVA
Canım, indiki zamanda dost tapmaq elə də asan deyil. Dost dediyin gərək pis gündə də, yaxşı gündə də səninlə birgə olduğunu sənə bildirsin. İndiyə kimi 2 rəfiqəm olub, hər ikisindən də xəyanət görmüşəm. Məhz ona görə artıq dostluğa inanmıram. Bəlkə də səhv məndə olur, onu Allah bilir.
Mən (Asi)
Dost kimdir? Dost həmişə bizim yanımızda olandır. Dost bizi tək qoymayandır. Ən kiçik çətinlikdə belə səni tək qoymayandır. Dost həmişə səni düşünəndir. Dost həm sevincdə, həm kədərdə səninlə olandır. Dost yalan deməyəndir. Dost səhvini üzünə deyəndir. Dost inciyərsən, qəlbin qırılar, bax, bunları düşünmədən yanlışını deyəndir. Dost üzməz. Dost küsməz. Dost bağışlamağı bilər. Dost sevməsini bilər. Dost sadiq olmalıdır. Əsl dost, məncə, belə olandır. Mənim də dostlarım var və hamısını çox istəyirəm. Allah onları mənə çox görməsin. Amin! Amma əsl dostum birdir və onda yuxarıda sadaladığım xüsusiyyətlərin hamısı var. İndi yəqin düşünəcəksiniz ki, bütün bu xüsusiyyətlərin cəmləşdiyi biri varmı? Var! Bu dost Allahdır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Plastik butulkaları təkrar istifadə etməyin! - Bu çox təhlükəlidir!
Boşanmadan sonra səmimi görüntüləri yayıldı-FOTO
Bakı üçün yeni nüvə təhlükəsi
Dahilərin müdrik sözləri
Prezidentin köməkçisindən fransalı parlamentarilərin işğal olunmuş ərazilərimizə səfəri ilə bağlı AÇIQLAMA
Qadın barğamını kəsib boynundan asdı
Azərbaycan nüvə dövlətinə çevrilə bilər - "Sentyabrda çox güclü qurğu gətiriləcək"
Andersenin ilk nağılı tapılıb
Millət vəkillərimiz Berlində etiraz etdilər
Saç tökülməsinin qarşısını alan nar maskası
Hicablı gəlinlər üçün baş örtükləri
Hər kəsin rahibə bildiyi şəxs əslində....
Çay nədir, say nədir...
İlk yardım
Katarakta xəstəliyi
Ceyhun Bayramov İndoneziya səfiri ilə görüşdü - FOTO
Qəhvəni sevmək üçün 5 səbəb
Bağça körpəyə nə verir?
Çexiyada üç yerə bölünən UNO lentə aldılar – VİDEO
"Adamtanıyan" silahlar
Azərbaycan tarixindən yüz şəxsiyyət-14
Toy və ziyafət üçün saç düzümləri
Bredli Kuper yeni sevgili tapdı-FOTO
Eyni yaşda olan məşhurlar
Jennifer Lopezin illərə görə dəyişən tərzi
Nostalji gəlin paltarı modelləri
Dişləri necə fırçalamaq lazımdır?
İşləyən analar üçün məsləhətlər
Özünüz yüksələrkən başqalarını da unutmayın
Bir kərə yüksələn bayraq, bir daha enməz!
Qara Qısa Saç modelləri 2014-2015
10 yaş cavan göstərən maska
Böyük Britaniyada müsəlman məktəbi bağlandı
"Avtoşluq": harınlıq, yoxsa əyləncə?
NÜMUNƏVİ SAKİNLƏR: Bakıda ikinci belə bina tapa bilməzsiniz
“ASAN xidmət”də öncədən növbə tutmaq üçün qaydalar- VİDEOTƏLİMAT
Leranın əl işləri
Osmanlı imperiyasının qəribə adətləri
Azərbaycan dili - III dərs
Son dəbə uyğun gəlin buketləri
Saxta qulaqcıqlar qulaq xəstəliklərini artırır
Dişləri ağardan sadə və effektli ÜSUL
Mikrobların düşməni
ABŞ-ı qorxudan Rusiya həmləsi
Mədə kiçiltmə əməliyyatı
Novruzda mədəyə verilən "bayram": Düzgün qidalanın!
İlham Əliyev "Çay evi"ndə
Koronavirusla bağlı SON STATİSTİKA
Azərbaycanda az yaşlı qızları aborta nə vadar edir
Hindistanda 8 nəfəri öldürən pələngin axtarışı aylardır davam edir
- ŞƏRHLƏR