lovable_madam (İstifadəçi)
Hər gün də olmasa tez-tez misal çəkdiyim və gətirdiyim sitatlar olur, bu da həmin gündə yaşadıqlarımızdan asılı olaraq dəyişir. “Gülmə,qonşuna,gələr başına.” “ Əl tutma Əlidən qalıb”. “Yaxşılıq et, at dəryaya,balıq bilməsə də Xaliq bilər”. “Ağıl yaşda deyil,başdadır” . Sınıq qab görəndə kimdəsə, ən çox sevdiyim "Hicran" tamaşasından sitat gətirirəm. "Sınıq qabı nöş saxlamısız?"
Nely
Xəbərin adını eşidən kimi üzümdə təbəssüm yarandı. Əlbəttə, çoxunuzda olduğu kimi, mənim də çox sevdiyim atalar sözləri,müxtəlif filmlərdən gətirdiyim sitatlar var. Bu sitatlardan bəziləri... Qardaşımın adı İsmayıl olduğu üçün ən çox istifadə etdiyim sitat "Ögey ana." filmindəndir.Hər səhər qardaşımı yuxudan oyadanda "İsmayıl, oğlum, aç gözlərini" deyirik. Pul sayan zaman kimsə yanımda olanda, onlara "Əhməd haradadır?" filmindən sitat gətirirəm "Eşiii başını çək oyana, görürsən ki, pul sayiram, pəncərəni açıq qoymağa ixtiyarım yoxdur!" ,"Əhməd haradadır" filmindən bir neçə sitatlar da gətirmək istəyirəm "Zülümov dedi qurtardı!", "...buna da bir quş", "Qəmissiyadııır?Deputatdıır?Yuxarıdan gəliiib?...Nəəə?Bay atonnan kolxozçu da deputat kimi danışır!", "Qaynana" filmindən: "Gəlin mənim süpürgəmdir,hara qoysam orda da durmalıdır!", "Bu rəhmətliylə 30 il bir yastığa baş qoydum,bir dəfə də maç eləmədi məni!" "Ulduz" filmindən:"...yooox anadan gəlmə dulam" ,"Yol əhvalatı" filmındən: "Sizii buraa yığmağımda məqsədim budur ki, sizdən adam olmayıb,olmayacaq da!". Atalar sözlərindən isə ən çox sitat gətirdiylərim:"Atı atın yanında bağlasan, həmrəng olmasa da, həmxasiyyət olar.","...yaz gələr yonca bitər!","Qızım sənə deyirəm,gəlinim sən eşıt!","Meşə çaqqalsız olmaz!","Səbr edən dərviş,muradına ərmiş" olsa da,mən ən çox belə işlədirəm "Səbr edən dərviş,gözləməkdən gəbərmiş" Amma ən çox istifadə etdiyim atalar sözü budur: "Saqqalım yoxdur sözüm keçmir." Gündə ən azı 3 dəfə bu ifadəni işlədirəm. İlk ağlıma gələnlər bunlar oldu,amma davam etsəm yazmaqla bitməz...!
Quliyeva Nermin (istifadəçi)
Görün yıxılmışdım a.. ("Qaynana"). Uşaqda fərasətə bax a.. hamını aldadır("Şərikli çörək"). Dom Feyzulla bomba rabata ("Papaq"). Ədə mənim doğan vaxtımdı?("Qaynana").Atalar sözlərindən: Mal yiyəsinə oxşayar.Su axar çuxurunu tapar.Anasına bax qızını al qıraxına bax, bezini al. İgid ölər adı qalar. Nöşün belə eliyirsən e.... ala həriiiii. (mənim işlətdiyim sözlərdi bunlar).
Aygün:) (istifadəçi)
Mənim ən çox işlətdiyim atalar sözü budur: "Öz gözündə tiri görməyən başqasında tez görür" Kinolardandakı Azərbaycan filimlərindən "Bəyin oğranılmasından" Mənəm e... ay dədə Miriş. Çox xoşuma gəlir bundan.
LADY BEAUTY (istifadəçi)
Ən çox işlətdiyim "Əldən qalan əlli il qalar". Bir də "İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar"....
Günel Əsədova (istifadəçi)
Ən çox qardsaşımda var belə duzlu məzəli söhbətlər. Biz birdən çaşanda, nəyi isə qarışıq salanda qardaşım deyir:"Sən bir az gecələr yat, a Qurban!". Bəzən uşaqlar evə tutqun gələndə, yəni əhval-ruhiyələri aşağı olanda, üzlərinə baxıb deyirəm:"cinə şeytana oxşayırsan Qəmlo". Bəzən yoldaşım alıcılardan şikayətlənəndə deyirəm "Sən bunların nazı ilə çox oynayırsan ha, Kərbəlayı".Uşaqları çağıranda, baxıram ki, fikirləri başqa yerdədir, deyirəm"Cümrü öz aləmindədir".Bir də kimsə deyəndə çay olar, ya yeməkdən bir az da olar, mama?Deyirəm:"Olar, niyə olmur ki, "Bəyin oğurlanmasında",unudulmaz Yaşar Nurimizin məhşur sözü. Bir də dayım həmişə söhbət edəndə , söhbət zamanı mübahisə yaranmasın deyə deyir "mən də elə deyirəm də!" Biz də onun bu sözünü çox işlədirik. Nə isə çoxdur. Atalar sözləri də çox işlədirəm. Bir gün qorxuram kimsə mənə deyə ki, bəsdi də, baş-beynimizi apardın ki!
Lale... (Nəzarətçi)
Ən çox sevdiyim və tez-tez şərhlərdə işlətdiyim söz: "hər koyun kendi bacağından asılır", bir də filmlərdən sitat gətirməyi çox sevirəm. Gündəlik həyatda da belə danışıram. Sitatlara ən bol film isə mənə görə "Bəyin oğurlanması"dır. Ən çox o filmdən sitat gətirirəm))) "İsrafil əmi, o düzdür ki, sizin univermağa tezə monqol dublyonkalari gəlib? Gəlmişdi... monqol turistləri alıb apardı"
Sonay Quluzade (istifadəçi)
Söz kimi ən çox şərhlərimdə də hiss olunur yəqin ki, “amma” və “hərçənd” sözünü çox istifadə edirəm.
Yəni hər sözümdə bir ayaq yeri qoyuram.
İlin sonudur deyə, o qədər işimiz var ki, hər saniyəni də qiymətləndirirəm ki, onsuz da bu işi mən edəcəm, “Bir az dincəl, ətrafına bax” deyəndə “Qırılan qoşundandır” deyirəm. Bir də “İt motaldan əl çəkdi, motal itdən əl çəkmədi” ifadəsini lap çox işlədirəm.
Elmi işimi yarımçıq atmışam, hər “Nə oldu, müdafiə etdin” deyənə “Qoy məni buna vadar edənlər tarix qarşısında cavab versinlər” deyirəm.
Щ‚Щ„ШЁ Ro-Xe-Sa Щ‚Щ„ШЁ (redaktor)
Əslində mən çox sitat gətirənəm. Amma yerində, harda gəldi işlətmirəm. Yadıma düşənləri yazıram. "Bəyin oğurlanması" filmindən
(O əjdahadan bizdə niyə yoxdur?) , (Sənə əjdaha lazımdır?) , (Salam-sağol) , (Oğlum firni yeyirsən?) , (Antoni, sən mənim ürəyimi yaralamısan. Muaç). "Əhməd haradadır" (Mən gündə bir ər dəyişən arvadlardan deyiləm), (Ay Şirinnnn!). "Ulduz" (Axır ki, alim ərə rast gəldim) ,Züleyxa toyuq fermadandır? -bunu çox vaxt qonaq gedəndə işlədirəm . "Məhəllə" (Aləə xoddan da xoddan), (Maşa, ya tvoy medved) .
Sada (istifadəçi)
Azərbaycan filmlərindən, tamaşalardan, cizgi filmi və Bakılı oğlanlardan sitat gətirməyi çox sevirəm. Ən cox da "Tıq-tıq xanım" c/filmi ,"Bəxt üzüyü" və "Yol əhvalatı" "Bəyin oğurlanması" və s. filmlərdən. Burada sitatlarim ən çox Louis Vuitonla və Nely ilə olur. Əslində bildiyim sitatlar və atalar sözləri lap çoxdur, amma bura ən çox işlətdiklərimi yazıram: 1.Yeri deyil.. hövsələn olsun.-(Tıq-tıq xanım c/f) 2. Ayə Moşu yazırsan yaz, yazmırsan kəlləmi atıb yatajam- (Bəxt Üzüyü) 3.Suqra salam.......-(Bala başa bəla tamaşası) 4.Aç o qətvəni başından.-(Bala başa bəla tamaşası) 5.Gəlin arvad olar da məşədi!..(O olmasın bu olsun b/f) 6.Gedin- gedin qazıya deyin qoy kəbini kəssin...Razısan??...Hə...Hə... (O olmasın bu olsun b/f) 6.Ayə qoymayın! Üstümə İrasim gəlir (Bəxt üzüyü b/f)7.Abasqulu bəyin nazıynan çox oynayırıq a Kərbəlayi!-(Axırıncı aşırım b/f)8.Sən Nərgiz xalanı hələ yaxşı tanımırsan! (Əhməd haradadır b/f) Bax kitab! Hellas! Oxumaq lazımdır!! (Evləri köndələn yar tamaşası).9.Qonşu, özün gəlmisən yoxsa yenə milsəner gətirib (Bizim Cəbiş müəllim b/f). 10.Yalansa səni fransuzkiy ilan vursun....(Yol əhvalatı b/f) 11.Ə... nə var e...Ələsgər... Ələsgər!(Bəyin oğurlanması b/f).İndi keçək atalar sözünə. 1.Mərdi qova-qova namərd eləmə. 2.Gəmidə oturub gəmiçi ilə dava eləmə. 3.Yerin də qulağı var.4.İlanın ağına da nəhlət qarasına da.5.Toxun acdan nə xəbəri.6.Arxı atdanmamış hop demə.7.Sayanın quluyam, saymayanın ağası.8.Sözü ağzında bişir sonra çıxart!
duygu (sapfir)
Deməli, gün ərzində oxuduğum xəbərlərdə öz fikrimi yazıram.Xəbərlərdə hansısa user arzu-dilək yazanda həmin userlərin şərhlərini sitat gətirib “Amin, İnşallah” yazıram. Xəbərlərdə hansısa user nəyisə soruşanda cavabını bildiyim bir şey olduqda sitat gətirib cavabını yazıram.Hansısa userin fikirləriylə həmrəy olduqda isə həmin userin şərhini sitat gətirib “Fikirlərinizlə tam razıyam.Tam ürəyimdən keçənləri yazmısınız.”deyə yazıram.Birdəki gülməli şərhləri sitat gətirib, gülüb,sonrada gülüş smaylı qoyuram:))
Selvi (yaqut)
Gün ərzində ən çox istifadə etdiyim söz:Allahıma şükür etməkdir. Atalar sözləri: Hər kəs öz əməyinin meyvəsini dərər. Yaxşılığa yaxşılıq elə,pisliyə pislik eləmə. Hər şeyin yaxşı olacağına ümid etmək,optimist olmaq lazımdır. Cəsartəin bitdiyi yerdə əsarət başlayır. Əvvəl öyrən,sonra düşün. Həqiqi sevgi yaxşılıq görəndə artmayan,pislik görəndə azalmayandır. Müdrik kəlamlar: Mənə dost lazım deyil ki,hər şeydə mənimlə razılaşsın,mən başımı əyəndə o da əysin,ona qalsa mənim kölgəmdə dostumdur.(Plutarx) Hər bir gözəllikdə pislik axtaranlar korlanmış insanlardır,bu günahdır.Hər bir gözəllikdə onun yüksək mənasını görənlər mədəni insanlardır,əsl insan isə gözəllikdə elə gözəlliyi görməyi bacaranlardır.(Oskar Uayld) Gördüyün işi əvvəlcə ağıl tərəzisi ilə ölç,sonra gör.(Qətran Təbrizi). Qadın yer üzündə gözəllik,dalət,lətafət nümunəsidir.(V.Q.Belinski) İffət(namus)-qadınların zinətidir.(Məhəmməd Peyğəmbər s.ə.s) Səmimilikdən çətin,yaltaqlıqdan asan heç nə ola bilməz.(F.Dostoyevski) Elm sərvətdən də üstündür.Çünki,sərvəti sən qoruyursan,elm isə səni qoruyur.(Hz.Əli) Keçək sitatlarımıza: 1).İgid odur,atdan düşüb atlana İgid odur,hər əzaba qatlana(Böyük dayaq) 2).Məhəmməd sən heç evli olmamısan?-Yox,anadangəlmə dulam.(Ulduz) 3).Belə gözəl dünyanı dəlixanaya döndərən qadınlardı dana,qadınlar.(Bext üzüyü) 4)Düşməndə olsaq çörəyimiz halaldır.(Axırıncı aşırım) 5).dədəmin goru haqqı,bizim kənddə arvadı ilə doğmayan kişiyə millət birtəhər baxır eee.(Bext üzüyü) 6).Axırki bir alim ərə rast gəldim.(Ulduz) 7).Gəlin havası çalın... 8 min pul alılar məndən..... oynamaqlarına bax .(Bəyin oğurlanması) 8).Abbasqulu ağanın nazıyla çox oynayırıq aaa Kərbəlayi.(Axırıncı aşırım) 9).Yazansan birinci oğlum Kərəmdən yaz.(Böyük dayaq) 10).İndi siz bir dəfə sındıra-sındıra oynamaqdan ötrü,mənim ömrüm dığ-dığla keçməlidir?(Evləri köndələn yar)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
O qədər dar geyindi ki, ürəyi getdi - FOTO
HAVA necə olacaq?-23 Avqust
Valideynlərə müjdə!
Aslı Enverlə Murad Boz ayrılıb
"Həyat" adlı oyun
Məşhur cütlükdən etiraf
Bu günün hava proqnozu
BÜRCLƏR bizə nə vəd edir?- 2 fevral
"ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirəcək"
İsmayıllıda şəhid Xəyyam Daşdəmirov torpağa tapşırıldı - VİDEO
Son dəbə uyğun eynəklər
Nazirlik pensiyaların veriləcəyi tarixi açıqladı
Beren Saatın bu addımı təəccübləndirdi-FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Brend çanta modelləri
Ev dekorasiyasında aksesuar seçimi
Şirələr və kompotlar
Hülya Avşar AÇIQLAMA verdi
11 iyun Ramazan ayının 5-ci günüdür
Caponata (foto resept)
Dünyanın ən zənginləri 127,4 mlrd. dollar itirdi
Ramin Bayramlıdan karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA
Bakıda möhtəşəm Zəfər paradı başladı - CANLI YAYIM
Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsini nəzərdə tutan layihəyə rəy verilib
Məşhurlar və anaları
Uhan xəstəxanalarında koronaviruslu şəxs qalmadı
İçimizi yeyən səhər yeməyi
Fikrət Qoca infarkt keçirdi
Qadına uşaqlıq köçürüldü
Corc Sorosdan böhran xəbərdarlığı
256 yaşlı kişi ölməzdən əvvəl sirri açıqladı
Şəhid əsgərimiz təltif edildi
Murad Boz TOYUNDAN DANIŞDI
Günün ulduz falı
Çuğundurun faydaları
Düzgün duruş üçün nə etməliyik?
Ancelina Coli ərə gedir
50 Cent 21 otaqlı mənzilini ucuz satdı
Uşaqlar üçün saç modelləri
Güləşçimiz beynəlxalq turnirin çempionu olub
HAVA necə olacaq?-26 İyul
Azərbaycan alimləri zəfəranın süni yolla çoxaldılmasının yeni metodunu əldə ediblər
"Ali məktəb məzunlarının 42 faizi iş tapa bilir"
Bilmədiyiniz maraqlı faktlar
Azərbaycanda 40-dan çox orta təhsil müəssisəsi ləğv olundu - SİYAHI
Onun bir xəyalı cahana dəyər
Bədənə qulluq və vannalar
Benzin ucuzlaşa bilər
Pakistan mediası Xocalı faciəsindən yazdı
Meteohəssas insanlara XƏBƏRDARLIQ
- ŞƏRHLƏR