Adı, soyadı - Ələkbərova Nazani
Doğum tarixi - 26 Mart 1985
Saytda qeydiyyat tarixi - 13 sentyabr 2010
İlk xəbəri -Toyuq fileli makaron (foto resept) ~ http://qadin.net/index.php?newsid=2130
İlk şərhi - (13 sentyabr 2010 20:13) ~ Aksessuarlar
Yaşayış yeri - Finlandiya
Ailə vəziyyəti: Ailəlidir
Shoko: Salam. İlk öncə təklifi qəbul edib, səmimi müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür edirik... Başlayaq?!
Nazuletta: Məni yada saldıgınız üçün sizə təşəkkür edirəm. Lets begin.
Shoko: Özünüzü təqdim edin.
Nazuletta: Sadəcə Naza.
Shoko: Bizi necə tapmısız, yadınızdadırmı?
Nazuletta: Elə-belə, bekarçılıqdan qadın.az yazdım, alınmadı, qadın.com yazdım, yenə alınmadı, sonda qadın.net yazanda gördüm belə sayt var.
Shoko: Nazuletta özünü burada necə hiss edir?
Nazuletta: Hə, burada özümü əla hiss edirəm. Çünki maraqlı userlər, maraqlı mövzular var. Özümün də göndərdiyim mövzular pis qarşılanmır burada. Rəhbərlik də özünü sadə aparır, ona görə özümü çox rahat hiss edirəm. Bu sayt mənim yeganə virtual evimdir. Burada adam etiraf da edə bilir, psixoloq və həkimdən də məsləhət ala bilir. Daha nələr yoxdur burada?
Shoko: Sizin fikrinizcə, bizi digərlərindən fərqləndirən nədir?
Nazuletta: Əsl qadın saytı olmağınız. Burada 99 faiz elə əsl ev xanımları var.
Shoko: Nazuletta üçün çatışmayan nədir?
Nazuletta: Userlərin kifayət qədər sərbəst və səmimi olmaları. Heç də çoxu tam səmimi ola bilmir. Bunu da bacarmaq lazımdır.
Shoko: Bu sualı birdən-birə vermədim. Çünki adətən insanlar həmişə nədənsə narazı olur...
Nazuletta: Bəli, insan gərək həmişə nədənsə narazı olsun. Çünki narazılıq inkişaf əlamətidir. Narazısansa, deməli, nəyinsə çatışmadığını hiss edirsən. Bu hiss səndə varsa, başqa hiss yaranır - bu çatışmazlığı aradan qaldırmaq istəyi. Bunun üçün də əlindən gələni edirsən. Bu da inkişafa dogru olan yoldur. Heç nə dəyişilməz qalmamalıdır!
Shoko: Bəs sən özün sonuncu dəfə nə zaman dəyişmisən?
Nazuletta: Mən tez-tez dəyişirəm - vizual və daxili olaraq. Sonuncu dəfə elə bu yay dəyişmişəm. Yəni fikirlərim dəyişib. Görünüşcə də idman mənə kömək edir.
Shoko: İnsanlar xasiyyət baxımından çox müxtəlifdirlər. Sizin üçün hansı tip insanlarla ünsiyyətdə olmaq, problemləri, həyatı, yaşamı paylaşmaq daha xoşdur və ümumiyyətlə, həmsöhbət seçərkən ən çox nələrə diqqət edirsiniz?
Nazuletta: O insanın ki, özü ünsiyyətçildir, fikirləri mənim fikirlərimlə üst-üstə düşürsə və ya hər hansı bir mövzuda fikirlərimiz üst-üstə düşürsə, mənə maraqlı olan sahələrdə biliyi varsa, intellektual insandırsa, onunla həmsöhbət olmaq mənə xoşdur. Onu da qeyd edim ki, yaşın fərqi yoxdur. Həmsöhbətim yaşlı da ola bilər, mənimlə eyni yaşda da, məndən kiçik, hətta 10 yaşlı uşaq da ola bilər. Baxır, hansı mövzudadır söhbətimiz.
Shoko: Yəqin elə insanlar da var ki, onlara baxdıqda bir çox işlərdən sanki soyuyursunuz... Sizi həvəsdən salan nələrdir?
Nazuletta: Məni həvəsdən salan həyatda nələrinsə düzgün gəlməməsi, işlərimin reallaşa bilməməsi olur. O insanlar ki, məni sıxır, azadlığın məhdud olduğunu yadıma salırsa, bu insanlardan xoş hisslər gözləmirəm.
Shoko: Bəs burda necə, dostlarınız çoxdur, yoxsa sevmədiyiniz xasiyyətdə olan insanlar?
Nazuletta: Dost deyəndə ki, çox da heç kimlə yaxın deyiləm burada. Düşmənlərim də yoxdur. Hamını elə eyni cür yola verirəm. Amma, təbii ki, real görüşdə kimlərin məni soyuq, kimlərin isti qarşıladığını da unutmamışam.
Shoko: Həyatda elə nüanslar varmı ki, danışmaq istəyirsiniz, amma müəyyən şeylərə görə susursunuz? Əgər varsa, sizi susmaga məcbur edən amillər hansılardır?
Nazuletta: Var. Susmağa məcbur edən amil də var. Amma açıq yaza bilmərəm sizə. Onu deyə bilərəm ki, bunlar müvəqqətidir, az qalıb...
Shoko: İnsanlar çox tez-tez həyatı filmə, özlərini - ətrafdakı insanları isə aktyorlara bənzədirlər. Bəs sizin həyatınızdakı ən böyük premyera və ən yadda qalan obraz hansıdır?
Nazuletta: Obraz - qadın obrazım. Bütün qadınlar əks cinsin önündə əsl aktrisaya dönürlər. O qadın ki deyir heç vaxt aktrisalıq etmir, o, qadın olmağı bacarmır.
Shoko:
Ey könül, bəsdi daha əl götür o canandan,
Üzülüb tarimar oldun bu qəmi-hicrandan.
Bir vəfasızdan ötrü bəsdir əziyyət çəkdin
Vəfasi olsa idi gəlmiş idi çoxdandan!
Sizcə, çoxmudur vəfasızlıq edən eşq dəryasnda?!
Nazuletta: Doludur. Bu faktdır. Özüm də vəfasız olmuşam, mənə qarşı da olublar. Həyatdır bu.
Shoko: Hər bir insanın həyatda dostları, qəlbə yaxın insanları var. Sənin bu seçimində valideynlərinin, ailə üzvlərinin rolu olubmu? Yoxsa onlar sənin atdığın istənilən addımı dəstəkləyirlər?
Nazuletta: Bilənlər bilir, mənim bir tək anam var, ona görə də anam ömür boyu mənim həyatımı izləməyə və hətta idarə etməyə çalışıb. Amma dost seçimində yetkinlik yaşına çatdıqdan sonra özüm etmişəm. Özüm sərbəstliyi sevən insanam, ona görə məsləhətlərə qulaq assam da, öz bildiyimi etmişəm.
Shoko: Ümumiyyətlə, valideynlərin övladlarını istənilən addımda, doğru və ya yalnış, dəstəkləməsinə münasibətin necədir? Bu, gələcəkdə yarana biləcək hər hansı problem üçün stimul ola bilərmi?
Nazuletta: Əgər valideyn düzgün köməkçi ola bilirsə, niyə də müdaxilə etməsin? Amma yenə də valideyn məsləhətçi ola bilər, övlad özü qərar verməli və seçimini etməlidir. Axı şəxsiyyət formalaşır.
Shoko: Niyə virtual dostluqlar ancaq burada qalır, real müstəviyə keçmir?
Nazuletta: Niyə ki? Reallığa da keçə bilər. İnsanın özündən çox şey asılıdır. Mənim bütün tanışlarımın və rəfiqələrimin demək olar ki, hamısı virtualdan reala keçib. Net olmasaydı, tənha insan olardım yəqin.
Shoko: Burada tanış olduğun, tanıdığın insanlardan ən çox kimi görmək arzusundasan? Kimi görmək sənin üçün çox maraqlı olardı?
Nazuletta: Bu saytda olanlardan demək oalr ki, hamısını görmüşəm. Ən çox maraqlandığım insanları da gördüm. Bircə Selcan xanımı ancaq Skype vasitəsilə gördüm, canlı görmək istərdim, webmaster və o biri kişi nümayəndələrimizi də görmək istərdim.
Shoko: İstədiyim yar idi, yetirdi Pərvərdigar! Sizdə də belə oldu?
Nazuletta: Bu həyatda mən nə istəmişəmsə, onun 50 faizi yerinə yetib. Maraqlısı odur ki, elə aruzlar var ki, artıq bütün ümidlər öləndən sonra gerçəkləşib. Yoldaşıma gəldikdə, pis insan deyil. Elə bu tip insan istədim, Allah yetirdi.
Shoko: "Kaş ki, ..." Nazuletta bu cümləni necə tamamlamaq istəyərdi?
Nazuletta: Kaş ki, kişi doğulardım. Amma qorxuram ki, o zaman mavilərdən olardım ))
Shoko: Hər hansı bir işdə müvəffəqiyyətə nail olmaq üçün başlıca meyar nəyi hesab edirsiniz?
Nazuletta: İlk öncə, istək olmalıdır. İnsan elə varlıqdır ki, istəyi varsa, mümkün olmayanı da edər. İkincisi, insanda gərək özünə inam olsun. Allah da gərək köməkçi olsun.
Shoko: Həyatda bir dəfə oğurluq etmək cinayət olmasaydı, nəyi oğurlayardınız?
Nazuletta: Çox fikirləşdim, oğru olmayan insan heç nə oğurlaya bilməz axı.
Shoko: Milli deyimlərə dayalı bir çox məsəllər çəkilir. Misal üçün, deyirlər ki, qadın gərək evində, mətbəxində oturub bozbaşını bişirsin. Yəni bir növ ictimai həyatdan kənar qalsın. Sənin bu kimi fikirlərə münasibətini öyrənək...
Nazuletta: O cümlə söylənəndə tamamilə başqa bir həyat tərzi var idi insanlarda. Kişilər başqa, qadınlar da başqa işlərlə məşğul olurdular. İndiki dövrdə iş yerləri var, iş yerlərinə və qadın işçilərə ehtiyacı olan ölkə və qadınlar var. Gələcəyimiz bundan asılıdır. Ölkə qazanır, gələcək nəsilə verir bütün var-dövləti. Uzatsam, uzaqlara gedəcəyik. Bir sözlə, o dövrdə evdə qadın əkinçiliklə məşğul olub, qarnını və uşaqlarını doydururdusa, indiki dövrdə bunları ancaq oxuyub və işə düzəlib pul qazanmaqla etmək mümkündür.
Shoko: Bir xanım üçün təhsil, sənət-peşə sahibi olmaq nə dərəcədə əhəmiyyətlidir?
Nazuletta: Xanım deyil, indiki dövrdə hər bir insan gərək savadlı olsun. Oxumaq lazımdır. Oxumasaq, heyvandan fərqimiz olmaz. İnsan gərək bu dünyada öz ayaqları üstündə durmağı bacarsın. Mən bu saytda oxumamış xanımları təhqir etmək istəmirəm. Ola bilsin ki, onlarda ailə vəziyyəti ilə bağlı oxumaq mümkün olmayıb (evdə qoymayıblar və s.). Amma imkan olan yerdə, insan özü qərar verən yerdə, gərək oxusun.
Shoko: Özünüzə etibar etdiyiniz kimi, kiməsə etibar edirsinizmi?
Nazuletta: Əsla! Mən heç kimə, özümə də etibar etmirəm.
Shoko: Teleseriallar çoxmu vaxt alır?
Nazuletta: Yox. Baxdığım seriallar bitdi. Ən sonda "Kızım nerede?" finalı çox axmaq bitdi. İndi sezon finalından qayıdan "Aşk ve ceza"nı gözləyirəm. Başqa heç bir seriala baxmıram.
Shoko: Deyirlər ki, dünya aldanıb, aldananlar səltənətidir. Siz bu dünyada kimi aldadıb, kimə aldanmısınız?
Nazuletta: Hər addımımda aldanıram, özüm də məcbur olanda aldadıram. Sadəcə, yalandan yalana fərq var. Yalan var ötəri keçər, heç yada da düşməz, yalan da var qəlbdə qalar. Olanda olur, mənə çox deyirlər ki, sadəlövhəm. Amma özüm özümü elə hesab etmirəm. Gec də olsa, bütün məsələni analiz edib əsl həqiqəti tapıram. İntuisiyam da mənə çox vaxt kömək edir.
Shoko: Nazulettanın həyatında incə teli, sarı simi...
Nazuletta: Nə çətin sualdır, sevdiklərim, yaxınlarım, həyatım və özüm.
Shoko: Ayrılıq, Göz yaşı, Həsrət... Bəs sonu?
Nazuletta: Unutmaq. Ümumiyyətlə, həyat bir kitabdır, vərəqlədikcə vərəqlənir. Hər nə baş verirsə, sabah əvvəlki səhifədə qalır.
Shoko: “Arzuya çatanlar vaxtsız qocalmaz” . Qocalmamısan ki hələ?
Nazulatta: Qocalmışam bəlkə də. Özümü həmişə yaşımdan böyük hiss etmişəm. Uşaqlıqdan özümdən böyüklərlə oynayardım. Hansısa saytda test etmişdim, psixoloji yaş kimi mənə 36 yaş düşdü. 10 yaş fərq. Amma müasir fikirlərim məni cavan saxlayır. ))
Shoko: Heç kimə demədiyin, deyə bilmədiyin bir sirrin varsa, bizimlə bölüşə bilərsənmi?
Nazuletta: Uzun sözün qısası, heç kimə demədiyini hamıya de! Eləmi? Ok. Heç kimə deməyin, mən sizi sevirəm. Elə bu cümləni oxuyanı.))
Shoko: Qəliz, “fəlsəfi” suallarla çox yormadıq ki, səni?
Nazuletta: Mən fəlsəfəni çox sevirəm. Fəlsəfi suallara cavabı düşünmək həyatda ən çox sevdiyim şeylərdən biridir. Çox sağ ol buna görə!
Shoko: Bütün dediklərini olduğu kimi, heç nəyə toxunmadan hər kəsə təqdim edəcəm. Bəlkə hansısa fikrini, cavabını dəyişmək istəyirsən?
Nazuletta: Yox. Amma bu cümləni qoy. Gözəl sualların üçün sənə təşəkkürümü bildirirəm. Suallarına cavab yazmaq mənim üçün çox xoş idi. Allah səni saytımıza çox görməsin!
Shoko: Bizlərə son sözün, arzu və istəklərin, iradların, şikayətlərinlə söhbəti yekunlaşdıraq...
Nazuletta: İnkişaf edək, o zaman başqalarını arxada qoyacağıq. Bu sayta iradım yoxdur, şikayətim var: siz niyə belə yaxşısız?))
XƏBƏR LENTİ
Fatih Terim mətbuat konfransı keçirir - CANLI YAYIM
Günün qorodskopu:Əhvalınızı yüksək tutun!
Ən çox səyahət edilən yerlər
Azərbaycanda hərbi liseylərə sənəd qəbulu başladı
“Mövcud vəziyyət davam etsə, iki həftə sonra tədris prosesi yenidən dayandırılacaq” - ŞƏRH
Turşu qoxusunu yox etmək üçün...
Murat Boz Survivorda
NASA kosmosa sualtı qayıq göndərmək istəyir
"Rusiyada müəyyən qüvvələr Azərbaycanın maraqlarını tanımaq istəmir"
Azərbaycanın ən zəif məktəbləri buradadır
Azərbaycanda internetə qoyulan məhdudiyyət nə zaman aradan qaldırılacaq? -RƏSMİ
Tort bəzəyi olan şəkər xəmiri (foto resept)
Koronavirusun gec sağalmasına təsir edən amil
DİN-dən Yeni il bayramı ilə bağlı XƏBƏRDARLIQ
Dell-də yenə ixtisarlar olacaq
2018-də hər şey düzələcək
Ölümün bir addımlığında: Beyin travması
Ərdoğan Putinə: “Dedim ki, Qafqazda bu işə son qoyaq”
Sabah hava necə olacaq?
Qurban Qurbanov koronavirusa yoluxub
Məktəbli ailələrinə mütəxəssis məsləhəti
Metroda tabut aparan gənclər tənqid edildilər-VİDEO
Yaş maya maskası və faydaları
Buse Varolun xına gecəsindən FOTO
Leyla Əliyevadan yeni şeir
Azərbaycanda vərəmə yoluxma ilə coğrafi amillər arasında olan bağlılıq araşdırılacaq
Estoniya Prezidenti İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib
Cim Kerri bu dəfə tam fərqli obrazda - VİDEO
Ancelina Coli ərə gedir
Kıvanç Tatlıtuğ xanımına xəyanət edib?
Çərəzli konfetlər (foto resept)
Aydan Şener hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Boyat çörəkdə pizza (foto-resept)
Daşların şəfalı gücü
Gavalılı piroq (foto resept)
Ayrılıq xəbəri yalan çıxdı
Uşağın xasiyyəti yataqdan başlayır
Kəskin soyuqlara cəld reaksiya
Onda nəyi bəyənmirsiniz?
Bu ölkədə qadın çimərlik geyimləri qadağan edildi
Zövqümüzü oxşayan üzüklər
Amerikada görüşən Ancelina Coli ilə Tuba Büyüküstünü nə birləşdirir? - FOTO
Sabah şaxta olacaq
"Facebook" və "İnstagram"ın işində problemlər yaranıb
Fəlakət robotu ən güclü oldu
Naxçıvandan Batumiyə marşrut fəaliyyətə başlayacaq
İnsanlığın necə məhv olacağı bilindi
Alman futbolçular Braziliyada soyuqladılar
TƏBİB sədri özəl xəstəxanalara səsləndi
Madonna karantin günlərindən danışdı
- ŞƏRHLƏR