Adı, soyadı: Aslanova Pərvanə
Dogum tarixi: 7 Yanvar 1984-cü il
Saytda qeydiyyat tarixi: 10 aprel, 2010-cu il
İlk xəbəri: Toyuq salatı ~ http://qadin.net/index.php?newsid=924
İlk şərhi: "SNİKERS" tortu (2-ci variant) foto resept
Yaşayış yeri: Rusiya Federasiyası
Ailə vəziyyəti: Ailəlidir, 3 övladı var
Shoko : Salam.
İlk öncə təklifi qəbul edib, səmimi müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür edirik...
Başlayaq ?! )))
Niyar (Pərvanə): Çox sağ olun,mən təşəkkür edirəm hə,başlayaq.
Shoko: Özünüzü təqdim edin.
Niyar: Aslanaova Pərvanə İsmayıl qızı.
Shoko: Bizi necə tapmısız, yadınızdadırmı? )
Niyar : Hə qızlarım üçün peçeniya resepti axtarırdım buranı tapdım.Bir müddət qonaq kimi gəlməyə başladım.Sonra qeydiyyata düşdüm və hər gün mətbəx rubrikasına baxmağa başladım.Sonra burdan günəbaxan və quş yuvası salatını hazırladım xoşumuza gəldi Şərhdə Selcan xanıma salatı bəyəndiyimizi yazdım sonra o,mənə cavab yazdı beləcə saytı sevdim,və də hələdə sevirəm.
Shoko: Niyar özünü burada necə hiss edir?
Niyar: Super, bir günüm bu saytsız olmasın!
Shoko: Sizin fikrinizcə bizi digərlərindən fərqləndirən nədir?
Niyar: Ən başda Selcan xanımın bütün istifadəçilərə olan sonsuz diqqəti.Sonrası da burda xanımların biri-birinə qarşı olan mehribançılığı və səmimiyətidir.
Shoko: Niyar üçün çatışmayan nədir?
Niyar: Saytda çatışmayan bir şey görmürəm şükür hər şey yaxşıdır.
Shoko: İnsanlar xasiyyət baxımından çox müxtəlifdirlər. Sizin üçün hansı tip insanlarla ünsiyyətdə olmaq, problemləri, həyatı, yaşamı paşlaşmaq daha xoşdur və ümumiyyətlə həmsöhbət seçərkən ən çox nələrə diqqət edirsiniz?
Niyar: Həmsöhbət seçərkən ilk oncə onun gözlərinə və etdiyi hərəkətlərinə baxıram,sonra qərarımı verirəm ki,bununla axıradək söhbət edib-etməyəcəyimə.Pis çıxmasın bəzən insanlar öz hərəkətləri ilə her şeyi ortaya qoyurlar.Əgər xoşuma gəlmirsə bir bəhanə ilə aradan çıxıram.
Shoko: Yəqin elə insanlar da varki, onlara baxdıqda bir çox işlərdən sanki soyuyursunuz... Sizi həvəsdən salan nələrdir?
Niyar: Yox deyə bilmərəm ki,insanlar məni həvəsdən salır.İstədiyim nəsə iş alınmayanda həvəsdən düşürəm bu da özümlə əlaqədar bir işdi.
Shoko: Özünüzə etibar etdiyiniz kimi, kiməsə etibar edirsinizmi?
Niyar: Əllbətdəki həyat yoldaşıma .
Shoko: Həyatda elə nüanslar varmı ki, danışmaq istəyirsiniz amma müəyyən şeylərə görə susursunuz? Əgər varsa, sizi susmağa məcbur edən amillər hansılardır?
Niyar: Çalışıram sözümü ürəyimdə qoymayım sonra məni narahat edir öz-özümə danışıram ki,gərək onu deyərdim bunu deyərdimı.Öz yaxınlarıma qarşı sözü üzə deyənəm başqalarına qarşı isə(yəni məndən böyüklərə) bir az sərhəd saxlayıram bəzi yerlərdə.
Shoko: İnsanlar çox tez-tez həyatı filmə, özlərini - ətrafdakı insanları isə aktyorlara bənzədirlər. Bəs sizin həyatınızdakı ən böyük premyera və ən yadda qalan obraz hansıdır?
Niyar: Özümü heç vaxt ətrafdakı insanlara və ya aktyorlara bəzəntmirəm.Allah məni necə yaradıb elə də varam.
Ən yadda qalan obrazım ilk övladımı qucağıma alanda sevincdən ağladığım olub hələki.
Shoko: Hər bir insanın həyatda dostları, qəlbə yaxın insanları var. Sənin bu seçimində valideynlərinin, ailə üzvlərinin rolu olubmu? Yoxsa onlar sənin atdığın istənilən addımı dəstəkləyirlər?
Niyar: Yox mənim həyatda bu saytı tapana kimi həqiqi dostum olmayıb.Ancaq nə sözüm olubsa bacımla paylaşmışam.Valideyinlərim isə hər zaman bizə dəstək olublar atdığımız addımlarda.
Shoko: Ümumiyyətlə valideynlərin övladlarını istənilən addımda, doğru və ya yalnış, dəstəkləməsinə münasibətin necədir? Bu gələcəkdə yarana biləcək hər-hansı problemlər üçün stimul ola bilərmi?
Niyar: Vaideyinlər əllbətdəki uşaqlarına hər cəhətdən dəstək olmalıdırlar, əsas da onların doğru yolda irəliləyə bilməsi üçün.Yanlışlıqda isə uşaqlarla söhbətləşib onun yanlış yolda olduğunu başa salmaq,və doğru olanı göstərməkdir.
Shoko: Burda necə, dostlar çoxdurmu? Niyə virtual dostluqlar ancaq burada qalır, real müstəviyə keçmir?
Niyar: Burda özümə yaxın bildiyim insanlar çoxdu .Adlarını yazsam çox yer tutar.Bir insan varki, burada onunla daha yaxınıq.Belə sayt vasitəsilə danışırıq.Onu bir bacım kimi çox istəyirəm,amma çox təssüflər olsun ki,o,da uzaqda mən də uzaqda görüşmək şansımız hələki yoxdu gələcəkdə olsa onunla ailəvi dostluğa kimi gedib çıxarıq inşallah.Artıq xanımlarımız görüşməyə başlayıb əminəm ki,bundan sonra virtual dostluqlar resal müstəviyə keçəcək yavaş-yavaş.
Shoko: Burada tanış olduğun, tanıdığın insanlardan ən çox kimi görmək arzusundasan? Kimi görmək sənin üçün çox maraqlı olardı?
Niyar: Demək olarki hamınızı şəkillərdən görmüşəm.Adi həyatda da görmək istəyərəm hamınızı.
Shoko: İstədiyim yar idi, yetirdi Pərvərdigar! Sizdə də belə oldu? )))
Niyar: Hə Vallah necə istəmişəm elə də yetirdi Pərvərdigar çox şükür. Allah hamıya istədiyi kimi yar yetirsin.
Shoko: Yəqinki müsahibələrdə, qarşılıqlı söhbətlər zamanı tez-tez eşitmisənki bəzən suallara belə cavablar gəlir: “Nə bilim, Ola bilər, Bilmirəm, Bəlkədə və s.” Bu nədən irəli gəlir, cavab vermək çox çətindir yoxsaki, susub razılaşmağın başqa bir formasıdır?
Niyar: Məncə cavab verməkdə çətinlik çəkirlər ona görədə belə cavablar yazmaqla susub razılaşırlar.
Shoko: “Kaş ki, ...................” Niyar bu cümləni necə tamamlamaq istəyərdi?
Niyar: Kaşki anamın sözünü dinləyərdim.
Shoko: Səbəbini bilmək olar...?
Niyar: Hə mən inistituta səndlərimi verdim qəbul ola bilmədim.Anam dedi gəl medtexnikuma verək sənədlərini,(ora olmasın,bura olsun) iynədən qorxduğum üçün razı olmadım. Dedim başımı kəssəniz belə getmərəm ora.Amma indi çox peşman olmuşam.Peşman olsamda yoldaşım hər zaman arxamdadı İnşallah burda bir yerə daxil olub oxuyacam.
Shoko: Milli deyimlərə dayalı bir çox məsəllər çəkilir. Misal üçün deyirlər ki, qadın gərək evində, mətbəxində oturub bozbaşını bişirsin. Yəni bir növ ictimai həyatdan kənar qalsın. Sənin bu kimi fikirlərə münasibətini öyrənək...
Niyar: Çox pis çünki Azərbaycan qadınları maşallah elə qoçaq xanımlardır ki, hər işə çata bilirlər.Həm ev işlərində,həm də ictimai həyatda ikisini bir arada idarə edən xanımlarımız var.Ailədə də çox xoşbəxt yaşayırlar.Sən dediyin fikirlər pis çıxmasın köhnə nəsilin fikirləridi.İndiki nəsil cavanları çalışırlar ki,hər ikisi də işləyib ailəyə maddi cəhhətdən dəstək olsunlar.
Shoko: Teleseriallar çoxmu vaxt alır? ))
Niyar: Yox vaxtımı almır,mən baxdığım seriallar gecə başlayır,uşaqlar yatandan sonra baxıram.Baxa bilmədiyimə də evdə işim olmayanda internetdə baxıram.
Shoko.Bir xanım üçün təhsil, sənət-peşə sahibi olmaq nə dərəcədə əhəmiyyətlidir?
Niyar: Çox əhəmiyyətlidir hələ də bu zaməndə.Ona görə mən də hələki gec deyil təhsilimi davam etdirəcəm inşallah.
Shoko: Niyarın həyatının incə teli, sarı simi...
Niyar: Ailəm,ovladlarım,atam-anam,həyat yoldaşım.
Shoko: Ayrılıq, Göz yaşı, Həsrət... Bəs sonu?
Niyar: Xoşbəxtlik,xoşbəxtlik,yenə də xoşbəxtlik.Moşu demişkən.))
Shoko: İnsan hər dəfə itirdiyində, həyata baxışında yeni, fərqli bir pəncərə açılır. Sonda isə bizə qalan peşmançılıq olur. O addımları biz atırıq, o səhvləri də biz edirik. Niyə axı peşman olaq?
Niyar: Etdiyimiz səhvlərin qarşılığında peşman oluruq.Ona görə də atalar yaxşı deyib:"Sonrakı peşmançılıq fayda verməz."
Shoko: “Arzuya çatanlar vaxtsız qocalmaz” – qocalmamısanki hələ? ))
Niyar: Yox hələ arzularımın hamısına çatmamışam ona görədə qocalmamışam 27 yaşım olsada özümü 18 yaşında hiss edirəm.
Shoko: Heç kimə demədiyin, deyə bilmədiyin bir sirrin varsa, bizimlə bölüşə bilərsənmi? ))
Niyar- Yox elə bir sirrim yoxdu olsada yəqin ki,heç kimlə paylaşmaram.Ölənə kimi Allahla mənim aramda qalar.Bir Allahım bilər birdə mən.
Shoko: Hər hansı bir işdə müvəffəqiyyətə nail olmaq üçün başlıca meyar nəyi hesab edirsiniz?
Niyar.İstədiyin işə müvəffəqiyyətlə nail olmaq istəyirsənsə ürəkdən bu işə can qoymalısan ki,istədiyini əldə edəsən.
Shoko: Həyatda bir dəfə oğurluq etmək cinayət olmasaydı, nəyi oğurlayardınız?
Niyar: Ay Şefeq bu sual çox xoşuma gəldi.Heç nəyə ehtiyacım yoxdu şükürlər olsun.Amma indi bilmədim nə oğurlaya biləcəyimi.
Shoko: Deyirlər ki, dünya aldanıb, aldananlar səltənətidir. Siz bu dünyada kimi aldadıb, kimə aldanmısınız? ))
Niyar: Heç kimi aldatmamışam,amma məni aldadanlar olub onu da burda demək istəmirəm.
Shoko: Qəliz, “fəlsəfi” suallarla çox yormadıq ki, səni? ))
Niyar: Xeyr yorulmadım.Əksinə xoş oldu.Heyacanlandım bir az.
Shoko: Bütün dediklərini olduğu kimi, heç nəyə toxunmadan hər kəsə təqdim edəcəm. Bəlkə hansısa fikrini, cavabını dəyişmək istəyirsən? )
Niyar: Yox heç nədə dəyişiklik etməyəcəm.
Shoko: Bizlərə son sözün, arzu və istəklərin, iradların, şikayətlərinlə söhbəti yekunlaşdıraq...
Niyar: Nə yaxşı ki bu sayt var. Vətəndən uzaq olsam da bu sayt vasitəsilə özüm Vətəndə hiss edirəm. Arzum budur ki, Qadın.Net saytı uzun ömürlü olsun, gələcəkdə bizim körpə balalarımzda bu saytdan bizim kimi faydalana bilsinlər. Ramil bəy və Selcan xanıma öz təşəkkürümü bildirirəm, biz xanımları düşünüb bu cür yüksək səviyyəli saytı biz xanımlara təqdim etdikləri üçün... Sizlərə son sözüm odur ki, sizləri çox sevirem. Gəlin həmişə mehriban olaq, can deyib can eşidək.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dərin quyuda iki gün qalan təqaüdçü qadın xilas edildi - VİDEO
Serenay və Cem Yılmaz karantin vaxtı görüntüləndi
Göz rənginə görə makiyaj
Su israfının qarşısını necə alaq?
Hərəkət edən rəsmlər
Sılanın məhkəmə tarixi məlum oldu-FOTO
Hollandiyada ermənilərə qarşı mitinq keçirilib
Tom and Jerry
2014-cü ilin ziyafət geyimləri
Ermənilərin Gürcüstanda fırıldağı: ikinci Qarabağ?
Ağıllı qızlar niyə tənhadırlar?
Ermənilər tərəfdə döyüşən PKK-çıların əksəriyyəti məhv edilib
Heydər Əliyev Fondunun 15 illik yubileyidir - FOTO
Polşa höküməti istefa verdi
Azərbaycanda seysmik təhlükə: AMEA iş başında
Ramazanın 27-ci gününün duası
İlham Əliyev xalq yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edib
Bakıdakı bərbad küçə ilə bağlı gülməli təklif
Ermənilər küçələrə çıxdı
Qadin.Netlilərin həyata keçən və keçməyən arzuları (3-cü hissə)
Saakaşvili Azərbaycanı “təhlükə zonasına” saldı
Azərbaycanlı tələbələrdən unikal ixtira-VİDEO
Bitki yağları haqqında
Gonbullar əlil hüququ aldılar
Düşmən Ağdam kəndini atəşə tutdu
Onlar bir zamanlar sinələrdə parlardı...
Körpələrin zehnini inkişaf etdirən faktorlar
Məktəbli formaları indi neçəyədir?
Bazar gününü gözəl keçirmək üçün tövsiyələr
Norveç kralı karantinə yerləşdirilib
Azərbaycanda idman federasiyası dağılır?
Hökumətdən manat həmləsi
Qarabağsayağı göyərti kətəsi (foto resept)
Bu kənddə yerin altında namaz qılırlar
Buraxılış imtahanı təxirə salındı-SƏBƏB
Burcu Güneşin TOYU olacaq-FOTO
Qida formasında bijuteriyalar
Arıqlamaq üçün məşhur sirri
Gəlinlik ayaqabısının seçimi
Yoldaşının telefonuna baxan qadına CƏZA
Dəqiqlik üçün darçın, stress üçün qoz
Günün qoroskopu: bulanıq suda balıq tutmaq olar
"QazEL"lər xəttdən çıxarılır
Onu görən gözlərinə inana bilmir-FOTO
Azərbaycanı, hər birimizi böyük təhlükə gözləyir
Yolumuz Şuşayadır - VİDEO
O, yeni fenomendir
Maraqlı dəstlər
Naxçıvan dolması (foto resept)
MN: “Cəbhənin Ağdam istiqamətində ordumuzun zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib”
- ŞƏRHLƏR