Diqqətin üç növü
Diqqətin üç növü var: Qeyri-ixtiyari, ixtiyari və ixtiyaridən sonrakı diqqət.
Qeyri-ixtiyari diqqət onunla xarakterizə olunur ki, psixi fəaliyyətin istiqamətlənməsi və cəmləşməsi qeyri-ixtiyari xarakter daşıyır, yəni qarşıya diqqətli olmaq məqsədi qoyulmur. Təsir edən qıcıqlandırıcılar ümumi yeknəsəq "boz" fonda həddindən artıq seçiləndə, yaxud qıcıqlandırıcı predmet maraqlı və diqqətçəkən olanda qeyri-ixtiyari diqqət öz-özündən meydana çıxır. Məsələn, küçədə yüksək siqnal səsi, rəngarəng, reklam, maraqlı hekayə, yaxud kəskin süjetli kitab qeyri-ixtiyari diqqəti cəlb edir. Başqa bir misal: Açıq dənizdə gəminin yanında oynayan delfin dəstəsi peyda olur. Növbədə dayanan dənizçi delfinlərin suda atlayışlarının trayektoriyasına təfərrüatı ilə nəql edə bilər, hərçənd onları müşahidə etmək dənizçinin vəzifələrinə daxil deyildi. Qeyri-adi faktlar qeyri-ixtiyari olaraq onun diqqətini çəkmişdi. İxtiyari diqqət motivlidir, qəbul edilmiş qərarlar və qarşıya qoyulmuş məqsədlərin təsiri altında obyektə istiqamətlənir. Niyyətimizin, iradəmizin məqsədyönlü cəhdinin nəticəsidir. İxtiyari diqqət qeyri-ixtiyaridən keyfiyyətcə fərqlənir, lakin ona hisslərimiz, maraqlarımız və əvvəlki təcrübəmizlə sıx bağlı olmağa əngəl törətmir. Lakin əgər maraqlar qeyri-ixtiyari diqqət zamanı intuitiv-vasitəsizdirsə, ixtiyaridə onlar, əsasən, vasitəli xarakter daşıyır. Bu, məqsədə, ondan sonra gələn fəaliyyətin nəticəsinə olan maraqdır. Fəaliyyət özü sizi cəzb etməyə, bilər, lakin onun icrası qarşıya qoyulmuş məsələnin həlli üçün mütləq olduğundan, o, çox vaxt əyləncəli olur.
İxtiyaridən sonrakı diqqət də məqsədyönlü xarakter daşıyır, lakin icra üçün daimi iradi cəhdlər tələb etmir. Məsələn, bəzən oxu zamanı diqqəti məzmunun üzərində çətinliklə saxlamaq olur: o, çətindir, maraqsızdır və hətta sizin üçün o qədər də vacib deyil. Lakin bir anlıq, özümüz də hiss etmədan cəhd göstərməyi dayandırırıq, gərginləşmədən oxuyuruq və oxu predmeti bizi əyləndirir. Diqqət ixtiyaridən ixtiyaridən sonrakı diqqətə keçir. Deyilənlərdən belə çıxır ki, adi oxu prosesi diqqətin daim tərəddüd etməsi ilə müşayiət olunur ki, bu da əhəmiyyətli dərəcədə oxunun tempini və keyfiyyətini müəyyənləşdirir. Mətni oxuyarkən qeyri-ixtiyari diqqət, əsasən, müəllifdən, onun ustalığından, ixtiyari diqqət isə oxucunun özündən asılı olur. Beləliklə, diqqət oxucunun psixoloji fəallığını-onun məqsədyönlülüyünü və hazırlılıq səviyyəsini əvvəlcədən təyin edir.
Bununla yanaşı o, mətnin başa düşülməsinə və məzmunun mənimsənilməsinin dəqiqliyinə və dərinliyinə də güclü təsir göstərir. Oxu zamanı təkcə diqqəti yönəltmək deyil, onu uzun müddət saxlamaq da vacibdir. Diqqətin cəmləşməsinin yüksək səviyyəsi onun mərkəzləşməsi adlanır. Diqqətin mərkəzləşməsindən sürətli oxunun müvəffəqiyyəti də asılıdır. Nisbi sakitlik və yayındırıcı amillərin olmaması ona imkan yaradır.
Diqqətin məhsuldarlığı insanın ümumi vəziyyəti ilə, onun emosional əhvaliruhiyyəsi ilə müəyyən olunur: əgər insan yorğundursa, yaxud nədənsə kefi pozulubsa, diqqətin yaxşı mərkəzləşdirilməsinə nail olmaq onun üçün çətin olacaq. Buna görə də yorulmamış halda, yaxşı əhval-ruhiyyədə olarkən oxumaq, bu, mümkün olmadıqda isə əvvəlcə bir qədər istirahət etmək tövsiyə olunur.
Məşğuliyyətlərin ardıcıllığını müəyyənləşdirməyi bacarmaq lazımdır: oxu, istirahət, məktub və s. Nəhayət, diqqət oxunan kitabın, məqalənin, dərs materialının məzmunundan da asılıdır. Onlar oxucu üçün anlaşılmazdırsa, diqqət aşağı düşür. Diqqətin həddindən artıq asan mətndən qeyri-ixtiyari yayınması da arzuolunmazdır. Yadda saxlamaq lazımdır ki, istənilən mətn qavrayış obyekti kimi iki tərəfi ilə xarakterizə olunur: Məzmun və forma ilə. Bu tərəflərdən hər biri diqqət obyekti ola bilər. Psixoloqların apardıqları tədqiqatlar göstərib ki, diqqəti psixi fəaliyyətin ayrıca bir forması kimi nəzərdən keçirmək lazımdır. Buradan belə çıxır ki, diqqəti cəmləşdirməyi də, bütün digər fəaliyyətlər kimi xüsusi olaraq öyrətmək lazımdır. Oxu zamanı görmə diqqətinə xüsusi yer verilir. Onun əsasında, əsasən, aydın görmə zonası ilə üst-üstə düşən əməli görüş sahəsinin döyünən fenomeni dayanır. Əməli görüş sahəsinin səciyyəvi xüsusiyyəti onun sərhədlərinin həddindən artiq hərəkətliliyidir. O, çox vaxt hal-hazırda qavranılan obyektin ölçüsünü və konfiqurasiyasını götürür. Əməli görüş sahəsini mətnin olduğu səhifədə projektorun şüasının gəzməsi kimi bir situasiya şəklində təsəvvür etmək olar. Bu şüa nəinki gözlərin hərəkəti ilə eyni vaxtda səhifə üzrə hərəkət edir, həm də mətni işıqlandıran işıq ləkəsinin ölçülərini dəyişir. Mətnin qavranılmasının işıq ləkəsinin ölçülərini böyütmək bacarığı, deyəsən, sürətlə oxumağı bacaran insanın görmə diqqətinin ən mühüm xüsusiyyətidir. Nəzərin hazırda yönəldiyi məzmunun fərqli aydınlığı, yaxud fərqli anlaşılma dərəcəsi isə görmə diqqətinin intensivliyi ilə ifadə olunur. Projektorla olan analogiyanı davam etdirsək, onda bu xüsusiyyəl projektorun ləkəsinin parlaqlıq dərəcəsi ilə eynidir. Oxu zamanı belə ləkə nəinki öz ölçülərini, cizgilərini dəyişərək mətnin olduğu səhifədə yer dəyişir, həm də gah güclənərək, gab zəifləyərək, bəzən də tamamilə sönərək öz parlaqlığını dəyişir. Bu zaman psixi korluq vəziyyəti yaxud görməyən nəzər halı meydana çıxır ki, bu zaman da diqqət sanki sönür.
Buradan belə çıxır ki, oxu zamanı xüsusi üsulların və iradi cəhdlərin köməyilə diqqəti ixtiyari olaraq idarə etməyi bacarmaq lazımdır. Bu, diqqətin-psixi fəaliyyətin mühüm parametrinin məşq etdirilməsində əsasdır. Diqqət bir növ oxu prosesinin katalizatorudur. Oxunun təsirliliyi oxucunun öz diqqətini idarə etməyi nə dərəcədə bacarmasından da çox asılıdır. O, oxunun sürətini müəyyən edir: həm çox sürətli, həm də ləng oxu adamı yorur, diqqətin aşağı düşməsinə gətirib çıxarır.
Oxu qeyri-ixtiyari diqqət şəraitində daha təsirlidir. Sürətli oxu metodunu mənimsəyərkən, ilk növbədə, ixtiyari diqqəti idarə etməyi, sonra isə davamlı ixtiyari diqqətdən ixtiyaridən sonrakı diqqəti formalaşdırmağı öyrənmək lazımdır
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qanadlı dostları üçün ev düzəltdi
Velosiped təkərlərindən hazırlanan dekorasiya
Viktoriya zövqlü modelyer seçilib
Qəti xəbərdarlıq: ""İnternet Explorer" brauzerindən istifadə etməyin"
Putin İslamı qəbul edib?
Ziyafət donları
Niderland "Eurovison-2020" üçün narahatdır-SƏBƏB
Sarımsaqlı mücver ( foto resept)
Türkiyədə dərslərə fasilə verildi
HAVA necə olacaq?
Memarlarının güldürən əl işləri
Karies haqqında 10 MARAQLI FAKT. 40 yaşdan sonra...
Bu sezon ağ çəkmələrlə fərqli görünün
Sərnişinin görünüşü hər kəsi güldürdü - FOTO
Bu içkilər xərçəng xəstəliklərinin riskini artırır
Geomaqnit qasırğası başladı - XƏBƏRDARLIQ
“Coca-Cola”nın müsəlmanlarla bağlı təşəbbüsü narazılıqla qarşılandı
Qadın döyüşçü rəqs etdi - VİDEO
Putin: Azərbaycanın dünya arenasında nüfuzu artır
Bağlayıcı
Bu fotodakı qatili görürsünüz? - FOTO
Fransız pəhrizi
Kürək ağrılarını azaldan 4 hərəkət
Türkiyə Prezidentinin sözçüsü: “Əsgərimiz istənilən halda Qarabağda olacaq”
Hava ilə bağlı vətəndaşlara MÜHÜM XƏBƏRDARLIQ
Vanqanın qorxulu xəbərdarlığı
Mercedes CLA hələ sınanır
Maşınlar Bakının mərkəzində saxlanılarsa
Zəhər zərərsizləşdirən quşlar
Tom Henks və xanımı koronavirus peyvəndi üçün könüllü oldular
Dünyanı böyük sürpriz gözləyir
Tərtərə düşmən hücumu: Bir nəfər həlak oldu, üç nəfər yaralandı - RƏSMİ
Atatürk köşkündə gizli sığınacaq tapıldı-FOTO
Yupiterlə kometa toqquşacaq - Yer məhv olacaq?
İrina Şeyk “Formula-1” günlərində Bakıda
Qeyri-adi hovuz-illüziya
Dollarla krediti olanlara ŞAD XƏBƏR
Saxta əlilliyə görə verilən pullar geri alınacaq
Yerfındıqlı peçenye (foto resept)
Pomidorlu çörək (foto resept)
Fəaliyyətə başlayan ictimai iaşə müəssisələrində təmizlik və dezinfeksiya işlərinə nəzarət olunur
İrina Şeykin gözəllik sirləri
Xərçəngdən qorxunc diaqnoz
Dünyanın ən gözəl almazı ŞOK QİYMƏTƏ satıldı - FOTOLAR
Ermənilərin torpaqlarımıza sonradan gəlmə olduğunu sübut edən daha bir FOTOFAKT
İtdirsəyi necə müalicə edilir?
"Kinder" şokoladlarının hazırlanması ilə bağlı gizli məlumatlar
Bu otel buzdan hazırlanıb
Fahriye Evcenlə Burak Özçivit BOŞANMA MƏRHƏLƏSİNDƏ
Ermənilər sutka ərzində atəşkəsi 150 dəfə pozublar
- ŞƏRHLƏR