Dördüncü fəsil
Ser Henri Baskervil
Biz səhər yeməyini erkən yedik. Holms xalatını geyib qonaqları qəbul etməyə hazırlaşdı. Saat onu vuran kimi doktor Mortimer, gənc baronetin müşayi əti ilə otağa girdi. Henri Baskervilin otuz yaşı olardı. O, orta boylu, enli kürəkli, möhkəm bədənli idi. Onun sıx, qara
qaşları, qonur gözləri cəsarətlə bizə baxırdı. İdman biçimli qəhvəyi kostyumu, günəşdən, havadan qaralmış qarayanız dərisi göstərirdi ki, bu adam evdə oturan kişilərdən deyil. Eyni zamanda sakitlik və inam ifadə olunan duruşu onun həqiqi bir centlmen olduğunu göstərirdi.
Doktor Mortimer onu bizə təqdim etdi.
– Ser Henri Baskervil.
Baronet dedi:
– Mister Holms, əgər mənim dostum sizin yanınıza gəlməyi mənə təklif etməsəydi, mən özüm gələcəkdim. Deyirlər ki, siz cürbəcür dolaşıq məsələləri açmağı bacarırsınız; bu gün səhər mən elə bir şeyə rast gəlmişəm ki, bunu açıb həll etməyə mənim gücüm çatmaz.
– Ser Henri, əyləşin. Əgər mən sizi düz başa düşmüşəmsə, görünür, Londonda sizin başınıza çox da adi olmayan bir hadisə gəlmişdir, eləmi?
– Mister Holms, mən buna çox da əhəmiyyət vermirəm. Yəqin, kimsə mənimlə zarafat edib. Bu gün səhər mənə belə bir məktub gəlib – əgər buna məktub demək mümkündürsə…
O, stolun üstünə bir zərf qoydu. Zərfin üzərində
– «Norsamberlend mehmanxanası, ser Henri Basker vilə» sözləri yazılmışdı.
Holms sınayıcı bir nəzərlə qonağa baxaraq soruşdu:
– Sizin «Norsamberlend»ə düşəcəyinizi bilən vardımı?
– Bunu heç kəs bilmirdi. Mən ancaq doktor Mortimerlə görüşdükdən sonra harada qalacağımı qət etdim.
Holms konvertin içindən dörd qatlanmış bir vərəq çıxartdı, açıb stolun üstünə qoydu. Vərəqin ortasında tək bircə cümlə vardı: «Əgər həyatınız sizin üçün qiymətlidirsə, torf bataqlığından uzaq olun».
Şerlok Holms dedi:
– Uotson, bizdə dünənki «Tayms» qəzeti varmı? Mən otağın küncündən “Tayms”-ın sonuncu nömrəsini götürüb dostuma uzatdım. O, qəzetə baxıb sevinclə qışqırdı:
– Özüdür ki var! Eyni şriftlərdir.
Biz onun dediklərindən heç nə başa düşmədik.
– Baxın, məktubu göndərən “Əgər həyatınız sizin üçün qiymətlidirsə... uzaq olun” sözlərini qəzetdən kəsib yapışdırmışdır. “torf bataqlığından” sözləri qəzetdə az rast gəlindiyindən onları tapa bilməmiş və əllə yazmışdır, özü də, görünür, xəttini dəyişdirmişdir. Bu adam kimliyini gizlətmək üçün əlindən gələni edir. Sözlər düz sıra ilə yapışdırılmamışdır; onlardan bəzisi sətirdən yuxarı çıxır. Bu isə məktubu yazan adamın səliqəsizliyini, ya bəlkə, onun həyəcanlı olduğunu, ya da tələsdiyini göstərir. Ser Henri, deyin görək: Londona gələndən bəri sizin başınıza başqa qeyri-adi bir hadisə gəlməyib ki?
– Xeyr, mister Holms, elə bir hadisə gəlməyib. Ancaq yox, bir dəqiqə… Mən ayaqqabımın bir tayını müəmmalı şəkildə itirmişəm.
Doktor Mortimer ucadan dedi:
– Əzizim, görünür, sizin ayaqqabınızı harasa qoyublar. Tapılar. Belə bir boş şeydən ötrü mister Holmsu niyə narahat edək!
– Yox, yox, – Holms etiraz etdi. – Məni hər bir xırda şey maraqlandırır. Deməli, sizin ayaq qabı nızın bir tayı itib?
– Bəli, itib, bəlkə də, onu, doğrudan da, harasa qoyublar. Dünən axşam mən ayaqqabılarımı otaqdan çıxarıb bayıra qoydum, səhər durub gördüm ki, ayaqqabının bir tayı yoxdur. Bu ayaqqabını mən yenicə mağazadan almışdım, heç ayağıma da geyməmişdim. Açıq-qəhvəyi rəngdə ayaqqabı idi.
Şerlok Holms dedi:
– Əgər bu oğurluqdursa, çox mənasız oğurluqdur.
Ser Henri qəti bir ifadə ilə:
– Centlmenlər, – dedi, – İndi siz gərək verdiyiniz sözü yerinə yetirəsiniz: məni başa salasınız görüm burada nələr baş verir.
Şerlok Holms bu fikrə şərik oldu:
– Doktor Mortimer, məncə, siz gərək bunu bizə danışdığınız kimi Ser Henriyə də danışasınız.
Alim dostumuz bu sözdən həvəslənərək əlyazmanı və qəzeti cibindən çıxarıb dünənki söhbətini eynən təkrar etdi. Ser Henri diqqətlə qulaq asırdı, arabir təəccüb ifadə olunan bir səslə doktorun sözünü kəsirdi. Bu uzun hekayə qurtardıqdan sonra ser Henri dedi:
– Bəli də, mənə yaxşı irs düşüb! O itin barəsində mən hələ uşaqkən eşitmişəm. Bizim ailədə bu əfsanəni söyləməyi xoşlayardılar, halbuki hələ indiyə kimi mən buna heç bir əhəmiyyət verməmişəm. O ki qaldı əmimin ölməsi, mən heç bir şey anlaya bilmirəm. Məncə, heç siz özünüz də bilmirsiniz ki, bu məsələdə kimə müraciət etmək lazımdır: falçıya, yoxsa polis idarəsinə?
– Lap doğru deyirsiniz.
– Bir tərəfdən də mənim aldığım bu məktub! Görünür, bu da eyni hadisə ilə bağlıdır.
Doktor Mortimer dedi:
– Bəli, bu məktubdan belə görünür ki, kim isə torf bataqlıqlarında olan işləri bizdən çox-çox yaxşı bilir.
Holms:
– Bu «kim isə», görünür, sizin tərəfinizi saxlayır,– dedi, – çünki o, təhlükə olduğunu sizə xəbər verir.
– Bəlkə də, əksinədir: məni qorxudub Baskervil-Holldan uzaqlaşdırmaq kimin isə xeyrinədir.
– Bu da ola bilər. Ser Henri, indi gərək biz bir məsələni həll edək: siz Baskervil-Holla gedə bilərsiniz, ya yox?
– Niyə də getməyim?
– Görünür, sizin ora getməyiniz təhlükəlidir.
– Hər nə olur-olsun, nə dəhşətli qüvvələr, nə də insan hiylələri məni burada saxlaya bilməz. Mən dədə-babadan qalma evimizə gedəcəyəm. Mister Holms, bilirsiniz nə var? İndi saat on ikinin yarısıdır, mən buradan birbaş mehmanxanaya gedirəm. Siz və sizin dostunuz Uotson saat ikidə nahara mənim yanıma gəlsəniz minnətdar olaram. O vaxta qədər mən hər halda fikirləşib bir nəticəyə gələ bilərəm.
– Biz gələrik. Sizə keb çağırırmı?
– Yox, yaxşısı budur, mən doktor Mortimerlə gəzə-gəzə piyada gedim. Bu söhbətdən sonra bir az özümə gələrəm.
Biz onların pilləkənlə aşağı endiyini və bayır qapını bərkdən örtdüklərini eşitdik. Holms bir anda dəyişdi, xalatını çıxara-çıxara tez öz otağına getdi və iki-üç dəqiqədən sonra əynində pencək geri qayıtdı. Biz pilləkəndən enib küçəyə çıxdıq. Doktor Mortimerlə Baskervil bizdən iki yüz addım qabaqda görü nür dü lər. Onlar Oksford-stritə sarı gedirdilər. Holms addımlarını yeyinlətdi. Qonaqlarla bizim aramızda olan məsafə get-gedə azalaraq yarıya endi. Biz bu məsafəni saxlayaraq onların ardınca gedirdik. Ser Henri ilə doktor Mortimer mağazalardan birinin qabağında dayanıb vitrinə baxmağa başladılar. Biz də ayaq saxladıq. Elə bu an Holms mənə işarə edib küçənin o biri tərəfində dayanan kebi göstərdi. Kebin içində kimsə vardı.
– Uotson, bizə bax o adam lazımdır! Onun üzünü görməliyik.
Elə bu anda kebin yan pəncərəsindən qara saqqallı bir adam göründü. O bizi görən kimi çığıraraq sürücüyə nəsə dedi, sürücü də kebi küçə ilə sürətlə sürdü. Holms dönüb ətrafına baxdı ki, görsün boş ekipaj varmı, lakin ekipaj yox idi.
– Ax, məlun! – Acığından Holmsun rəngi ağarmışdı. – Gör bizimki necə gətirmədi! Uotson Siz o adamın üzünü gördünüzmü?
– Üzünü yox, saqqalını gördüm.
– Mən də… Çox güman ki, onun saqqalı qondarma saqqaldır.
Holms bu rayonun poçt kontorlarından birinə girdi; kontorun rəisi qollarını açaraq onu sevinclə qarşıladı.
– Hə, Vilson, mən görürəm ki, xırdaca işdə sizə necə kömək etdiyimi yadınızdan çıxarmamısınız!
– Ser, siz nə danışırsınız, bunu heç yaddan çıxartmaq olar?! Mən sizə öz təmiz adımla, hətta, bəlkə, həyatımla minnətdaram!
– Dostum, siz bunu şişirdirsiniz!.. Vilson, mənim yadımdadır, sizin yanınızda Kartrayq adlı bir oğlan vardı; zirək uşağa oxşayırdı.
– Bəli, ser, o indi də yanımda işləyir.
Rəisin çağırışına on dörd yaşlı bir oğlan gəldi: onun üzündən cəldlik və ağıllılıq yağırdı. O, gəlib bizim qabağımızda dayandı və Holmsa böyük bir hörmətlə baxmağa başladı.
Holms dedi:
– «Mehmanxanalar üzrə məlumat» kitabını mənə verin. Təşəkkür edirəm. Kartrayt, bura baxın: bax, bu Çerinq-Kross rayonunda olan iyirmi üç mehmanxananın adıdır. Siz bu mehmanxanaların hamısını bir-bir gəzməlisiniz. Hər qapıçıya bir şillinq verərsiniz. Alın, bu da iyirmi üç şillinq. Deyərsiniz ki, mən dünən səbətlərdən atılan zibilə baxmaq istəyirəm. Səbəbini belə izah edərsiniz ki, çox mühüm bir teleqramı səhvən başqa bir ünvana veriblər, mənə əmr olunub, onu tapım. Başa düşdünüz?
– Bəli, ser, başa düşdüm.
– Amma əslində, siz «Tayms» qəzetinin bir neçə yerdən qayçı ilə kəsilmiş səhifəsini axtaracaqsınız. Bax, «Tayms» qəzetinin həmin nömrəsi budur, bizə, bax, bu səhifə lazımdır. Axşamüstü, işin nə yerdə olması haqqında mənə, Beyker-stritə teleqram vurun… İndi isə, Uotson, biz gərək iki min yeddi yüz dörd nömrəli sürücünü tapaq. Ancaq əvvəlcə qonaqlarımızla görüşməliyik.
(Ardı var...)
XƏBƏR LENTİ
Ən çox bal toplayanlar bəlli oldu
İş yerini dəyişdirmək istəyən müəllimlər üçün YENİ QAYDALAR
Hamiləlikdə əsəb və stress
Mayın 13-ü PARK BULVAR-da “MÖCÜZƏ” yaşanacaq!
Köhnə köynəyinizi pul xərcləmədən yeniləyin
Prezident mahnı oxudu
Məşhurların makiyajsız şəkilləri
Ərimiş dondurmanı yenidən dondurmaq olmaz-SƏBƏB
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 148 yeni yoluxma
Barış Arduç avtomobilini satdı-SƏBƏB
Məşhur həkim özünü koronavirusdan necə qoruyur?
Dünyanın silah nəhəngləri (SİYAHI)
Düşmən PUA-sı məhv edilib
13-14 avqust tarixlərində 35 şəhər və rayonda imtahan keçiriləcək
Ali məktəblərə ərizə qəbulu uzadıldı
Dəridəki yağı təmizləyən 4 üsul
Bu ilin trend yeni il ağacları hansılardır?
Evelina Xromçenkodan stillə bağlı məsləhətlər (2)
Hülya Avşar ada aldı
"Brilyant oğlan" evlənir
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Əllə yemək yeməyin faydaları
Baş Prokurorluq düşmən atəşi nəticəsində Tərtərdə yaralanan mülki şəxsin kimliyini açıqladı
Rezin uzunboğaz çəkmələr
Milli Televiziya və Radio Şurası təəssüf edir
Rus ordusu Ukraynaya girdi
Gizli insan üzlərini tapın
Əlvan qızılgül
“Aşura”da qanvermə necə təşkil olunacaq? - AÇIQLAMA
Bu insanları xoşbəxtlik duyğusu heç vaxt tərk etmir
İnsanlar sizi necə tanıyır?
Hamiləlik haqqında alimlərin tədqiqatları (1)
Kürd dili rəsmi dil oldu
Tatlısəs vəfat etdi - FOTO
Sadə saç yığımları(2)
"One Direction"
Evinə çıxarış almaq istəyənlər üçün mühüm xəbər
Sürücülərə ÜZÜCÜ XƏBƏR: Burada avtomobil saxlayan cərimələnəcək - VİDEO
Çörək(foto resept)
Hamamdakı böyük təhlükə
Rusiyada dəvəquşular zibil qabında yaşayır?
Bu yeməklər narkotikdən betərdir
Dəbli saç çubuqları
Sürücülərin diqqətinə: mərkəzi yollardan biri bağlandı
Dəyərli xanımlar üçün möhtəşəm ayaqqabılar
Baş infeksionist əhaliyə müraciət etdi
Tarkanın qızı ilə ilk paylaşımı-FOTO
Putin Ərdoğanın Qarabağ probleminin həlli ilə bağlı təklifini qəbul edib
Mobil operatorlar müştəriləri aldada bilməyəcək
Qan içmək istəyi oyadan xəstəlik
- ŞƏRHLƏR