Məşğələ: "Atlanbac"
Bu məşğələ iki nəfərlə birgə yerinə yetirilir. Xətti beşxanalı sahədən (Şəkil 1) və dörd fişkadan, məsələn, dama fişkalarından iki qara və iki ağ olmaqla istifadə edilir. Xanalar nömrələnib. Fişkalar şəkildə göstərildiyi kimi qoyulub. Oyunun məqsədi qara fişkaları ağ fişkaların məşğul etdiyi xanalara, ağ fişkaları isə, müvafiq olaraq, qaraların yerinə keçirməkdir. Oyun zamanı aşağıdakı gediş növlərinə icazə verilir: fişkadan solda, yaxud sağdakı boş qonşu xanaya yer dəyişməsi fışkanın sağa, yaxud sola doğru başqa fişkanın məşğul etdiyi xananın üzərindən sonrakı boş xanaya atlanması.
Oyunun gedişatı: Əvvəlcə siz çəkilmiş sahədə əsl fişkalarla, məsələn, dama fişkaları ilə növbə ilə gedişlər edirsiniz. Oyunun qaydaları mənimsənildikdən sonra xəyali nəzərinizin ekranında gördüyünüz xəyali sahədə işləyirsiniz. Bu zaman hər bir gedişinizi iki rəqəmlə göstərirsiniz: fişkanın yer dəyişdiyi xananın nömrəsi və onun keçdiyi xananın nömrəsi ilə (məsələn, 3-dən 5-ə). Bu halda oyun sizin üçün asandırsa, sahənin uzunluğunu və müvafiq olaraq, fişkaların sayını artırmaq olar.
Şəkil 1. Məşğələ “Altınbac”
Növbəti məşğələ: Oxunun inteqral alqoritminin görmə obrazı
Siz oxunun inteqral alqoritminin yeddi blokunu öyrənmisiniz, onların mənası və məzmunu haqqında təsəvvürünüz var. İdeomotor məşqlər sizin təxəyyülünüzü inkişaf etdirib. Alqoritmin görmə obrazının yaradılması üçün istənilən əşyadan, şəkildən, situasiyadan istifadə edin. Onu öz əllərinizlə çəkməyiniz çox vacibdir. Bu, sizin şəkliniz olmalıdır. İki nüsxə hazırlamaq lazımdır. Onlardan birini xəyali nəzərinizin ekranına yapışdırın, digərini isə həmişə özünüzlə gəzdirin, yaxud iş stolunuzun üzərində bərkidin. Daim öz şəkilləriniz haqqında düşünün, onları təsəvvür edin. Gözlərinizi bağlayanda öz alqoritminizi dəqiq görə bilmənizə nail olun.
Hansı şəkli seçməli? Gəlin, sürətli oxu kurslarının dinləyicilərinin bunu əməli cəhətdən necə etdiyinə baxaq. Onlardan biri öz gündəliyində yazırdı: "Alqoritmin görmə obrazı düz altıbucaqlıdır. Bu, mənim futbol meydançamdır. Əvvəlcə sanki küncə "top" zərbələri ilə ilk üç blok-ad, müəllif, mənbə doldurulur. Bundan sonra oxuduqca daha üç blok-üç künc doldurulur. Sonuncu blok-yenilik tərəfimdən mərkəzdə nöqtə şəklində təsbit edilir... Bir həftə davam edən məşqlərdən sonra hiss etdim ki, bloklar sanki öz–özünə dolur-parlaq, nəzərəçarpan, güclü və dinamik şəkildə”.
Alqoritmin görmə obrazı müxtəlif cür gerçəkləşir: piramidada da, binanın mərtəbələrində də, kartotekada da, göy qurşağının yeddi rəngli zolaqlarında da və s. Qeyd edilməlidir ki, görmə obrazı mnemonik üsul olaraq yalnız ilk vaxtlar fəal işləyir, daha sonra isə sanki silinir, solur, lakin mətnlərin yalnız onun informativ hissəsinin ayrılmasına əsaslanan oxu vərdişi qalır.
Ad______________________
Müəllif___________________
Buraxılış məlumatı__________
Problem__________________
Faktoqrafik məlumat________
Tənqid___________________
Tətbiq___________________
Görmə obrazı alınmırsa, bu halda nə etməli? Bu məsələnin uğurlu həll yoluna dair sürətli oxu kurslarının dinləyicilərinin gündəliyindən götürülmüş bir misal göstərək: "Alqoritmin görmə təsəvvürü heç alınmadı. Əlbəttə, mən onu sxem, yaxud qutular şəklində təsəvvür edə bilərəm, lakin mən oxu prosesində bu görmə təsəvvüründən istifadə etmirəm. Məndə yaddasaxlama tamam başqa cürdür:
1. Ad: Ad çox vaxt məqalənin, yaxud kitabın məzmununu əks etdirdiyi üçün mən onu xüsusi diqqətlə oxuyuram. Əgər o, ilk baxışdan heç bir əhəmiyyətə malik deyilsə, hansısa müqayisələr etməyə, başlıqda olan sözlərin sayını, onların yerləşməsini gözlə yadda saxlamağa, adı nəzərə çarpan sözləri olan elektron lövhə şəklində təsəvvür etməyə (lakin bu, çətin başa gəlir) çalışıram.
2. Müəllif: Müəlliflərin soyadlarını çox vaxt tanışlarımla müqayisə edərək yadda saxlamağa çalxşıram.
3. Buraxılış məlumatı: Qəzetin adını, ili, günü, ayı sətirlərə göz gəzdirərək və yalnız hansısa məqamı təsbit edərək yadda saxlayıram.Tarixi təsbit anında parlaq görmə təsəvvürü yolu ilə yadda saxlayıram. Mən alqoritmin ilk üç blokunu belə doldururam, amma bütün bunları hara göndərdiyimi bilmirəm. Bəzən girişi oxuyandan sonra bu üç blokun doldurulmasını yoxlamağa, sonrakı məzmunu və nəticədə nəyə diqqət yetirməli olduğumu əvvəlcədən tapmağa calışıram.
4. Problem: Oxunun lap başında onu qısa şəkildə ifadə edirəm. Bəzən bütün məqaləni, yaxud kitabı oxuyub qurtarandan sonra dəqiqləşdirirəm.
5. Faktoqrafik məlumat: Buraxılış məlumatından fərqli olaraq görmə vasitəsilə deyil, mətnin mənası ilə əlaqələndirərək yadda saxlamağa çalışıram.
6. Nəql edilən materialın xüsusiyyətləri və tənqidi: Bu ünsürləri çox vaxt intuitiv olaraq təsdiq edirəm. Nə isə nəzərə çarpır: xoşuma gəlir, ya yox; nəql edilən materialın üslubu, tərzi. Bəzən olur ki, bütün bunlar oxunu ləngidir, yorur və ya əksinə, maraq doğurur və bu zaman bəzən oxunun heyətamiz sürəti yaranır, hər şey tez və yaxşı yadda qalır.
7. Yenilik və əməli cəhətdən tətbiq: Bu, bəzən adından, mətnin müəllifindən və ya giriş oxunduqdan sonra görünür. Ümumiyyətlə, mənə elə gəlir ki, burada «əməliyyatların ardıcıllığı» yaxşı işə yarayır, amma məndə alqoritm bloklarının görmə təsəvvürü yoxdur».
Məşğələ: Sürətli oxunun ikinci qaydası: "İnteqral alqoritmə əsasən oxumaq"
Siz alqoritmi öyrənmiş və onun görmə obrazını çəkərək yadda saxlamısınız. Oxunun initeqral alqoritmi nə verir? O, əsasən, oxunun yeni
proqramını, fikri əməliyyatların ardıcıllığı proqramını formalaşdırır. Mətndə alqoritmin birinci blokundan yeddinci blokunadək qoyulmuş bütün suallara cavab tapmaq-oxunun məqsədi budur. Çoxsaylı məşqlər ona gətirib çıxarır ki, oxunu başa çatdırdıqdan sonra lazımi məlumatlar, faktlar adlar, soyadlar sanki özləri gözlərmizin önünə gəlir.
Eyni zamanda reqressiyalarla mübarizə də gedir. Mətnin məzmununu altoritmmə əsasən təsəvvür edilməsi ilə oxunması belə bir inam yaradır ki, oxunmuşları tam mənimsəmək üçün bir dəfə fəal oxu keyfiyyətdir. Sizdə gözlərin qayıdış hərəkətləri getdikcə azalır və nəhayət, demək olar ki, yox olur. Bu dövrdə sürətli oxunun ikinci qaydasını-istənilən mətni alqoritmə əsasən oxumaq qaydasını öyrənmək və yadda saxlamaq lazımdır.
Bəs alqoritm tətbiq etməklə oxu üçün prqoram necə hazırlanır? Oxuya başlamazdan əvvəl gözlə alqoritmin bloklarını təsəvvür etmək lazımdır. İlk olaraq bunlar yadda saxlanılır: ad, müəllif, mənbənin buraxılış məlumatı. Bundan sonra oxunan məqalənin hansı problemə həsr olunduğu barədə təsəvvür yaranır, əsasən məzmun, mövzu isə dördüncü bloka daxil olacaq. Artıq ilk abzaslarda müxtəlik faktlar, soyadlar, parametr məlumatları ola bilər. Bütün bu məlumatlar alqoritmin beşinci blokunda təsbit edilir.
Mətnin oxunması prosesində oxucu alqoritmin bloklarına yalnız onların adlarına uyğun olanları götürüb düzərək sanki onun məzmunun süzgəcdən keçirir. Məsələn, mətndə mühüm fərqli xüsusiyyətləri olan yeni elektrikli avtomobilin konstruksiyası təsvir edilir. Bu, altıncı blokun doldurulması üçün materialdır. Mətnin məzmununa qarşı tənqidi mövqedə dayanmaq çox vacibdir. Bəzi psixoloqlar hesab edirlər ki, tənqidi münasibət olmadan oxumaq, ümumiyyətlə, məsləhət deyil. Sizin mövqeyiniz–müəlliflə razı olub-olmamağınız da alqoritmin bu blokunda təsbit edilir.
Nəhayət, siz oxunu başa çatdırdınız. Oxuduqlarınızdan yeni nə öyrəndinizsə, onu əməli olaraq işdə tətbiq edə bilərsiniz. Bu məlumatlar alqoritmin sonuncu, yeddinci blokunun doldurulması üçündür. Beləliklə, oxu başa çatdı. Adi, ənənəvi oxu üçün ola bilər ki, bu belədir. Sürətli oxu üçün isə bu, hələ kifayət deyil. Oxunun başa çatdırılması hələ qabaqdadır. Oxucu yenidən inteqral alqoritmin görmə obrazını təsəvvür etməli və onun bütün bloklarının doldurulması üçün onun kifayət edib-etmədiyini yoxlamalıdır. Mətnin təhlili və sintezinin bu cür yekunlaşdırıcı psixoloji aktı onu daha yaxşı mənimsəməyə və yadda saxlamağa kömək edir.
Psixoloqlar deyirlər: “Nöqtə qoymağı bacar". Görünür, məhz bu üsul o faktı izah edir ki, sürətlə oxuyanlar materialı ləng və ən əsası, bacarıqsız şəkildə oxıuyanlardan daha yaxşı, dolğun mənimsəyir və yadda saxlayır. Təcrübə göstərir ki, oxunun inteqral alqoritminin bloklarının görmə təsəvvürü bu məsələnin həllini əhəmiyyətli dərəcədə yüngülləşdirir.
Necə məşq etməli? Bunu isə növbəti xəbərimizdə mütləq izləyin.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
“Jet sosyete” serialı final edir
Unlanaraq qızardılan balıq xərçəngə səbəb olur-ALİMDƏN ŞOK Rəy
Karantin rejimi daha bir ay uzadıldı - RƏSMİ
Azərbaycanda hotellərin gəlirləri artıb
İsrail "Eurovision" üçün tələb olunan məbləği ödədi
Göbələkli zapekanka(foto resept)
Ermənilər Kəlbəcəri boşaldır - VİDEO
Kişilərin 6 sirri
Bu gün Lavrov və Çavuşoğlu Rusiyada Qarabağ məsələsini müzakirə edəcəklər
Azərbaycanda koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanadan reportaj - VİDEO
Viktoriya Bekhemin QANINDAN krem hazırlandı -Qiyməti 1500 dollar
Saç rezini modelləri
Komandan ön cəbhədə
Azərbaycanda koronavirusun ikinci dalğası yaşanır - HƏYƏCAN TƏBİLİ
Tramp yenidən prezidentliyə namizəd oldu
Günün ulduz falı
55 yaşlı Treysi miqrenə belə qalib gəldi
Koronavirus xəstələri ictimai nəqliyyatda “super yoluxdurucuya” çevrilir - XƏBƏRDARLIQ
Ümidini ipotekaya bağlayanlar, xoş xəbər var!
Tanınmış obrazlar fərqli qələmdən
Müdhiş layihə - Kosmik internet!
Toppuş qızlar arasında gözəllik müsabiqəsi - FOTO
Obama: İŞİD qruplaşması məhv ediləcək
Göz ətrafına günəşdən qoruyucu krem çəkmək niyə vacibdir?
XİN rəhbəri: “Danışıqlar yalnız Ermənistan və Azərbaycan arasında aparılacaq”
BÜRCLƏR bizə nə vəd edir?-1 Yanvar
Qlobal istiləşmə - Afrikada rekord istilər
İşğaldan azad edilən Qubadlının daha bir kəndindən görüntülər - VİDEO
Seda Sayanın geyimi DİQQƏT ÇƏKDİ-FOTO
Noyabr üçün dəbli kombinlər
Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür
Paşinyan bir saat ərzində iki dəfə Putinə zəng etdi
Bu maska ilə saçlarınız daha tez uzanacaq
Azərbaycan elminə ağır itki üz verdi
50 qəpik at, avtomobilini özün yu- BAKIDA
Pensiyasını orduya dəstək üçün verən ahıl kişi: Azərbaycanı duyğulandıran görüntü - VİDEO
Meyvələrə tələbat artıb
Aforizmlər
Neftimiz neçəyə satılır?
Azərbaycanda daha 38 nəfər koronavirusdan öldü: 1428 yeni yoluxma
İnstaqramda Yenilik
Məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər - Nazirlik açıqladı
Reklam mesajlarının və tanınmayan nömrələrdən gələn SMS-in təhlükələri açıqlanıb
Burun qanaxmasının səbəbləri və müalicəsi
Azərbaycanlı alim Nobel medalı mükafatı aldı
Apple təbiət meneceri axtarır
“Onlara bunu söyləyin ki, qapılar üzünüzə açılsın” - Dahilər qadınlar haqqında
Nazik saçlara qulluq
190 manat ödənilən şəxslərin sayı azaldılıb? - RƏSMİ AÇIQLAMA
Ece Erkenin sözləri məsxərəyə qoyuldu-FOTO
- ŞƏRHLƏR