Rastinyak gəzinmək və təzə hava almaq üçün evdən çıxıb getmişdi. O, havasızlıqdan boğulurdu. Bir gün əvvəl o, bu cinayətə mane olmaq istəmişdi, lakin cinayət təyin edildiyi vaxtda olundu. Bu hadisənin mənası nədir? İndi o nə etməlidir? Cinayətə şərik olduğunu düşündükcə, bədənini üşütmə tuturdu. Votrenin soyuqqanlılığı onu yenə də dəhşətə gətirirdi
Rastinyak öz-özünə “Bəlkə, birdən Votren heç bir söz demədən öldü?” – dedi.
O, sanki onu hürə-hürə bir sürü tazı qovurmuş kimi, Lüksemburq parkının xiyabanlarını yüyürə-yüyürə dolaşırdı.
Birdən Byanşonun çığırtısını eşitdi:
– “Sükançı” qəzetini oxudunmu?
“Sükançı” Tissonun nəşr etdiyi radikal qəzet idi. O, səhər qəzetləri çıxdıqdan sonra, əyalətə başqa qəzetlərdən bir gün qabaq , təzə xəbərləri verərdi.
Koşen xəstəxanasının praktikantı:
– Qəzetdə qəribə bir hadisə xəbər var, – dedi. – Tayferin oğlu köhnə qvardiya zabiti qraf Frankes ini ilə dueldə vuruşmuşdur. Qraf öz şpaqasını iki düym onun alnına soxmuşdur. İndi Viktorina Parisin ən zəngin qızlarından biri sayılır. Eh, adam qabaqcadan bilsəydi! Ölüm də qumar kimi bir şeydir! Viktorinanın sənə məhəbbətlə baxdığı düzdürmü?
– Sus, Byanşon, sus, mən heç vaxt onunla evlənməyəcəyəm. Mən gözəl bir qadını sevirəm, o qadın da məni sevir, mən...
– Sən bu sözləri elə deyirsən ki, guya, var qüvvətlə ona xəyanət etməməyə çalışırsan. Mənə bir qadın göstər ki, onun xatirinə Tayfer cənablarının sərvətindən əl çəkmək mümkün olsun.
Rastinyak bağırdı:
– Yoxsa bütün iblislər məni təqib edir-nədir?!
Byanşon dedi:
– İblis hanı? Dəli olmusan-nədir? Əlini ver görüm, nəbzin necədir? Sənin qızdırman var.
Rastinyak cavab verdi:
– Voke cicinin yanına get. Quldur Votren ölü kimi yerə sərilmişdir.
Byanşon:
– Aha! Sən mənim şübhələrimi təsdiq edirsən. Bu saat gedib yoxlaram, – dedi.
Hüquqşünas tələbənin uzunsürən gəzintisinin vacib nəticələri oldu. O, öz vicdanına hər tərəfdən nəzər saldı. Onun vicdanı bu amansız və dəhşətli imtahandan hər yoxlamaya tab gətirə biləcək dəmir dirək kimi möhkəm çıxmışdı. Ejen Qorio atanın dünənki etirafını xatırladı. Delfinanın onun üçün xüsusi tap və d’Artua küçəsində yerləşən mənzilini xatirində canlandırdı, məktubu çıxarıb bir daha oxudu, öpdü.
Ejen düşünürdü:
“Bu məhəbbət mənim qurtuluşum üçün bir lövbərdir. Zavallı qoca çox əzablar çəkmişdir. O, öz dərdlərini deməsə də, bunları duymamaq mümkündürmü? Yaxşı! Mən öz atam kimi onun qayğısını çəkəcəyəm, onun sevincini mümkün qədər artırmağa çalışacağam. Delfina məni sevirsə, tez-tez mənim yanıma gələcək, gününü atası ilə keçirəcəkdir. Qrafinya de Restoya gəlincə, zalım öz atasını qapıçı etməyə belə hazırdır. Ah, mənim əziz Delfinam! O, qocaya daha yaxşı münasibət bəsləyir, o, məhəbbətə layiqdir. Mən bu axşam, nəhayət, xoşbəxt olacağam”.
Ejen saatı çıxarıb, məftun nəzərlə onu seyr etdi.
“Mənim hər işdə bəxtim gətirdi. Güclü, əbədi bir məhəbbətlə sevdiyin zaman aşiqlər bir-birinə kömək də edə bilər. Demək, mən bu hədiyyəni qəbul edə bilərəm. Həm də özümə yol açdıqdan sonra bu hədiyyələrin yüzqat artığını ona verə bilərəm. Bizim əlaqəmizdə cinayətkarlıq yoxdur, bu, ən ciddi namuskarlığa belə xələl gətirə bilməz. Bir çox namuslu adamlar bu cür ittifaqlara yol verir! Biz heç kəsi
aldatmırıq, insanı alçaldan isə ancaq yalandır. Yalan satmaq öz mənliyindən əl çəkmək deməkdir. O artıq öz əri ilə çoxdan bəri ayrı yaşayır. Həm də bu elzaslı ona xoşbəxtlik vermək iqtidarında deyildirsə, mən özüm Delfinanı ondan tələb edəcəyəm!”
Ejenin qəlbində uzun mübarizə getdi. Yenə də gəncliyin ən gözəl meyilləri qələbə çaldı, lakin buna baxmayaraq, yenilməz bir maraq təsiri altında, saat beşin yarısında, qaranlıq çökərkən, o, yenə “Voke evi”nə qayıtdı. O artıq həmişəlik bu evi tərk etməyə and içmişdi. Ejen Votrenin ölüb-ölmədiyini bilmək istəyirdi. Byanşon Votrenə qusmaq dərmanı verdi və kimyəvi təhlil üçün xəstəxanaya aparılmasını tələb etdi. Madmazel Mişononun buna hər vəchlə mane olmağa cəhd etdiyini gördüyü zaman Byanşonun şübhələri daha da artdı. Həm də ki Votren çox tez sağaldı. Byanşon pansionun bu şən oyunbazına qarşı sui-qəsd olduğundan şübhələnməyə başladı. Rastinyak gələndə Votren artıq yemək otağında, sobanın yanında dayanmışdı. Tayferin oğlunun duel xəbəri, bu hadisənin təfsilatını və Viktorina üçün nə nəticə verəcəyini öyrənmək arzusu pansionda yaşayanların vaxtından əvvəl pansiona toplaşmasına səbəb olmuşdu... Qorio atadan başqa hamı burada idi; hadisəni müzakirə edirdilər. Ejen içəri daxil olduğu zaman gözləri sakit görünən Votrenin gözlərinə sataşdı.
Votrenin baxışı Ejenin qəlbinə o qədər dərin nüfuz etdi, çirkin hisslərin tellərinə elə qüvvətlə toxundu ki, Rastinyak diksindi.
Qaçaq katorqalı Ejenə dedi:
– Beləliklə, mənim sevimli oğlum, Dikburun hələ uzun müddət mənə qalib gələ bilməyəcək. Bizim xanımların dediyinə görə, mən kəli yıxa biləcək bir zərbənin altından qalibiyyətlə çıxdım.
Madam Voke çığırdı:
– Ah! Siz lap öküz də deyə bilərsiniz!
Votren Ejenin ürəyindəkini duymuş kimi qulağına pıçıldadı:
– Bəlkə, siz mənim sağ qalmağıma təəssüf edirsiniz? Axı bu, div kimi qüvvətli bir adamın ölümü olardı.
Bu Byanşon söhbətə qarışdı:
– Ah! – dedi. – Yaxşı yadıma düşdü. Üç gün bundan əvvəl madmazel Mişono “Ölüm-yalan” adlı bir şəxsdən danışırdı. Bu ad sizə çox yaraşa bilərdi...
Byanşonun bu xəbəri Votreni ildırım kimi vurdu. Votren sapsarı saraldı, silkələndi, onun maqnetik baxışı – günəş şüası kimi Mişononu dəlib keçdi, elə bil, onu kökündən baltaladı. Mişono st lun üstünə yıxıldı. Puare Mişononun təhlükə altında olduğunu başa düşərək Votrenlə onun arasında dayandı: əsl mahiyyətini gizlədən xeyirxahlıq maskasını atdıqdan sonra katorqalının üzü yırtıcı heyvan sifətini andırırdı. Faciənin nədən ibarət olduğunu hələ başa düşməyən pansionerlər donub qalmışdılar. Bu zaman küçədən ayaq səsləri və küçə daşlarına dəyən tüfənglərin taqqıltısı eşidildi. Ko len biixtiyar pəncərələrə və divarlara baxır, qaçmaq üçün yol axtarırdı. Bu zaman qonaq otağının qapısında dörd nəfər göründü. Qabaqda duran gizli polis idarəsinin rəisi, arxasında duranlar isə polis nəfərləri idi.
Polislərdən biri:
– Qanun və kral naminə, – dedi, lakin qopan heyrət gurultusu onun sözlərini eşitməyə qoymadı.
Sonra dərhal dərin sükut bərpa oldu, pansionerlər kənara çəkilərək polis nəfərinə yol verdilər. Üç polis, əllərini yan ciblərinə salaraq, tapançanın çaxmağını hazır tutmuşdu. Polis rəisinin nca iki jandarm daxil oldu, astanada dayandı, başqa iki jandarm isə pilləkən tərəfdəki qapının ağzında göründü. Evin fasadı boyunca uzanan daş döşəməli yolda ayaq səsləri və tüfənglərin cingiltisi eşidilirdi. Qaçmağa ümid yolu yox idi. Biixtiyar hamının gözü “Ölüm-yalan”a dikilmişdi. Polis rəisi Votrenə yaxın gəldi və onun başına elə vurdu ki, dərhal parik yerə düşdü, Ko enin əsl mənfur başı göründü. Qısa qayçılanmış kərpic kimi qırmızı saçları və üzü qüvvətin, xəyanətin dəhşətli uyuşmasını təcəssüm etdirdi. Bu mənzərə onun geniş sinəsi ilə gözəl bir uyğunluq idi. Sanki cəhənnəm odları bu mənzərənin üzərinə şəfəq saçırdı. Hər kəs Votrenin keçmişini, bu gününü, gələcəyini anlamış, onun zalimanə görüşlərini, özbaşınalığa pərəstişkarlığını, hər şeyə qadir olan orqanizminin qüvvəti və hərəkətlərindən, fikirlərinin həyasızlığından doğan əsl mahiyyətini duymuşdu. Qan Ko lenin üzünə vurdu, gözləri çölpişiyinin gözləri kimi alışıb-yandı. O, yırtıcı kimi yerində hoppandı, nərildədi, kirayənişinlər qorxularından bağırışdılar. Onun aslan kimi atıldığını görən polislər, gurultu və qışqırtıdan istifadə edərək tapançalarını ciblərindən çıxardılar. Tapança lüləsinin parıltısını görən Ko len bir an içində böyük insan iradəsinin qüvvəsini göstərdi. Bu, dəhşətli və əzəmətli bir mənzərə idi! Üzündə ancaq buxar qazanı ilə müqayisə edilə biləcək ifadələr görünürdü: təzyiq altında qalan buxar dağları yerindən sarsıtmağa qadir olduğu halda, bir damcı soyuq suyun təsiri ilə dərhal aşağı enirdi. Katorqalının qızğınlığını soyudan şey şimşək kimi onun beynindən keçən bir fikir idi. O gülümsədi və parikinə baxdı.
Ardı var...
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Türkiyədə dəhşətli yol qəzası
"Yeteneksizsiniz"də Bakıdan kadrlar
Sinan Akçıl BOŞANDI
Gəncədə reyd keçirilib
Yemək seçən uşağınızı yola gətirin
Qondarma rejimin “müdafiə naziri”nin məhv edildiyi avtomobil - FOTO
Təki sən gülümsə...
Əməliyyatsız burun kiçiltmə texnikası
Qadın.Net-lilərin ilk məktəb həyəcanı...
Yeni il hansı bürcə DÜŞƏRLİ OLACAQ?
Azərbaycanlı milyonçu Amerika korporasiyasını aldı
Nazirlik: "Xəzərdən götürülmüş su içməli su kimi istifadə edilir"
Dünya mətbəxi - Fransa
Gənc yazar "Donuz qripi"nə yoluxdu-FOTO
Karantin dövründə icazə ilə bağlı MÜHÜM YENİLİK
Claudia Schiffer moda sərgisi açır
Beren Saat yeni layihə ilə hər kəsi sevindirdi-FOTO
Uşaqların internetdən asılı olduğunu göstərən hallar
Kəs və yapışdır-58
Hamilələrdə doğuş qorxusu
Türk məşhurları idman edərkən
Türkiyə səfirliyindən Bayraq günü təbriki: “Bir kərə yüksələn bayraq, bir daha enməz!”
Göldə itən aktrisanın cəsədi tapıldı
Koronavirusa yoluxmamaq üçün kondisionerdən necə istifadə edək? - VİDEO
Ancelina Coli uşaqları Pittdən soyutmağa çalışır?-FOTO
Zamiq: "Bu il evlənəcəm"
40 metro stansiyası bağlandı, avtobus səfərləri təxirə salındı
Mehmet Ali Erbil aylar sonra İLK DƏFƏ
Sual
Möcüzəvi əkizlər
Kıvanç Tatlıtuğ 3 milyon ziyana düşdü
Gimnastımız Avropa çempionatında 3-cü oldu
Fərqli saç aksessuarı
Azərbaycanda koronavirus xəstələrinin görüntüləri yayıldı: Araşdırmalara başlanıldı - VİDEO
Hava haqqında - 08.09.2013
Namaz qılmaq üçün “ağıllı canamaz”
Seda Sayandan qəribə etiraf
Uşaqların sosial-psixoloji inkişafı-28
Dərini gözəlləşdirən möcüzəvi məsləhətlər
Sinan Akçıl əkiz qardaş və bacısını gösərdi-FOTO
Hava haqqında
Xroniki xəstələr oruc tuta bilərmi?
Facebook-da bu tələlərdən uzaq durun!
Yağlı dəridən necə xilas olmalı?
Azyaşlı uşağı olanlara XƏBƏRDARLIQ
Cüdo üzrə Avropa Çempionatı Bakıda keçiriləcək
Azərbaycanda bu şəxslər ödənişsiz ali təhsil ala bilər
Azərbaycanda "Formula 1" 2015-ci ilin payızında keçiriləcək. (ƏLAVƏ OLUNUB).
Yağ yandırmağa kömək edən çaylar
Şuşada ilk çörək sexi fəaliyyətə başladı - VİDEO














