Sizinlə eşitdiyim və yaşadığım bir anı bölüşmək istəyirəm. Bir ana övladına necə qarğış edə bilər? Bu sual neçə gündür ki, məni düşündürür. Doqquz ay bətnində daşıyır, boya-başa çatdırır, özü ac qalır, övladını yedizdirir, o ağlayanda tez yanına qaçır, ona laylay deyir, böyüyəndə isə ona qarğış edir. Övladın günahı olmadan qarğışlandı. Heç xəbəri belə yoxdur ki, doğma anası ona qarğış edib. Görəsən, mənim yerimə övladı bu qarğışı eşitsə idi nə edərdi?
O, balaca ikən yıxılanda onu sakitləşdirən ana sən deyildinmi? İndi isə qarğış edirsən. O, sənin yeganə övladındır. Bunu heç düşündünmü? Ona nəsə olsa, sən nə edəcəksən? İşləyir, alın təri ilə pul qazanır, anası ac qalmasın deyə. Sadə bir şeyə görə ona qarğış etməyə dəyərmi? Qəzəblə deyilən qarğışın real olacağını düşünmədinmi? "Qarğışın iki başı var" deyə eşitmişəm. Qarğışdan qorxmaq lazımdır. Çünki qarğışın ahı göyə gedir.
“Səni evə sağ qayıtmayasan, yarı yolda səni maşın vursun”. Bir ana bu sözləri övladına necə deyə bilər axı? İlk olaraq sən anasan. Heçmi ürəyin sızlamadı?
Bu sözləri öz qulaqlarımla eşidəndə nə hisslər keçirdiyimi sizlərə deyə bilmərəm. "Elə deməyin günahdı" dedim, amma yenə də o sözləri eşitdim: “Görüm onu evə sağ qayıtmasın, yarı yolda onu maşın vursun”. Bir neçə dəfə təkrarlanan sözlər ürəyimə qəribə bir ağrı verirdi, ananın yerinə mənim ürəyim ağrıyırdı. Ağlıma belə gəlməzdi ki, bir ana övladına, öz doğmaca övladına qarğış etsin. Bir neçə gündü bu sözlər mənim qulağımda cingildəyir. Bəlkə də ana öz qarğışını unudub, amma mən unuda bilmirəm.
Bir çox insanlar övlad həsrəti çəkir, neçə il övlad gözləyir, sən isə öz övladını qarğışınla öldürmək istəyirsən. Heçmi ürəyində Allah qorxusu yoxdur? Allahın qəzəbinə səbəb olmaqdan heçmi qorxmadın? Birdən övladına nəsə olsa, heçmi vicdan əzabı çəkməyəcəksən? Axşam işdən evə gec gələndə "Oğlum haradadır?" deyə fikirləşməyəcəksənmi? Onun telefonuna zəng çatmayanda heçmi ürəyin sızlamayacaq? Sən anasan, qarğış edəndə ürəyin sızlamadı, mənim ürəyim sızladı, həm də çox.
Siz bir ananın qarğışını eşitsəniz, nə edərsiniz? Mənə çox pis təsir etdi. Ananın qarğışını ürəyimdə saxlaya bilmədim, bacarmadım. İndiyə kimi də ürəyim sızlayır. Axı ana öz doğma övladına necə qarğış edə bilər?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
BULVARDA Yeni il tədbirlərinə start verildi
İrem Derici xəstəxanada yalnız 2 gün qala bildi
Sabahın HAVAsı
Aylıq gözəllik baxımına 10 min xərcləyir
Elif Şafakdan 5 sözlə eşq
Şahzadə Harri: "Göyün yeddinci qatındayam" - VİDEO
Beyin fəaliyyətini gücləndirmək üçün 12 məsləhət
Evdə pizza (foto resept)
Girovlar qaytarılmalıdır
Ev şəraitində bilərzik hazırlayaq
Böyük Holland rəngkarlığının kiçik ustaları
Serenay və Cem Yılmaz karantin vaxtı görüntüləndi
Uzunömürlülük
Konor Makqreqor evlənib
"Ermənistanda Araz çayının çox ciddi çirklənməsi müşahidə olunur"
Koronavirusdan qorunmağın ƏN TƏSİRLİ YOLU AÇIQLANDI
Bill Qeyts: "Bu, yanlış addım idi"
Özümə inanmıram!
Uşaq ensiklopediyası(12)
“Wi-Fi” siqnalları gizlənən insanları tapa biləcək - VİDEO
Müəllim olmaq istəyənlər! Qəbul iyulun 3-də başa çatır
Qadin.Netlə birlikdə hamiləlik (IX həftə)
Keyfiyyətli insan və cəmiyyət
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
Bu il manat yenə ucuzlaşacaq
Məşhur cütlükdən inanılmaz ADDIM-FOTO
Con Frenç Sloanın rəsmləri (2)
Kıvanç Tatlıtuğun koronavirus testinin nəticələri açıqlandı
Azərbaycan məktəblərində həyəcan təbili
Modern yemək masaları
Viktoriya Bekhemi qısqandı-FOTO
Xankəndi boşdur: 40 min insan Ermənistana qaçıb
Kommunal ödənişlərlə bağlı güzəşt olacaqmı? - VİDEO
Dünyanın ən elastik qadını
"Ginnesin Rekordlar Kitabı"nın seçmə rekordları
Salatları necə bəzəyəcəksiniz, bilmirsiz?
Yağış qayıdır
Kəsmikli-limonlu biskivit(foto resept)
Virtual alış-veriş artır
Amerikalı işçilər iki il rahat nəfəs ala biləcəklər, sonra isə...
Dəbli payız geyimləri
Buqələmun yoxsa insan?!
"Eurovision"da ermənilərin təxribatı araşdırılır
Doğru müddətli yatma arıqladır
Noyabr ayının qalibləri!
Kahı salatı (foto resept)
Yumurta testi və qiymənin buzxanada saxlanma qaydası
Lolita BOŞANDI-SƏBƏB
Tərəvəzli makaron (foto-resept)
Qəbizliyə qarşı nə etməliyik?
- ŞƏRHLƏR