Qonşuda bir qız var idi. Adı Samirə idi. Uşaq olanda biz həmişə həyətdə bir yerdə oynayırdıq. Çox səmimi qız idi. Sonralar bəzən ev işlərimdə mənə kömək də edirdi. Sonra onlar Bakıya köçdülər. Mən də ailə qurdum. Bir gün axşam tərəfi idi. Yoldaşım mənə bilirsənmi nə olub? Samirəni maşın vurub, ölüb dedi. İnanmadım ola bilməz dedim. Amma deyilən həqiqətmiş. Bir müddət özümə gələ bilmədim, axı həm də çox gənc idi. Baş sağlığı üçün ailəsinin yanına getdim. Anası dedi, həmin gün işdən icazə alıb, bir az tez çıxıb ki, bacısının toyuna hazırlaşsın. Avtobusdan düşüb yolu keçmək istərkən maşın vurub. Samirənin yası, bacısının toyu eyni gündə oldu. Nə isə... Allah rəhmət eləsin! Mənim də dərdim bundan sonra başladı. Bir müddət sonra bu qızın ruhu məni sakit buraxmadı.
Gecələr tez – tez gəlirdi məni gah qorxudurdu, gah da boğurdu. Yoldaşım evdə olmayan gün mütləq gəlirdi. Artıq hansı gün yoldaşım evdə olmayanda bilirdim ki, gələcək. Qabaqdakı otağın işığını axşamdan yandırırdım ki, qorxmayım. Görürdüm ki, gəldi, birinci otağın işığını söndürdü sonra gəldi yenə məni boğmağa. Ayılırdım ki, həqiqətən boğuluram. Kimə dedim dedilər Quran oxut. Oxutdum amma nə xeyri? Yenə davam edirdi. Bir gün gördüm yenə gəldi, başladı məni boğmağa, artıq boğulurdum ki, gözümü açdım, gördüm ruhu burulğan kimi fırlanıb pəncərədən çıxdı (pəncərə bağlı idi). Artıq axşam olmağını istəmirdim...
Bizim rayonda Mir Hüseynağa adlı bir seyyid yaşayırdı. Ermənistanlı idi. Deyilənə görə onların Ermənistandakı, evinin hər tərəfini ilanlar bürüyüb. Bir ermənin ayağı ora dəyə bilməyib. Bir nəfər olub, deyib ki, mən evin üstündən atılacam içəri. Ev o qədər də hündür deyilmiş, amma həmən erməni elə ordan atılanda gəbərmiş. Yəni, onların yurdu murdarlanmamış. Qaynanam onlara getmişdi. Ağanın həyat yoldaşı oxumaq üçün ona bir kitab veribdi. Oxuyanda içində “Ruhlardan qorunmaq duası”nı görəndə çox sevindim. Yazdım başımın altına qoydum. Hələ də çarpayımın rəfindədir. O gündən sonra mən rahat yuxu yata bildim. Bir şeyi də qeyd edim ki, ağa Ramazan ayında, oruc tutarkən, dəstəmaz alanda vəfat etmişdir. Allah Mir Hüseyn ağaya rəhmət eləsin, qəbri nurla dolsun! Həmin duanı sizinlə bölüşmək istəyirəm.
İmam Baqir (ə) ruhlardan qorunmaq haqqında buyurdu. “Fatihə”, “Nas”, “Fələq” surələrinin hər birini 10 dəfə yaz, həmən adamda qalsın. Sonra bu surələri müşk və zəfəranla yaz, yuduqdan sonra suyunu həmən adam içsin. Əgər dəstəmaz və ya qüsl alsa bu su ilə alsın.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Yazdığın sözlər qürurumuzdur
Hadise üsyan etdi
Yumurtanın içindən çıxan hamını heyrətləndirdi - FOTO
HAVA necə olacaq?-14 Sentyabr
Ətli, makaronlu yemək (foto resept)
Qadınlar üçün ən lazımlı vitamin
Azərbaycanda hava soyuyacaq
Daş əllər-unikal körpü salındı-FOTO
Kartoflu-göbələkli rulet (foto resept)
Tibbdə möcüzə reallaşır: İnsan başı…
Davudoğlunun son addımı
Bu qadın taxıl biti ilə xərçəngi müalicə edir
Təzə balığın seçilməsi və saxlanması
Kianu Rivz ilk dəfə ETİRAF ETDİ-FOTO
Dahilərdən gözəl sözlər - 3
Alen Delon itlər qəbristanlığında dəfn olunmaq istəyir-SƏBƏB
Xocalı soyqırımı qurbanlarının xatirəsi Azərbaycanda bir dəqiqəlik sükutla yad edildi
Fevral Gürcüstanda “Xocalı ayı” elan olunub
"Rədd edən Ata Sindromu" yaşayan kişilər
“WhatsApp”da yenilik!
Azərbaycanda hərbi vəziyyət ləğv edilir
Əzvay şirəsi
Sezonun mebel rəngi: Parlament mavisi
Ev dekorasiyası haqda fikirlər
Daha iki aktyor karonavirusa görə karantinə alındı-FOTO
Prezidentdən fərman: Karantin rejiminin pozulması ilə bağlı maddə siyahıya salındı
104 yaşlı gənc qız öldü
Sıla məhkəmədə qalib oldu
Bu vaxt ərzində Günəş şüaları öldürür
İnstagramda YENİLİK
Ezo Gəlin şorbası (foto resept)
Adriana Limanın son FOTOsu diqqət çəkdi
Məzəli portağal
Film üçün 3 aya 10 kiloqram arıqladı-FOTO
Günün qoroskopu: Cəsur olun, cəsarətli qərarlar verin!
Əncir yeməklə arıqlayın!
Məryəm Üzərli əvvəlki gözəlliyini bərpa etdi-FOTO
İnsanların boş qoyduğu küçələrdə marallar gəzir - VİDEO
Bürclərin musiqi seçimi (1)
Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxdu 42 nəfər sağaldı - RƏSMİ
Uşaqlar üçün pizza (2 yaş)(foto-resept)
Tibbdə sensasiya - Sağalmaz deyilən insanlar şəfa tapacaq
Paytaxt sakinləri Şuşanın azad olunmasını qeyd edir - VİDEO
Samsung Galaxy-ni yaradan HTC-yə keçdi
Yupiterdən üç dəfə böyük planet aşkar edilib
Panasonic plazma televizorlardan imtina edir
BÜRCLƏR bizə nə vəd edir?-30 dekabr
Qubadlı rayonunun işğaldan azad olunan Padar kəndi - VİDEO
İqor Morskinin xəyal gücü
İordaniya İŞİD-ə “cəhənnəm” yaşadıb
- ŞƏRHLƏR