Qadin.NET / Ruhlardan qorunmaq duası

Ruhlardan qorunmaq duası

Qonşuda bir qız var idi. Adı Samirə idi. Uşaq olanda biz həmişə həyətdə bir yerdə oynayırdıq. Çox səmimi qız idi. Sonralar bəzən ev işlərimdə mənə kömək də edirdi. Sonra  onlar Bakıya köçdülər. Mən də ailə qurdum. Bir gün axşam tərəfi idi. Yoldaşım mənə bilirsənmi nə olub? Samirəni maşın vurub, ölüb dedi. İnanmadım ola bilməz dedim. Amma deyilən həqiqətmiş. Bir müddət özümə gələ bilmədim, axı həm də çox gənc idi. Baş sağlığı üçün ailəsinin yanına getdim. Anası dedi, həmin gün işdən icazə alıb, bir az tez çıxıb ki, bacısının toyuna hazırlaşsın. Avtobusdan düşüb yolu keçmək istərkən maşın vurub. Samirənin yası, bacısının toyu eyni gündə oldu. Nə isə... Allah rəhmət eləsin! Mənim də dərdim bundan sonra başladı. Bir müddət sonra bu qızın ruhu məni sakit buraxmadı.

Ruhlardan qorunmaq duası

Gecələr tez – tez gəlirdi məni gah qorxudurdu, gah da boğurdu. Yoldaşım evdə olmayan gün mütləq gəlirdi. Artıq hansı gün yoldaşım evdə olmayanda bilirdim ki, gələcək. Qabaqdakı otağın işığını axşamdan yandırırdım ki, qorxmayım. Görürdüm ki, gəldi, birinci otağın işığını söndürdü sonra gəldi yenə məni boğmağa. Ayılırdım ki, həqiqətən boğuluram. Kimə dedim dedilər Quran oxut. Oxutdum amma nə xeyri? Yenə davam edirdi. Bir gün gördüm yenə gəldi, başladı məni boğmağa, artıq boğulurdum ki, gözümü açdım, gördüm ruhu burulğan kimi fırlanıb pəncərədən çıxdı (pəncərə bağlı idi). Artıq axşam olmağını istəmirdim...

Ruhlardan qorunmaq duası

Bizim rayonda Mir Hüseynağa adlı bir seyyid yaşayırdı. Ermənistanlı idi. Deyilənə görə onların Ermənistandakı, evinin hər tərəfini ilanlar bürüyüb. Bir ermənin ayağı ora dəyə bilməyib. Bir nəfər olub, deyib ki, mən evin üstündən atılacam içəri. Ev  o qədər də hündür deyilmiş, amma həmən erməni elə ordan atılanda gəbərmiş. Yəni, onların yurdu murdarlanmamış. Qaynanam onlara getmişdi. Ağanın həyat yoldaşı oxumaq üçün ona bir kitab veribdi. Oxuyanda içində “Ruhlardan qorunmaq duası”nı görəndə çox sevindim. Yazdım başımın altına qoydum. Hələ də çarpayımın rəfindədir. O gündən sonra mən rahat yuxu yata bildim. Bir şeyi də qeyd edim ki, ağa Ramazan ayında, oruc tutarkən, dəstəmaz alanda vəfat etmişdir. Allah Mir Hüseyn ağaya rəhmət eləsin, qəbri nurla dolsun! Həmin duanı sizinlə bölüşmək istəyirəm.  

Ruhlardan qorunmaq duası

            İmam Baqir (ə) ruhlardan qorunmaq haqqında buyurdu. “Fatihə”, “Nas”, “Fələq” surələrinin hər birini 10 dəfə yaz, həmən adamda qalsın. Sonra bu surələri müşk və zəfəranla yaz, yuduqdan sonra suyunu həmən adam içsin. Əgər dəstəmaz və ya qüsl alsa bu su ilə alsın.

21 iyun 2013
GO BACK