Mən bu etirafı sizlərə edirəm, sizlər mənim üçün doğmasınız, çünki məni başa düşən doğma kimsəm yoxdur. Bəziləri üçün bu adi şey ola bilər, amma bunu yaşayanlar məni başa düşər, yaşamayanlar yox…
Mən kənddə doğulmuşam və ləzgiyəm. Doğulduğumdan sonra aylar keçmişdir bəlkə də il..anam..öldü. Biz 3 uşaq idik; iki bacım, bir qardaş ,qardaş böyük idi..üç uşaqla çətin olduğu üçün atam evləndi. Atam evlədiyi gündən biz bədbəxt olmuşuq. Bəzi şeytanlar var gözə görsənmir, bəziləri isə görsənir. Atam evlədiyi qadın gözə görsənən şeytan idi..Yavaş-yavaş böyüdük, mənim 3, ya da 4 yaşım olardı bacım da öldü, qaldıq mən və qardaşım. Həmin o öğey ana bizə çox əziyyət verirdi ..3-4, ya da 5 yaşında olan qız uşağı, sizcə evdə nə iş görə bilər ?
Məncə həçnə, amma mən bütün ev işlərini görürdüm, nə ağır işlər var, mən görürdüm..Çünki mən öğey anadan çox qorxurdum, məni elə pis döyürdü ki, siz onu təsəvvür edə bilməzsiz…
Sizcə 4-5 yaşında olan uşaq neçə kilo ağırlığı olan əşya götürə bilər? Mən öz ümdən ağır şeylər götürürdüm, çünki məcbur idim eləməyə .O, isə otururdu mənə əmr edirdi. Atam gələndə isə evə deyirdi; "yorulmuşam, bütün işləri mən görmüşəm" ,mən də ondan qorxduğum üçün düzünü deyə bilmirdim. Atam olmayanda it kimi döyürdü, bədənimdə hər yerim ağrayırdı, ağraya –ağraya iş də görürdüm. Bir dəfə nənəmgildə qızlarda oynayırdım bu deli şeytan gəldi məni elə qucağına aldı necə qarğa cücəni alıb qaçır haaa, bu da elə elədi. Götürdü apardı məni evə möhkəm döydü məni, ondansa ölmək yaxşı idi, gözümün altı şişmişdi, məni evdə tək qoydu qapını da bağladı, harasa gedirdi ki, nənəm qaça-qaça geldi, məni soruşdu, o yalandan dedi ki, guya mən yatmışam, amma mən evdə dəhşətli dərəcədə pis ağlayırdım, nənəm eşidirdi məni, qardaşım getdi atama xəbər elədi, atam geldi məni o vəziyyətdə görüb o qadını döydü və sonra atasıgilə yolladı, 3-4 həftədən sonra qayıtdı…
Sizcə evi ,evdə də 2-3 otaq ya da həyəti neçə dəfə süpürmək olar?...1 dəfə …amma mən 3-4 dəfə süpürürdüm….istəmirdi bir yerdə oturub istirahət edim özümə vaxt ayırım …Bir yerə gedirdi 2-3 saatlıq gedəndə o qədər iş tapşırırdı ki, 2-3 saatın içində qurtarmalı idim, yemək yeməməli, özümə vaxt ayırmamalı idim, bu sözə görə çox üzr istəyirəm ayaqyoluna belə getməyə vaxt qoymurdu. Mən də çalışırdım təki işlər qurtarsın, əgər qurtarmasam özümü ölmüş bilməliydim.
Əziyyət çəkərək böyüdüm, 11-12 yaşlarım olardı, artıq hər şeyi başa düşürdüm. Bir defə analığım məni emimgilə göndərdi yadımda deyil nəsə getiridim yoxsa aparırdım mənə dedi yarım saata vaxt qoyuram getmək yarım saatlıq yol idi getdim 5-10 deqiqə qızlarla söhbətə qaldım istəyirdim gedim yola çıxdım bir iki addım atmışdım ki, öğey anamı gördüm onu görəndə ürəymə qorxu düşdü tir-tir titrəyirdim onu üzünə baxdım qorxdum hansısa qorxuc heyvan gelir məni yeməyə üstümə ya da erməni gelir məni öldürməyə dala çöndüm qaçdım emimgilə gizlənməyə yer axtarırdım kravatın altına girdim qızlara dedim burda olduğumu deməyin analığım qışqıra-qışqıra geldi məni axtarırdı baxmadığı yer qalmadı axırda məni tapdı amma mən o kravatın altında çıxmırdım qorxumdan bir təhər məni çıxardı amma ondan uzaq gezirdim evə getmək istəmitdim deyirdim atam gelsin sonra gelərəm amma atam işdə idi emimin qızı gelməsini istədim onun yanında mənə analığım həçnə etməz qızda geldi bizə 1 saat bizdə oldu sonra getdi məni sonra elə döydü ki, təpiy yumruğ vurmadığı yer qalmadı.Evdən gizlin atasıgilə gedəndə şeylər aparırdı, amma mənim xəbərim olurdu qorxumdan atama deyə bilmirdim. Bir dəfə necə oldusa, atama dedim ki, bu atasıgilə gedəndə belə şeylər aparıb, atamın da xoşuna gəlmədi, o qadını döydü sabahsı günü atam harasa gedəndə qisasını məndən dəhşətli dərəcədə aldı..Ona görə də atama heç nə deyə bilmirdim. Bir gün atam harasa gedirdi, qardaşımla mən bilirdim ki, o qadın atam gedən kimi məni döyəcək, çünki atam evdə olanda ürəklənirdim, ona qulaq asmırdım. Atam gedəndə atama yalvarırdım ki, mənidə apar nolar. Amma atam başa düşmürdü ki, o qadının qorxusundan deyirəm, necə ki İsmayıl Ögey ana kinosunda atası gedəndə ağlayır məni də apar deyə,mən də o cür ağlayaraq dalınca qaçmışam atamın, amma atam məni aparmadı,evdən çıxıb qaçdım nənəmgil tərəfə, o qadında dalımca gəlirdi, bu vaxt qonşumuz yolda iş görürdü, ögey anam uzaqdan qışqıraraq dedi ki, tutun o uşağı, amma o qonşu qadına yalvardım ki, "nə olar tutma, o məni döyəcək", Allah razı olsun, o da tutmadı qaçdım nənəmgilə, o da gəldi, məni evə apara bilmədi, nənəmgil qoymadı, atam gəlincə qaldım orda..
Bir saatlıq evdə olmayanda sevinirdim, evə gələndə çöldən sesini eşidən kimi tir-tir titrəyirdim qorxumdan..
Sənsiz yaşayıram sən ola-ola
Ya sən doğulardın, ya men ölərdim…
Görəsən, əlacı yoxmu bu dərdin?
Sənsiz yaşayıram sən ola-ola..
Nədir aramızda keçilməz çəpər?
Bilmirəm bu dərdə dözüm nə təhər?
Sənsiz yaşayıram sən ola-ola
Hər gecə ağlayırdım anam üçün, kaş ki, onu görəydim, məni də kimsə doğub, bunu biləydim, amma mən onu görməmişəm, heç təsəvvür edə bilmirdim anamın görünüşü necədi, anam necə insan idi, mən anama oxşayırammı? İstəyirəm anamı qucaqlayım, anam mənə " canım qızım" desin, hansısa bir uşaq "ana", "anacan" deyəndə mən çox pis olurdum, çünki mən o kəlməni heç vaxt deyə bilməyəcəyəm, mənim bir dərdim olanda heç kimə deyə bilmirəm, məni başa düşmürlər, anam olardı məni başa düşərdi mənə kömək edib məsləhət verərdi. Hərdən fikirləşirəm, mənim uşaqlarım olsa mən öz anam tərəfindən həçnə görmədiyim halda uşaqlarıma necə analıq edəcəyəm? Necə uşaqlarıma ana sevgisini verəcəyəm?..Bircə dəfə anam yanımda olardı, anacan deyib onu bərk-bərk qucaqlayardım, heç vaxt buraxmazdım.
Mən heç kimdən sevgi görməmişəm, məni öpüb qucaqlayan olmayıb… O, qadın atamı öyrədib bizi döydürürdü…Mənə o qadın elə əziyyətlər verib ki , heç kim bilmir elə işlər gördürüb ki, o işlərdən bir mənim, Allahın, bir də o qadının xəbəri var, oğurluq etdirirdi, amma kimlərdən və nələr ...Mən dözə bilmirdim, hər gün öz gönümə ağlayırdım. 3-4 dəfə özümü öldürmək istəmişəm, bacarmamışam evdən qaçmaq istəmişəm bacarmamışam. O qadından canımı qurtarmaq üçün hər şey fikirləşdim, hetta onu belə öldürmək istəmişəm, amma necə?..Mən səhər durub məktəbə getməliyəm, məktəbə uşağı kim yola salır-ana, amma mənim ögey anam xoruldaya-xoruldaya yatırdı, mən səhər ac qarına məktəbə gedirdim. Mən heç onun əlindən dərslərimi oxuya bilmirdim, qoymurdu məni o qədər döymüşdür ki, əsəbi olmuşdum.Elə bir insan idi ki, o mənə ağzına gələn pis sözü qışqıraraq deyirdi, qonşular, hamı eşidirdi, heç o sözləri qız uşağına deməzlər, o söyəndə mən elə pis olurdum ki, çox utanırdım o söyüşlərə görə. Mən elə bir şəraitdə böyümüşəm ki, qorxaq, savadsız,utancaq, ünsiyyətsiz olmuşam. Qohumlarımla , qonşularımla , dostumla əlaqə saxlaya bilmirdim, əgər onlara getsəm, işlər qalacaq... Mən indi də öz yaxın qohumlarımgilə gedə bilmirəm, çünki utanıram məni balaca vaxtdan öyrəşdirməyiblər, getdiyim yerdə susub otururam, ünsiyyət qura bilmirəm.14-15 yaşlarım idi məni yenə döyürdü, mən çox bərkdən ağlayırdım, hər yerim ağrıyırdı iş görə bilmirdim, 2-3 dəqiqə keçəndən sonra yanıma gəlib məni qucaqlayırdı, amma mən ondan iyrənirdim, zəhləm gedirdi və yenə də çox iş görürdüm hər gün ağır işlər görürdüm, oturmağa icazə belə vermirdi, özü yatırdı, mən yayın istisində iş görürdüm nənəm deyirdi ki mən balaca vaxt başım keçəlləşmişdi, tük qalmamışdı, çünki,döyəndə saçlarımdan dartırdı, gel bu ağrıya döz, günün altında işləyirdim, saç buna dözərmi? Yox!...yazmağa çox şey var, amma mən qısa edim…
16- yaşım oldu, onda o qadından elə də qorxmurdum, anamı söyürdü, atamı, qardaşımı da. Dözə bilmirdim, mən də onu söyürdüm, elə də döyə bilmirdi böyümüşdüm, o məni döymək istəyəndə, mən də onu vururdum, amma işlər görməkdə yenə davam edirdim, görməsəm qışqıraraq məni söyəcəkdir, atam gələndə yalandan deyəcəkdir ki, bir balaca işi belə qızın eləmədi, mən atamın gözündə pis olurdum..17-18 yaşlarım var… Qardaşım evləndi, bütün kəndə yalandan deyirdi ki, qızımı da vermişəm, amma əslində elə şey yox idi, çünki elçi gəlməmişdir. İstəyirdi ki, hamı bilsin, məni heç kim istəməsin, elçi gəlməsin, çünki mən onun hambalı olaraq qalmalıydım. Mən ərə getsəm gəlin bunun istədiklərini etməz..Məni ərə vermək istəyirdi, amma varlı birinə, çünki özü rahat olsun, pulun içində olsun deyə. Pullu biri mənə elçi gələndə sevinirdi, məni məcbur vermək istəyirdi, amma atam deyirdi ki, qızım kimə getmək istəsə, ona verəcəyəm.…Namaz qıldım, hər namazda Allaha dua edirdim tez qismətimə bir oğlan çıxart, namaz qılan və uzaqda yaşayan olsun, çünki o qadını görmək istəmirdim..Allah qismətimə istədiyim kimi birini çıxartdı, amma bəyənməmişdim, o qadına görə o oğlana "hə" dedim, amma oğlan pullu deyildi. Biz nişanlandıq günlər keçdi, ögey anam onlarla yola getmirdi, çünki gördü ki, oğlan kasıbdır, dəli oldu, istədi nişanı qaytarsın, amma istədiyinə nail olmadı..Axır onun əlindən canımı qurtardım, çox sevindim, mən heç vaxt belə sevinməmişdim, elə bil dünya mənim idi, evləndik. Amma evliliyim də yaxşı olmadı, qaynanam məni istəmir? məni görən gözü yoxdur, amma mənə bildirmir. Amma ögey anamdansa qaynana yaxşıdır... İki ildi uşaq həsrətindəyəm .Ögey anam burda da bizi rahat qoymur nə vaxt bir-birimizi görsək olub keçənləri təkrarlayır, adamı əsəbi edir, istədiyi odur ki, mən yoldaşımdan ayrılım, deyir sən ayrıl, mən sənə oğlan taparam. Siz bir sözə baxın, yoldaşımı mənə elə pisləyir ki, gözümdən düşsün, onun tərəfini tutum. Qışda Bakıda alverə gəlir, Bakıya gələndə həftədə bir dəfə yanına gedirdik, amma indi mən yanına getmirəm çünki , bezmişəm ondan və onun sözlərindən, o əsl şeytandır, ailələri dağıdan şeytan.. Ona nifrət edirəm, amma bildirmirəm, nə olsada mənə baxıb.
Hərdən yoldaşımla da dalaşırıq, məni başa düşmür, mən istəyirəm doğmalarımdan görmədiyim sevgini görüm, amma…Mən istəmirəm qız vaxtı çəkdiyim əziyyətləri burda da çəkim, amma çəkirəm, hərdən özümə ölüm arzulayıram amma, olmaz…
Mən bir şeydən qorxuram, inşAllah uşağım olar, birdən mən ölərəm, uşağım düşər ögey ananın əlinə, Allah uzaq eləsin, qoy, mənim yerimə uşaq ölsün, təki ögey ana görməsin...
Qardaşımı çooooooooox sevirəm, o da məni , mənə anamdan yadigardı… Bir iki dəqiqəlik anamın şəklini balaca vaxtı görmüşəm, amma yadımda deyil..
Belə əziyyət çəkmişəm, zülm görmüşəm həmişə gözlərim yaş olub, pis vəziyyətdə olmuşam, tez inciyən olmuşam, küsən olmuşam, mən sərbəst biri deyiləm, istədiyim bir şeyi alıb geyinə bilmirdim, istədiyim bir şeyi alıb yeyə bilmirdim, çünki şərait olmayıb…Mən belə böyümüşəm.
Bu qadına nə deyib müraciət etmək olar? Ana deməyə layiqdir?
Sizin belə ögey ananız olsa, siz nə edərdiniz? ....
Onu bağışlamaq olar?
Mən həç vaxt xoşbəxt olmamışam, indi də deyiləm ,bundan sonra da olmayacayam.
P.S Mənim ögey anam Azərbaycanlıdır və çox başa düşməz biridir..
P.S Mən bunu ağlaya-ağlaya yazmışam, ola bilsin ki, nələrisə aydın yaza bilməmişəm.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Naxçıvanda 71 nəfərdə koronavirus aşkarlandı: Ölən var
Yayda sağlam qidalanma üçün tövsiyələr
Koronavirus daha çox hansı orqanı sıradan çıxarır? - Ağ ciyər deyilmiş...
Növbəti imtahanın keçiriləcəyi tarix və yerlər açıqlandı
Qadın sürücü təhlükəlidirmi?
Məşhur aktrisa sosial mediadan imtina etdi
Ömrü azaldan daha bir səbəb bəlli oldu
MN: Azərbaycan ordusu Xocavənd və Laçını atəşə tutmur
Qadınlara münasibətdə zorakılıqla Beynəlxalq mübarizə günü
Yeni imtahan modelinin layihəsi hazırdır - RƏSMİ
Diqqət: bu balığı almayın!
Bu pətək özü bal süzür
İdmançılarımızdan xoş xəbər
Azərbaycan nefti bahalaşmaqda davam edir
İspan dili 16-cı dərs
Koronavirusun yayılmadığı yeganə ərazi - FOTO
Neslihan tək reklamdan 1,5 milyon qazandı-FOTO
Ağız qoxusunu necə aradan qaldırmalı?
Qırmızı düyülü salat (foto resept)
Evimizdəki təhlükə
Ölkənin ən balaca çobanı odur
Bunlar kişilər üçün zərərlidir
Rulet tortu (foto resept)
Dünyanın ən gözəl nişan üzüyü SEÇİLDİ - FOTO
Rəqəmlər (1)
Kabak qızartması (foto resept)
Əfqan qadınları niyə mavi rəngli hicaba üstünlük verir?
Fəlakət robotu ən güclü oldu
Kayli Cenner kraliça obrazında FOTOsessiya etdirdi
COVID-19-dan qoruyan altı məhsul açıqlandı
ABŞ-da pilotsuz “Uber” sürücüsü adam öldürməkdə günahlandırılır
Paradoksal həyati həqiqətlər
İnsanları geyindirən kitabxana
Dərisinin rənginə görə problemlə üzləşdi
Sürücülük vəsiqələri dəyişdirilə bilər - Texniki qüsur
Bakının rayonları üzrə koronavirusa yoluxma göstəriciləri açıqlanıb
Hamiləlik zamanı diş ağrısı
Erməni ulduzun paylaşımı türkləri qəzəbləndirdi-FOTO
Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
Bütün ölkədə 1-ci sinfə qəbul elektron olacaq
Həmkarını lüt şəkilləri ilə hədələyən Təranə: "Çaşanları aşırdıram"
Ermənistana məxsus pilotsuz uçuş aparatı ələ keçirildi - FOTO
Burak Özçivitin bu FOTOsu 1 saniyədə minlərlə bəyənmə topladı
COVİD-19 testinin maya dəyəri açıqlandı - RƏSMİ
Bu gün mövlud gecəsidir
Yay aylarında dəri baxımı
Sami Yusufdan Laçınla bağlı paylaşım
Rus Dili dərs- 5
Silahlı soyğunçuları saqqız və qəhvə qutuları ilə qovdu - VİDEO
Bakıda möhtəşəm sevgi etirafı
- ŞƏRHLƏR