Əziz xanımlarımız! Artıq neçə illərdir ki, anasızlıq acısını çəkirəm. Yaşından asılı olmayaraq anaya hər zaman ehtiyac duyulub. Anama yazdığım bu hekayəni sizlərlə bölüşmək istəyirəm.
Yuxusuz gecələrini, yorğun gözlərinin işığını mənə bağışladın, ana. Gecələr başım üstündə çıraq kimi yandın. İndi o işığı itirmişəm. İşıqlı dünyanın əzabını sənsizlikdə görmüşəm. Qəmimi, sevincimi özün ilə gəzdirdin. Məhəbbətini borc vermədin, qurban verdin. Əvəz istəmədin. Əvəzsizdir sənin çəkdiyin əziyyət.
Hər yerdə, hər şeyə sənsiz tələsdim. Boş şeylərin üstündə niyə əsdim? Səni qəlbincə sevib oxşamağa gecikdim. Ayrılıqlar yolumuzda çəpər olmadı. Təkcə sən yolumu səbrlə gözlədin. İncimədin. Tükənməzmiş sənin səbrin. İndi qapını tez-tez açıram. Səni görməyəndə çaşıram... Arzum qəlbimdə qalır, gözlərim həsrətlə səni axtarır. Otaq sənsiz qaranlıqdır, dünya sənsiz yalandır...
Gülüşlərin daşa dəyib, dodaqların daşa dönüb. Bu dünyanın əzabından üzün dönüb. Gecə-gündüz daşlarına yalvarsam da qayıt isti ocağına. Susacaqsan, susmağınla məni məyus - məğlub yola salacaqsan. O dünyanın əbədidir sükutu, o dünyanın pozulmayan qanunu...
İllər bizdən güclüdür. Qapımızı döyə-döyə, bir əliylə verə-verə, bir əliylə ala-ala qanadına anamı alıb uçdu illər. Qoruya bilmədim səni, qorumadım ana! Səninlə sevindiyim günlər sənsiz kədərlidir, sənsiz qəmlidir. Qəm qəm çəkənin həmdəmidir. Sənsiz açılan səhərlərim sənsizlkdən xəbər verir. Sənsiz doğan günəş ürəyimi isitmir... Ömrünü yarı edib bizə ömür bağışladın. Bu dünya ilə o dünyanın əzabına qatlaşdın. Borclu qaldım mehriban əllərinə. Borclu qaldım ağarmış saçlarına. Onların ətrinə necə həsrətəm. Saçlarının sanı qədər biz səninlə yaşamadıq. Ayrılığın acısını erkən daddıq. Ayrılığı necə qıydın, ürəyimi daşmı sandın? Torpağını göz yaşımla suvardım. Bu dünyanın gedər-gəlməz yollarına inandım. Dözməyə alışdım, ayrılığa alışmadım...
Bu dünyada gözəl-göyçək nəvələrin toyu qaldı. Ağbirçək nənədə nəvələrin gözü qaldı. Kaş belə olmayaydı... Bir gün qapımızda çalınan "Vağzalı"da, ana, ruhun qayıdar, gözəl-göyçək nəvələrə xeyir-dua oxuyar. Sevincimdə, qəmimdə sənin öz yerin var ürəyimin başında, gözlərimin yaşında. Sənsiz, ana, ağbirçək olmuşam cavan yaşımda. Ağ saçlar utanır cavan yaşımdan. Sənsiz, ana, xörəyimin duzu yox, sənsiz açan güllərimin ətri yox. Uşaqlığımı şirin nağıl kimi dönə-dönə mənə danışdın. Bu nağılın sehrli güzgüsündə mən özümü tanıdım. İndi bu nağılı deyənim yox. Uşaqlıq dünyasına bələdçim yox. Küsəyən uşaqlığım indi özümdən küsür: "Ana, niyə səni incitdim?" Bu etirafa niyə gecikdim?...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bakı parkları yenidən açılışa hazırlaşır - FOTO
Mənim toxuduqlarım
İlham Əliyevdən silah mesajı
Şeyma Subaşı Yenidən Ana olmaq istəyir
Kremli şaftalı piroqu (foto resept)
Başqa musiqilər...
Albalılı piroq (foto resept)
Ingiliscə danışıqda lazım olan bəzi ifadələr (2-ci hissə)
Dəri əşyaları təmizləməyin sadə yolu
Ukrayna 2004-cü ilə qayıdır
Sevək və sevilək
Kartofla dəri baxımı
Sosial şəbəkələr haqda qanun olacaq?
Hamilələr üçün evdə hazırlaya biləcəyiniz içkilər
Günün ulduz falı
Depresiyaya yox deyin!
"Eurovision" ləğv olunacaq? - Ölkələr imtina edir
Tarkan ailəsi ilə Almaniyada karantindədir
Begemotla gəzinti
Lənətlənmiş otel
Yumşaq dəriyə sahib olmaq istəyən kişilər üçün tövsiyələr
İsveç alimləri daha bir ixtira - Dünyada ilk
Qapının zəngi...
Qarabağ"ın matçı canlı yayımlanmaya bilər
Məşhur aktrisa "Barbie" olacaq!-FOTO
"Facebook"dan möhtəşəm yenilik
Sinə əməliyyatından 4 il sonra -ŞOK FOTO
Gözəl vücuda sahib olmaq istəyənlər
Kişilər necədirlər?
ÜST-dən bədbin proqnoz: “Koronavirusa qarşı peyvənd...”
Azərbaycanda nəqliyyat kartları tam dəyərli ödəmə vasitəsi olacaq
Məşhur aktyor evləndi-FOTO
"Google" əlavə reallıq displeyi yaradacaq
Delfinoterapiya
Dünyada ən varlı 5 qadın
Aleksandr Lukaşenko Bakıya gəldi
Dırnaq yemək vərdişi
Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara müraciət
Biserli geyimləri necə uyğunlaşdırmalı?
Məşhurlardan ilham alan yumor ustası
Nurgül Yeşilçay hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
“Evlənmək barədə düşünmürük”
Dünyanın ən uzun pilləkənları
Bade İşçil keçmiş əri ilə barışdı
"Hörümçək adam"ın yaradıcısı vəfat etdi
Təhsilimizin bahalı libasını eybəcərləşdirən yamaq
Uşaqların istedadını üzə çıxarmaq üçün...
Pensiyaçıların nəzərinə!
Romantik görüş üçün göz makiyajı
“YouTube”da messencer funksiyası test edilir
- ŞƏRHLƏR