Azərbaycanda ilk dəfə olaraq istehsalatın müxtəlif sahələrində əməyin mühafizəsi üzrə fəaliyyət göstərən mütəxəssislər üçün tədris kursları təşkil ediləcək. ANS PRESS-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadla verdiyi məlumata görə, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) və nazirliyin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi (ETTM) tərəfindən müəssisə, idarə və təşkilatların əməyin mühafizəsi üzrə mütəxəssisləri üçün ilk dəfə olaraq “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” və “Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi” mövzuları üzrə tədris kursları təşkil ediləcək. DƏMX-nin rəisi Fuad Əlizadə prezident İlham Əliyevin “Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” 30 avqust 2007-ci il tarixli Fərmanından, habelə digər normativ-hüquqi sənədlərdən irəli gələn tələblərin icrası olaraq, iş yerlərində əməyin mühafizəsinə dövlət nəzarətinin daim gücləndiyini vurğulayıb: “Həyata keçirilən dövlət nəzarətinin nəticələrinin təhlili göstərir ki, hələ də bir sıra təşkilatlarda əməyin mühafizəsi üzrə standartlar, norma və qaydalar qəbul edilmiş normativ-hüquqi aktların tələblərinə cavab vermir. Təbii ki, bunun əsas səbəblərindən biri də həmin təşkilatlarda əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə mütəxəssislərin bilik səviyyəsinın qənaətbəxş olmamasıdır. Bu səbəbdən də əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinin daha uğurlu icrası, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün əməyin mühafizəsi üzrə mütəxəssislərin maarifləndirilməsinə və onların yenidən hazırlığının təmin edilməsinə ehtiyac var”. F.Əlizadə bununla əlaqədar DƏMX və Əmək və Sosial Problemlər üzrə ETTM tərəfindən iqtisadiyyatın bütün sahələrini əhatə edən müəssisə, idarə və təşkilatlarda çalışan mütəxəssislər üçün “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” və “Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi” mövzuları üzrə tədris kurslarının təşkil ediləcəyini bildirib: “Bu kurslar Əmək və Sosial Problemlər üzrə ETTM-də təşkil olunacaq və məşğələlər zamanı həmin mütəxəssislərə əmək qanunvericiliyinə, o cümlədən əməyin mühafizəsinə dair elmi-hüquqi, həmçinin praktik bilgilər veriləcək, onların peşəkarlıq səviyyələri artırılacaq. Onlar müvafiq əyani və metodiki vəsaitlərlə də təmin olunacaq, təlimin sonunda aparılmış müsahibənin nəticələrinə uyğun olaraq onlara müvafiq sertifikat veriləcək”. Xidmət rəisi əməyin mühafizəsi üzrə mütəxəssislərin ixtisasının artırılması ilə bağlı əmək qanunvericiliyində müvafiq tələbin əksini tapdığını da diqqətə çatdırıb: “Əmək Məcəlləsinin 219-cu maddəsinin 3-cü bəndinə əsasən, müəssisə, idarə və təşkilatların rəhbər işçiləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı ixtisasartırma kurslarında təlim keçməli və bu sahədə onların bilikləri yoxlanılmalıdır. Həmin tələbə əməl etməyən və ixtisasartırma kurslarında təlim keçməyən vəzifəli şəxslərlə bağlı İnzibati Xətalar Məcəlləsinin 257.07-ci maddəsinə uyğun şəkildə inzibati cərimələr tətbiq ediləcəkdir”. F.Əlizadə əməyin mühafizəsi sahəsində fəaliyyət göstərən mütəxəssislərin qeyd olunan kurslara maraqla qatılacaqlarına və öz peşəkarlıq səviyyələrini yüksəltmək üçün yaradılmış bu şəraitdən maksimum istifadə edəcəklərinə əminliyini ifadə edib.
Əmək və Sosial Problemlər üzrə ETTM-nin direktoru Vüqar Həsənov sözügedən ixtisasartırma kurslarının əhəmiyyətindən söz açaraq bildirib ki, ölkəmizin iqtisadi inkişafı üçün mühüm amillərdən biri də müasir tələblərə uyğun ixtisaslı kadrların hazırlanması, eyni zamanda əməyin mühafizəsi mütəxəssislərinin peşəkar hazırlığının müasir tələblərə uyğunlaşdırılmasıdır. Kurslar mütəxəssislərin peşəkar hazırlığının müasir tələblərə uyğunlaşdırılmasına, beynəlxalq təcrübə əsasında daim yeniləşən və təkmilləşən hüquqi normativ sənəd və aktların mahiyyətinin onlara öyrədilməsinə, nəzəri biliklərin təcrübədə tətbiqi yollarının onlar tərəfindən mənimsənilərək iş yerlərində lazımi şəkildə tətbiqinə xidmət edəcək: “Artıq təcrübədə təsdiqini tapan bir həqiqətdir ki, əməyin mühafizəsi sisteminin yüksək səviyyədə təşkili yalnız işçilərin həyat və sağlamlığı üçün deyil, müəssisənin iqtisadi mənafelərinin təmin olunması, məhsuldarlıq səviyyəsinin artırılması üçün də xüsusi önəm kəsb edir. Ona görə də yeni tədris kurslarında müvafiq sahədə işləyən kadrların ixtisasının təkmilləşdirilməsi ümumən iqtisadiyyatın dinamik inkişafı üçün önəmlidir”.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Bibərli çörək (foto resept)
Hamiləlik dövründə bunlardan zövq alın
Azərbaycanda magistratura pilləsinə qəbulda yenilik
Uşaqların sosial-psixoloji inkişafı-17
Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin nəzərinə
Bakı məktəblərinin I sinfinə qeydiyyatdan keçən şagirdlərin sayı açıqlandı
YouTube artıq çatdırmır
Məşhur aparıcıdan ETİRAF
Dərimizi qorumağın təbii yolları
Koronaviruslu şəxslə kontaktda olan hər kəs karantindədir
Dünyada ən minimalist telefon təqdim olundu
Şirniyyata sevgi insanı vaxtından əvvəl qocaldır
Dəniz Akkaya aksessuarları ilə diqqət çəkdi-FOTO
Ukrayna vahimə içində
Qeyri-iş günləri AÇIQLANDI
Ən yaxşı smartfonlar məlum oldu
Çay dəmləmənin qızıl qaydaları
Prezidentdən mühüm qərar
Bürcünüz saç rənginə təsir edir
Sevgilər günü üçün geyim tövsiyələri
Alimlər qeyri-adi planet aşkar etdilər
Nazirlik əhaliyə XƏBƏRDARLIQ etdi - Antisiklon gəlir
Almaniya Parlamentinin deputatı: "Apardığımız müşahidələr seçkilərin demokratik və şəffaf keçdiyini göstərir"
Silvestr Stallonenin ölüm xəbəri yayıldı
Bitkiləri sevənlər üçün
Özcan Deniz yeni serialına start verdi
Bu günün hava proqnozu
Bakıda misilsiz endirim başladı
Kosmetik vasitələrdən istifadə qaydaları
Arzularınızın çin olmasını istəyirsiniz?-Açıqlama
Pendirli kəsmikli piroq (foto resept)
Gəlin saç düzümləri
Azərbaycanda təhsil alan afrikalı tələbə qız: "Məni ələ salırlar..."
Günəş yanığının müalicəsi
Rəcəb Tayyib Ərdoğan “WhatsApp” messencerindən imtina edib
Birinci Xanımın nəcib hərəkəti
Kişiləri məftun edən qoxular
Avropanın ən çox qazanan ulduzları - Forbes
Yuxu yozmaları - G
Timati yenidən ata oldu-FOTO
Artur Şopenhauer - Dünya iztirabları
Azərbaycanın ilk qızıl medalı: Möhtəşəm qələbə-VİDEO
AFFA-dan "İnter"ə ağır cəza
Ramazanın 7-ci gününün duası, imsak və iftar vaxtı
Azərbaycanda üç sürüşmə sahəsi daha təhlükəlidir
İlham Əliyev: Avropa yeni enerji mənbəyi qazanacaq
Hacılar vətənə qayıdır
ÜST COVID-19-un üzərində qələbə üçün altı addımı sadaladı
Qadınların yaşını göstərən bədən üzvləri
"Azərbaycan yaxın vaxtlarda bizə böyük zərbə vuracaq"
- ŞƏRHLƏR