Giriş
Bağla

Koronavirusdan qorunmaq üçün ən sadə üsul açıqlandı

Günün əsas xəbərləri

Koronavirusdan qorunmaq üçün ən sadə üsul açıqlandı


Bir çox yoluxucu xəstəliklərin, o cümlədən, koronavirusun profilaktikası üçün çoxlu maye qəbul etmək lazımdır.

Qadin.net bildirir ki, “Sözçü”nün məlumatına görə, bunu daxili xəstəliklər və nefroloqiya üzrə türkiyəli mütəxəssis Arzu Akgül bildirib.

Həkimin sözlərinə görə, su orqanizmdə metabolik prosesləri tənzimləyən, qida maddələrini hüceyrələrə çatdıran və tullantıları dəf edən əsas amildir. O vurğulayıb ki, su toksinlərin aradan qaldırılmasını təmin edir, bakteriya və virusları zərərsizləşdirir, bədən temperaturunu və qanın qatılığını tənzimləyir.

Əks təqdirdə, toksinlər qanda toplanır. Nəticədə, insanda böyrək daşları yarana, ya da böyrək çatışmazlığı inkişaf edə bilər.

Su içmək də immuniteti gücləndirir.

Mütəxəssis koronavirus infeksiyasının qarşısını almağın başqa bir yolunun düzgün və balanslı pəhriz saxlamaq olduğunu vurğulayıb.

Həmçinin, ağız boşluğunu duzlu və ya ilıq su ilə yaxalamaq faydalıdır



Şərhlər (1)

Feride45 Feride45 4 April 2020 19:18 Cavab yaz

Suyu cox icirik he

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика