Çoxlar incikdi ki, sən onlara naz eyləmisən,
Mən də incik ki, mənim nazımı az eyləmisən.
Etmisən bu nazı viranə könüldə sultan,
Evin abad ola - dərvişə niyaz eyləmisən.
Hər baxışda çalısan kipriyi mizrab kimi,
Bir qulaq ver, bu sınıq könlü nə saz eyləmisən.
Başdan aç yaylığı, əfşan elə susən-sünbül,
Sən bizim bayramımızsan, qışı yaz eyləmisən.
Kakili başda vurub eyləmisən tac kimi,
O qızıl teldən onu güllü qotaz eyləmisən.
Sən Gün ol, qoy qəmimiz dağda qar olsun, ərisin,
Mənim ancaq işimi suzü güdaz eyləmisən.
Sinə bir dəşti-Muğandır, quzu yan-yanə yatub,
Mənim ağlar gözümü orda Araz eyləmisən.
Xəttü xalından alıb məşqimi "Quran" yazaram,
Bu həqiqətdə məni əhli-məcaz eyləmisən.
Dəstəmaz eyiədiyin çeşmə müsəlman qanıdır,
Bilmirəm hansı kəlisada nəmaz eyləmisən.
Bu gözəllik ki, cahanda sənə vermiş tanrı,
Hər qədər naz eləsən eylə ki, az eyləmisən
Mən "Əşiran" oxusam, pəncə "İraq" üstə gəzər,
Gözəlim, türk olalı tərki-"Hicaz" eyləmisən.
Mən bu mənada qəzəl yazmağa halım yox idi,
Sən mənimtək qocanı fırfirabaz eyləmisən.
Məni bu suz ilə atdın, aralandın, bilirəm,
Aranı bir para namərd ilə saz eyləmisən,
Ey dan ulduz, məni sən yaxşı tanırsan ki, səhər
Üfüqü xəlvət edib razü niyaz eyləmisən.
Şəhriyar darda qalıb, dağda daşa daldalanıb,
Özün insaf elə, Məhmudi Ayaz eyləmisən.
XƏBƏR LENTİ
Qadın öz yas mərasiminə qatıldı
Müsəlmanlar küçəyə çıxacaq
Ramazan ayının 10-cu gününün duası
Azərbaycanın təbii-coğrafi şəraiti-1
Hisə verilmiş ətdən salat (foto resept)
Kraliça II Yelizavetanın 93 yaşı oldu-FOTO
26 iyun -Azərbaycan Silahlı Qüvvələri Günü
Laçının tarixi abidələri erməni vəhşiliyinin qurbanına çevrilib
Hava haqqında - 29.01.2014
Telefonda hirsli insanı necə sakitləşdirmək olar?
Azərbaycan ailəsində kimlərin hüquqları daha çox pozulur?
Messi Ronaldonun dəvətini cavabsız qoymadı
Uşaqlar üçün zərərli olan qidalar
Uşaq ensiklopediyası (4)
Pəhrizdən imtina etmənin səbəbləri
Bakı küçələrində yolkəsənlər peyda olub
Beren Saat çimərlik FOTosu paylaşdı
Bakıda daha bir piyada keçidi istifadəyə verildi
Mənzildə olan sayğacların oxunması dayandırılır - RƏSMİ
Dəriyə qulluq üçün 2 maska
Toyuqlu mantı (foto resept)
Ən böyük teleskop tikiləcək
Azərbaycanda sənaye məhsullarının qiyməti artdı
Futbolçularımız uduzanda cərimələnəcək?
İlon Maks oğlunun adını dəyişdirdi
Arxiv fotosu yayıldı - heç kim tanımadı
Qapı bəzəyi düzəldək
Böyük hücum planı
Ermənilər niyə qaçır?
Kosmosda da futbol oynandı
Universitetlər bölgələrə köçürülür? - Nazirlikdən AÇIQLAMA
Prezident Şuşanın azad edilməsində qəhrəmanlıq göstərən general-leytenant Hikmət Mirzəyi təbrik etdi
Cey Lo paylaşdığı FOTO sayəsində sevənlərini təəccübləndirdi
Məşhurların boyları
1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
1474 müəllim müsabiqə ilə işə qəbul olunub
iPad satışları azalır
Azərbaycanın sabiq naziri Bakıya qayıtdı
Müəllimlərin işə necə gələcəyi açıqlandı - RƏSMİ
Paparazzilər CeyLonu məhkəməyə verdi
Kişilərin cəlbedici hesab etdiyi xüsusiyyətlər
Azərbaycanda paytaxt Bakıdan savayı bir neçə yarımmərkəz yaradılacaq
Gəncədə ölkədə analoqu olmayan ticarət mərkəzi tikilir
Qızıl və gümüş ucuzlaşıb
Pensiyalarla bağlı əhaliyə ŞAD XƏBƏR: Yanvarın 1-dən... - VİDEO
3 rayonda qaz problemi olacaq
Çin qızılgülünə qulluq
8 apreldə Ay çəhrayı rəngdə görünəcək
Müəllimlərin işə qəbulu üzrə müsahibənin - NƏTİCƏLƏRİ
Prezidentlər görüşəcək