Giriş
Bağla

Biskvitlı tort (foto resept)

MƏTBƏX / Tortlar

Tərkibi:
Xəmir üçün:
4 ədəd yumurta
 170 q. şəkər kirşanı

170 q.  "Best Cow" kərə yağı

170  q. un

Krem üçün:

200 q.  şəkər tozu

500 ml. qaymaq 20 - 30 % - li

4 x. q. moruq mürəbbəsi 

Biskvitlı tort (foto resept)

Hazırlanması:  

Biskvitlı tort (foto resept)

İlk öncə yumşaq kərə yağı ilə şəkər tozunu mikserlə yaxşı-yaxşı qarışdırırıq.

İndi isə ayrıca yumurta köpüklənənədək çalınır. 

  Sonra çalinmiş yumurtanin yarisini çalinmiş yağin üzərinə əlavə edirik. Yaxşi qarişdiririq.

 Sonra üzərinə unun yarısını əlavə edirik.

Amma unu qaşıqla qarışdırmaq lazımdır.

Sonra yumurtanın ikinci hissəsini əlavə edin, qarışdırın sonra yenə unu əlavə edin.

Yenə qarışdırın və xəmirimiz hazırdır. 

Biskvitlı tort (foto resept)

Qabı yağlayıb unlayırıq, ya da yağlı kağız səririk və hazır xəmiri qablara tökürük.

Biskvitlı tort (foto resept)

190 dərəcədə isidilmiş sobada bişməyə qoyuruq.

 Biskvitimiz hazır olduqdan sonra sobanızı söndürün. Sobanın qapısını da açmayın.
Amma, biskvitlər sobanın içində dursun.
Bir az sonra sobadan götürüb soyumağa qoyuruq.
Biskvitlı tort (foto resept)

İndi isə, keçirik kremin hazırlanmasına:

Soyuq qaymağı mikserlə çalın, üzərinə şəkər tozu əlavə edib, yenə çalırıq. 

Biskvitlı tort (foto resept)

Əvvəlcə soyumuş biskvitin üzərinə bir az moruq mürəbbəsi çəkin.

Daha sonra mikserdə qarışdırdığımız qaymaqlı kremi biskvitin üzərinə çəkirik. 

Sonra kənarda biskvitin ikinci hissəsinə mürəbbə çəkirik.

İndi onu da kremləyirik. Və birinci hissənin üzərinə çeviririk.  

İstəsəniz biskvitin üstünü və kənar hissələrini də kremləyə bilərsiz.

Sonra üzərinə şəkər kirşanı da səpə bilərsiniz.Ya da ki, üyüdülmüş kokos səpin.

   Daha sonra servis etmək olar. 

Biskvitlı tort (foto resept)

Bu da kəsilmiş halda tortun iç qörünüşü.

  Və budur, biskvitli tortumuz hazırdır!

Biskvitlı tort (foto resept)
Nuş olsun!

(Tərcümə edilib)



Şərhlər (2)

RaminRaminov RaminRaminov 4 February 2018 17:26 Cavab yaz

salam!
necesiz?mende tort isteyirem
girl_1999nilawka girl_1999nilawka 28 September 2016 16:50 Cavab yaz

Cox lezzetli gorunur nyam Ellerinize sagliq Qeribe xanim give_hea

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика