Giriş
Bağla

Sürpriz alma şirniyyatı (foto resept)

MƏTBƏX / Şirin xəmir işləri

Tərkibi:

5 ədəd dadlı alma

1 paket kremli peçenye

5 ədəd bütöv qoz

Hindistan qozu

yarım stəkanı şəkər

Krem üçün

3 fincan süd 

1 su fincanı şəkər

2 qaşıq təpələmə un

1 qaşıq təpələmə nişasta

1 qaşıq kərə yağı

1 paket vanilya

Hazırlanması:

Almaları soyub, içlərini təmizləyirik.

Sürpriz alma şirniyyatı (foto resept)

Soyduğumuz almaları qazana qoyub, üzərinə yarım fincan şəkər səpirik. Almaları üstünə dolduracaq qədər su əlavə edib, yumşalana qədər bişirik. (alma tez yumşalır, diqqətli olun dağılıb tökülməsin). Almalar soyuyarkən kremi hazırlayırıq.

Sürpriz alma şirniyyatı (foto resept)

Qazana 3 fincan süd, 1 fincan şəkər, 2 qaşıq təpələmə un və 1 qaşıq nişastamızı qoyub, kremi bişiririk.  ( krem çox qatı olmalıdır). Krem bişəndən sonra, içinə 1qaşıq kərə yağımızı və vanilya əlavə edib, qarışdırırıq.

Sürpriz alma şirniyyatı (foto resept)

Bişən almalarımızın çuxur tərəfinə yarım qozu qoyub, kremli peçeneye ilə örtürük. 

Sürpriz alma şirniyyatı (foto resept)

 

Sürpriz alma şirniyyatı (foto resept)

Sonra tərs çevirib qoyuruq.

Sürpriz alma şirniyyatı (foto resept)

Kremlə almaların üstünü tək-tək örtürük.

Sürpriz alma şirniyyatı (foto resept)

Bol şəkildə hindistan qozu səpirik. Axşamdan edib soyuducuya qoyun. Peçenye yumşalsın.

Sürpriz alma şirniyyatı (foto resept)

Hazırdır. Nuş olsun!

Sürpriz alma şirniyyatı (foto resept)





Şərhlər (2)

shabnam_betul shabnam_betul 13 May 2017 10:02 Cavab yaz

gorunusu gozeldir
1111luna 1111luna 12 May 2017 12:22 Cavab yaz

Doğurdan da süpriz şirniyatdı. biggrin

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика