Tərkibi:
5 ədəd dadlı alma
1 paket kremli peçenye
5 ədəd bütöv qoz
Hindistan qozu
yarım stəkanı şəkər
Krem üçün
3 fincan süd
1 su fincanı şəkər
2 qaşıq təpələmə un
1 qaşıq təpələmə nişasta
1 qaşıq kərə yağı
1 paket vanilya
Hazırlanması:
Almaları soyub, içlərini təmizləyirik.
Soyduğumuz almaları qazana qoyub, üzərinə yarım fincan şəkər səpirik. Almaları üstünə dolduracaq qədər su əlavə edib, yumşalana qədər bişirik. (alma tez yumşalır, diqqətli olun dağılıb tökülməsin). Almalar soyuyarkən kremi hazırlayırıq.
Qazana 3 fincan süd, 1 fincan şəkər, 2 qaşıq təpələmə un və 1 qaşıq nişastamızı qoyub, kremi bişiririk. ( krem çox qatı olmalıdır). Krem bişəndən sonra, içinə 1qaşıq kərə yağımızı və vanilya əlavə edib, qarışdırırıq.
Bişən almalarımızın çuxur tərəfinə yarım qozu qoyub, kremli peçeneye ilə örtürük.
Sonra tərs çevirib qoyuruq.
Kremlə almaların üstünü tək-tək örtürük.
Bol şəkildə hindistan qozu səpirik. Axşamdan edib soyuducuya qoyun. Peçenye yumşalsın.
Hazırdır. Nuş olsun!