Giriş
Bağla

Turşməzə sousla hindi əti (foto resept)

MƏTBƏX / Quru yeməklər

 

Turşməzə sousla hindi əti (foto resept)

 

Tərkibi:

Hindi əti

Reyhan, ikievli pimenta (toxum istiot)

2-3 ədəd sulu armud

Brokkoli

Kartof

Soğan

Kök

Sarımsaq 

Şəkər tozu

turşaşirin sous (özünüz zövqə görə hazırlaya bilər, yaxud satın ala bilərsiniz)

"Zeytun bağları" zeytun yağı

Hazırlanması:  

Turşməzə sousla hindi əti (foto resept)

Hindi əti əgər donmuşsa, donu əridilir, duz və ədviyyatlanır, reyhan, sarımsaq, toxum istiot və zeytun yağı da qatılıb qarışdırılaraq gecədən soyuducuya qoyulur. 

Səhər 15 dəqiqəlik sobada bişirilir. 

Turşməzə sousla hindi əti (foto resept)

O zaman qədər kök və soğan doğranır. Tavada 1 yemək qaşığı kərə yağında soğan və kök qovrulur, üzərinə duz və bir çay qaşığı şəkər tozu əlavə edilir. Buna reyhan da qatılaraq pörtlədilir. Ona turşaşirin sous da əlavə edilir.  

Turşməzə sousla hindi əti (foto resept) 
Turşməzə sousla hindi əti (foto resept)

Ümumi bişiriləcək qaba hinduşka əti yerləşdirildikdən sonra ətrafını, armud dilimləri, kartof, brokkoli ilə bəzəyib üzərinə sous tökülür.

180 dərəcədə 35-40 dəqiqə müddətində bişirilir.  

Turşməzə sousla hindi əti (foto resept) 
Turşməzə sousla hindi əti (foto resept)

Nuş olsun! 





Şərhlər (2)

Ceylan Mumoglu Ceylan Mumoglu 8 July 2016 13:03 Cavab yaz

Yay aylarında sobada yemək bişirəndə ev daha da isinir, ona görə bunu qışda yoxlamaq daha yaxşıdır)
Milana.M Milana.M 8 July 2016 12:38 Cavab yaz

Çox dadlı görünür. Ümumiyyətlə, sobada bişən yeməklər tam fərqli dadır.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика