Tərkibi:
Hindi əti
Reyhan, ikievli pimenta (toxum istiot)
2-3 ədəd sulu armud
Brokkoli
Kartof
Soğan
Kök
Sarımsaq
Şəkər tozu
turşaşirin sous (özünüz zövqə görə hazırlaya bilər, yaxud satın ala bilərsiniz)
"Zeytun bağları" zeytun yağı
Hazırlanması:
Hindi əti əgər donmuşsa, donu əridilir, duz və ədviyyatlanır, reyhan, sarımsaq, toxum istiot və zeytun yağı da qatılıb qarışdırılaraq gecədən soyuducuya qoyulur.
Səhər 15 dəqiqəlik sobada bişirilir.
O zaman qədər kök və soğan doğranır. Tavada 1 yemək qaşığı kərə yağında soğan və kök qovrulur, üzərinə duz və bir çay qaşığı şəkər tozu əlavə edilir. Buna reyhan da qatılaraq pörtlədilir. Ona turşaşirin sous da əlavə edilir.
Ümumi bişiriləcək qaba hinduşka əti yerləşdirildikdən sonra ətrafını, armud dilimləri, kartof, brokkoli ilə bəzəyib üzərinə sous tökülür.
180 dərəcədə 35-40 dəqiqə müddətində bişirilir.
Nuş olsun!