Daban çatları xanımlarımızı narahat edən mövzulardan biridir. Bəzən bu çatlar sadəcə çat olaraq qalmır, eyni zamanda ağrı da verir ki, bu da gəzməyimizə maneçilik törədir. Ancaq bu problemə tək xanımlarda deyil, kişilərdə də rast gəlinir.
Daban çatlarını bitki əsaslı müalicə ilə sağaltmaq mümkündür. Bunun üçün 10 aspirin həbini əzin və vazelinlə qarışdırın. Qatı krem halında məhlul əldə edəcəksiniz. Bu məhlulu dabanınıza çəkin. Təsir etməsi üçün də ayağınıza corab geyin. 6 saatdan sonra corabı çıxara bilərsiniz. Çatların yumşaldığını görəcəksiniz.
Digər bir çarə də qliserinlə limondur. Limon suyu ilə qliserindən eyni miqdarda götürərək qarışdırın. Ayağınızın hər tərəfinə, xüsusilə də dabanlarınıza bu məhluldan çəkin. Ertəsi gün ayaqlarınızın yumşaldığını və çatların artıq əvvəlki qədər sizi incitmədiyini görəcəksiniz.
Daban çatları üçün alma sirkəsi ilə suyun qarışımı da gözəl dərman vasitəsidir. Alma sirkəsi su ilə birlikdə dabanları yumşaldır və bu problemin aradan qalxmasına zamanla kömək edir. Bu qarışımdan adətən ayaq pilinqindən sonra istifadə edirlər.
Daban çatlarına xeyir edən maddələrdən biri də dəniz duzudur. Dəniz duzu dabanda çatlar nəticəsində əmələ gəlmiş sərtliyi aradan qaldırır. Onu istəyə görə zeytun yağı ilə qarışdararaq dabana vurmaq olar.
Daban çatları üçün tərkibində E vitamini olan kremlərdən istifadə etmək lazımdır. E vitamini çatları qısa müddət ərzində yaxşılaşdırır.
Çatlarda sərtləşməsi olanlar duşdan sonra mütləq dabanlarını daban daşı ilə sürtməli və dabandakı ölü dəriləri ayaqdan uzaqlaşdırmalıdırlar. Dabanında dərin çatlar olan kəslər nəticəni ilk istifadədən sonra görməyə bilərlər. Daban çatlarına nə qədər gec müdaxilə edilirsə, yaxşılaşma müddəti də bir o qədər uzanır. Buna görə də səbrli olmaq və müalicəni mütəmadi olaraq davam etdirmək lazımdır. Bir ay ərzində həftədə iki dəfə bu yazılanlara əməl etmək lazımdır.
Dabandakı çatların qarşısını almaq üçün mütləq corab geymək lazımdır. Dabanında çatlar yaranan xanımların böyük əksəriyyəti adətən corab geyməyənlərdir. Yaz və yay aylarında corab geyə bilməyən və ya geymək istəməyən xanımlar hər axşam yatarkən dabanlarını vazelinlə nəmləndirməlidirlər.
Əgər dabanınızdakı çatlar yüngüldürsə və yeni yaranmağa başlayıbsa, o zaman yuxarıda yazılanları 2 dəfə etməklə artıq yaxşılaşma hiss edəcəksiniz.
Gün ərzində ayaq üstə çox duran və mütəmadi olaraq açıq dabanlı ayaqqabı geyənlər bu kimi problemlə daha çox rastlaşırlar. Buna görə də belə insanlar axşam evə gələndə ayaqlarını dəniz duzu və su ilə vanna etməlidir. Bu, həm ayaqdakı yorğunluğu aradan götürəcək, həm də daban çatlarının yaranmasının qarşısını alacaq. Dabanı açıq ayaqqabı geyən şəxslər isə artıq dabanı örtülü ayaqqabılar da geyməli və ayaqqabıları mütləq havaya görə seçməlidirlər. Çox isti havalarda dabanı açıq ayaqqabı geyməmək məsləhətdir. Çünki günəş şüaları dabanlara güclü təsir edərək onlarda çat əmələ gətirir.
Ümid edirəm ki, burada yazılanlar ayağında çatı olan xanımlarımızın gərəyi olacaqdır. Xəbərimi izləməkdə davam edin. Növbəti xəbərimdə çatı olan dabanlar üçün ev üsulu maska, krem, pilinqin hazırlanma qaydaları barədə söhbət açacağam.
XƏBƏR LENTİ
190 manat ailədən bir neçə nəfərə verilə bilər - Rəsmi
Karantinə fərqli yanaşma-FOTO
Noutbukun üstünə su dağılarsa nə etməli?
"Tezbazar" salatı (foto resept)
Uşaq otaqları üçün fərqli dizaynlar
Putin Türkiyə şərti qoydu
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Hava haqqında - 21.01.2014
Bakının ən böyük yolkası harda qurulur?
Harvard qatığın faydasını tapdı
"Facebook"ın işində PROBLEM yarandı
Şuşanın ətrafı minalardan təmizlənir - VİDEO
Ayrıldınızsa, unudun!
Putin İrana nadir Quran apardı
Şokoladlı portağal dilimləri (foto-resept)
HAVA necə olacaq?
İslamda qeybət edənin cəzası
Tarkan gənclik FOTOsunu paylaşdı
Qaz olmayacaq!
Öskürəyin əlamətlərinə görə koronavirus olub-olmadığınızı təyin edə bilərsiniz
Sevgi ruhu canlandırır
Bir həkimin dilindən...
Kraliça yeni işçi axtarışına çıxdı-FOTO
Onun əl işi Azərbaycanda ilkdir - FOTOLAR
Yay salatı (foto resept)
Qar yağacaq, külək əsəcək
“Düşmənin texnikası məhv edilməsəydi, atılacaq raket Bakıya düşə bilərdi” - RƏSMİ
Bakıda ət kəsimi yerləri ləğv edilir
Ağdamla birlikdə Milli Qəhrəmanın məzarı da azadlığa qovuşdu
Düşmən bir günə daha 59 hərbçisinin məhv olduğunu etraf etdi
Qarabağın ən son görüntüləri-Video
Boşanmalar ən çox hansı yaşda qeydə alınır?
Ermənilər yenə səfirliyə yumurta atdılar
Xanımlarımızın kompleksləri
Arıqlamaq üçün ideal bitki-Razyana
Koronavirus bu şəxsləri öldürmür - ARAŞDIRMA/VİDEO
2100-cü ildə Çin əhalisi azalacaq
Suqovuşandakı son vəziyyət “Haber Global”ın kamerasından... - VİDEO
Dünənki qoxu ilə bağlı analizlərin nəticəsi məlum oldu
Əkiz hamiləliyin yaranma səbəbi və riskləri
Yeni “Nu poqodi”də Canavarın 3D görüntüsü təqdim olunub - FOTO
Günün qoroskopu: nə istədiyinizi anlayacaqsınız
Şüuraltı
Zoğalın bilmədiyimiz faydaları
Qadınların yaşını göstərən bədən üzvləri
30 minlik borc sənədi Ebruya göndərildi
Dünyanın ən kök qadını 5 həftəyə 140 kq arıqladı
Yeni il salatı (foto-resept)
Azərbaycanda yağış yağacaq
Cennifer yenidən Diqqət Mərkəzindədir
- ŞƏRHLƏR