“İşsizlər üçün birdəfəlik ödəmə ailədə ər və ya arvaddan birinə, habelə işsiz olan əmək qabiliyyətli övladlarına veriləcək”.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə (190 manat) ailədə əmək qabiliyyətli, lakin faktiki işsiz olan və sosial ödəniş almayan övladlara da veriləcək.
Yəni əgər ailədə ər və arvad ikisi də işsizdirsə, onlardan birinə, eyni zamanda ailənin digər üzvləri (məsələn ailənin oğlu və ya qızı) işsizdirsə və sosial ödəniş almırsa, onlara da veriləcək.
2020-ci il 1 aprel tarixinə qədər işsiz kimi qeydiyyata alınanlarla yanaşı, xüsusi karantin rejiminin davam etdiyi dövrdə də işsiz kimi qeydiyyata alınan şəxslər də bu birdəfəlik ödəməni alacaqlar. Artıq bir dəfə müraciət etmiş şəxsin təkrar müraciətinə ehtiyac yoxdur.
Həmçinin şəxsiyyət vəsiqəsinin müddəti bitmiş şəxslər üçün də xüsusi karantin rejimi dövrünə müraciət imkanı yaradılıb. Belə ki, onların şəxsiyyət vəsiqəsinin müddəti xüsusi karantin rejiminin sonunadək uzadılıb.
Birdəfəlik ödəmə ilə bağlı müraciət imkanlarını bir daha xatırladırıq:
1. e-sosial.az portalında “e-xidmətlər” bölməsinə daxil olaraq “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” linkinə daxil olaraq. Bunun üçün “ASAN imza” və ya elektron imza tələb olunur.
2. Daha rahat yolu: e-sosial.az portalında “onlayn müraciət” bölməsindən istifadə etməklə hər hansı bir qeydiyyat proseduru tələb olunmadan işsiz və ya işaxtaran kimi uçota alınmaq olar. Burada müraciət şəxsiyyət vəsiqəsinin və FİN nömrələrini daxil etməklə, “İstiqamət” bölməsində “məşğulluq sahəsində göstərilən xidmətlər”, “Xidmət növü” bölməsində isə “vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması” bölmələrini seçmək lazımdır.
3. İnternetə çıxış imkanları olmayan işsizlər isə qeydiyyata alınmaq üçün müvafiq rayon (şəhər) Məşğulluq mərkəzlərinin telefon nömrələrinə (Telefon nömrələri: http://sosial.gov.az/laq-nomrlri) zəng edə bilərlər.
Ölkənin şəhər və rayonları üzrə elektron qaydada müraciət günlərinin 12 aprelədək olan dövr üçün QRAFİKi də təqdim edilib (http://sosial.gov.az/post/3321). Hələ ki, vətəndaş olduğu rayon üzrə qrafikdə qeyd edilən gün e-qaydada müraciət edir. Sonrakı günlərdə isə hər bir işsiz şəxs istənilən gün e-qaydada müraciətini edə biləcək
XƏBƏR LENTİ
Bel bölgəsini incəldən yaşıl ayran detoksu
Hündür daban ayaqqabılar
Yubiley sikkələri buraxılacaq
Uşaq dənizdə çimərkən su udarsa... - ÖLÜMCÜL FƏSADLAR
Rusiyadan Ermənistana "qardaş"lıq
Avropanın ən yaxşı oyunçusu Ronaldo oldu
2020-ci ilin bürclər üzrə PROQNOZU
Bakının bu ərazisində qaz olmayacaq
Şəhidlərin məzarları fərqli olacaq
Leyla Əliyeva - deputatlığa namizəd
ABŞ Azərbaycan millisinə 2 verdi
Saçlar üçün
"Məzarıma bir cüt ayaqqabı qoyun"
Tək qaş dəbi
Yeni Trend: "Monokrom"
Prezidentə maşınına görə 1 mln təklif etdilər
“Qəbələ” jurnalistin ölümü ilə bağlı bəyanat yaydı
Akın sevgilisinə EVLƏNMƏ Təklifi etdi-FOTO
Rusiya Suriyaya lazımi texnika verəcək
Ancelina Coliyə iki mükafat verildi
Ən paxıl və qısqanc bürclər hansılardır?
Uşaqlara bezi tərgitmənin 8 qızıl qaydası
Cennifer Enistonu ölümlə hədələdi-FOTO
22879 nəfər Böyük Vətən Müharibəsi iştirakçısına pul verildi
Keyt Middletonun geyimi səs-küy yartdı-FOTO
Türkiyədə dördgünlük komendant saatı tətbiq ediləcək
Kağız halva (5)
Rusiya vətəndaşlığı almaq istəyənlərə bəd xəbər
Koronavirus xəstəsinə cinayət işi açıldı-SƏBƏB
Yulaflı qara tut kokteyli (foto-resept)
Azərbaycanda 660 valideyn məsuliyyətə cəlb edilib
Pişiyi araq içizdirməklə sağaltdılar
Bu sosial şəbəkədə ŞƏXSİ İSMARICLAR OXUNUR
Bu ölkədə işçi qırtlığı var-SƏBƏB
"Günəşli" yatağındakı quyu əsaslı təmirdən sonra istismara verilib
“Ayfon” pasportu əvəz edə bilər
Aldadan bir daha aldadar mı?
Günün ulduz falı
İynə ilə rəsm çəkən tibb bacısı
Üz dərinizi məhv edən təhlükəli düşmənlər
Azərbaycanda Kürdən tilovla tutulan balıq hamını mat qoyub - FOTO
Seroloji testlər bu yaş qruplarındakı şəxslərdən götürüləcək - TƏBİB
Sabah qaz olmayacaq
Ermənilərin başı yeni dərdə girib
Əcnəbi şəxslərlə nigah bağlamanın qayda və şərtləri
"Yaşlı" görünən gənc Sara-FOTO
İşçilər hansı halda intizam məsuliyyətinə cəlb edilə bilərlər?
Zirəddin Rzayevdən dəhşətli proqnoz
Aprelin 27-dən bu iş və xidmət sahələrində fəaliyyət bərpa olunur - SİYAHI
"Hər bəlamda günahkar sənsən!"
- ŞƏRHLƏR