Aqnes Mariya Klerk 10 fevral 1842-ci ildə İrlandiyada Skibberendə anadan olub. Elmi müzakirələrin getdiyi bir evdə böyüyən Aqnes Mariya kiçik yaşlarından etibarən riyaziyyat və astonomiya elmlərinə böyük maraq göstərmişdi. Atası Con Villis Klerk həvəskar bir elm coşqusu ilə hər üç övladını aktiv olaraq oxumağa yönləndirmişdi. Evindəki laboratoriyada kimya təcrübələri aparan Con Villis Klerk həyət bağçasında bir teleskop da qurmuşdu.
Klerkin bütün övladları evdə təhsil aldılar, latın, yunan dillərini öyrəndilər, riyaziyyat və astronomiya biliklərini mənimsədilər. Astronomiya Mariya Klekin daha çox diqqətini çəkmişdi və hələ 15 yaşında ikən bir astronomiya tarixi yazmağa başlamışdı.
1867-ci ildən etibarən Aqnes Mariya anası və bacısı Ellen ilə qış aylarını İtaliyanın Florensiya şəhərində keçirməyə başladılar. Aqnes Mariya burda zamanının çox hissəsini kitabxanalarda keçirir və elmi biliklərə olan aclığını doyurmağa çalışırdı.
Klerk ailəsinin Londona yerləşdiyi 1877-ci ilində Aqnes Mariya ilk əhəmiyyətli məqaləsini yayımladı. Edinburq Reviev jurnalında yayımlanan bu məqalənin başlığı "İtaliyadakı Kopernik" idi. Aqnes Mariyanın mütəmadi olaraq iştirak etdiyi bu jurnalda həyatı boyunca 55 məqaləsi dərc edildi. Astronomiyaya böyük həvəslə bağlı olduğu halda Aqnes Mariya heç bir zaman müstəqil müşahidələr aparmadı, bütün zamanını başqalarının astronomiyaya aid müşahidələrinin, araşdırmalarının nəticəsini xülasəyə çevirmək, qarşılaşdırmaq, şərh etmək və bunlara əsasən məqalələr yazmağa sərf etdi. Tamamilə nəzəri çalışmalar görməsinə baxmayaraq, Aqnes Mariya həmin dövrün qabaqcıl astronomları ilə məktublaşır və onlardan çox böyük hörmət görürdü.
"19-cu yüzilliyin astronomiyanın populyar bir tarixi" başlıqlı ilk kitabı 1885-ci ildə nəşr edildi. Bu kitab xalq üçün hazırlanmış ümumi bir kitab olmaqla yanaşı, astronomiya ilə məşğul olan insanların da diqqətini çəkdi və Aqnes Mariya böyük şöhrət qazandı. Həmin kitab günümzdə də standart mənbə kimi istifadə ediləcək qədər dəyərlidir. Aqnes Mariya 1888-ci ilin üç ayını şotlandiyalı astronom David Qill və yoldaşının qonağı kimi Cənubi Afrikada keçirdi. Orada ilk dəfə olaraq özünə təsir edən ulduzların spektrlərini görmək üçün rəsədxanada müşahidə apardı.
Aqnes Mariya Klerk 1907-ci ildə vəfat edib. Buna qədər astronomiyaya aid yazılarını davam etdirib. Daha sonrakı kitabları "Ulduzlar sistemi" (1890) , "Astrofizika problemləri" (1903), "Modern kosmoqoniya" (1905) adlı kitabları idi.
Aqnes Mariya kitablarına və jurnallardakı məqalələrinə əlavə olaraq Britaniya Ensiklopediyasının 11-ci nəşrində 30 astronomun bioqrafiyası ilə birlikdə əsas astronomiya məqaləsini də hazırlayaraq astronomiya tarixinə böyük töhvə vermişdi.
Aqnes Mariya Klerk astronomiya sahəsindəki kitabları ilə müxtəlif müzakirəli məsələləri ortaya qoyub, müşahidə edən astronomlar üçün parlaq bir mənbə təqdim edib. 1893-cü ildəki elmi yazılarına görə Astronomiya Kral Dərnəyi 1903-cü ildə Aqnes Mariyanı fəxri üzvlüyə qəbul edib. Aydakı bir kraterə də Aqnes Mariya Klerkin adı verilib.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bağdadda terror aktları: 51 nəfər öldü, 150 nəfər yaralandı
Türkiyənin yeni baş nazirinin seçiləcəyi tarix bəlli oldu
2014-cü ilin şərf və şal modelləri
Xalq Şairi Zəlimxan Yaqub son mənzilə yola salındı
Bakı, Aşqabad, Ankaradan mühüm görüş
Valideynlərə təcili kömək -4
Saç kəpəyinin yaranma səbəbi (2)
"Çılğın Bediş" 23 il sonra yenidən-FOTO
Kəs və yapışdır-9
Toğrul Nərimanbəyovun əsəri hərracda 68 500 funta satıldı
Toyuq langeti (foto-resept)
Yupiter böyüklüyündə qeyri-adi planet kəşf edildi
Qoyun onlar yatsınlar
Dünyanın ilk süni insanı yaradıldı
Kağız halva-11
Meryem Üzerlinin FOTOsu səs-küy yartdı
Dünyanın ən kiçikləri
Körpələrdə sarılığın müalicəsində yeni metod
Unun qiymətləri qalxdı?
Sanders Klintona qalib gəldi
30dan çox insan Həcc ziyarətinə ikinci dəfə gedəcək
Dərinizə təbii gözəllik bəxş edin
Məşhur aktyor vəfat etdi
2018-2019 Qış şalvar trendləri
Ermənistanı beş yerə bölürlər
Bu günün tarixi (22.08.2014)
Makiyaj süngərlərini təmizləmək üçün...
Mehriban Əliyeva işsiz qalanlarla bağlı vacib göstəriş verdi
Tələbələrə ödənişlərdə güzəşt olunacaq? - Nazirdən AÇIQLAMA
Keçmiş baş nazir qeyri-adı işə düzəldi
Məntiqi suallar
İraq türkmənlərinin soyqırımları
Qurban Qurbanov millimiz haqda danışdı
Bəlkə, gedək sürüşək?
Dərini gəncləşdirən maska
Valideyn olmaq asan deyil
Elvis Preslinin "Codillac"ı ucuz qiyətə satıldı-FOTO
Tarkan hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Kerem Bursin Qalmaqal Yaşadığı Aktrisa ilə Birlikdə-FOTO
Qış vaxtı" nəyimizə lazımdır?
Lukaşenkoya nə olub?
Bu gecə, sonuncu dəfə...
Perunun yeni prezidenti məlum olub
Cəlbedici gözlər
Bu yazıdan sonra qatığın suyunu atmayacaqsınız
Cennifer Eniston bu hərəkəti ilə GÜNDƏM oldu-FOTO
Yeməkdən sonra ağızda acı dadın səbəbi
Hər kəs bu Evlilik Təklifindən danışır
Toyuq ətli salat (foto resept)
Rənglər haqqında maraqlı faktlar
- ŞƏRHLƏR