Giriş
Bağla

Tanışlıq zamanı edilən səhvlər

Münasibətlər / Eşq və məhəbbət

Tanışlıq zamanı edilən səhvlər
Kişi və qadın arasında ilk tanışlığın təşəbbüskarı adətən kişi olur. Bir çox hallarda məhz bu ilk təəssürat gələcəkdə uğurlu münasibətlərin təməlini qoyur. Amma əfsuslar olsun ki bu ilk addımı atarkən oğlanların əksəriyyəti bir çox tipik səhvlərə yol verir. Gəlin bu səhvləri nəzərdən keçirək: 
Həddən artıq tərəddüd etmək. Siz beyninizdə müxtəlif ssenarilər qura bilərsiniz, ancaq imkanla üzləşəndə “əgər belə olsa?” kimi mənfi düşüncələrə qapılmaqdan qaçının. Siz bununla məşğul olduğnuz zaman sizin göz təması qurduğunuz qadın artıq nəsə başqa bir şey və yaxud başqası haqqında firkiləşir. Yadınızda saxlayın: siz sadəcə ünsiyyət qurursunuz, təklif etmirsiniz. 
Siz rədd cavabından qorxursunuz. Rədd cavabı almaqdan qorxmayın. Bu normaldır və hər bir kişinin başına gəlir. Əgər bu elə olmasaydı, o zaman soruşmaq sadəcə formal əhəmiyyət kəsb edərdi, belə ki insanlar öz sonsuz müdriklikləri ilə ondan vaz keçərdilər. Heç kəs, hətta ən mahir Oyunçu belə yüzdə yüz uğur qazanmır. Tənqidi firkirlərdən və rədd olunmaqdan can qurtarmağın sirri belə hal baş verərkən onu çox da ürəyinə yaxın buraxmamaqdır. Çünki rədd cavabı əksər hallarda sizdə olan qüsurlarla bağlı deyil. Məsələn, o pis bir gün keçirib, xəstədir, harasa tələsir və bu əyləncəyə vaxtı yoxdur, adaxlısı və yaxud əri var, lezbiyandır və sair.
İlk təəssürata önəm verin. Bəlkə də siz ilk təəsüratların vacibliyinin fərqinə varmırsınız. Sizin zahiri görünüşünüz (başdan ayağa qədər) fərqliliklər dünyası yaradaraq qadına kömək edir ki, o sizin onu cəzb etdiyinizə qərar versin. Və əgər siz yaxşı görünürsünüzsə, o zaman özünüzü də yaxşı hiss edirsiniz. Elə şəkildə geyinin ki, sizin əminlik səviyyənizə yardımçı olsun. 
Tanışlıq zamanı edilən səhvlər
 Siz onun vücud dilini oxuya bilmirsiniz. Bir qadını maraqlandıran kimi, siz artıq onun işarələrini oxumalısınız ki, məqsədinizə doğru qarşılıqlı əlaqəni istiqamətləndirəsiniz. Ünsiyyət ekspertləri təxmin edirlər ki, ünsiyyətin hardasa 60%-dən 80%-nə qədər qeyri-şifahidir, və onun daha az aydın olması səbəbindən ən çox yayılmış səhvlər qadının vücud dilini düzgün oxumamaqdan irəli gəlir. Onu işarələrini bilin.
Siz şablon tanışlıq üsullarından istifadə edirsiniz. Əgər siz tanışlıq üsulu haqqında öncədən eşitmisinizsə və yaxud əgər o xüsusi bir vəziyyət və ayrıca bir qadınla individuallaşmırsa, bu, artıq şablondur. Buna baxmayaraq, birinci gediş kimi sadəcə tanışlıq üsulu hesab edilə biləcək bir şeydən istifadə etmək şablondur və buna görə də ondan qaçınmaq lazımdır. Başlanğıc üçün xüsusi bir fikir söyləyin. Məsələn olduğunuz yer, ya da ki ətrafda baş verənlərlə bağlı bir şey deyin və daha sonra söhbət yoluna düşəcək.
Siz düzgün suallar soruşmursunuz. Əksər qadınlar və ümumiyyətlə əksər insanlar bildikləri bir şey haqqında danışmağa üstünlük verirlər və bunu xoşlayırlar. Və sizcə, hansı mövzuda hər qadın mübahisəsiz ekspertdir? Özü. Əgər siz qapalı suallardan (bunlar sadəcə hə/yox cavabı tələb edən suallardır) qaçınsanız qadını daha çox danışmağa sövq edəcəksiniz. Bunun əvəzinə siz açıq suallar soruşun. 
Siz lovğalanırsınız. Qadınlar lovğalara nifrət edirlər və bundan başqa, onlar daha çox özləri haqqında eşitmək və söhbət etməyi xoşlayırlar. Əgər sizin lovğalanmanız qadına təsir edibsə, o özünü narahat hiss etməyə başlayır, bu da tezliklə başqa problemlərə gətirib çıxara bilər.
Siz onu ideallaşdırırsınız. Sizi cəzb edən bir kəsdə mükəmməl keyfiyyətlər görmək təbii bir hissdir. Ancaq elə indicə rast gəldiyiniz bir insana bu cür davranmaq iki cür problem yaradır: birincisi, siz unudursunuz ki, müəyyən təfsilatları sadəcə ehtimal etmisiniz və onlar haqqında arzular əvəzinə faktlar kimi düşünürsünüz; ikincisi, onun güman etdiyiniz mükəmməlliyi sizə onun yanında əsəbi və həyəcanlı edir ki, bu həm sizə həm ona mənfi təsir edir. Əlbəttə ki, həddən artıq canfəşanlıq etməyin və onunla adi bir insan kimi rəftar edin.
Siz həddən artıq ciddisiniz. Məzəli olun, lakin başqalarını özünüzə güldürməyin. Özünüzlə məzələnmək normaldır, ancaq bu o demək deyil ki siz başınızı divara döyməli və qəribə ördək səsləri çıxarmalısınız. Sadəcə ünsiyyət qurun və onu ağıllı yumorla tarazlıqda saxlayın.


Şərhlər (7)

Milana.M Milana.M 27 December 2015 18:06 Cavab yaz

Ünsiyyət qurmaq da peşəkarlıq tələb edir. Ancaq səmimiyyət çox vacibdir. Qarşı tərəf də eyni ilə səmimidirsə, tanışlıq uğurlu olacaq.
Emma Svon Emma Svon 27 December 2015 17:43 Cavab yaz

Özünü öymə, yekəxana olma, özün kimi ol bəs edər. Çox gözəl xəbərdir. Çox sağolun
senin-kolgen senin-kolgen 27 December 2015 12:12 Cavab yaz

Indi tanis olmaq samanliqda iyne tapmaq kimi bir seydi . Cunki kime tanisliq teklif elemek isteyrsen sevgilim var deyr . Hec tanis olmaq olurki sevhde olsun ? crazy
Ellada84 Ellada84 27 December 2015 00:42 Cavab yaz

Siz lovğalanırsınız. Qadınlar lovğalara nifrət edirlər və bundan başqa, onlar daha çox özləri haqqında eşitmək və söhbət etməyi xoşlayırlar. Əgər sizin lovğalanmanız qadına təsir edibsə, o özünü narahat hiss etməyə başlayır, bu da tezliklə başqa problemlərə gətirib çıxara bilər.
Pervane01 Pervane01 26 December 2015 22:16 Cavab yaz

İndiki zamanədəqızlar tanışlıq təklif edir. fellow
Deniz84 Deniz84 26 December 2015 20:37 Cavab yaz

Gözəl məsləhətlərdir. Ancaq ən gözəli səmimi olub, necə varsınızsa elə elə də olun. Əgər fikriniz ciddidirsə və qarşınızdakı insanın da sizə qarşı ciddi fikirləri varsa o sizi necə var elə qəbul edəcək.
Fatma Fatma 28 August 2015 22:09 Cavab yaz

Siz onun vücud dilini oxuya bilmirsiniz vücudun dili varmış mən bilmirdim

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика