Təsəvvür edin, terroristlər, cinayətkarlar gəlib ölkəndə səni tutur, üzərində “məhkəmə” qurur və sonda səni öz torpağında gəzdiyinə görə ömürlük azadlıqdan məhrum edir və ədalətdən danışan dünya da bu prosesə tamamilə göz yumur. Bəli, nə qədər ağlagəlməz və acı olsa da, bu bizim başımıza gələn faciə, həqiqətdir.
Öz doğma ata-baba yurdlarına getdiklərinə görə ermənilərin qurduğu qanunsuz “məhkəmə qərarı” əsasında bu gün həmyerlilərimiz Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edildi.
Həmyerlilərimiz üzərində bu qondarma “məhkəmə” prosesi oktyabrın 27-də başlamışdı. Ancaq həm ATƏT-in Minsk qrupu, həm də ədalətdən, demokratiyadan dəm vuran beynəlxalq təşkilatlar bununla bağlı susmağa üstünlük verdilər, hətta Minsk qrupunun həmsədrləri məsələ ilə bağlı münasibət bildirməkdən imtina etdilər.
Ermənistan helikopteri Azərbaycan ərazisinə qanunsuz soxulduğuna görə vurulanda isə bütün dünya üstümüzə gəldi, sanki Azərbaycan hansısa böyük cinayət törətmişdi. Ancaq heç kim demədi ki, erməni helikopterlərinin Azərbaycan ərazisində nə işi var?
Bu, artıq ikili standartları aşan məsələdir. Hesab edirəm ki, bu “məhkəmə”dən sonra həm ATƏT Minsk qrupu, həm də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsini “dəstəkləyən” beynəlxalq təşkilatlar və dövlətlər artıq Azərbaycan dövləti və xalqı qarşısında etibarlarını, inamlarını itirdilər.İndi biz nə edək, necə həll yolu tapaq? Sabah Azərbaycan silaha əl atsa, bütün dünya çığır-bağır salacaq ki, Azərbaycan münaqişəni qızışdırır və sair və ilaxır. Sakit duranda da bax beləcə öz bildiklərini edirlər.
Bu “məhkəmə hökmü” bir daha göstərdi ki, beynəlxalq qurumlar və dünya dövlətləri heç vaxt öz münasibətlərində səmimi olmayıblar və olmayacaqlar da, onların danışdığı hər kəlmənin arxasında bir yalan dayanır. Onlar üçün yalnız öz maraqları önəmlidir. O yerdəki onların maraqları var, istənilən ədalətsizliyə, istənilən cinayətkarlığa göz yumurlar və hətta lazım gələndə ona bəraət qazandırmağa çalışırlar. Təəssüflər oldun ki, biz də bu ədalətsizliklə üz-üzə qalmışıq. Amma bu, çox uzun davam edə bilməyəcək. Nə Azərbaycan dövlətinin, nə də Azərbaycan xalqının səbri tükənməzdir. Həm Ermənistan, həm də beynəlxalq ictimaiyyət anlamalıdır ki, bir gün bunun acı bədəlini ödəyəcəklər.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Üçgözlü ilan
Köhnə kitablar üzərində rəsm əsəri
İlham Əliyevlə eyni fikirdəyik
Bülent Ersoydan Tarkana gecikmiş toy hədiyyəsi
"Səkkizinci qitə"yə dair yeni dəlillər tapıldı
2014-cü ilin babet modelləri
Günün ulduz falı - 28.02.2014
Həyatı üç il uzatmaq üçün cəmi beş dəqiqə lazımdır
BÜRCLƏR bizə nə vəd edir?-31 Mart
Hava haqqında
Payızda yaz havası
Şagirdlərə VACİB XƏBƏRDARLIQ: Sabahdan etibarən...
Kəlbəcər Azərbaycana rusiyalı sülhməramlıların nəzarəti ilə təhvil verilib - VİDEO
Ağcabədinin Qiyaməddinli kəndi atəşə tutuldu - RƏSMİ
Depressiyadan qorunmağın yolları
Bəlğəmi nə təmizləyər?
Con Frenç Sloanın rəsmləri (4)
Erməni silahı susmur
Türkiyədə dəhşətli həbsxana tapıldı
Azərbaycanın Dövlət bayrağının istifadəsi qaydaları haqqında qanuna dəyişiklik edilib
Aforizmlər
Dünyanın ən təmiz dənizləri
Bulvarda fləşmob – “Himnimizi bir yerdə oxuyaq” - FOTO
LCD monitor və LCD TV necə təmizlənməlidir?
Bakıda daha bir "yol ələyi" yaradılır
Nataşa Korolevaya keçmiş ərindən danışdı
“Müsəlman qardaşlar”ın fəaliyyəti qadağan edilə bilər
82-ci Oskar(2010) mərasimindən platyalar
Amerikalı onkoloq xərçənglə bağlı HƏR ŞEYİ AÇDI
Azərbaycanda sabahdan daha bir məhdudiyyət LƏĞV OLUNUR
Cəlilabadda unikal tapıntı: tarixi salnamə aşkarlandı
İşçilərin hüquqlarını pozan sahibkarlar həbs olunacaqlar
Zəngilansız 22 il
Sevənləri "Tez evlənin" yazdılar-FOTO
Metronun bağlanmasının əsas səbəbi açıqlandı
Leninin mumiyasını rekord məbləğə almaq istəyir
Üç gün toy edən modelyer
Əhaliyə xəbərdarlıq
Hacılarımız qayıdır
Niderlandda Azərbaycan diaspor təşkilatları sırasına daha ikisi qatılıb
Ən istedadlı bürclər hansıdır?
Hava haqqında - 01.02.2014
Günün qoroskopu: məsləhət üçün təcrübəli insanlara müraciət edin
Koronavirusun müalicəsində İNQİLABİ ÜSUL: Seroloji testlərin üstünlükləri
Düyünün içindən 3 milyon pul çıxdı – FOTO
Şəhid atasından qürurverici sözlər - VİDEO
Maradona vəfat etdi
Alimlərin yeni iddiası: Buzlaşma dövrü 2020-də başlayacaq
Aralıq dənizində raket müharibəsi başladı?
Arıqladan cəfəri suyu
- ŞƏRHLƏR