Giriş
Bağla

Bitkilər və təbabət (3)

SAĞLAMLIQ / Xalq təbabəti

Bitkilər və təbabət (3)
Adi ziyilotu
(lat. Lapsana communis)
Azərbaycanda ziyilotunun 4 növü yayılmışdır. Bunlardan tibbdə istifadə olunanı adi ziyilotudur.
Hündürlüyü 100 sm-ə qədər çatan birillik bitkidir. İncə çılpaq yarpaqları var. Açıq sarı rəngli çiçəkləri xırda səbətlərə toplaşaraq, süpürgəvari çiçək qrupunu əmələ gətirirlər. Meyvəsi toxumçadır. Bitki may-iyun aylarında çiçək açır, meyvələri iyul-avqust aylarında yetişir. Dərman məqsədilə yarpaqlarından istifadə olunur. Çiçək açan dövrdə toplanır və vitaminlərlə zəngin xammal kimi işlədilir.
Yarpaqlarında 160-240 mq % askorbin turşusu, karotin, folium turşuları vardır.
İstifadə qaydası: xalq təbabətində yarpaqlarından çay kimi dəmləyib skorbut, raxit və digər avitaminoz xəstəliklərində, eləcədə zəiflikdə, qanazlığında qəbul edilir. 
Bitkilər və təbabət (3)
Adi zirinc
(lat. Berberis vulgaris )
Zirincin kökündən sulu dəmləmə və bişirmə formasında eləcə də berberisin-sulfat preparatı şəklində sidik yollarında daş zamanı, öd yolları xəstəliklərində, podaqrada, revmatizmdə, mədə-bağırsaq xəstəliklərində və babasildə istifadə olunur. 
Meyvələri qaraciyər xəstəliklərində olduqca faydalıdır.
İstifadə qaydası: zirincin qurudulmuş və xırdalanmış köklərindən bir çay qaşığı götürüb 2 stəkan qaynar suda dəmləyirlər. Sonra süzüb bir sutka ərzində 2-3 dəfə qəbul edirlər. 
Bitkilər və təbabət (3)
Adi yovşan
(lat. Artemisia vulgaris)
Yovşanın qurudulmuş otundan və köklərindən qıcolmada, epilepsiyada, nevralgiyada və yuxusuzluqda sakitləşdirici, qıclığı aradan qaldırıcı və ağrıkəsici dərman kimi istifadə olunur.
İstifadə qaydası: bitkinin qurudulmuş otunun tozundan 4 çay qaşığı 2 stəkan suda 1-2 saat dəmlədikdən sonra isti halda gündə 4 dəfə hər dəfə 1/2 stəkan içilir.
Bitkilər və təbabət (3)
Adi giləzəhər
(lat. Tamus communis)
Çoxillik sarmaşıq (liana) bitkisi olub, ətli, yeraltı kök yumrusuna malikdir. Növbə ilə düzülmüş uzunsaplaqlı, yumurtavari yarpaqları var. Çiçəkləri bircinslidir, sarıtəhər-yaşıldır, salxımvari çiçək qrupuna aiddir. Meyvəsi şarformalı, qırmızı rəngli 3-6 toxumlu giləmeyvədən ibarətdir. Bitki aprel-may aylarında çiçəkləyir, meyvələri iyul-avqustda yetişir.
Dərman məqsədilə köklərindən istifadə edilir. Köklərinin tərkibində alkaloidlər, qlukozidlər, saponinlər, acı maddələr, üzvi turşular, qarışqa və oksalat turşuları var.
İstifadə qaydası: köklərindən xalq təbabətində dəmləyib, revmatizmdə ağrıkəsici maddə kimi xəstə nahiyəyə sürtülür. Kökünün tozundan kərə yağında məlhəm hazırlayıb, dəri yaralarında istifadə edilir. Lakin yadda saxlamaq lazımdır ki, giləzəhər bitkisi adından göründüyü kimi çox zəhərlidir. 
Bitkilər və təbabət (3)
Ayrıq
(lat. Elytrigia repens)
Azərbaycanda ayrıq geniş yayılıb. Bitkinin qurudulmuş kökümsov gövdəsindən sulu dəmləmə-bişirmə hazırlayıb qaraciyər xəstəliklərində içirlər. Bundan əlavə, dəmləmə şəklində böyrək-sidik yolları xəstəliklərində də istifadə edilir. 
İstifadə qaydası: bitkinin qurudulmuş kökümsov gövdəsindən 10-15 qram 2 stəkan qaynar suda 1-2 saat dəmləyərək xörək qaşığı ilə gündə 3-4 dəfə içilir.


Şərhlər (22)

Deniz84 Deniz84 18 December 2015 07:57 Cavab yaz

Zirincin kökündən sulu dəmləmə və bişirmə formasında eləcə də berberisin-sulfat preparatı şəklində sidik yollarında daş zamanı, öd yolları xəstəliklərində, podaqrada, revmatizmdə, mədə-bağırsaq xəstəliklərində və babasildə istifadə olunur.
Meyvələri qaraciyər xəstəliklərində olduqca faydalıdır.
İstifadə qaydası: zirincin qurudulmuş və xırdalanmış köklərindən bir çay qaşığı götürüb 2 stəkan qaynar suda dəmləyirlər. Sonra süzüb bir sutka ərzində 2-3 dəfə qəbul edirlər.

Mənim böyük oğlumda revmatizma var. Müalicə etdiririk. Bunu da istifadə edəcəm inşallah.
rovsane_82 rovsane_82 23 April 2015 09:00 Cavab yaz

Zirinci yeni yeni tanimisam xeyirliymis tesekkurler
virtual dərslər virtual dərslər 2 April 2015 08:32 Cavab yaz

Zirincin ozunden istifade edirik yemeklerde biz.Ama kokunu bilmirdim tesekkur
DЖЏNД°Z DЖЏNД°Z 16 June 2014 12:59 Cavab yaz

Bunların çoxunu tanıyıram istifadədə edirəm teşekkürler
rana969 rana969 3 June 2014 13:19 Cavab yaz

Zirinc bitkisinin meyvələrindən atam gözəl bir məlhəm hazırlayır hər il,

Allah uzun ömür can sağlığı versin atanıza Ceylan xanım. give_ros
MAVISВ KIZВ ,В BAHARВ CICEYI,
Sevgi,
FatmaВ xanım,
Q,
♥AynişkaВ Gülüm♥,

Şərhləriniz üçün təşəkkürlər xanımlar air_kiss
gozel eliyeva gozel eliyeva 29 May 2014 13:27 Cavab yaz

Sagol canim Narinim tesekkur love
moskow qadini moskow qadini 28 May 2014 14:46 Cavab yaz

Teshekkurler xebere gore... give_ros
Fatma Fatma 28 May 2014 10:11 Cavab yaz

Çoxunu tanımırdım sayəndə öyrəndim
qeribe qeribe 27 May 2014 21:06 Cavab yaz

Bezi bitkilerin adini esitmisdim melumata gore sag ol. give_ros
Ellada84 Ellada84 27 May 2014 18:09 Cavab yaz

В бѓ¦Narınбѓ¦В В ,
Tək özümə görə demirəm.Çünki elə bitgi var ki,onun ziyanı xeyrindən çoxdu.Bunu hamı bilməlidi.Siz sağ olun.Bizi məlumatlandırırsiz.Bitgilər haqda araşdırma aparmağı xoşlayıram. kiss

İnşaAllah gözləyəcəm.
Ceylan Mumoglu Ceylan Mumoglu 27 May 2014 14:09 Cavab yaz

Zirinc bitkisinin meyvələrindən atam gözəl bir məlhəm hazırlayır hər il, o qədər turş olur ki, içəndə insanın ağzı büzüşür,amma çox xoşlayır o içkini və deyir xeyrini görürəm.
ayniska milaska ayniska milaska 27 May 2014 13:37 Cavab yaz

Təşəkkürlər Narin sayəndə bitkilərin xeyirli tərəfləri ilə tanış oluruq!
rana969 rana969 27 May 2014 13:00 Cavab yaz

Amma bitgilərin ziyanı barədə məlumat yazsaz yaxşı olardı.

Faydaları bitsin İnşAllah sizin üçün araşdırıb fəsadları barədədə xəbər hazırlayaram give_ros şərhiniz üçün təşəkkürlər. kiss
Çox sağ olun.

Siz sağ olun oxuyub fikir bildirdiyiniz üçün kiss
O biri bitkilərin adını belə eşitməmişdim.Sayəndə məlumatım oldu.Davamlı olsun.

Can bacım çox sağ ol oxuyub fikir bildirdiyin üçün kiss faydalı oldusa nə xoş mənə blush İnşAllah davamı çoxxxxx uzun olacaq mocking

Faydali xeber ucun cox sag ol Narincim,bezileri haqda bilirdim ,bilmediklerimide oxumush oldum tesekkur.

Səndə sağ ol gözəlim oxuyub fikir bildirdiyin üçün kiss
Bitkilər haqqında bizi məlumatlandırdığın üçün çox təşəkkürlər Narinim

Canımsan borcumuzdur bildiklərimizi paylaşmaq kiss məndə təşəkkür edirəm mələyim air_kiss

Narın, çox sağ ol xəbərə görə, bitkiləri tanısam da, faydalarını bilmirdim.

Səndə sağ ol bacıcan şərh yazan əllərin ağrımasın kiss
Bilmediklerim vardi sayende oyrenmis oldum canm menim cox sagol.

Səndə sağ ol gözəlim təşəkkür edirəm kiss

Bir tanıdıgım insan epilepsiyadan yovşanla müalice ederek xilas olub Narıncım deyerli melumatlarcun cox sağ ol

Allah uzun ömür nəsib etsin bacım yaxınınıza. give_ros Çox sağ ol bacıcan xəbərimi dəyərli edən sizlərsiniz. kiss
Bezi bitkilerin adini esitmisdim melumata gore sagolun

Sizdə sağ olun fikir bildirdiyiniz üçün. air_kiss
Ellada84 Ellada84 27 May 2014 12:19 Cavab yaz

Seçilmişlərə əlavə elədim.Faydalı xəbərə görə çox sağ olun.Amma bitgilərin ziyanı barədə məlumat yazsaz yaxşı olardı.
A-N-ar (Realist) A-N-ar (Realist) 27 May 2014 11:57 Cavab yaz

Bu bitkilərin hər birini tanıyıram. Faydalarını da öyrənmiş oldum. Zirinc, bizim evin vazkeçilməzidir. İçalat qovurmasında mütləq olmalıdır. Yoldaşım, xüsusilə tələb edir haaa. Zirinci bol elə!!! blum Çox sağ olun.
ruzigar ruzigar 27 May 2014 11:54 Cavab yaz

Faydalı,maraqlı xəərə görə çox sağ ol,Narınım.Zirincdən təzyiqə görə,bir də Özbək plovunu hazırlayanda istifadə edirəm.Amma o biri bitkilərin adını belə eşitməmişdim.Sayəndə məlumatım oldu.Davamlı olsun.
ESNA_2012 ESNA_2012 27 May 2014 11:13 Cavab yaz

Faydali xeber ucun cox sag ol Narincim,bezileri haqda bilirdim ,bilmediklerimide oxumush oldum tesekkur.
nilu nilu 27 May 2014 11:09 Cavab yaz

Bitkilər haqqında bizi məlumatlandırdığın üçün çox təşəkkürlər Narinim give_ros air_kiss
Songul Songul 27 May 2014 10:01 Cavab yaz

Adi ziyilotunu görmüşdüm, amma adını bilmirdim. Zirinc az-maz istifadə etmişəm. Yovşan hər il kəndə gedəndə bir böyük buket dərib gətirirəm, qoxusu xoşuma gəlir, indi də evdə olmalıdır, səhv eləmirəmsə. Adi giləzəhəri tanımadım, ayrığı isə tanıdım, adını bilməsəm də.
Narın, çox sağ ol xəbərə görə, bitkiləri tanısam da, faydalarını bilmirdim.
Asi88 Asi88 27 May 2014 09:57 Cavab yaz

Bilmediklerim vardi sayende oyrenmis oldum canm mneim cox sagol.faydalarini bilmsemde istifade etmirem
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика