Qadin.NET / Bitkilər və təbabət (3)

Bitkilər və təbabət (3)

Bitkilər və təbabət (3)
Adi ziyilotu
(lat. Lapsana communis)
Azərbaycanda ziyilotunun 4 növü yayılmışdır. Bunlardan tibbdə istifadə olunanı adi ziyilotudur.
Hündürlüyü 100 sm-ə qədər çatan birillik bitkidir. İncə çılpaq yarpaqları var. Açıq sarı rəngli çiçəkləri xırda səbətlərə toplaşaraq, süpürgəvari çiçək qrupunu əmələ gətirirlər. Meyvəsi toxumçadır. Bitki may-iyun aylarında çiçək açır, meyvələri iyul-avqust aylarında yetişir. Dərman məqsədilə yarpaqlarından istifadə olunur. Çiçək açan dövrdə toplanır və vitaminlərlə zəngin xammal kimi işlədilir.
Yarpaqlarında 160-240 mq % askorbin turşusu, karotin, folium turşuları vardır.
İstifadə qaydası: xalq təbabətində yarpaqlarından çay kimi dəmləyib skorbut, raxit və digər avitaminoz xəstəliklərində, eləcədə zəiflikdə, qanazlığında qəbul edilir. 
Bitkilər və təbabət (3)
Adi zirinc
(lat. Berberis vulgaris )
Zirincin kökündən sulu dəmləmə və bişirmə formasında eləcə də berberisin-sulfat preparatı şəklində sidik yollarında daş zamanı, öd yolları xəstəliklərində, podaqrada, revmatizmdə, mədə-bağırsaq xəstəliklərində və babasildə istifadə olunur. 
Meyvələri qaraciyər xəstəliklərində olduqca faydalıdır.
İstifadə qaydası: zirincin qurudulmuş və xırdalanmış köklərindən bir çay qaşığı götürüb 2 stəkan qaynar suda dəmləyirlər. Sonra süzüb bir sutka ərzində 2-3 dəfə qəbul edirlər. 
Bitkilər və təbabət (3)
Adi yovşan
(lat. Artemisia vulgaris)
Yovşanın qurudulmuş otundan və köklərindən qıcolmada, epilepsiyada, nevralgiyada və yuxusuzluqda sakitləşdirici, qıclığı aradan qaldırıcı və ağrıkəsici dərman kimi istifadə olunur.
İstifadə qaydası: bitkinin qurudulmuş otunun tozundan 4 çay qaşığı 2 stəkan suda 1-2 saat dəmlədikdən sonra isti halda gündə 4 dəfə hər dəfə 1/2 stəkan içilir.
Bitkilər və təbabət (3)
Adi giləzəhər
(lat. Tamus communis)
Çoxillik sarmaşıq (liana) bitkisi olub, ətli, yeraltı kök yumrusuna malikdir. Növbə ilə düzülmüş uzunsaplaqlı, yumurtavari yarpaqları var. Çiçəkləri bircinslidir, sarıtəhər-yaşıldır, salxımvari çiçək qrupuna aiddir. Meyvəsi şarformalı, qırmızı rəngli 3-6 toxumlu giləmeyvədən ibarətdir. Bitki aprel-may aylarında çiçəkləyir, meyvələri iyul-avqustda yetişir.
Dərman məqsədilə köklərindən istifadə edilir. Köklərinin tərkibində alkaloidlər, qlukozidlər, saponinlər, acı maddələr, üzvi turşular, qarışqa və oksalat turşuları var.
İstifadə qaydası: köklərindən xalq təbabətində dəmləyib, revmatizmdə ağrıkəsici maddə kimi xəstə nahiyəyə sürtülür. Kökünün tozundan kərə yağında məlhəm hazırlayıb, dəri yaralarında istifadə edilir. Lakin yadda saxlamaq lazımdır ki, giləzəhər bitkisi adından göründüyü kimi çox zəhərlidir. 
Bitkilər və təbabət (3)
Ayrıq
(lat. Elytrigia repens)
Azərbaycanda ayrıq geniş yayılıb. Bitkinin qurudulmuş kökümsov gövdəsindən sulu dəmləmə-bişirmə hazırlayıb qaraciyər xəstəliklərində içirlər. Bundan əlavə, dəmləmə şəklində böyrək-sidik yolları xəstəliklərində də istifadə edilir. 
İstifadə qaydası: bitkinin qurudulmuş kökümsov gövdəsindən 10-15 qram 2 stəkan qaynar suda 1-2 saat dəmləyərək xörək qaşığı ilə gündə 3-4 dəfə içilir.
27 may 2014
GO BACK