Yer üzündə hər bir nemətin bir faydası, xeyri vardır. Təbiətdə elə bir qida, elə bir meyvə və yaxud tərəvəz, bitki tapılmaz ki, nəyəsə xeyri olmasın. Bu gün sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar Həkimovanın şəxsi araşdırması nəticəsində bir yerə topladığı bu məlumatları sizə təqdim edirəm.
Öskürək müxtəlif olduğu kimi, onun müalicəsi də müxtəlifdir. Öskürəyə qarşı 30 qr təzə və ya quru heyva çiçəyini bir litr suda dəmləyərək içmək öskürəyə qarşı yaxşı vasitədir. Müalicəsi yaxşı təsir edir. Sədəfotunu quru şüyüd ilə dəmləyib içmək iltihab və
yara üçün məsləhətdir. İspanağı bişirib yemək bəlğəmli iltihaba qarşı yaxşı vasitədir. Öskürəndə qan görünərsə, yumurta ağını ilıq halda içmək təsirli vasitələrdən hesab edilir. Nar çiçəyinin suyunu qaynadıb, sonra ilıq halda içmək də öskürəyə müsbət təsir göstərir.
Öskürəyə qarşı faydalı dərmanlardan biri də təzə sağılmış keçi, dəvə və qoyun südüdür. Bronxit üçün bənövşə çiçəyinin dəmləməsini içmək məsləhətdir.
Portağal qan dövranını və nəfəs yollarını təmizləyir. Heyva mürəbbəsi öskürəyi sakitləşdirir və nəfəsalmanı yaxşılaşdırır. Təzə gicitkən yarpağını bişirib, sarımsaqlı qatıq ilə yemək sinə və nəfəs yolları üçün çox xeyirlidir. Mədə-bağırsaq üçün meyvə və meyvə şirəsi ən yaxşı vasitədir. Mədə və bağırsaq xəstəliyi olanlara portağal şirəsi, üzüm şirəsi içmək məsləhətdir. Mədə-bağırsağa zərərli mikrobların düşməsinin qarşısını almaqdan ötrü sarımsaqdan, qatıqdan istifadə etmək məsləhətdir. Sarımsaq qan təzyiqini tənzimləyir, soyuqdəyməyə qarşı bədənin müqavimətini artırır. Yerkökü toxumu mədəyə qaz toplanmasının qarşısını alır.
Yarpız şirəsi içmək mədəni bəlğəmdən təmizləyir. Bağırsaqların fəaliyyəti zəiflədikdə, alça və qara gavalıdan istifadə etmək məsləhətdir.
Babasili olanlara yarpızı qaynadıb suyu ilə yuyunmaq məsləhətdir. Badımcanı döyüb, az miqdarda acı badam içi və bənövşə yağı ilə qarışdırıb babasilə sürtmək də effektli olur. Babasil şişini və ağrısını sakitləşdirmək üçün yarıbişmiş yumurta sarısını zəfəran və gül yağı ilə qarışdırıb, üzərinə yaxmaq məsləhətdir. Dalaq sancması zamanı balqabaq və söyüd yarpağının suyunu içmək məsləhətdir. Yel xəstəliyi (revmatizm) olan adamlara kəklikotunun qaynadılmış suyunda çimmək faydalıdır.
Sarımsaqdan hazırlanmış təpitmələr yel xəstəliyi ağrılarını sakitləşdirir. Ağrı olan yerlərə çobanyastığı sürtmək də məsləhətdir. Moruq yemək yel xəstəliyinə tutulan adamlar üçün xeyirlidir. Oynaq ağrıları zamanı şalğamı bişirib, xırda-xırda doğrayandan sonra xəmir halına salıb, təpitmə kimi ağrı olan yerlərə qoyurlar. Kələm yarpağının təpitməsi də ağrıları sakitləşdirir. Bunun üçün yarpağı əvvəlcə bir qədər əzişdirib, od üzərində azacıq bişirib, gündə 2-3 dəfə ağrıyan yerə qoyub yun parça ilə bağlamaq məsləhətdir. Çibanı olanlar əvvəlcə onu yetişdirən vasitələrdən istifadə edirlər. Arpa unundan xəmir düzəldib çiban üzərinə qoyduqda təpitmə çibanın yetişməsinə kömək edir.
Çibana qarşı ən sərfəli və olduqca faydalı müalicə vasitələrdən biri bişmiş soğandır. Onu ocaqda bişirib, təpitmə kimi çibanın üstünə bağlayırlar. Bu, çibanı tez yetişdirir və müalicəni sürətləndirir. Əhəngi sirkə ilə qatıb ziyilə sürtməklə də onu yandırıb sağaltmaq mümkündür.
Qeyd: Verilən məsləhətləri həkim nəzarəti olmadan sınaqdan keçirməyin.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Instagram"da 3 yeni funksiya
Kişilər üçün üz maskaları
Toyuq ətli salat (foto resept)
Avtomobil idxalı azalıb
"DUMANLI GÖZLƏR" MAKİYAJININ FOTODƏRSİ(2)
Qeyri-adi əşyalar
Bu müalicə beyni dağıdır
NASA tarixin ən nadir FOTOsunu yaydı
Google robot şirkəti aldı
Bakıda çoxdan gözlənilən yenilik
İyirmi yaşlı qadın altı körpəni dünyaya gətirdi
Cüdoçularımız "Qran-Pri"nin ilk günü iki medal qazanıb
Aleyna Tilki dondurma reklamında
Putin Qarabağı bizə qaytarır
Robot kreslo növbəyə nəzarət edəcək
Kıvanç və Beren eyni serialda - FOTO
Münasibətə ziyan vuran vərdişlər
Məşhur aktyorun beşinci övladı öldü- FOTO
Kök və kök şirəsinin 10 faydası
Narahatlıq yaradan əşyalar
Günün qoroskopu: rasionunuzda ciddi dəyişikliklər etməyin
Azərbaycanda qəbir qadağası
Fahriyedən Buraka 16 minlik hədiyyə
Qışda yeyilməsi lazım olan ərzaqlar
Məsud Bərzanidən Türkiyə etirafı
Mehriban Əliyeva "Neft Daşları"nın 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib
2020-ci ildə Yer kürəsində..
Qadın olduğuna inanırsınızmı?
Soyaya tələbat niyə artır?
Koronavirus şahzadə Harri ilə Meqan Marklı ayrılıq təhlükəsi ilə üzləşdirdi
Şəhid atasından qürurverici sözlər - VİDEO
Karamelli tart (foto resept)
Bu gün nə bişirim?
Hardasan ay Cəbiş müəllim?!
Azərbaycanın bir gündə 8 medal qazandığı yarış
Prezident ailəsində xoş gün
Dünyanın ən çoС… qazanan klubları
Göz allergiyası və səbəbləri
Ziyafət geyimləri-1
Mən şəkil çəkirəm (dərs 8)
Unutqanlığın səbəbləri
Məşhur rəsmlər haqqında bilinməyən faktlar
Televiziyalara bu reklamlarla bağlı xəbərdarlıq edildi
Almanlar ispanları darmadağın etdi, yığmamız xorvatlara uduzdu
İtalyan üsulu makaron (foto resept)
Həcci dərk edən və etməyənlərə
Goranboyda qədim dövrə aid əşyalar tapıldı
Viktor Hüqonun yeni əsəri tapıldı
Əsgərimiz şəhid oldu, 3 düşmən məhv edildi
Tailand kralı Azərbaycan prezidentini təbrik edib
- ŞƏRHLƏR